Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Burada sanatoriya-kurort müalicəsindən tutmuş tarixi ekskursiyalara qədər müxtəlif istirahət növlərindən zövq almaq imkanı var. |
Uzun yaz tətili Tbilisi şəhərinə səyahət etmək, gürcü qonaqpərvərliyinə qərq olmaq və ölkənin ləzzətli təamlarını dadmaq üçün gözəl fürsətdir! |
AZAL Gürcüstanın paytaxtına gündə beş dəfə reyslər həyata keçirir. |
Avropa şəhərlərinə səyahət etmək istəyənlər üçün aviaşirkət Barselona, Berlin, Vyana, Praqa, London, Milana və möhtəşəm tarixi irsə malik digər şəhərlərə komfortlu uçuşlar təklif edir. |
Yeri gəlmişkən, Novruz bayramı ilə əlaqədar AZAL Avropanın bu şəhərlərinə uçuşların sayını artırır:Barselona, Vyana, Praqa və Parisə - həftədə üç, Milana - həftədə beş, Londona - həftədə altı reys. |
Yeni mədəniyyət və adət-ənənəni kəşf etmək istəyənlər aviaşirkətin Pekin, Mumbay, Nyu-Delhi, Mədinə, İslamabad və ya Lahor istiqamətlərini seçə bilərlər. |
Yerli mətbəxin müxtəlif təamları, qədim abidələr və mədəni ənənələr, müqəddəs yerlər, müasir memarlıq - bütün bunlar səyahətçiləri aviaşirkətin uçuşlar yerinə yetirdiyi şəhərlərdə gözləyir. |
Bundan əlavə, AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. |
AZAL bu aviaşirkətlə müqavilə imzalayıb. |
“Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir. |
AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! |
Aviaşirkət tələbatın yüksək olduğu Novruz bayramlarında səyahət xərclərinə qənaət etmək üçün səfərlərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir. |
Məlumat:""AZAL-ın gündəlik uçuşlar planlaşdırdığı məşhur beynəlxalq istiqamətləri sırasında:""- İstanbul - gündə 4-5 reys;"- Dubay - gündə 1-2 reys;"- Tbilisi - gündə 5 reys;"- Ankara - gündə 1 reys;"- Aktau - gündə 1 reys. |
Ehtiyac yaranarsa, tələbatı nəzərə alaraq AZAL uçuşların tezliyini artıra bilər. |
Həmçinin bayram günlərində “Azərbaycan Hava Yolları” aşağıdakı beynəlxalq istiqamətlər üzrə çoxlu uçuşlar yerinə yetirəcək:""- London - həftədə 6 reys;"- Milan - həftədə 5 reys;"- Antalya - həftədə 4 reys;"- Almatı - həftədə 4 reys. |
Bayram günlərində hava limanında sıxlığı nəzərə alaraq sərnişinlərə uçuşqabağı rəsmiyyətlərdən keçmək üçün hava limanına əvvəlcədən gəlmələri tövsiyə olunur. |
Aviaşirkətin reyslərinə onlayn qeydiyyat planlaşdırılan uçuş vaxtından 48 saat əvvəl açılır və 60 dəqiqə əvvəl bağlanır. |
Hava limanında uçuşa qeydiyyat və baqaj qəbulu uçuşdan 60 dəqiqə əvvəl başa çatır. |
Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbin həyətində yığılmış tullantılarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində məktəbin həyətində 0,5 kvadratmetr sahədə taxta qırıntıları yanıb. |
10:36"Bakıda məktəbdə yanğın baş verib. |
APA xəbər verir ki, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb. |
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunublar. |
Yanğının qarşısını almaq üçün tədbirlər görülür. |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib. |
İdarədən Oxu.Az-a daxil olan məlumatda bildirilib ki, sərnişindaşıma kimi məsuliyyətli fəaliyyət sahəsində istər sürücülərə, istərsə də nəqliyyat vasitələrinə münasibətdə qanunla müəyyən olunmuş tələblərin yerinə yetirilməsi mütləq şərtdir:""“Təəssüflə qeyd edirik ki, 2023-cü il ərzində respublika ərazisində avtobus və... |
Maddi zərərlə nəticələnən 2 560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir. |
Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan qəzaların ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amil hadisədə iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır. |
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də dövlət qeydiyyat nişanlarını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, narkotik vasitələrdən istifadə edərək sərnişinlə dolu avtobus idarə edən sürücülərə r... |
Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”. |
Ərdəbildə məktəblilərə Azərbaycan dilində kitablar paylanılıb. |
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, aksiyanı Güney Azərbaycanın milli fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə həyata keçiriblər. |
Məlumat üçün qeyd edək ki, fevralın 21-də bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. |
1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-də Beynəlxalq Ana Dili Günü elan edilib. |
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. |
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən bir avtomat, üç tüfəng, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb. |
Bu istiqamətdə tədbirlər davam etdirilir. |
“Cənab İlham Əliyevin yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki nitqi Azərbaycanın növbəti illərdəki inkişaf konturlarını müəyyən etdi. |
Dövlət başçısı Azərbaycan rəhbərliyinin yeni tərəfdaşlarla əməkdaşlığın qurulması və mövcud əlaqələr arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi zamanı həyata keçirəcəyi prioritetləri, istiqamətləri və vəzifələri açıqladı”. |
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib. |
O bildirib ki, Prezident çıxışı zamanı vurğulayıb ki, bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun inamıdır, vahid məqsəd ətrafında birləşmək bacarığıdır:""“Azərbaycan Prezidenti xalq üçün vacib olan bu mesajla çıxışına başladı. |
Bu gün Azərbaycan xalqı öz Vətəninin tarixinin ən parlaq, ən epoxal səhifələrini yaşayır. |
Çünki Azərbaycan yeni dövrə ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə inamla və başını dik tutaraq qədəm qoyur. |
Sarsılmaz əzmkarlıq, çalışqanlıq, birlik və müstəsna dözümlülük hamı üçün bir məqsədə - işğal olunmuş torpaqların azad edilməsinə və təcavüzkar üzərində tam danılmaz qələbəyə nail olmaq üçün vahid güc kimi birləşdi. |
Dövlət başçısı bununla bağlı çıxışında vurğuladı ki, indi ölkə qarşısında yeni dövrə aid yeni çağırışlar durur. |
Əsas vəzifə bir neçə ay əvvəl, Azərbaycan öz suverenliyini tam bərpa edəndə həll olundu. |
Ədalət və beynəlxalq hüququn tərəfində olan Azərbaycanın qətiyyəti və əzmkarlığı sayəsində regionda üzə çıxan reallıqlar Qərb liderlərini ayıldır, onları daha məntiqli və praqmatik nəticələrə gətirib çıxarır. |
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində siyasi və biznes elitasının nümayəndələri ilə görüşləri buna sübutdur. |
Heç kimə sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir. |
Buna görə də, Prezident İlham Əliyevin seçkidə qalib gələndən sonra çox mühüm proseslərə start veriləcəyini gözləmək təbiidir. |
Bu proseslər təkcə ölkəmizi deyil, həm də Cənubi Qafqaz regionunun siyasi, geosiyasi, geostrateji və iqtisadi sahələrini əhatə edəcək. |
Azərbaycanın coğrafiyası Qərb üçün önəmlidir. |
Ölkə Avropanı Çinlə birləşdirən Orta Dəhliz kimi tanınan dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinə açılan qapıdır. |
Aydındır ki, Avropa və Mərkəzi Asiya arasında alternativ ticarət yollarını dəstəkləmək Qərbin strateji maraqlarına uyğundur. |
Neft strategiyasının həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi təkcə sosial-iqtisadi məsələlərin deyil, həm də xarici siyasət problemlərinin həlli üçün geniş imkanlar yaratdı. |
Azərbaycan zamanla borclu ölkədən donor ölkəyə çevrildi. |
Azərbaycan təkcə Gürcüstanda, İranda, Rusiyada, Serbiyada, Ukraynada investisiya layihələri həyata keçirmir, ölkəmiz həm də Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələrində xeyriyyə layihələri həyata keçirərək yumşaq güc alətlərindən istifadə edir. |
Bu illər ərzində Bakı siyasi, mədəni və idman xarakterli onlarla beynəlxalq tədbirlərə ev sahibliyi etdi. |
Bütün bunlar təbii ki, ölkənin həm regional, həm də qlobal geosiyasi miqyasda mövqelərini gücləndirdi”. |
“Müasir cəmiyyətin inkişafının prioritet istiqamətlərindən biri də gənc nəslin milli ideologiyaya uyğun yetişdirilməsidir. |
İstənilən dövlət gənc vətəndaşlarına milləti birləşdirən dəyərləri, xalqının qəhrəmanlıq keçmişinə, mədəniyyətinə hörmət hissini aşılayır, bununla da ölkəsinin böyük vətənpərvərlər ordusunu yetişdirir. |
Yeni dövrdə vətəndaşlıq və birlik Azərbaycan xalqı üçün xüsusi, əhəmiyyətli məna kəsb edir. |
Andiçmə mərasimində Prezident İlham Əliyev vacib bir məsələyə toxunaraq bildirdi ki, ideoloji risklər, xüsusən də indiki şəraitdə sərhəd tanımır. |
Ona görə də burada əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli adət-ənənələr ruhunda tərbiyə olunmasıdır. |
Ölkə başçısı xüsusilə vurğuladı ki, bu məsələyə çox ciddi yanaşmaq lazımdır və bu dövlətin əsas vəzifələrindən biridir. |
Prezident İlham Əliyev bu məsələdə devizimiz də açıqladı:Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”, - deyə millət vəkili qeyd edib. |
“Almaniya bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) xüsusi maraq göstərir”. |
“Əminəm ki, COP29 böyük uğur qazanacaq və biz tədbirin uğurlu keçməsi üçün əlimizdən gələni edəcəyik. |
Xüsusi nümayəndəmiz Cenifer Morqan Azərbaycana səfər edib. |
Biz müxtəlif nazirliklərlə çox səmərəli danışıqlar apardıq. |
Biz birlikdə iqlim dəyişikliyi ilə bağlı problemi həll edə bilərik”, - deyə o vurğulayıb. |
Sevindirən şəbəkə “Kontakt” bu dəfə yeni mağazasını Tovuz şəhərində təqdim edib. |
Yaxın günlərdə baş tutan açılışa uşaqdan böyüyə onlarla bölgə sakini qatılıb. |
Onlar canlı musiqi və xüsusi şou-proqram sayəsində doyunca əylənib, hədiyyəli müsabiqələrdə iştirak edərək bir-birindən maraqlı sürprizlər qazanıblar. |
Bütün bunlardan başqa mağaza ziyarətçiləri nağd alışda 60%-dək endirimlərdən yararlanaraq evlərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılıya biliblər. |
Qeyd edək ki, 700 kvadratmetrlik üçmərtəbəli “Kontakt” mağazasının birinci mərtəbəsi böyük məişət, ikinci mərtəbəsi rəqəmsal - smartfon, notbuk, planşet, akustika avadanlıqları, televizor, üçüncü mərtəbəsi isə kiçik məişət, qab-qacaq və şəxsi qulluq əşyalarının ən müasir çeşidləri ilə təchiz olunub. |
Onu da qeyd edək ki, açılışa özəl kampaniya şərtləri yuxarıdan sadalanan hər növdə məhsul çeşidlərini əhatə edib fevralın 25-dək davam edəcək. |
Yəni sözügedən tarixədək nəinki nağd alışda endirimlərdən, eyni zamanda hissəli alışda 18 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərdən yararlanmağınız mümkündür. |
İndi isə gəlin faydalı təkliflərin bəzilərinə nəzər salaq. |
Belə ki:""Odur ki, həm mağaza imkanlarından, həm də sərfəli təkliflərdən yararlanmaq üçün Tovuz şəhəri, avtovağzalın yaxınlığında yerləşən “Kontakt” mağazasına mütləq baş çəkin! |
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. |
Məlumat üçün bildirək ki, hal-hazırda “Kontakt” mağazalar şəbəkəsinin Azərbaycan üzrə ümumilikdə 43 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 3, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. |
Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz. |
“1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil ocağının iki şagirdi hazırda məktəbdədir”. |
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev məlumat verib. |
“Onlara xəsarət yetirilməsi ilə bağlı müraciət üzrə müvafiq polis orqanında təhqiqat araşdırması aparılır. |
Nəticəsi barədə məlumat veriləcək”, - Nurlan Əliyev bildirib. |
17:57"1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin iki şagirdinin təhsildən kənarlaşdırılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb. |
Bu barədə Oxu.Az-a BŞTİ-dən məlumat verilib. |
Bildirilib ki, araşdırma zamanı iki şagirdin təhsildən uzaqlaşdırılması ilə bağlı məsələ toplanmış sənədlərlə təkzib edilib. |
Məlum olub ki, hər iki şagird hazırda həmin məktəbin şagird kontingenti siyahısındadır:""“Sözügedən şagirdlərin dərslərdə mütəmadi qaydada iştirak etməsinə nəzarətlə bağlı direktora müvafiq tapşırıqlar verilib”. |
17:32"Maştağada 1 saylı internat tipli tam orta məktəbdə iki yeniyetmənin səbəbsiz yerə təhsildən uzaqlaşdırıldığı iddia olunur. |
Bununla bağlı Oxu.Az-a şikayət məktubu daxil olub. |
Təhsildən uzaqlaşdırılan yeniyetmələrin valideyni iddia edir ki, məktəbdə uşaqlara yemək az verilir, uşağa deyiblər ki, “sən gələcəyin narkomanısan”, işçilər valideynlərdən borc pul tələb edirlər. |
Valideyn qeyd edir ki, məktəbdə tərbiyəçi işləyən Nəsib adlı şəxs onun övladını döyüb və yüngül xəsarət yetirib. |
Bundan əlavə, tərbiyəçi uşağı təhdid edib və bu haqda heç kimə danışmamağı tapşırıb. |
Valideyn qeyd edib ki, direktor İsmayıl Əliyevlə söhbəti zamanı uşaqların təhsildən uzaqlaşdırılmasına etiraz edərkən direktorun cavabı:“Get, hara istəyirsən, şikayət et”, - olub. |
Hazırda hər iki uşaq - S.A.(15 yaş) və M.A. |
(14 yaş) 2023-cü ilin noyabr ayından məktəbə getmir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.