Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Biz fevralın 14-də həmin hadisəni bildikdən sonra valideynlər məktəbə dəvət olunublar. |
Bildirilib ki, şagird həmin hərəkəti zarafat məqsədilə edib”. |
Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. |
Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar. |
“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix karyerasını Fransanın PSJ klubunda davam etdirə bilər. |
Məlumata görə, Paris klubu gələn yay özünü alman futbolçu ilə gücləndirmək niyyətindədir. |
Kimmix özü də cari mövsümün sonunda “Bavariya”nı tərk etmək istəyir. |
O, bu qərarı klubdakı münaqişələr fonunda verib. |
“Yuventus” rəhbərliyi komandanın baş məşqçisi Massimiliano Alleqrinin gördüyü işdən razı qalsa da, onunla əmək müqaviləsini uzatmağa tələsmir. |
Məlumata görə, italiyalı mütəxəssis klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq istəyir. |
Bununla belə, Turin klubunun bossları mütəxəssisin yaxın iki aydakı işini qiymətləndirmək niyyətindədir. |
Həlledici ayın aprel olacağı vurğulanır. |
“Yuventus” Alleqri ilə müqaviləni bu ayın sonunadək yeniləməsə, müqaviləsinin bitməsinə bir il qalmasına baxmayaraq, çox güman ki, mövsümün sonunda klubu tərk edəcək. |
Fransa məhkəməsi erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyanın villasını müsadirə edib. |
Məlumatı Fransa mətbuatı dərc edib. |
Qeyd olunur ki, dəyəri 120 milyon avro olan dəbdəbəli iqamətgah Fransanın cənub-şərqində, Rokbrün-Kap-Marten kommunasında yerləşir. |
Bu gün saat 8:45-də Bakıdan Ağstafaya yola düşən sürət qatarı Ələt stansiyasında dayanıb. |
Halbuki, qatar bu saatlarda mənzilbaşına çatmalı idi.""Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.media-ya bildirilib ki, bu gün Bakı-Ağstafa istiqamətində hərəkət edən 706 saylı qatar kontakt sistemində yaranmış texniki nasazlığa görə Ələt-Atbulaq sahəsində dayanıb:""“Hazırda texniki problemin aradan qa... |
Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün əlavə qatar təyin edilib. |
Artıq əlavə qatar sərnişinləri götürüb və Gəncə istiqamətində hərəkətdədir. |
Qeyd edək ki, dayanma zamanı sərnişinlərə ödənişsiz çay, qəhvə və şirniyyat paylanılıb. |
Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik”. |
Azərbaycanlı xanım Türkiyədə bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. |
Zülfiyyə Akdağ (Günəş) Məmləkət partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizəddir. |
Oxu.Az-ın əməkdaşı Zülfiyyə Akdağ (Günəş) ilə danışıb. |
O, öncə özü haqqında məlumat verib:""“1973-cü ildə Azərbaycanın Ağdam rayonunun Gülablı kəndində anadan olmuşam. |
İbtidai təhsilimi Gülablı kəndində başa vurdum. |
Daha sonra təhsilimi Bakıda A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada davam etdirdim. |
1991-ci ildə 50 tələbədən biri olaraq İstanbul Universitetinə təhsil almağa yollandım. |
Həmin universitetin tarix fakültəsini bitirdim. |
1992-ci ilin fevral ayında Azərbaycana gəldim. |
Kənddən bizimkilər ən son o zaman çıxdılar. |
Kəlbəcər işğal olunandan sonra 1993-cü il aprel ayının 6-da Bakıya gəldim. |
Sonra Türkiyəyə gedib 1995-ci ildən orada qaldım”. |
Zülfiyyə Akdağ 2012-ci ildən Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisi olduğunu vurğulayıb:""“Uzun illər müəllim olaraq fəaliyyət göstərdim. |
50 universitetdə əsir düşmüş qadınlarla bağlı konfrans verdim. |
2019-cu ildə İstanbulda erməni kilsəsinin qarşısında təkbaşına pankart açaraq onlara etirazımı bildirdim. |
Fransız, ingilis və erməni dilində pankart təqdim etdim”. |
Z.Akdağ kitabı haqqında məlumat verib:""“Gözlərim yol çəkər, Qarabağ” kitabında sovet dövründəki və ondan sonrakı Qarabağı təsvir etmişəm. |
Ziya Şahin “Karabağda Savaşan Kadınlar” kitabında məndən bəhs edib. |
Kitab ABŞ-də ingilis dilinə tərcümə olunur. |
Günəş təxəllüsümü Azərbaycanın simvolu olaraq götürmüşəm. |
Günəş qədim Azərbaycanın simvoludur. |
Günəşi Azərbaycanla yenidən bir araya gətirmək istədim”. |
“31 mart 2024-cü ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkisində Məmləkət partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizədliyimi irəli sürdüm. |
Silivri bölgəsində 25 ildir yaşayıram. |
Müxtəlif məktəblərində dərs demişəm. |
Məmləkət partiyası məni namizəd olaraq irəli sürdü. |
Əgər seçilərəmsə, Ağdam ilə Silivrini qardaşlaşmış rayon olaraq görmək istəyirəm. |
Çünki Ağdamda da 240 min soydaşımız yerləşdiriləcək”, - deyə Z.Akdağ əlavə edib. |
Fevralın 6-da Yasamal rayonu, İnşaatçılar prospekti, 11B ünvanında yerləşən qazanxanada baş vermiş partlayışdan sonra uşaq bağçasına istilik verilmir. |
Bu barədə Oxu.Az-a övladları Yasamalda yerləşən 11 saylı uşaq bağçasına gedən valideynlər bildiriblər. |
Valideyn Firuzə Əhmədova deyir ki, bağçada 120 uşaq təhsilini soyuqda davam etdirir:""“Azəristiliktəchizat” ASC-dən deyirlər ki, bu mövsüm partlayış baş verən əraziyə istilik verilməsi olmaya bilər. |
Uşaqlar soyuqda necə getsinlər bağçaya? |
!”"Məsələ barədə “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. |
ASC-nin mətbuat katibi Elvin Basqallı Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda partlayış baş verən qazanxanada ilkin araşdırma və ekspertiza işləri aparılır:""“Qazanxananın balansında bir uşaq bağçası və bir neçə bina var. |
Ekspertizanın rəyinin nəticəsindən asılı olaraq tədbirlər görüləcək”. |
Qeyd edək ki, fevralın 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar. |
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayışın baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. |
Eyni zamanda, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. |
Hadisə zamanı 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) yanıq xəsarətləri alıb. |
“Qarabağ” akademiyasında dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi”. |
“Qəbələ”dən ayrıldıqdan sonra Ağdam təmsilçisi ilə anlaşan mütəxəssis həmin ərəfədə başqa təkliflərinin olduğunu da bildirib:""“Təklif göndərən klubların hər birinə təşəkkür edirəm. |
İlk təklif “Qarabağ”dan gəldi, söhbətimiz də yaxşı məcrada keçdi, bir-birimizi başa düşdük. |
Seçim zamanı “Qarabağ” klubunun adı, bu ailənin mehribanlığı, keyfiyyəti öz rolunu oynamaya bilməzdi”. |
N.Kərimov akademiyanı əsas komanda səviyyəsinə uyğunlaşdırmaq üçün yollarının uzun olacağını vurğulayıb:""“Bu mövsümün əvvəlindən görülən işlər gələcəyə ümidlə baxmağa əsas verir. |
Bundan sonra hansı işlərin görüləcəyi də müzakirə olundu, planlar haqqında danışıldı. |
Əlbəttə ki, xeyli problemlər, çətinliklər var, bunun fərqindəyik. |
Əsas odur ki, bu problemlərin həlli üçün yollar axtarılsın. |
Ümid edirik ki, bütün çətinliklərin öhdəsindən yavaş-yavaş gələcək, çox çətin olsa belə, “Qarabağ”ın əsas komandasına layiq akademiya yarada biləcəyik”. |
40 yaşlı menecer “Qarabağ” akademiyasındakı öhdəliyindən də bəhs edib:""“Əvəzedicilər də daxil olmaqla akademiyanın bütün fəaliyyəti mənə tapşırılıb. |
Texniki məsələlər, futbol tərəfi ilə akademiyanın koordinatoru Aftandil Hacıyev maraqlanır. |
Digər məsələlər mənim nəzarətimdə olacaq. |
Birlikdə ən yaxşı işi görməyə çalışacağıq”. |
Qeyd edək ki, Nail Kərimov 2006-2024-cü illərdə “Qəbələ” İdman Klubunda fəaliyyət göstərib. |
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən binalardan birinin blokunu su basıb. |
Baku.ws xəbər verir ki, buna səbəb evdən çıxarkən ev sahibinin suyu bağlamağı unutması olub. |
Beləliklə su daşıb və ətrafa yayılıb. |
Sözügedən hal bina sakinlərinin qəzəbinə səbəb olub. |
Həmin görüntüləri təqdim edirik: |
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə oyununu idarə edəcək FIFA referisi Georgi Kabakov karyerası ərzində beşinci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb. |
Maraqlıdır ki, dörd görüşün hər biri Azərbaycan komandalarının səfər qarşılaşmalarına təsadüf edib. |
Kabakovun təmsilçilərimizlə ilk tanışlığı 2013-cü ildə gerçəkləşib. |
U-17 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyaya səfərdə 1:0 hesabı ilə uduzduğu oyunda Kabakov ehtiyat hakim olub. |
O, 2019-cu ilin martında əsas yığmanın Xorvatiya ilə səfər qarşılaşmasını idarə edib. |
Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşündə Ramil Şeydayev 19-cu dəqiqədə hesabı açsa da, komanda meydanı 2:1 hesablı məğlubiyyətlə tərk edib. |
Hazırda “Qarabağ”ın kapitanı olan Maksim Medvedev həmin oyunda sarı vərəqə ilə cəzalanıb. |
Georgi Kabakov iki dəfə də “Qarabağ”ın avrokubok görüşündə iş başında olub. |
Millilərdən fərqli, onun idarəçiliyi Ağdam klubu üçün düşərli olub. |
Qurban Qurbanovun kollektivi 2015/16 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”a Monteneqroda 0:1 hesabı ilə qalib gələrək, yoluna davam edib. |
Qalibiyyət topuna 57-ci dəqiqədə Reynaldo imza atıb. |
Kabakovun “Qarabağ”la yolu cari mövsüm Avropa Liqasının pley-offunda da kəsişib. |
Təmsilçimiz Sloveniyada “Olimpiya”nı 0:2 hesabı ilə üstələyərək, qrup mərhələsinə adlayıb. |
Kevin Medina və Leandro Andrade birinci hissədə fərqləniblər. |
Ağdam təmsilçisinin heyətində Julio Romao isə sarı vərəqə alıb. |
Ümumiyyətlə, 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir. |
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. |
İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 2:4. |
Kürdəmir rayonunda hazırda fəaliyyət göstərən tibb məntəqəsi qəzalı vəziyyətdədir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.