Search is not available for this dataset
text
stringlengths
10
518k
“COP29-da bizim əsas vəzifələrimizdən biri maliyyələşdirmə mexanizmlərini inkişaf etdirmək olacaq.
Ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun səylərinin birləşdirilməsini tələb edən zərərin azaldılması, uyğunlaşdırılması və ödənilməsi üçün maliyyənin səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edəcək”, - o bildirib.
Y.Rəfiyev qeyd edib ki, yalnız inklüziv COP vasitəsilə düzgün yolu müəyyən etmək mümkün olacaq:“Bu bizim əsas prinsipimiz olacaq.
Əməkdaşlığımız sayəsində iqlim və davamlılığa yönəlmiş gələcəyi təmin etmək üçün BƏƏ və Braziliya ilə əl-ələ verəcəyik”.
Nazir müavini Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji sektorunda mühüm rolunu vurğulayıb:“COP29 çərçivəsində biz qlobal enerji qaydaları və standartlarının yaradılmasında mühüm rol oynayan IEA ilə yaxından işləməyi səbirsizliklə gözləyirik.
IEA həmçinin COP29-da öhdəliklərimizə və əldə edilmiş tərəqqiyə nəzarət edərək tərəflərin mühüm tədqiqat və fəaliyyətini dəstəkləyərək bu prosesdə mühüm rol oynamağa davam edəcək”.
Bu yaxınlarda bir müsahibəsində - “İşlər belə davam edərsə, İranda mövcud quruluşun süqutu qaçılmaz olacaq”, - deyən məşhur ruhani Məhəmmədtağı Əkbərnejad fevralın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı tərəfindən Qum şəhərində saxlanaraq naməlum yerə aparılıb.
“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunub ki, son vaxtlar sosial mediadakı tənqidi çıxışları yüz minlərlə insan tərəfindən izlənən din xadimi ilə bərabər, onun “Instagram” səhifəsinin admini olan tələbəsi də həbs edilib.
Qum Elmi Hövzəsinin müəllimi olmaqla yanaşı, Əkbərnejad həm də bu şəhərdəki “Fiqh və İslam mədəniyyəti” Araşdırma Mərkəzinin direktorudur, eyni zamanda Kermanşahdakı Kəngavər Elmi Hövzəsinin rəhbəridir.
Yayılan məlumatlara görə, həbsi ərəfəsində o, Kermanşaha səfər edibmiş və oradan qayıdandan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bu barədə canlı yayımda ətraflı bilgi verən Əkbərnejadın dostu və əqidə yoldaşı, İran hakimiyyətinin tanınmış tənqidçilərindən biri, rəsmi “Keyhan” qəzetinin keçmiş baş redaktoru Mehdi Nəsiri deyib ki, Əkbərnejad onsuz da ertəsi gün ruhanilər üçün xüsusi məhkəməyə çağırılıb, lakin SEPAH-ın təhlükəsizlik qurumu bunu göz...
Görünür, bu işdə həmin gün radikal qrupların Əkbərnejadın əleyhinə Qum şəhərində təşkil etdiyi aksiya da az rol oynamayıb.
Həmin aksiyada Əkbərnejadın İslam Respublikasının banisini və hazırkı ali rəhbərini təhqir etdiyi bildirilib, “Əkbərnejad, abrın olsun, Qum şəhərini tərk et!” şüarı səsləndirilib.
Xocalı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildirilib.
Belə ki, Böyük Qayıdış Proqramının icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq iki yeni subartezian quyusunun qazılmasına qərar verilib.
Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun isə qazıntısı işləri davam etdirilir.
Yeni subartezian quyuları gələcəkdə Xocalı şəhərini 24 saat fasiləsiz içməli su ilə təmin etməyə imkan verəcək.
Xocalı şəhərinin içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq.
Xocalı şəhərində mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir.
Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir.
Qeyd edək ki, Xocalı şəhərinin bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur.
Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir.
Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi tərəfindən xidmət göstərilir.
Bakıda ata azyaşlı qızına və həyat yoldaşına şiddət göstərib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda atanın azyaşlı qızını döydüyü görünür.
Əvvəlcə əlindəki əşya ilə, sonra əli ilə balacanın başından dəfələrlə vurur.
Videosu yayılan azyaşlının babası Böyükağa Əzizağa oğlu Əliyev Baku TV-yə danışıb.
Onun sözlərinə görə, qızının ailəsində əvvəllər də problem olub, lakin hər dəfə məsələni yoluna qoymağa çalışıblar.
“Bu dəfə də gəlib dedi ki, evimdə qalmaq istəyirəm, səhvimi anladım.
Qızım etiraz etdi ki, bunların yenə hansısa planı var, qorxuram, bizimlə qalmasın.
Dedim ki, qızım, səs eləmə, qoy qalsın, mən də buradayam.
Söz-söhbətdən əvvəl qızımın telefonunu alıb format etmişdim.
Uşaqların atası evə qayıdanda telefonu qızıma qaytarmağımı istədi.
Səhər yuxudan durub işə gedəndə telefon məsələsini yenə dedi.
Mən də ona telefonu verəndə öz mobil telefonumla bunu kameraya çəkdim ki, sonra sübut edə bilim.
Mən də piyada magistral yola doğru hərəkət etdim.
Mağazaya çatanda uşaqların atalarının qohumları mənim qarşımı kəsdilər və məni zorla maşına oturtmaq istədilər.
Orada əlbəyaxa olanda qəsəbə sakinləri bizi ayırdılar”, - azyaşlının babası deyib.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib.
Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən fransız casuslar ifşa ediliblər.
Keçirilən əməliyyat çərçivəsində Türkiyədə fəaliyyət göstərən Fransa Kəşfiyyat Xidmətinin üç nəfərdən ibarət casus şəbəkəsi aşkarlanıb.
Məlum olub ki, suriyaəsilli Ahmet Katienin rəhbərlik etdiyi üçnəfərlik şəbəkə xaricə getməyə çalışan qaçqınlara işgəncələr verildiyi ilə bağlı Türkiyəni beynəlxalq səviyyədə ittiham edən saxta məlumat və sənədləri Fransa kəşfiyyatına təqdim edib.
Özünü ictimaiyyətə aktivist jurnalist kimi təqdim edən və İstanbulda yaşayan Ahmet Katie adlı suriyalı, Fransanın İstanbuldakı Baş Konsulluğundan ailəsi ilə birlikdə sığınacaq istəyib.
Lakin Fransa Xarici Kəşfiyyat Xidməti Katienin siyasi sığınacaq istəyinin qəbul edilməsi üçün Türkiyə əleyhinə hərbi və siyasi istiqamətdə casusluq etməsini təklif edib.
Ahmet Katie bu təklifi qəbul edib.
O, Türkiyədəki suriyalı qaçqınlar, immiqrasiya siyasəti və Türkiyəni Avropada çətin vəziyyətə salacaq real olmayan məlumatlar və sənədlər təqdim edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Ahmet Katie, İbrahim Şevaiş və Halis Elnahar adlı üç suriyalı Fransa Kəşfiyyat Təşkilatının təlimatları əsasında fəaliyyət göstərib və paytaxtı Parisdə yerləşən “Hələb Dostları İcması” (“Coliectif Amis d'Alep”) adlı qeyri-hökumət təşkilatı (QHT) menecerləri vasitəsilə məlumatlar ö...
Fransa kəşfiyyatının nəzarəti altında olan və Parisdə fəaliyyət göstərən QHT rəhbərləri internet proqramları vasitəsilə uzaqdan fəaliyyət göstəriblər.
Onlar Türkiyənin qaçqınların saxlanıldığı təcridxanalarda guya işgəncə tətbiq etdiyini, insan hüquqlarının pozulduğunu iddia edərək Türkiyəni beynəlxalq arenada çətin vəziyyətə salmağa cəhd ediblər.
İspaniyanın “Barselona” klubunun rəhbərliyi İtaliyanın “Napoli” klubunun gürcüstanlı yarımmüdafiəçisi Xviçi Kvaratsxeliyanın transferi üçün ayırmağa hazır olduğu məbləğlə bağlı qərar verib.
Mənbənin sözlərinə görə, Xviçinin transferi klubun prioritetlərindən biridir.
Onun Kataloniya komandasının hücum oyununu gücləndirə biləcəyi gözlənilir.
“Barselona” 23 yaşlı futbolçu üçün 90-100 milyon avro təklif etməyə hazırdır.
Eyni zamanda, nüfuzlu “Transfermarkt” portalı onu 80 milyon avro qiymətləndirir.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/8 finalında məhz “Napoli” ilə oynamalı olacaq.
İlk oyun çərşənbə günü, fevralın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Cavab oyunu martın 12-nə təyin edilib.
Bu gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında Bakıda kişinin arvadına və azyaşlı qızına şiddət göstərməsi ilə bağlı görüntülər yayıb.
K.Ağazadə bildirib ki, ata mütəmadi olaraq arvadına və üç qızına şiddət göstərir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub:""“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıl...
E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Hadisəni törədən şəxsi hansı cəza gözləyir?
Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, ümumilikdə cinayət hadisəsinin hansı xarakterli olması, ağırlığı və hansı şəraitdə törədildiyi ibtidai araşdırmanın nəticəsi ilə müəyyən olunur:""“Çəkilən görüntüdə qeydə alınan zorakı hərəkətlərin mütəmadiliyi və ağırlığı Cinayət Məcəlləsinin 133-cü maddəsi ...
Belə ki, Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə nəticəl...
Eyni zamanda, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin maddənin 2.1-ci və 2.4-cü ağırlaşdırıcı bəndlərinə əsasən isə təyin oluna biləcək cəza iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əhatə olunur”.
Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb.
APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, əvvəlki qaydalara görə xaricdə təhsil alan tələbə diplom tanınması üçün müraciət etdikdə tədris dili ilə bağlı imtahan verirdi:""“Lakin hazırda diplom tanınması ilə bağlı dil tələbi aradan qaldırılıb.
Bu səbəbdən diplomunun tanınması ilə bağlı müraciətinə mənfi rəy verilən şəxslər yenidən müraciət edə bilərlər”.
Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini ...
Digər dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır.
Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır.
Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.
Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.
Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına görə cərimələr sərtləşdirilir.
APA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tə...
Qüvvədə olan məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin ...
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.
APA xəbər verir ki, bu, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.
“Uşaqlarla söyüşlə danışırdı.
Etiraz edəndə məni də təhqir edirdi”.
Bunu qadın ərinin qızına fiziki şiddət göstərməsi məsələsi ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa çalışıb:""“Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi.
Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək.
Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm”.
Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib.
“Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım.
Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm”, - o söyləyib.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib.
Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.
Daha ətraflı Baku TV-nin süjetində: