Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Xeyr, əksinə, Azərbaycan Ermənistanla sülh gündəliyindəki ştrixləri regional sülh, firavanlıq və region xalqlarının rifahı kodeksinə kökləyir. |
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər kəsin iqlim dəyişikliyi ilə mübarizə üçün birləşəcəyi tədbirdir”. |
Onun sözlərinə görə, keçmişə nəzər salaraq söyləyə bilərik ki, hazırda hər birimiz yenidən birləşməliyik:“Çünki iqlim böhranı nəticəsində ölkələrimizdə baş verən təlatümlərə cavab vermək üçün bir araya gəlməliyik. |
Biz enerji sistemlərimiz və iqtisadiyyatlarımızın iqlim böhranına reaksiya verməsi üçün birləşməliyik”. |
O vurğulayıb ki, hazırda demək olar ki, bütün ölkələr daha ədalətli cəmiyyətə keçid üçün enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində işləyir:“COP28 sazişlərinin həyata keçirilməsi üçün şərait yaratmaq, eləcə də bu il COP29 və gələn il COP30-a hazırlaşmaq üçün üç əsas şərtə toxunacağam. |
Bu, 1,5 dərəcə selsi missiyasına nail olmaq, sosial komponenti təmin etmək və maliyyələşdirmədir. |
Biz birlikdə keçid yolunu tapmalıyıq. |
Maliyyələşdirməyə gəlincə, bizim artıq iqtisadi investisiya və tranzit planımız var, mövcud vəsaitlərdən strateji istifadə etmək üçün onları birləşdirməliyik, bu mənada Beynəlxalq Enerji Agentliyinin rolu vacibdir”. |
Qohum evliliyi məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə yaradan mövzulardan biridir. |
Bir çoxları hesab edirlər ki, qan bağı olan insanların evliliyi gələcək nəsildə bir sıra fəsadların meydana çıxmasına səbəb olur. |
Şəxslər arasındakı qan bağının yaxınlıq dərəcəsi artdıqca fəsadların meydana çıxma riski də böyüyür. |
Hətta dünyanın bir çox ölkələrində - Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, İrlandiya, Cənubi Koreya, Yeni Zelandiya, Tacikistan və s.-də qohum evliliklərinə qadağa qoyulub. |
Yəni yaxın qohumlar arasında nikah qadağası var. |
Qohum evliliklərinin fəsadları haqqında mütəxəssislər nə düşünürlər? |
Əsas fəsadlar hansı bağlar üzrə müşahidə olunur - ata, yoxsa ana xətti üzrə? |
Məsələ ilə bağlı Oxu.Az-a danışan həkim-genetik Mircavid Müslümov bildirib ki, istər qohum evliliyi olsun, istər qeyri-qohum evliliyi, genetik xəstəlikli uşağın doğulma ehtimalı var:"""“Hər bir insan 100 trilyondan çox hüceyrədən ibarətdir. |
Hər hüceyrə daxilində 23 cüt xromosom var. |
Hər cüt xromosomdan biri anadan, digəri atadan gəlir. |
Xromosomların strukturunu da DNT formalaşdırır. |
Kodlaşdırılan bölgələrə biz gen deyirik. |
Həmin genlərdə baş verən dəyişikliklər xəstəliklərin meydana çıxmasına səbəb olur. |
Statistikaya əsasən, yeni doğulan uşaqların təxminən iki faizi irsi xəstəliklər və ya ciddi inkişaf qüsurları ilə doğulur. |
Genetik xəstəliklər ya ana bətnindəki döldə öz-özünə, ya da irsi olaraq, valideynlərdəki genetik kodlarda baş verən dəyişikliklərin ötürülməsi ilə əmələ gəlir”. |
Genetik vurğulayıb ki, dünyada qohum evliliklərinin sayı 20 faiz təşkil edir və doğulan uşaqların 8,4 faizi onların payına düşür:""“Qohum, yaxud qeyri-qohum evliliyindən asılı olmayaraq, genetik xəstəlikli uşağın doğulma ehtimalı həmişə var. |
Normalda hər bir insan ortalama beşdən səkkizə qədər genetik xəstəliyin daşıyıcısıdır, amma bunu heç birimiz bilmirik. |
Qohum evliliklərində ən çox rast gəldiyimiz qan xəstəlikləri, sinir-əzələ xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri və əsas da metabolik xəstəliklərdir. |
Araşdırmalara görə, Daun sindromu hər 800 canlı doğumdan bir rast gəlinirsə, yuxarıda sadaladığım xəstəliklər hər 100 canlı doğumdan bir rast gəlinir. |
Azərbaycanda kifayət qədər genetik xəstəliklər var. |
Yanlış bir məlumat yayılıb ki, genetik xəstəliklərlə bağlı dörddəbir ehtimal var və xəstə uşaq doğulubsa, növbəti hamiləliklərdəki üç uşaq sağlam olacaq. |
Bu cür fikirlər tamamilə yanlışdır. |
Çünki ata-ana genetik xəstəliyin daşıyıcısıdırsa, hər hamiləlikdə uşağın 25 faiz xəstə doğulma ehtimalı var”. |
Qohum evliliklərində ata, yoxsa ana xəttinin daha çox xəstə uşaqların doğulmasına səbəb olması sualına gəlincə, həkim qeyd edib ki, bəzən insanlar düşünürlər ki, xalaqızı-xalaoğlu ilə evlənmək olmaz, amma əmiqızı-əmioğlu ilə evlənmək olar. |
Hər bir uşağa genomun yarısı atadan, yarısı anadan keçir. |
Əmiuşaqları da, xalauşaqları da, bibi, dayıuşaqları da hamısı eyni dərəcəli qohum evliliyidir və hamısında eyni dərəcədə genetik xəstəliklərlə rastlaşırıq. |
Araşdırmalara görə, yad evliliklərinə nisbətən qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı iki dəfə çoxdur. |
Ona görə də qohum evliliyinə qərar verən cütlüklər ailə qurmazdan öncə və hamiləliyin ilk aylarında genetik araşdırmalar üçün həkim-genetiklərə müraciət etməlidirlər”, - həkim deyib. |
Bütün qohum evliliklərində xəstə uşaqların doğulması ehtimalına gəlincə isə M.Müslümov bildirib ki, ilk dönəmdə olmasa belə, onların nəvə və yaxud nəticələrində xəstəlik özünü göstərəcək:""“Elə qohum evlilikləri var ki, onlarda heç bir xəstəlik yoxdur, uşaqlar da çox sağlamdırlar. |
Nəslə, şəcərəyə baxanda onlarda hər hansı genetik xəstəlik görmürük. |
Ona görə də ilk dönəmdə olmasa belə, nəvə və yaxud nəticələrində xəstəlik özünü necəsə büruzə verəcək”. |
Qohum evliliyinin talassemiyaya səbəb ola bilməsi ehtimalına gəlincə isə həkim bunun doğru olmadığını bildirib:""“Azərbaycan endemik zonalardan biri olduğu üçün burada istər qohum, istər qeyri-qohum evliliklərində talassemiya xəstəliyinə rast gəlinir. |
Çünki insanlar arasında daşıyıcılıq çoxdur. |
Qeyri-qohum evliliklərində də bu xəstəliyə çox rast gəlirik. |
Ona görə də sırf qohum evliliyi talassemiyaya səbəb olur demək mümkün deyil”. |
Ötən həftədən etibarən ekspertlər arasında Rusiyanın anti-peyk silahlarını hazırlaması və kosmosda nüvə bombalarının mümkün istifadəsi geniş müzakirə edildi. |
Öz növbəsində ABŞ bu məsələni özünün milli təhlükəsizliyinə təhdid adlandırdı. |
Qeyd etmək yerinə düşər ki, son vaxtlar dünya mətbuatında kosmosda müharibənin qaçılmaz olması barədə materiallar aktiv şəkildə dərc edilir. |
Oxu.Az bu məsələni şərh etmək üçün elmi araşdırmalar aparan rusiyalı hərbi jurnalist Mixail Kotova müraciət edib. |
Ekspertin fikrincə, bütün bu bəyanatlar, yazılar ABŞ-dəki daxili qarşıdurmanın xarici nəticələridir. |
“Rusiya uzun illərdir ki, “Xarici Kosmos Müqaviləsi” (1967-ci il yanvarın 27-də ABŞ, Böyük Britaniya və Sovet İttifaqı tərəfindən imzalanıb – red.) |
ilə bağlı öhdəliklərə sadiq olduğunu və bu müqavilənin qaydalarına riayət etdiyini bəyan edir. |
Müqavilədə ən vacib məqamlardan biri də kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməməsi prinsipidir. |
ABŞ-də isə bəzi siyasi oyunlar gedir və bunun əks-sədaları dünyanın qalan hissələrinə də çatır”, - deyə rusiyalı mütəxəssis qeyd edib. |
M.Kotov bildirib ki, növbəti müharibənin kosmosda olacağına dair müzakirələr vaxtaşırı qaldırılır:""“Məsələn, ABŞ indi kosmosa, o cümlədən hərbi ehtiyaclar üçün büdcə ayırmağa hazırlaşır. |
Amma həmin çinlilər də amerikalılar kimi fəzaya hava-kosmik təyyarələr (orbital təyyarələri - red.) |
Lakin kütləvi isteriya nə qədər çox yayılarsa, büdcədən bir o qədər çox pul qoparmaq mümkün olur”. |
Bununla belə, M.Kotov hesab edir ki, əgər doğrudan da kosmosda nüvə silahından istifadə edilərsə, bundan bütün “milli” peyklər zərər çəkəcək:""“Fərqi yoxdur, istər Çinin olsun, istərsə də beynəlxalq (dünyanın müxtəlif ölkələrinin kosmonavtları və astronavtları beynəlxalq kosmik stansiyalarda işləyirlər, o cümlədən Rusi... |
Sizə xatırlatmaq istəyirəm ki, keçən əsrin ortalarında kosmosda nüvə bombasını ilk dəfə ABŞ partladıb”. |
Mütəxəssis Azərbaycanın da kosmosda orbital peyk qruplarının olduğunu nəzərə alaraq vurğulayıb ki, ölkəmizin kosmik fəzada peyklərin olması gözəldir, amma kosmosda güclü nüvə partlayışı baş verərsə, bu, bəşəriyyəti yüzillərlə geriyə atacaq. |
“Bundan sonra orbitdə qalacaq böyük miqdarda kosmik tullantılar səbəbindən kosmosa yeni peyklərin buraxılması son dərəcə çətin olacaq”, - deyə o əlavə edib. |
Amsterdam məhkəməsi Rusiyanın Haaqadakı əvvəlki arbitraj prosesləri zamanı keçmiş səhmdarlar tərəfindən saxtakarlıq etməsi ilə bağlı iddiasını əsassız hesab edib. |
Nəticədə əvvəlki hökm ləğv edilməyib. |
Bu o deməkdir ki, Rusiya tərəfi YUKOS-un keçmiş səhmdarlarına şirkətin iddia edilən “özgəninkiləşdirilməsi”nə görə 50 milyard dollar (üstəlik hesablanmış cərimələr) ödəməlidir. |
“Rusiya ona dost olmayan Qərbdə bütün məhkəmə işlərini uduzsa belə, çətin ki, bir qəpik ödəsin”, - deyə ekspertlər xəbərdarlıq edir. |
Abşeron rayonu, Məmmədli kəndi yaxınlığında yerləşən Yanardağ Azərbaycanın məşhur tarixi abidələrindən biri hesab olunur. |
Oxu.Az xatırladır ki, Yanardağ Məmmədli kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məmmədli-Digah şose yolunun sol istiqamətində yerləşir. |
Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gə... |
Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çata bilir. |
Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapıb ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. |
Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 may 2007-ci il sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. |
Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. |
2018-ci il 17 iyul tarixində Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam verib. |
Qoruq 64,55 hektar ərazini əhatə edir. |
Qoruğun tərkibində Yanardağ - əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. |
Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələr ilə zəngin iki qəbiristanlıq, kükürdlü su qaynayan müalicəvi bulaqlar, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, yerli əhali tərəfindən müqəddəs hesab edilən qara rəngli daşların qorunduğ... |
“Yanardağ” təbiət abidəsi yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında vulkanik-tektonik proseslərdən yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. |
Bakının rəmzi hesab olunan üç alov və dəniz simvolu da Yanardağın əks istiqamətində vaxtı ilə aktiv şəkildə daimi alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. |
Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur. |
Yanardağ və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib. |
Daha çox foto burada:PhotoStock.Az |
Alimlər Rusiyanın Primorye diyarının sahillərində “qanlı” qar və buz aşkar ediblər. |
Məlumata görə, buz əriməyə başladıqca qırmızı rəng alıb. |
Sakinlər bundan bərk narahat olublar və sosial şəbəkələrdə kadrlar yayıblar. |
Rusiya Elmlər Akademiyası A.V.Jirmunski adına Milli Dəniz Biologiyası Elmi Mərkəzi sakinləri sakitləşdirərək hadisənin elmi izahını verib. |
Alimlərin sözlərinə görə, bu, qarın içində minlərlə xərçəngkimilərin donması ilə əlaqədardır. |
Fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. |
Bu barədə Oxu.Az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. |
Araşdırmalarla qeyd edilən idarənin əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində təbii qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədovun sonunculara zor tətbiq etməklə ... |
Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib. |
Bakı sakinini 100 manata görə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevə hökm oxunub. |
Hökmə əsasən, Rəşad Kərimov 1 il 8 ay, Tahir Ələkbərov 19 il və Radiq Feyziyev isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. |
Qeyd edək ki, hadisə 2020-ci il oktyabrında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramov küt alətlə qətlə yetirilib. |
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri - Tahir Ələkbərovla Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. |
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutularaq istintaqa təhvil veriliblər. |
R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ... |
Avropa Komissiyası (AK) Brüsseldəki qərargahında pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün sistem qurmağı planlaşdırır. |
Bu barədə AK-dəki mənbələrdən xəbər verilib. |
“Həssas hökumət binalarının yaxınlığında icazəsiz PUA uçuşları potensial olaraq təhlükə yarada bilər. |
Komissiya digər maraqlı tərəflər və (Belçika) hakimiyyət orqanları ilə birlikdə bu təhlükəni aradan qaldırmaq üçün mümkün tədbirləri nəzərdən keçirir”, - deyə AK rəsmisi bildirib. |
Bildirilir ki, AK qərargahını pilotsuz təyyarələrdən qorumaq üçün avadanlıqla təmin edə biləcək şirkətlərin axtarışına başlayıb. |
Bunun hansı avadanlıq ola biləcəyi şərh edilməyib, lakin sistemin mümkün fiziki hücumların, həmçinin PUA-lardan istifadə edərək casusluğun qarşısını almaq üçün hazırlanacağını dəqiqləşdiriblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.