Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bundan əlavə yeni tikilən çoxmərtəbəli binaların da bir çoxlarının dayanacaqlarında, o cümlədən ticarət mərkəzlərinin dayanacaqlarında da şarj məntəqələri quraşdırılır. |
“Respublika üzrə isə mövcud infrastruktur bir-iki faiz civarındadır. |
Düzdür, məhdud sayda da olsa yanacaqdoldurma məntəqələrində var, amma təbii ki, bu, yetərli deyil. |
Bir məsələni də qeyd edim ki, elektrik avtomobillərinin satışı ilə məşğul olan rəsmi dilerlər respublikanın bir çox bölgələrində, xüsusən istirahət mərkəzlərində və hotellərdə öz müştəriləri üçün pulsuz şarj məntəqələri yerləşdirirlər” - deyə E.Əliyev vurğulayıb. |
Daha çox foto burada:PhotoStock.az"Əzizə İsmayılova |
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edi... |
Belə ki, bu qərar adambaşına maliyyələşmə mexanizminin tətbiq edildiyi peşə təhsili müəssisələrinə şamil edilmir. |
Bəs adambaşı maliyyələşmə mexanizmi peşə təhsili alan neçə tələbəyə şamil ediləcək? |
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, 2023-cü il ərzində adambaşı maliyyələşmə mexanizmi səkkiz müəssisə üzrə ümumilikdə 5 452 tələbəyə şamil edilib:"""“2026-cı ilə qədər 12 min tələbənin əhatə edilməsi planlaşdırılır. |
“Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 14 iyun 2023-cü il tarixli 192 nömrəli qərarına əsasən, ayrı-ayrı ixtisaslar... |
Bu mexanizmin tətbiqi peşə təhsili müəssisələrinə bir sıra əlverişli imkanlar yaradır. |
Peşə təhsili müəssisələrinin maliyyə imkanlarının yaxşılaşması təhsilalanların daha keyfiyyətli tədrislə təmin olunmasına imkan yaradacaq, adambaşına maliyyələşmə mexanizmi tətbiq edildiyi müəssisələrdə daha rəqabətli əməkhaqqı sisteminin yaranmasına səbəb olacaq, rəqabətədavamlı maliyyələşmə sistemi uyğun olaraq rəqab... |
O əlavə edib ki, adambaşına maliyyələşmə mexanizmi müəssisələrə öz maddi-texniki bazalarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq imkanı verəcək:""“Yeni yanaşma sahibkarlıq subyektləri ilə birgə fəaliyyət təsərrüfatlarının yaranmasına da şərait yaradır”. |
Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. |
Qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb. |
NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. |
Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür. |
Rumıniyada onlayn formatda 13 ölkədən 135 şagirdin iştirak etdiyi VIII “InfO(1)Cup” proqramlaşdırma olimpiadasında məktəblilərimiz uğurla çıxış edərək bir qızıl və bir bürünc medal qazanıblar. |
Elm və Təhsil Nazirliyindən bildirilib ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüb. |
İlk dəfədir ki, məktəblilərimiz sözügedən yarışda qızıl medal qazanırlar. |
Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar. |
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. |
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər. |
Münhen Təhlükəsizlik Konfransından sonra geosiyasi və geoiqtisadi nizam tərəzilərində nələrin dəyişə biləcəyi müzakirə olunası mövzulardandır. |
Münhen Təhlükəsizlik Konfransı strateji maraqların qeyri-bərabər paylanmasına qarşı çıxa bilirmi? |
Bu suala birmənalı müsbət cavablar tapmaq getdikcə çətinləşir. |
Ola bilsin ki, konfrans daha çox böhranların idarə edilməsi və ya yönləndirilməsi üçün vədləri, sövdələşmələri təşviq edən məkandır. |
Çünki 60-cı Münhen Təhlükəsizlik Konfransı artan geosiyasi qarşıdurmaların bəşəri müharibəyə çevrilmək risklərinin çoxaldığı zamanda baş tutdu. |
Bu qarşıdurmanın bir tərəfində kollektiv Qərb, digər bucağında onunla mübarizəni “müqəddəsləşdirən” Rusiya, üçüncü bucaqda isə alternativ güc olan Çin qərarlaşır. |
Beynəlxalq aktorlar qlobal nizamda mütləq faydalar və qazanclar əldə etmək uğrundakı rəqabətini bir kodeksə kökləyir:""- Strateji resurslara çıxışlarda özlərinin hegemonluqlarını təmin etmək,"- Əldə edilən sərvətlərin başqa dövlətlər arasında qeyri-bərabər paylanılmasına nail olmaq. |
Bu amil planetar və regional oyunçuların öz uğurlarını başqalarının zəif cəhətlərinə nisbətdə müəyyənləşdirdikcə təhlükəsizlik arenası daha da bulanıqlaşır. |
Azərbaycan dünya miqyasında və regional orbitlərdə belə bulanıq mənzərədə Münhen Təhlükəsizlik Konfransında iştirak etdi. |
Prezident İlham Əliyevin işğal və separatizm üzərində qələbə qazanan dövlətin başçısı kimi Konfransdakı iştirakı nəticə etibarı ilə gərginlikləri körükləyən pis dövrlərin qapanmasını simvollaşdırır. |
Çünki Azərbaycanın qalibiyyəti fonunda geosiyasi kartlarının ağırlığı regionda ambisiyalı gündəliyin qırılma dinamikasını şərtləndirir. |
Azərbaycan bununla Cənubi Qafqazda gizli prioritetlərə malik olan oyunçuların məxfi seyflərini açmaq bacarığına yiyələnir. |
Buna şübhə yoxdur ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə və təhlükəsizlik üzrə tərəfdaşlıq etdiyi oyunçular Bakını yeri gələndə ən lazımlı məlumatlarla təmin edirlər. |
Azərbaycan burada Cənubi Qafqaz dövlətlərinin tutumunu da diqqətlə izləyir və başa düşür ki:""- Gürcüstan Qərblə Rusiya arasında çətin tarazlıq aktı ilə üzləşir və bu balansı təhlükəsizlik cəhətdən təmin edə bilir,"- Ermənistan Qərblə genişmiqyaslı əməkdaşlığını geosiyasi rəqabəti dərinləşdirən əsaslara söykəyir. |
Ermənistanın məqsədləri Azərbaycana qarşı fayda əldə edən imkanlar qazanmaqdır. |
Çünki Ermənistanın Qərblə dərinləşən, Rusiya ilə sövdələşməyə can atan və nəticədə geosiyasi qütbləşməyə mənfi təsir edən prioritetləri getdikcə təhlükəli vəziyyət alır. |
Ona görə də Azərbaycan sülh proqramını müdafiə və çəkindirmə aktlarına sərmayə qoymaqla inkişaf etdirir ki, bu da Münhen Təhlükəsizlik Konfransından Cənubi Qafqaz səhnəsinə hansı işıqla baxıldığını aydınlaşdırır. |
Ermənistanın Münhen Təhlükəsizlik Konfransında güclü tərəfdaşlıq qurmaq səylərinin boşa çıxdığını Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasındakı birincinin aşkar xeyrinə olan kəskin fərq də göstərir. |
İlham Əliyev Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransındakı görüşə həmin aşkar üstünlüklə getdi və böyük ehtimal ki, İrəvanı növbəti güzəştlərə məcburetmə aktı ilə danışıqlarda çıxış etdi. |
Ermənistanın sülh proqramı üzrə “islahatı” növbəti məcburiyyətlərdən gələn öhdəlikləri necə yerinə-yetirməməsindən asılıdır, Bakı isə özü üçün münbit geosiyasi şərtləri əldən buraxmaq niyyətində deyil. |
İndi demək olar ki, Münhen Təhlükəsizlik Konfransının Cənubi Qafqaz teatrındakı əks-sədası Azərbaycanın sülh proqramı üzrə risk qavrayışlarını araşdıran “beynini” itiləşdirəcək. |
Bu “zehin”:"- Azərbaycanla Ermənistanın cari münasibətlərini və onun regional təhlükəsizlik məsələlərini yeni rənglərlə araşdıracaq,"- Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı Bakının üstünlük verdiyi xəritələrin aktuallığını qoruyub saxlayacaq,"- Regionda maraqları kəsişən güclərin təhlükəsizlik qi... |
Afrikanın qərbində yerləşən Seneqal dövləti adını qonaqpərvərlikdən götürüb. |
Azərbaycanda bu ölkə çox tanınmasa da, paytaxtı Dakarla Bakı qardaşlaşdıqdan sonra salınan Dakar meydanı məşhurdur. |
Elə Dakarın mərkəzi meydanlarından biri də Bakının adını daşıyır. |
Onunla müsahibəni təqdim edirik:""- Cənab səfir, Seneqal-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz? |
- Mən ölkəmin Azərbaycanla yanaşı Türkiyədəki səfiriyəm, iqamətgahım isə Ankarada yerləşir. |
Azərbaycan mənə Türkiyə qədər doğma təsir bağışlayır. |
İki ölkə arasında əlaqələrin tarixi keçmişə gedib çıxır. |
Məsələn, Seneqal və Azərbaycan BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə daim dəstək göstərib. |
Ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. |
Amma mən ölkəmin təmsilçisi olaraq bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün bacardığım qədər fəal olmağa çalışıram. |
Müəyyən təklif və planlarım var. |
- Təklif və planlarınız nədən ibarətdir? |
- Hesab edirəm ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edə bilər və bunun üçün geniş imkanlar var. |
Bu mənada səfir olaraq öncə siyasi və diplomatik münasibətlərin daha da çox inkişafı üçün cəhd göstərirəm. |
Xarici İşlər nazirlikləri səviyyəsində də münasibətlərimizi daha da inkişaf etdirməyə çalışacağıq. |
Tədbirlərin birində Azərbaycan və Seneqaldan çox sayda jurnalistlə görüşdüm. |
Orada bildirdim ki, hər iki ölkənin qarşılıqlı olaraq geniş təbliğinə ehtiyac var və bunun üçün medianın da gücündən yararlanmalıyıq. |
Bundan başqa, Azərbaycan uzun illərdir ki, neft və qaz sahəsində böyük təcrübəyə malikdir. |
Seneqalda isə neft yeni aşkarlanıb, yəni, neft hasil edən dövlətlər sırasına yeni qoşulmuşuq. |
Bu baxımdan Azərbaycanla təcrübə mübadiləsinə ehtiyacımız var. |
Keçən ay etimadnaməmi Prezident İlham Əliyevə təqdim edərkən bu barədə fikirlərimi söylədim. |
Dövlət başçısı da bunu razılıqla qarşıladı, hətta neft və enerji sahəsində Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə Seneqaldan olan tələbələrin təhsil almalarının mümkün olduğunu da bildirdi. |
Əməkdaşlığımızın digər bir sahəsi də iqtisadi məsələləri əhatə edə bilər. |
Biznesmenləri iqtisadi əməkdaşlığa cəlb edə və bunun üçün onlara stimul verə bilərik. |
Eyni zamanda Azərbaycanla Seneqal arasında özəl, ictimai, sosial sahələrdə də əməkdaşlıq qurmamız mümkündür. |
Məsələn, Seneqalda iş qurmaq çox asandır. |
Çünki bizim ölkənin yetkililəri xarici sərmayədarların fəaliyyətlərini asanlaşdırır. |
Biz də azərbaycanlı iş adamlarının ölkəmizə gələrək iş qurmalarında maraqlıyıq. |
Kənd təsərrüfatı, toxuculuq, sənaye sahələrində iş qura bilərlər. |
Bizdə kənd təsərrüfatında kaju fıstığı əsas istehsal sahələrimizdən biridir. |
Bu sahədə azərbaycanlı iş adamları qısa müddətdə bizneslərini qura bilərlər. |
Biz Azərbaycana hansı məhsullar ixrac edə bilərik, bunu da müzakirə edəcəyik. |
- Hazırda ölkənizdən Azərbaycana əsasən hansı məhsullar ixrac olunur? |
- Hələ ki, Azərbaycan Seneqaldan heç nə almır. |
Bunun üçün də əməkdaşlığı daha çox inkişaf etdirmək lazımdır. |
Fikrimcə, hazırda Azərbaycana çox zəkalı bir siyasətçi liderlik edir. |
Onu da deyim ki, praktik səviyyədə prezidentlərimiz bir çox məsələdə eyni fikirdədirlər. |
Məncə, Afrikanın çox ölkəsi Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyər. |
Fikrimcə, hazırda Azərbaycanda Afrika haqqında kifayət qədər məlumat yoxdur. |
- Bakıda məşhur Dakar meydanı var, hələ 1967-ci ildə iki şəhər qardaşlaşıb. |
Hətta bu qardaşlığın şərəfinə Dakar meydanında fransızca “Cités Unies” (“Qardaşlaşmış şəhərlər”) yazılan abidə də mövcuddur. |
Azərbaycan Seneqalda necə tanınır? |
- Bəli, Bakıda Dakar meydanı olduğu kimi, Dakarda da Bakı meydanı var. |
Hətta bizdə Bakı ilə bağlı abidə də var. |
Bu, bizim qardaşlığımızın simvoludur. |
Biz bu qardaşlıq vasitəsilə, hələ sovetlər dönəmindən bir-birimizi tanımışıq. |
Amma bu əlaqələrimizi daha da inkişaf etdirmək mümkündür. |
Açığını deyim ki, Afrikada da Azərbaycan haqqında məlumat azdır. |
Mənim də məqsədim məhz qarşılıqlı olaraq bir-birimizi yaxından tanımaqdır. |
Bunun üçün də mədəniyyət günləri, dekadalar və sair fəaliyyətlər həyata keçirə bilərik. |
- Seneqalla Azərbaycanın turizm sahəsində əlaqələri necədir? |
Bu sahənin inkişafı və təbliği üçün hansı addımların atılması planlaşdırılır? |
- Seneqal bir turizm ölkəsidir. |
Hətta Seneqal elə “qonaqpərvər ölkə” deməkdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.