Search is not available for this dataset
text
stringlengths
10
518k
Filmdə evin uşağı kontekstində belə bir imkan var, ancaq ona da filmdə ağır mənəvi xəsarət yetirilir.
Rejissor gerçəkliyi kobud təhrif etməklə öz ideyasının tamaşaçıya daha asan yolla ötürəcəyini güman edir.
Ancaq, bu incəsənətin yolu deyil.
Fellininin “Kabiriyanın gecələri” kimi amansız bir filmi belə ümidlə, işıqla bitir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib.
Oxu.Az-ın agentliyə istinadən xəbərinə görə, sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər.
“Həmçinin portala daha əvvəl mövcud olan Bakı-Şabran, Bakı-Ağcabədi və Bakı-Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.
Artıq “biletim.az” portalında 45 şəhər və rayona 68 istiqamət üzrə bilet almaq mümkündür.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.
Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.
“Bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil”.
Onun sözlərinə görə, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir:""“Haradasa ağac quruyur, yaxud yaşıllıq sulanmır deyə buna bələdiyyə cavab verməlidir.
Bundan başqa haradasa tullantı varsa, bələdiyyə bunun üçün cərimələnməlidir.
Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur.
Məhkəmə qarşısına gedirlər, hörmətdən düşürlər.
Hesab edirəm ki, biz bu barədə düşünməliyik.
Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olurlar.
Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”.
Gürcüstana məxsus “Bank of Georgia” (BoG) Ermənistanın ən böyük banklarından biri olan və əvvəllər separatçı Ruben Vardanyan tərəfindən idarə edilən “Ameriabank”ın səhmlərinin 100%-ni alır.
Oxu.Az-ın məlumatına görə, bu barədə BoG-un saytında xəbər verilib.
Bildirilir ki, əməliyyatın dəyəri 303,6 milyon dollardır.
Razılaşma bitdikdən sonra BoG Ermənistan bankının adını dəyişməyi planlaşdırır.
Yeri gəlmişkən, qeyd edək ki, Qarabağda separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyan hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında digər separatçılarla birlikdə saxlanılır.
Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Separatçı milyarder barəsində cinayət işinin istintaqı davam edir.
İnsult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, hazırda veteran hücumçunun vəziyyəti sabitdir.
Bir neçə gündür palataya köçürülən V.Vasilyevin həyati təhlükəsinin olmadığı bildirilib:""“İnsultdan sonra sol tərəfində hərəkətlilik yoxdur.
Artıq reabilitasiyaya başlanıb.
Normal həyata qayıtması üçün fizioterapiya kursu keçəcək”.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna iki qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.
Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.
44 günlük müharibə zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı “hərbi müxbir” Andrey Kots Moskvada narkotik maddə ilə saxlanılıb.
Məlumata görə, hadisə fevralın 10-na keçən gecə baş verib.
Bildirilir ki, polislər küçədə onu saxlayıblar.
Kots narahat olmağa başlayanda isə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhələniblər və axtarış aparmaq qərarına gəliblər.
Jurnalistin üzərindən iki qram marixuana aşkar edilib.
Kots narkotik maddəni saxlanılmazdan az əvvəl aldığını etiraf edib.
Axtarış zamanı aşkar edilən qadağan olunmuş maddənin miqdarı az olduğuna görə ona qarşı cinayət işi qaldırılmayıb.
Bununla belə, narkotik vasitəni jurnalistə satan şəxs barəsində işin başlanması məsələsi həll olunur.
“Erməni quldurlar hamını məhv edir, sonra kimin pulu, qiymətli zinət əşyaları vardısa, götürürdülər.
Onlar qadınların üzüklərini, sırğalarını çıxara bilmədikdə qulaqları, barmaqları ilə birlikdə kəsib götürürdülər.
Alınlarının dərisini soyurdular.
Ermənilər deyirdilər ki, guya xocalılara çıxmağa dəhliz veriblər.
Onlar Xocalı rayonunun Naxçıvanlı kəndinin yolunu koridor adlandırırdılar.
Bu koridor “Ölüm koridoru” idi”.
Bunu Oxu.Az-a müsahibəsində Xocalı sakini, I Qarabağ müharibəsi veteranı, Azərbaycan Tibb Universitetinin professoru, rektorun müşaviri Mübariz Allahverdiyev bildirib.
Qısa arayış:""1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər.
Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.
Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub.
1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Səkkiz ailə bütünlüklə məhv edilib.
25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.
- Mübariz həkim, Xocalı xatirələrinizdə necə qalıb?
- Ermənilər Xocalının tarixinin qədimliyini yaxşı bilirdilər və onun özünü də sakinləri ilə birlikdə soyqırımına uğradıb, tarixin səhifələrindən tamam silib, yox etməyə çalışırdılar.
Ermənilər Xocalının, Qarabağın tarixinə aid sənədlərini dünya arxivlərindən yığıb, bir hissəsini tamam məhv edib, digər hissəsini İrəvandakı Matenadaran adlanan əlyazmaları arxivində gizlədiblər.
Ən çox xatırladığım Xocalının qəhrəman şəhər kimi şöhrət qazanmasıdır.
1988-ci ilin fevral ayında Xankəndidə başlanan “miatsum” (Ermənistana birləşmə) şüarları altında keçirilən mitinqlər zamanı Xocalı onların birləşmiş qüvvələrinə qarşı ciddi müqavimət göstərir, əsl qəhrəmanlıqlar nümayiş etdirirdi.
Qanlı Xocalı günləri son 1988-92-ci illərdə iki dəfə olub.
Bunlardan biri 1988-ci il sentyabrın 18-də, ikincisi isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verib.
1988-ci il sentyabrın 18-də Xocalının Qaçqınlar bölgəsində toy məclisi qurulmuşdu.
Lakin günorta vaxtı öz maşınında Ağdamdan Şuşaya getmək istəyən bir sürücü xocalılara xəbər çatdırdı ki, Xankəndidə mitinqdən çıxmış beş minə yaxın nümayişçi Xocalını yandırmağa, onları qırmağa gəlir, toyu dayandırıb, hazırlaşsınlar.
Bu xəbər Xocalının hər üç bölgəsinə - yerli Xocalı, Qala Dərəsi və Qaçqınlar bölgəsinə ildırım sürətlə yayıldı.
- Həmin vaxt Xocalıda icra başçısı Elman Məmmədov, Maarif Şöbəsinin müdiri Murad Şükürov, xəstəxananın baş həkimi, qardaşım Eldəniz Allahverdiyev, toxuculuq fabrikinin direktoru Yavər Əzimov və orta məktəbin müəllimi Ələsgər Novruzovdan ibarət komitə yaradıldı.
Hər kəs ov tüfəngləri ilə Xocalı aeroportundan bir az aşağıda, Qaçqınlar bölgəsinə toplaşdı.
Ermənilər kəndə girərkən iki evi və böyük ot tayasını yandırdılar.
Daha sonra belə yanğınların miqyasını genişləndirməyə çalışdılar.
Ermənilərdə odlu silahlar var idi və ona görə də hələ açıq əlbəyaxa döyüşə başlamaq çox təhlükəli idi.İrəvandan gəlmiş 100 nəfərə yaxın ağ geyimli, saqqallı erməni nümayişçilərin önündə gedirdi.
Onlardan da qabaqda içi silahlarla, yanacaqla, partlayıcı maddələrlə dolu olan iri “KamAZ” maşını irəliləyirdi.
Maşın mərkəzə yaxınlaşdıqca təhlükə artırdı.
Bu zaman Yavər Əzimov heç kimin gözləmədiyi halda sürətlə “KamAZ”a yaxınlaşıb, əlindəki ov tüfənginin qundağı ilə maşının kabinəsinin şüşəsini sındırıb, sürücünü dartıb yerə saldı.
Yalnız bundan sonra əlbəyaxa döyüşə şərait yarandı.
Xocalılar bu qeyri-bərabər döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərərək, erməni faşistlərə qalib gəliblər.
Qalanları Xankəndi tərəfə qaçmağa başladılar.
Bu, Xocalının ermənilər üzərində ilk böyük qələbəsi idi.""Elə həmin günün axşamı Moskva televiziyasında çıxış edən erməni deputatlar guya Xocalı sakinlərinin Xankəndiyə hücum edib, orada 70 nəfər ermənini qırması barədə danışdılar.
Xocalı rəhbərliyi həmin gecə Yavəri və bir neçə tanınan fəalı gizli yollarla Ağdama keçirdi və bir müddət orada qalmalarına şərait yaratdı.
Səhəri gün isə tezdən oradakı sovet hərbçiləri tanklarla Xocalının küçələrinə doldular.
Onlar Yavərin və digər fəalların axtarışına başladılar.
Əlbəyaxa döyüşdə iştirak etməyən bir neçə Xocalı sakinini Şuşa həbsxanasına apardılar.
Amma erməniyə deyən olmadı ki, sən niyə Xocalıya hücum etdin?
Əsgərlər hadisəni törədənləri tutmaq əvəzinə, günahsızları günahlandırırdılar.
Daha sonra rəhbərlikdən Həsən Həsənov vertolyotla Xocalıya gəldi və təklif etdi ki, Xocalıdan çıxın, ermənilər sizi qıracaqlar.
Ancaq Xocalıda ona:“Biz Xocalıdan çıxmayacağıq, ölsək də, burada öləcəyik!” - cavabı verildi.
Xocalı sakinləri əgər oranı tərk etsəydilər, bu, Vətənə xəyanət kimi dəyərləndirilərdi.
Xocalı sakinləri dörd ildən artıq bir müddətdə ermənilərin blokadasında qazsız, işıqsız, qidasız qalsalar da, dözdülər.
- Qanlı Xocalı günündən danışmağınızı istərdik.
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə cəmi bir neçə saat ərzində 613 nəfər dinc sakin qətlə yetirilib.
Bu vaxta qədər dünyanın heç bir yerində dinc əhaliyə - qocalara, qadınlara, köməksiz körpə uşaqlara qarşı bu dərəcədə vəhşilik göstərilməyib.
Soyqırımından sonra Ağdamın baş həkimi Tariyel Eyvazov məscidin yaxınlığında yaralılara yardım etmək üçün hospital açmışdı.
Adamların əl-ayaqlarını don vurmuşdu.
Ağdam rayonunun Abdal-Gülablı kəndində şəhid olan 613 nəfər isə yük maşınlarında Ağdam məscidinə daşınırdı.
Ayın 26-da günorta radioda dedilər ki, Xocalıda cəmi üç nəfər ölüb, düşmən guya geri oturdulub...Mən də qardaşımla birlikdə şəhidləri və yaralıları Qaraqaya tərəfdən daşımaqla məşğul idik.
Həmin gecə qatarla Bakıya qayıtdım.
O vaxt mobil telefon yox idi.Azərbaycan Tibb Universitetinin rektoru Yaqub Məmmədovu tapıb:“Ağdamda radioda eşitdim ki, guya Xocalıda üç nəfər ölüb.
Meyitləri yük maşınlarına yükləyib, məscidə daşıyırlar.