Search is not available for this dataset
text
stringlengths
10
518k
Amma Dilarə götürüb videonu paylaşıb.
Hələ dünən də deyib ki, polis nə edir etsin, vecimə də deyil, günahkar deyiləm, bir sözlə əcəb eləmişəm.
Hər kəs yenə təhqir etdi, qınadı amma heç kim günahı özündə, ətrafında axtarmadı.
Bir haşiyə çıxıb qeyd etmək yerinə düşər.
O günü evə gedirdim, parkın içindən keçəndə gördüm ki, bir ana körpə uşağını parkda gəzdirir.
Uşağın da əlində telefon, videoya baxır.
Təxminən iki yaş civarında olan uşağın əlində niyə telefon olmalıdır?
Uşaq havaya, küçəyə çıxarılır ki, ətraf mühitlə tanış olsun.
Amma uşaq evdə olduğu kimi küçədə də, parkda da telefonun ekranına baxır.
Demək ki, özümüz zombi yetişdirməklə məşğuluq.
Uşağa yemək yedizdirə bilmirik, qabağına qoyuruq telefonu ki, başı qatışsın, yemək yesin, uşaq ağlayır, sakitləşdirə bilmirik, əlinə telefonu veririk ki, sussun.
Uşaqla oynamağa, əylənməyə, danışmağa halımız olmur, əlinə telefon veririk ki, başı qatışsın...""Telefon olur uşaq üçün ana-ata, nənə-baba, dost, həmsöhbət, oyuncaq, əyləncə.
Bir gün də telefon uşaq üçün olur TANRI!
Tanrısına tapınan uşaq üçün sonra nə ana-ata, nə müəllim, nə dost-tanış, nə də mənəvi, müqəddəs dəyərlər maraqlı olur.
Əşi, anadır da ya seriala baxır, ya da “TikTok”a.
Çünki ana bu yaşa qədər uşağına bir ağıllı söhbət edibmi?
Bir kitabın, filmin, nə bilim hansısa hadisənin müzakirə edibmi?
Yaxud da ata, ailənin başqa bir üzvləri...""Uşağa kiçik yaşlarından verdiyimiz telefonlar artıq onlar yeniyetmə çağına çatanda onlar üçün bir dərdlərdən, problemlərdən qaçmaq üçün, virtual dünya yaratmaq üçün bir vasitəyə, sığınacağa çevrilir.
Artıq o telefon onu bir evdə yaşadığı ailəsindən daha yaxşı anlayır, başa düşür, onu tək qoymur.
Əzizlərim, bu bir fəlsəfə deyil, bu həqiqətdir, ən acı həqiqət.
İndi telefonu, onu çıxaranı söymək lazım deyil.
Özünüz yaxşı bilirsiniz kimi söymək lazımdır...
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov vəzifədən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Şirvan şəhərində ötən il 1422 nəfəri it dişləyib.
Bu ilin əvvəlindən də şəhərdə sahibsiz itlərin hücumuna məruz qalanların sayı artıb.
Şirvanda 2024-cü ilin yanvarında 44, fevralında isə 36 it dişləməsi faktı qeydə alınıb.
İt dişləyən 80 nəfərdən 27-i uşaqdır.
Sakinlərin sözlərinə görə, son illər şəhərdə sahibsiz küçə itlərinin sayı xeyli çoxalıb.
Şəhərin küçə və parklarında, yaşayış binalarının qarşısında sürü halında gəzən itlər insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib.
Hətta günün günorta çağında insanlar sahibsiz itlərin hücumuna məruz qalırlar.
Axşam saatlarında isə itlərin əlindən küçəyə çıxmaq mümkün olmur.
Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən verilən məlumata görə, sahibsiz küçə heyvanlarına qarşı mübarizə aparmaq məqsədi ilə itlər tutularaq şəhərdən kənara çıxarılır.
Sığınacaq yerinin yaradılması barədə də planlar var.
“İlk oyunun hesabı bizi aldatmamalıdır”.
52 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib:“Çox vacib, dəyərli oyundur.
Bu matç ətrafında çox danışmaq istəmirəm.
Fikrimizi tam rəqibə yönəltmişik.
Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq.
İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar.
Oyunu yaxşı notda başa vurmaq istəyirik.
Şans varsa, bundan istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq.
Daha çox foto burada:PhotoStock.Az
“Barselona” klubunun baş məşqçisi Xavi komandada “köstəbək” axtarmağa başlayıb.
Bu barədə jurnalist Xavi Migel “El Chiringuito” telekanalında danışıb.
Bildirilib ki, buna səbəb paltardəyişmə otağından mətbuata sızan məlumatlar olub.
“Artıq iki aydır ki, paltardəyişmə otağında “ifritə ovu” davam edir.
Mediada yazılanların hamısı həqiqətdir.
Xavinin bir məqsədi var - satqını tapmaq”, - deyə jurnalist bildirib.
Migelin sözlərinə görə, kataloniyalıların baş məşqçisi jurnalistlərlə əlaqə saxlayıb-saxlamadıqlarını bilmək üçün məşqçilər korpusunun üzvlərinin telefonlarını yoxlayıb.
Qeyd edilib ki, məşqçi bunu onların icazəsi ilə edib.
Eyni zamanda, “Barselona” futbolçuları əmindirlər ki, “köstəbək” məhz məşqçilər korpusundadır.
Xavinin komanda ilə son görüşlərində qərargahdan heç kim olmayıb.
Ümumilikdə üç belə görüş keçirilib”, - deyə Migel vurğulayıb.
Bildirək ki, fevralın 21-də “Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu İtaliya “Napoli”sinə qarşı keçirəcək.
Görüş Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutacaq.
Xatırladaq ki, bu ilin yanvarında Xavi 2023/2024 mövsümünün əvvəlində “Barselona”dan ayrılmaq istədiyini etiraf edib.
Məşqçi bəyan edib ki, əməyinin qiymətləndirilmədiyini hiss etdiyi üçün komandadan getmək istəyir.
Xavi 2021-ci ildə “Barselona”ya rəhbərlik etməyə başlayıb.
2022/2023 mövsümündə mütəxəssis klubla ilk titullarını qazanıb - İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub.
“Gələn ay Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub”.
“Hazırda Ağdamda 3 kəndin inşası da gedir.
Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir.
Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb”, - deyə o qeyd edib.
Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan yeniyetmə müxtəlif ünvanlarda gecələməli olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır.
“Abonentlərin yeni nəsil təmassız ödənişli smart tipli sayğaclardan istifadə zamanı müəyyən problemlə qarşılaşdığına dair şikayətlər bizə də daxil olur.
Lakin bu məsələlər aidiyyəti departamentlər tərəfindən araşdırılmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin 2023-cü il üzrə hesabat konfransında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, bənzər situasiyalara səbəb sayğac kartlarının həddən artıq elektromaqnit mühitə məruz qalması ola bilər:""“Hər bir sayğac quraşdırılan zaman onun istifadə qaydalarına dair təlimat abonentlərə təqdim edilir.
Sayğac kartlarının hansı şəraitdə saxlanılması da buna daxildir.
Ümumiyyətlə, bu tip şikayətlər araşdırılır, çünki bəzən bu lokal problem də ola bilər, İstehsalçı qüsurundan da yarana bilər”.
“Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev isə bildirib ki, bununla bağlı qurumun rəsmi saytında video formatda məlumatlar yerləşdirilib:""“Mətbuat vasitəsilə abonentlərə bir daha çağırış edərək, smart sayğacların balansını artırmaq üçün kartları ən az 3 saniyə sayğaca yaxın ...
Çünki oxunma prosesi gedən zaman kartın uzaqlaşdırılması prosesin yarıda qalmasına səbəb olur.
Bütün hallarda daxil olan müraciətlər araşdırılır.
90 faiz hallarda problem vətəndaşların kartlardan düzgün istifadə etməməsindən qaynaqlanır.
Müraciətlərin bir faizi sayğacların istehsal qüsurundan, 9 faizi isə terminallardakı problemlərdən yarana bilir”.
Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli
Azneft dairəsinin yaxınlığında yerləşən “Four season” hotelində həyəcanlı anlar yaşanıb.
Ölkə.az xəbər verir ki, anidən yanğın siqnalı işə düşüb və hər kəsə hoteli tərk etmək barədə göstəriş verilib.
Hoteldə tədbir keçirilən zaman verilən xəbərdarlığa görə hər kəs zalı tərk edib.
Daha sonra isə hotelin işçiləri siqnalizasiyanın texniki nasazlıq səbəbindən işə düşdüyünü deyərək üzr istəyiblər.
Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıblar.
Bu barədə Belçikanın Aİ Şurasına sədrliyinin “X” hesabında məlumat verilib.
Məlumata görə, sanksiyalar paketi fevralın 24-dək qüvvəyə minəcək.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər.
İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, məhdudiyyətlər Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar tətbiq edilir.
Aİ-nin 13-cü sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil olacaq.
Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təsdiqləyib və özünün “X” hesabında bununla bağlı paylaşım edib.
“Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təsdiqini alqışlayıram.
Ümumilikdə 200 nəfəri qara siyahıya salmaqla biz Kremlə güclü təzyiq göstəririk”, - deyə o qeyd edib.
Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
Bu barədə Oxu.Az-a Qətərdəki xüsusi müxbiri xəbər verib.
Məlumata görə, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər fevralın 24-dək davam edəcək.
Qeyd edək ki, hazırda Qətər Milli Kitabxanasında tədbirin məşqi keçirilir.