Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır.
Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir.
Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.
Hörmətli Cümhurbaşqanı söylədi ki, bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur.
Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır.
Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır.
Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir.
Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır.
Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.
Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir.
Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik.
Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.
Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir.
Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır.
İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.
Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb.
Bu barədə də geniş müzakirələr aparıldı.
Birgə istehsalla əlaqədar konkret planlarımız var.
Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır.
Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır.
Bu, gələcəyə yönəlmiş təşəbbüsdür.
Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır.
Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil.
Bu, bizim birliyimizin növbəti rəmzidir.
Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
Bir daha əziz Qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm və fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycana dəvət etmək istəyirəm.
17:37"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuata bəyanatla çıxış edirlər.
Həmin görüntüləri təqdim edirik:
“Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkisindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib.
“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir.
Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”.
AZƏRTAC xəbər verir ki, bu fikri fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.
“AzTV”nin “Qızıl Fond”u Göygöl rayonunun keçmiş dövrlərində lentə alınan görüntülərini təqdim edib.
Həmin görüntülərdə rayonun gəzməli-görməli yerləri izləyicilərə təqdim olunub.
“Göllərin tacı”nın arxiv görüntülərini təqdim edirik:
Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev “futbolun daşını atıb”.
Oxu.Az xəbər verir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinən veteran indi sürücü işləyir.
“Mercedes Sprinter” markalı avtomobil sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.
Qeyd edək ki o, Sumqayıt futbol məktəbinin yetirməsidir.
Yerli “Xəzər” FK-la yanaşı, “Qarabağ” FK, “MKT-Araz” FK və “Bakı” FI-nın formasını da geyinib.
İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib.
Son iş yeri isə “Sumqayıt” FK olub.
Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.
O, akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem səbəbindən sevimli peşəsindən uzaq düşüb.
“İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir.
Bizim ordularımız bir yumruq anlamına gəlir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib:“İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”.
Aktrisa Monika Belluççi məşhur “Vogue” jurnalının mart sayının siması olub.
Məlumata görə, 59 yaşlı xanım jurnalın üz qabığı üçün foto çəkdirib.
Onun əynində xardal rəngli üst geyimi, belində isə sıx bağlanmış kəmər olub.
Məşhur xanım görünüşünü qızıl üzüklə tamamlayıb.
Vizajistlər ona qara kölgələr və qəhvəyi dodaq boyası çəkərək yüngül makiyaj ediblər.
Çəkilişin müəllifi Parisdə yaşayan italyan əsilli fotoqraf Paolo Roversidir.
Qeyd edək ki, Monika Belluççi rejissor Tim Burtonla münasibətdədir.
Məşhurların sevgisi haqqında şayiələr 2023-cü ilin fevralında ortaya çıxıb.
“Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb.
Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq.
AzTV-nin “Qızıl Fond”u Bakı şəhərinin Şüvəlan qəsəbəsinin illər əvvəl çəkilmiş görüntülərini təqdim edib.
Həmin görüntülərdə qəsəbənin gül bağçaları və plantasiyalarının görüntüləri izləyicilərə təqdim olunub.
Şüvəlanın gül bağlarından lentə alınan görüntüləri təqdim edirik:
“Qarabağda keçirilmiş antiterror tədbiri ölkəmizin suverenliyini tam təsdiqlədi”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı xatırladıb ki, artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
“Türkiyə bu gün dünya çapında söz sahibidir.
Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında səsləndirib.
“Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
“Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı deyib:“Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işin...
Zaqatala rayonunun arxiv görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, “AzTV” “Qızıl Fond”unda saxlanılan arxiv görüntülərini izləyiciləri ilə bölüşüb"Kadrlarda rayona üz tutan xarici qonaqların qədim küçələrlə, tarixi və memarlıq abidələri ilə tanışlığını görmək mümkündür.
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması martın birinədək uzadılıb.
Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edək ki, birincə sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları ictimaiyyətə açıqlanıb.
Birinci sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirə bilirlər.
Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 mart 2024-cü il tarixinədək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilə...
Onu da qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verə...
Əlavə sualı olan vətəndaşlara BŞTİ-nin Çağrı Mərkəzinə (“146-1”) zəng etmək və ya [email protected] elektron poçtuna yazmaq tövsiyə olunur.
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.
Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Daimi qeydiyyat ünvanı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə qurumun “X” sosial şəbəkəsindəki məlumatında qeyd edilib.
“P.Kuznetsov Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın məsuliyyətini vurğulamaq, tam və şəffaf araşdırma aparılmasını tələb etmək üçün Finlandiya XİN-ə çağırılıb”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı həbsxanada ölüb.
“Qadınla yox, itlə-pişiklə qucaqlaşım?
!” "Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə naməlum xanımla qucaqlaşması ilə bağlı danışarkən deyib.
Müxtəlif obrazlar yarada bilərəm.
Klipin çəkilişi zamanı qeydə alınan görüntülərdir.
Mən orada xanımımıza diqqət göstərməli olduğumuzu göstərmişəm.
Adam qucaqlaşar da...Kişi ilə qucaqlaşırsan belə, qadınla elə...İtlə-pişiklə qucaqlaşım?!