Search is not available for this dataset
text
stringlengths
10
518k
Allah arzulayana istədiklərini verir.
Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır.
Bunun nəticəsində medal qazandım”.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) bürünc medalları qazanıblar.
Bununla da yığmamız 122 xalla komanda hesabında üçüncü olub.
Hər gün yediyimiz və içdiyimiz hər məhsul qanımızdakı xolesterin və triqliserid səviyyəsinə təsir edir.
Bunu ABŞ-dəki Mayo klinikasının kardioloqu, elmlər dojtoru Ripu Sinqh bildirib.
Onun sözlərinə görə, yüksək xolesterin səviyyəsi ateroskleroz adlanan ürək damarlarının sərtləşməsinə, sonra isə ürəyin işemik xəstəliyinə səbəb ola bilər.
Bundan əlavə, damarlarda tromblar meydana gələ bilər.
Triqliseridlərin yüksək olması isə artıq kalorilərdən qaynaqlanır.
Həmçinin, bu maddə izafi şəkər və spirtdən yaranır.
Qanda xolesterin və triqliserid səviyyəsini azaltmaq üçün həkim aşağıdakıları tövsiyə edir:""“Bitki əsaslı pəhriz saxlayın.
Xüsusilə, liflə zəngin olan daha çox bitki əsaslı qidalar yeyin, təbii emal olunmamış taxıl, tərəvəz və meyvələri seçin.
İdmanın köməyi ilə siz sağlam çəki əldə edə və onu saxlaya bilərsiniz.
Yediyiniz trans yağlardan çəkinin.
Onlar qanda xolesterin səviyyəsini artıra bilər.
Xolesterini yüksək olan qidaların qəbulunu məhdudlaşdırın.
Bunlara yumurta sarısı, içalat, heyvan yağları və yüksək yağlı süd məhsulları daxildir.
Bütün yağlar yüksək kalorilidir.
Doymuş yağları doymamış yağlarla əvəz edin”.
Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Yayılan məlum videogörüntülərdən məlumatlıyıq.
Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
23:34"IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Bu barədə Oxu.Az-a 156 nömrəli tam orta məktəbdən bildirilib.
“Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”.
“Sevincimizin həddi-hüdudu yoxdur.
Hamımız bu gün bir yumruq idik.
Əsas odur ki, qalibiyyət əldə etdik.
Bu, tək mənim yox, bütün federasiyamızın, xalqımızın sevinci və zərəfəridir”.
109 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın ağır keçdiyini bildirib:""“Üç-dörd rəqibimlə başa-baş mübarizə apardıq.
Turnirə hazırlığım da qısa vaxtda gerçəkləşib.
Təlim-məşq toplanışında iştirak etmişdim.
Şükürlər olsun ki, hər şey yaxşı oldu.
Biz bu mübarizədə qalib gəldik”.
“Komandanın ümumi çıxışını dörd balla qiymətləndirirəm”.
40 yaşlı mütəxəssis bir gümüş, altı bürünc medal qazanan komandanın daha yaxşı nəticə əldə etmək iqtidarında olduğunu bildirib:""“Hər çəki dərəcəsində medal qazana bilərdik.
Bunun üçün böyük şans da var idi.Təəssüf ki, alınmadı.
Bütün güləşçilərimiz fəxri kürsüdə yer alsaydılar, əla nəticə olardı.
Gənc güləşçilərimizin ilk “üçlük”də qərarlaşmaları sevindirici haldır.
Onlar digər gənclər üçün nümunədirlər.
Yalnız qızıl medalın olmamasına görə təəssüflənirəm.
Maqomedxan Maqomedova ümid edirdik.
Amma finalda uduzaraq gümüş medalla kifayətləndi.
İnşallah, növbəti dəfə daha da yaxşı nəticələr qazanarıq”.
Xetaq Qazyumov qarşıdakı planlar barədə də danışıb:""“İki təlim-məşq toplanışı nəzərdə tutulub.
Eyni zamanda, Yaşar Doğunun xatirə turnirində iştirak edəcəyik.
Bu yarışda gəncləri sınaqdan keçirəcəyik.
Əsas heyət isə Bakıda reallaşacaq lisensiya xarakterli turnirə hazırlaşacaq”.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 122 xalla komanda hesabında üçüncü yeri tutub.
Goranboy rayonunun Qaradağlı kənd sakinləri həbs ediliblər.
“Qaynarinfo”nun məlumatına görə, onların həbs edilməsinə səbəb qonşu evdə baş verən oğurluq hadisəsi ilə bağlı olub.
Belə ki, 2005-ci il təvəllüdlü Vüsal Zamanov və Nurlan Məmmədov qonşuluqdakı evdən oğurluq olan zaman nə baş verdiyini anlamaq üçün ora yaxınlaşıblar.
Bu zaman hər iki şəxs polis tərəfindən dindirilib.
Polis əməkdaşları onları sorğu-sual etməyə başlayanda isə əsəbi halda oğurluq edənin ünvanına uca səslə söyüşlər söyməyə başlayıblar.
Polislər təqsirləndirilən şəxsləri intizama dəvət etsələr də, onlar əsəbi olduğundan tabesizlik göstərməyə başlayıblar.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən Vüsal Zamanov və Nurlan Məmmədov 10 gün müddətinə inzibati həbs ediliblər.
Niderlanddda penitensiar müəssisələrdə kadr çatışmazlığı səbəbindən 1,8 minə yaxın məhkum həqiqi cəzasını çəkmək üçün öz növbəsini gözləyir.
Bu barədə Krallığın Hüquqi Müdafiə naziri Frank Veervind parlamentdə bildirib.
O izah edib ki, ölkədə kifayət qədər həbsxana kameraları var, lakin bəzi kameralardan istifadə etmək mümkün deyil, çünki onlara xidmət edən personal yoxdur.
Kadr çatışmazlığı səbəbindən nazir 2023-cü ilin sonunda kameraların yalnız polis tərəfindən məhkum edilmiş şəxslərə, habelə istintaq təcridxanasında olanlara ayrılmasını əmr edib.
Cinayəti törətdiyini etiraf edib mühakimə olunanlar hələlik həbsxanaya düşməyəcəklər.
Nazirin sözlərinə görə, belə tədbirlər nəticəsində azadlıqda qalaraq həbsxanaya göndərilməyi gözləyən məhkumların sayı artır.
Veervind etiraf edib ki, bu vəziyyətin nə qədər davam edəcəyini bilmir.
Nazir əlavə edib ki, kadr çatışmazlığı bütün cəmiyyətə təsir edir və hazırda insanları penitensiar müəssisələrdə işləməyə cəlb etmək və onları orada saxlamaq üçün tədbirlər müzakirə olunur.
ABŞ sakinləri eksperimental meymunlar üçün şəhər tikmək planına qarşı etiraz edirlər.
Qeyd olunub ki, “Safer Human Medicine” şirkəti bu yaxınlarda ABŞ-nin Corciya ştatında tibbi tədqiqatlar məqsədi ilə meymun yetişdirmək üçün şəhərcik tikmək barədə icazə alıb.
Plana əsasən, əczaçılıq şirkətlərinə, universitetlərə və laboratoriyalara satılmaq üçün Corciya ştatının cənub-qərbindəki Beynbric şəhəri kənarında yerləşən 200 hektarlıq ərazidə 30 min uzunquyruqlu makaka yetişdiriləcək.
Yerli sakinlər və heyvan haqları üzrə fəallar meymun şəhərciyinin yaradılmasına qəti etiraz edərək bildiriblər ki, primatların tibbi müayinə üçün yetişdirilməsi qəddarlıqdır və növlər arasındakı fərqlərə görə insanlar üçün yeni müalicə üsullarının işlənib hazırlanmasında səmərəsizdir.
Qeyd edək ki, heyvanlar üzərində həyata keçirilən tibbi sınaqların böyük əksəriyyəti gəmiricilər üzərində aparılır.
Paytaxt Bakıdan Sumqayıt istiqamətinə və əks istiqamətə yeni yolun çəkilməsi üçün layihə planı hazırlanır.
Bu yol Bakı-Sumqayıt yoluna alternativ olaraq çəkiləcək.
Məqsəd isə tıxacın aradan qaldırılmasıdır.
Nəqliyyat üzrə ekspertlər mövzu ilə bağlı öz təkliflərini səsləndiriblər.
Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər.
İmkan verməyiblər yataqda üzünü görüm.
Bunu heç kimə bağışlamayacağam”.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanovun anası Ulduz Əhmədova deyib.
Əhmədova “O üz” layihəsinə açıqlaması zamanı oğlu Emilin vəfat etdiyini “Instagram”dan öyrəndiyini bildirib:""“Bacım oğlu “Instagram”da göstərdi ki, övladımın yasıdır.
İmkan vermədilər onun sağlığında xəstə yatağında üzünü görüm.
Bu kirayədən, o kirayəyə köçə-köçə övladlarımı böyütmüşəm.
Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım”.
Daha ətraflı ARB TV-nin süjetində:
İsrail fələstinlilərlə münaqişənin tənzimlənməsi statusundan asılı olmayaraq Qərb sahili və Qəzza zolağı daxil olmaqla İordanın qərbindəki bütün əraziləri təhlükəsizlik baxımından tam nəzarətdə saxlayacaq.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“İstənilən halda İsrail İordaniyanın qərbindəki bütün ərazilər üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq.
Buraya Yəhudiyyə və Samariya, habelə Qəzza zolağı daxildir”, - deyə Netanyahu videomüraciətində söyləyib.
Əməkdar artistlər Lalə Məmmədova və Sevda Ələkbərzadə barışıblar.
Olay.az xəbər verir ki, sənətçilər tanınmış təşkilatçı Seva Sultanın doğum günündə bir araya gəliblər.
Onları Elnur Həsənov barışdırıb.
Müğənnilər öpüşüb-görüşdükdən sonra birlikdə rəqs ediblər.
Qeyd edək ki, müğənnilər 2004-cü ildən bəri danışmırdılar.
Onların küsülülüyünə səbəb isə “Şəbi Hicran” albomu olmuşdu.
Həmin görüntüləri təqdim edirik:
Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələrində pavilyonlar yoxdur.
Bu isə istər küləkdə, yağışda, istərsə də günəşli havada avtobus gözləyən sərnişinlərin narahatlığına səbəb olur.