Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
53 nömrəli tam orta məktəbdə şagirdlər arasında dava düşüb. |
Oxu.Az-ın məlumatına görə, dava 7-ci sinif şagirdləri arasında baş verib. |
Belə ki, şagirdə sinif yoldaşları tərəfindən başına ağır zərbələr vurulmaqla xəsarətlər yetirilib. |
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub:""“Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir. |
Uşağın nənəsinin müraciətləri nəzərə alınaraq, dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb. |
İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çətinlik yaşadığı məlum olub. |
Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. |
Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib. |
Onu da qeyd edək ki, məktəb “Məktəblinin dostu” və “Şagird davranış qaydaları” layihələrinə qoşulub. |
Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir”. |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. |
Bu barədə Baş Prokurorluq məlumat yayıb. |
Bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazid əməllər törət... |
İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma - təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdi... |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. |
“Türkiyə-Azərbaycan Universiteti ilə bağlı prosesin sənədləşmə hissəsinin sentyabra kimi bitməsi tamamlanacaq”. |
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib. |
N.Məmmədli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə universitetə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir:"“Hələlik Azərbaycanda attestatla qəbul mövcud deyil. |
Universitetdə ilkin olaraq bakalavr təhsili təşkil ediləcək”. |
O əlavə edib ki, Türkiyə-Azərbaycan Universitetində tədris alanlar üçün diplomlarının tanınmasında heç bir problem olmayacaq. |
“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”. |
Bu açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. |
Qriqoryan qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. |
Qeyd edilib ki, cari ilin 4 yanvar tarixində Ermənistan sülh müqaviləsi layihəsinə dair təkliflərini Azərbaycana təqdim edib. |
“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb. |
Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. |
Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. |
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. |
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. |
Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Trump Organization”da fırıldaqçılıq işi üzrə təqribən 355 milyon dollar ödəməsə, onun aktivlərinin müsadirə olunmasını tələb edəcək. |
“Əgər Trampın cəriməni ödəmək üçün vəsaiti yoxdursa, biz qərarın icrası üçün məhkəməyə müraciət edəcəyik və onun aktivlərinə həbs qoyulmasını xahiş edəcəyik”, - deyə baş prokuror bildirib. |
Onun sözlərinə görə, müsadirə Uoll-stritdə yerləşən Trampa məxsus göydələni əhatə edə bilər. |
Qeyd edək ki, fevralın 16-da Nyu-York məhkəməsi Trampı “Trump Organization”ın aktivlərinin qiymətləndirilməsində saxtakarlıq ilə bağlı mülki işdə təqsirli bilib və ona təxminən 355 milyon dollar cərimə yazıb. |
Türkiyədə dörd ay əvvəl evlənən kişinin arvadı iki ay ərzində ikinci dəfə qaçırılıb və fidyə istənilib. |
Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Adanaya köçən kənd təsərrüfatı işçisi 22 yaşlı Salih İsmail dörd ay əvvəl 18 yaşlı Dilan İsmayılla evlənib. |
İddiaya görə, iki ay əvvəl naməlum şəxslər Dilan İsmayılı küçənin ortasında qaçıraraq ərinə zəng ediblər və 20 min dollar (34 min manat) fidyə tələb ediblər. |
Çarəsiz qalan İsmayıl polisə xəbər belə verməyib, toy zinət əşyalarını nağdlaşdırıb və deyilən yerə aparıb. |
Bir neçə gün sonra Saleh İsmayılın həyat yoldaşı geri qaytarılıb. |
Qaçırılan Dilan İsmayıl həmin günlər barədə heç nə danışmayıb. |
Ancaq keçən həftə zibil atmağa çıxanda yenidən qaçırılıb. |
Bu dəfə Saleh İsmayıldan 25 min dollar (42,5 min manat) istənilib. |
Çarəsiz qalan Saleh vəziyyəti polisə xəbər verib. |
Hazırda gənc qızın axtarışına başlanılıb. |
Dilan İsmayılın yeznəsi Şiyar Bilgiç baldızının harada olduğunu bilmədiyini bildirib. |
Ondan nə istədiklərini, bu pulu necə ödəyəcəyimizi də bilmirik. |
Mesaj göndərdilər ki, qız hazırda Almaniyadadır. |
Amma nə dərəcədə düz deyirlər, bilmirəm. |
Baldızımın həyatı üçün narahatıq”, - deyə qohumu bildirib. |
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova vəzifəsini tərk edib. |
Oxu.Az xəbər verir ki, o, Elm və Təhsil Nazirliyinə təyinat alıb. |
Y.Ramazanova bundan sonra nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində çalışacaq. |
“NATO Kiyevə silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürmək istəyir və Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir”. |
Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. |
M.Zaxarova Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında birbaşa toqquşmadan narahatlığını ifadə edib. |
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. |
Almaniyanın müdafiə naziri Boris Pistorius isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə alyans arasında savaş başlaya bilər. |
NATO Baş katibi Yens Stoltenberq isə bildirib ki, alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır. |
Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. |
Belə ki, hərəkətdə olan VAZ-21010 markalı avtomobil anidən idarəetməni itirib, yolun kənarına aşıb. |
İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. |
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. |
Faktla bağlı araşdırma aparılır. |
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. |
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. |
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var. |
Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. |
Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. |
Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək. |
Qida allergiyası çox vaxt uşaqlıqda başlayır və həyat boyu davam edir. |
Bu, qusma, qaşınma, başgicəllənmə, öskürək, boğazda şişkinlik, nəfəs darlığı, astma tutması və s.müxtəlif simptomlarla müşahidə olunur. |
Bu barədə rusiyalı yüksək kateqoriyalı terapevt Svetlana Yakuşkina allergiya yaradan məhsullar barədə danışarkən bildirib. |
Onun sözlərinə görə, ən təhlükəli allergik reaksiya anafilaktik şokdur (qan təzyiqinin düşməsi və huşun itirilməsi) - təcili tibbi müdaxilənin göstərilməməsi ölümlə nəticələnə bilər. |
Allergen məhsullara gəlincə isə ekspert onların ağırlıq dərəcələrinə görə üç qrupa - güclü, orta və zəif təsir edənlərə bölündüyünü vurğulayıb. |
“Ən güclü allergenlər bunlardır:inək südü və tərkibində 20-yə yaxın zülal olan süd məhsulları; balıq və dəniz məhsulları, yumurta”, - deyə mütəxəssis bildirib. |
O, həmçinin qeyd edib ki, bəzi peyvəndlər toyuq zülalı əsasında hazırlanır və zülala qarşı allergiya varsa vaksinasiya zamanı həkimə xəbərdarlıq etmək lazımdır. |
Həkim termik işlənmənin (bişmə) bəzi məhsulların allergenliyini azaltdığını vurğulayıb. |
Güclü allergenlərə həmçinin qoz-fındıq, göbələk, bal, toyuq əti, sitrus meyvələri, üzüm, nar, tropik meyvələr, qırmızı giləmeyvə, çiyələk, moruq, sarı və qırmızı tərəvəzlər (yerkökü, pomidor, çuğundur), şokolad, qəhvə, kakao, taxıl məhsulları, xüsusən də buğda və çovdar (qlüten) aid edilib. |
“İstənilən məhsul allergen ola bilər, lakin hər kəsdə allergiya olmur. |
Bədənin reaksiyası məhsulun allergenlik dərəcəsindən, immunitet sisteminin vəziyyətindən və irsi meyilindən asılıdır”, - deyə Yakuşkina qeyd edib. |
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin xilaskarı ola bilər. |
Bunun üçün o, erməni dövlətini və cəmiyyətini xülya, əsassız iddia və konsepsiyalardan azad etməlidir, konstitusiyanı dəyişməlidir, qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır. |
Ancaq yalan və saxta açıqlamaları hələ onun xilaskar olmasına imkan vermir. |
Fevralın 20-də İrəvanın “Azadlıq” meydanında etiraz aksiyası keçirilib və N.Paşinyanın istefası tələb edilib. |
Mitinq təşkilatçıları bunun üçün yüz əsasın olduğunu açıqlayıblar. |
Baş nazirin vəzifədən getməsini tələb edən aksiyanın təşkilatçısı bədnam “Birlik” (“Miatsum”) hərəkatıdır. |
Bu həmin təşkilatdır ki, 1988-ci il fevralın 20-də Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlərə başlamışdı. |
Yeri gəlmişkən, bu, sovet dövründə ermənilərin ilk “miatsum” aksiyası deyil. |
1945, 1963, 1977 və 1983-cü illərdə də erməni ideoloqları “miatsum”a uğursuz cəhd göstəriblər. |
Ermənilərin bütün bu əsassız iddialarına 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da reallaşdırdığı antiterror tədbirləri ilə son qoyuldu. |
“Miatsum”çular isə hələ də reallığı qəbul etməkdə çətinlik çəkirlər. |
Ermənilər bəzən “revanşistlər kimdir?” sualını verirlər. |
Qarabağı Ermənistana birləşdirmək iddiası ilə yaşayanlar, fəaliyyət göstərənlər belələrindəndir. |
Onlar Ermənistanın kapitulyasiya aktını imzaladığının hələ də fərqində deyillər. |
Bu ölkə müharibəni uduzub, işğal etdiyi Azərbaycan torpaqlarından qovulub. |
Deməli, ermənilərə uzun illər təbliğ olunan ideyaların puç olduğu təsdiqlənib. |
Onlar sahibi olmadıqları əraziləri ələ keçirmək niyyətində idilər. |
Təəssüf ki, havadarları revanşistlərin köməyilə erməni cəmiyyətinin başının altına yastıq qoymaqdadırlar. |
Belə qüvvələr Ermənistan dövlətinin yenidən qurulmasına maneədir. |
Onların qənaətincə, rəsmi İrəvan Azərbaycanla Türkiyənin tələblərini yerinə yetirir. |
Guya bu iki ölkə erməni dövlətçiliyini dağıtmaq istəyir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.