Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sonda öz yurdlarından didərgin düşmüş həmvətənlərimizin ləyaqətli və təhlükəsiz şəkildə evlərinə qayıdışını təmin etmək məqsədilə Azərbaycan dövlətinin azad olunmuş ərazilərin bərpası istiqamətində gördüyü genişmiqyaslı işlər barədə məlumat verilib. |
APA xəbər verir ki, ötən gün Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən beşmərtəbəli binanın qarşısında naməlum kişi meyiti tapılıb. |
Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. |
Faktla bağlı araşdırma aparılır. |
Şirvan Apellyasiya Məhkəməsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməyib. |
Məhkumun Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilməsinə dair hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. |
Yaşar Kərimovun təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilib və hökmdən xaric edilib. |
Yaşar Kərimov həbsdə saxlanıldığı bir il səkkiz ay 12 gün müddəti azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üç il dörd ay iyirmi dörd gün müəyyən edilməklə ona təyin edilmiş beş il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb və onun üzərində qə... |
Yaşar Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və dərhal həbsdə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azad edilib. |
İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müali... |
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. |
Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. |
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. |
Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. |
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. |
Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib. |
Ali Məhkəmədə şikayətə baxılan zaman bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. |
Ali Məhkəmənin digər qərarı ilə aşağı instansiya məhkəməsinin qərarı qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. |
Qeyd edək ki, Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb. |
Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar. |
N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar. |
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında qalan girovların azad edilməsinə dair HƏMAS-la razılaşma yalnız gücdən istifadə etməklə bağlana bilər. |
“Girovların azad edilməsinə qəti hərbi əməliyyatlar və çox sərt danışıqlar yolu ilə nail olmaq olar. |
Bu mövqeyə təzyiqlər də daxil olmalıdır”, - deyə baş nazir Qüdsdə ABŞ-nin ən böyük yəhudi təşkilatlarının rəhbərləri ilə şam yeməyində bildirib. |
Eyni zamanda, Netanyahu qeyd edib ki, təzyiq təkcə Fələstin qrupuna deyil, həm də Qətərdən başlayaraq HƏMAS-a təzyiq göstərə bilənlərə də göstərilməlidir. |
“Qətər HƏMAS-a təzyiq göstərə biləcək ən yaxşı dövlətdir. |
Onlar HƏMAS-ın liderlərini qəbul edirlər, HƏMAS maliyyə cəhətdən onlardan asılıdır”, - deyə o əlavə edib. |
Qeyd olunub ki, dövlət başçısının bəyanatı girovların azad edilməsi üçün danışıqların dalana dirəndiyi şəraitdə edilib. |
HƏMAS daimi atəşkəs və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasında israrlıdır, İsrail isə buna qəti şəkildə qarşıdır. |
Polşa fermerləri Ukrayna taxılını daşıyan qatarların hərəkətini bloklayıblar. |
Polşalılar, həmçinin Ukrayna sərhədi yaxınlığında sərnişin avtobuslarının keçidini də əngəlləyiblər. |
Məlumatı Ukrayna Dövlət Gömrük Xidməti də təsdiqləyib. |
Polşalı etirazçıların sözlərinə görə, gələcəkdə Ukrayna ilə sərhəd keçidləri, nəqliyyat qovşaqları və dəmiryol vağzalları və dəniz limanlarına gedən yolları da bağlayacaqlar. |
Polşa fermerləri Ukraynadan malların nəzarətsiz axınından narazılıqlarını belə bildiriblər. |
Varşava-Kiyev münasibətləri Ukrayna taxılına qoyulan embarqoya görə xeyli mürəkkəbləşib. |
2023-cü il sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan dörd kənd təsərrüfatı məhsulunun idxalına məhdudiyyətləri Aİ-nin bir neçə sərhəd ölkəsinə uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət üçün tədbirlər görməyə məcbur edib. |
Bundan sonra Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları qadağanı birtərəfli qaydada uzatdıqlarını açıqlayıb. |
Ukrayna bununla bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət edib. |
Buna cavab olaraq üç Aİ ölkəsi Ukrayna taxıl məsələsi ilə bağlı koordinasiya platformasının iclaslarını boykot edəcəyini bəyan edib. |
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. |
Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımov bildirib. |
Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. |
İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirənin Anar Tağıyev olması müəyyən edilib. |
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. |
Ukrayna Rusiyanın sanksiyalara məruz qalan 691-ci aktivinə sahibdir və onu satmağı planlaşdırır. |
Bu barədə Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval Tokioda keçirilən Ukraynanın iqtisadi artımının təşviqi və bərpasına dair Yaponiya-Ukrayna konfransında bildirib. |
“Biz sanksiyaya məruz qalan aktivləri satmağı planlaşdırırıq. |
Hazırda 691-ci belə aktivimiz var”, - deyə Koval bildirib. |
Söhbətin konkret olaraq hansı aktivlərdən getdiyi açıqlanmayıb. |
Onun təqdimatında qeyd olunub ki, sözügedən şirkətlər “Aerok” MMC, “Demurinski mədən və emalı zavodu” MMC və “Motordetal-Konotop” MMC-dir. |
“Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxa... |
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münhendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib. |
Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, XİN rəsmisi bildirib ki, göründüyü kimi N.Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün... |
Bu baxımdan, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. |
Ermənistan baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. |
Ermənistan tərəfinin guya Azərbaycanın Üçtərəfli Bəyanatı pozduğu iddiasına gəldikdə, bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. |
Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”. |
Saat 13:00-a olan məlumatına əsasən, Bakı və Abşeron yarımadasında tozun konsentrasiyasında səhər saatlarına nisbətdə azalma müşahidə olunur. |
Hazırda havada tozun miqdarı normadan 1,5-1,8 dəfə artıqdır. |
Oxu.Az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib. |
O bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir. |
Mütəxəssis müşahidə olunan tozlu hava şəraitinin səbəbləri və təsiri barədə də məlumat verib:""“Peyk görüntülərinə və proqnoz modellərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli hava axınları vasitəsilə gecə saatlarından başlayaraq toz hissəciklərinin Türkmənistan ərazisindən Bakı və Abşeron yarımadası... |
R.Allahverdiyeva qeyd edib ki, tozlu hava şəraiti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərə və yollarda görünüş məsafəsinin məhdudlaşmasına səbəb ola bilər:""“Bunları nəzərə alaraq əhalinin tozlu hava şəraitində maskadan istifadə etməsi və sürücülərin yollarda ehtiyatlı olması tövsiy... |
09:48"Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. |
Bu barədə Oxu.Az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. |
Onun sözlərinə görə, havada tozun miqdarı 1,7-2 dəfə normadan artıqdır:""“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”. |
Çinin Çjumadyan şəhərində gübrə istehsal edən kimya zavodunda qaz sızması olub. |
Buna görə, şəhərin səmasını parlaq bənövşəyi bulud bürüyüb. |
Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. |
Şirkət iddia edir ki, tullantı xüsusi olaraq nəzarətli yanma üçün həyata keçirilib və tüstünün sağlamlığa heç bir təhlükəsi yoxdur. |
Ancaq qorxmuş sakinlər buna şübhə ilə yanaşırlar. |
Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb. |
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. |
Qeyd edilib ki, Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K.Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rubl məbləğində nağd pulu (1820 manat) valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qayta... |
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
“Bu il 85 yaşım tamam olacaq. |
Sonuncu dəfə 2019-cu ildə “Qış nağılı” filminə çəkilmişəm. |
Mən bilirəm ki, xalq məni sevir, hörmət edir. |
Sevgi azdır, xüsusilə hörmət edirlər. |
Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. |
Film təqdimatı idi.İşıqlar sönmüşdü. |
Mən də gecikmişdim, başqa bir aktrisa da. |
İçəri daxil olan kimi 7-8 insan ayağa qalxıb mənə yer vermək istədi. |
Amma bir adam ayağa qalxıb o aktrisaya yer göstərmədi. |
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib. |
Z.Sadıqova Azərbaycanda kino sahəsini sərt tənqid edib. |
Kinostudiyaya daxil olanda adamın ürəyi ağrıyır. |
Oraya Adil İsgəndərov kimi adam gəlməlidir ki, kinostudiyanı abad etsin. |
Rejissorlar aktyorun pulunu kəsirlər. |
Sponsordan pulu alırlar, amma öz aralarında bölürlər. |
Çəkdikləri filmlərdən heç danışmaq istəmirəm. |
Film xatirinə film çəkmək olmaz. |
Kino tamaşaçını özünə nə ilə cəlb edir? |
İlk növbədə aktyorun xarici görünüşü ilə. |
Kinoda danışan aktyorun gözləridir. |
Bizim aktyorlar sözü əzbərləyib ekran qarşısına çıxırlar. |
Məni dəfələrlə verilişlərə dəvət edirlər, amma eyni sualları verirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.