Search is not available for this dataset
text
stringlengths
10
518k
Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir.
Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub.
Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm”.
Məşhur iş adamı İlon Maskın “SpaceX” şirkəti ABŞ hökuməti ilə 1,8 milyard dollar dəyərində gizli müqavilə imzalayıb.
Bu barədə “The Wall Street Journal” nəşri şirkətin sənədlərinə istinadən yazıb.
Bildirilib ki, müqavilə hələ 2021-ci ildə bağlansa da, ictimaiyyətə açıqlanmayıb.
“SpaceX” sənədində qeyd olunub ki, hökumətdən alınan pullar şirkətin maliyyə göstəricilərində əsas rol oynayacaq.
Lakin “dövlət müştərisi”nin kimliyi ilə bağlı məlumat verilməyib.
Jurnalistlər vurğulayırlar ki, razılaşmanın məxfiliyi və miqyası “SpaceX” ilə ABŞ milli təhlükəsizlik orqanları arasında əlaqələrin güclənməsindən xəbər verir.
Nəşrin məlumatına görə, şirkət 2002-ci ildə yaradılandan bəri ABŞ ordusu ilə əməkdaşlıq edir.
O zaman “SpaceX” bir peykin buraxılması üzrə müqavilə əldə edib ki, bunda da ABŞ kəşfiyyatı iştirak edib.
2022-ci ildə Pentaqon “SpaceX”ə Ukrayna ordusunu “Starlink” peyk interneti ilə təmin etməyi tapşırıb.
2023-cü ildə şirkət həmçinin “Starshield” hərbi peyklərinin kosmosda yerləşdirilməsi üzrə 70 milyon dollarlıq tenderi qazanıb ki, bunun da ABŞ Müdafiə Nazirliyinin müttəfiqlərinə rabitə xidmətləri göstərməsi nəzərdə tutulub.
Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC əlavə olunub.
Bundan başqa, ləğv edilmiş “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsləri ilə əvəzlənib.
Sosial şəbəkələrdə həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının adından saxta məktub yayılıb.
İddialara görə, siyasətçi rusiyalılara dərhal varlanmağa imkan verəcək “proqram” hazırlayıb.
Məktub saxta qruplarda yerləşdirilir.
Burada Navalnının həyat yoldaşı Yuliyaya yazdığı iddia edilən məktubun fotoşəkili paylaşılır.
Məktubda Navalnının adından deyilir ki, o, çox güman tezliklə öləcək.
Ona görə də, əsas istəyi ölümündən sonra ölkədə maddi rifahı təmin etməkdir.
Məktubda deyilir ki, Navalnı guya beş ildir ki, hər kəsin asanlıqla pul qazana biləcəyi “maliyyə layihəsi” hazırlayır və indi “hamının bu fürsətdən xəbərdar olmasını” istəyir.
Qeyd edək ki, investisiya yolu ilə asan pul qazanmağın yolları haqqında biliklərini bölüşmək istəyən məşhur insanların adından istifadə etməklə yayılan bu tip fırıldaqlar uzun illərdir ki, “Facebook” və digər böyük sosial şəbəkələrdə dolaşır.
Sabah dünya şöhrətli pianoçu Lola Astanova Azərbaycanda ilk konsertini verəcək.
Musiqiçi Azərbaycan səhnəsindəki debütü ərəfəsində yaradıcılıq planlarını, Bakı səfərinin təəssüratlarını media nümayəndələri ilə bölüşüb, həmçinin qarşıdan gələn konsertdən danışıb.
- Bu, Azərbaycanda ilk konsertinizdir.
Səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz...""- Böyük səbirsizliklə Bakıya gəlməyi gözləyirdim.
Ölkənizdə çoxlu pərəstişkarlarım var.
Onların bir çoxu sosial şəbəkələrdə konserti səbirsizliklə gözlədiklərini yazıblar.
Ona görə də, Azərbaycan tamaşaçısını sevindirmək qərarına gəldim.
Təəssüf ki, hələ şəhərlə tanış olmağa vaxtım olmayıb.
Maraqlı yerləri görmək istərdim.
Şəhərin müasir memarlığı məndə silinməz təəssürat yaratdı.
İnsanlar da çox qonaqpərvərdirlər və musiqiyə maraq göstərirlər.
Azərbaycan gözəl mədəniyyət və adət-ənənələrin simbiozudur.
Həqiqətən hamını daha yaxından tanımaq istəyirəm.
Azərbaycan mətbəxi haqqında da çox eşitmişəm.
Böyük qurmanam və yerli yeməkləri sınamaq istəyirəm.
- Konsertdə hansı proqramla çıxış edəcəksiniz?
Azərbaycan ictimaiyyəti üçün sürpriz varmı?
- Tamaşaçıları maraqlı və zəngin proqram gözləyir:Həm klassik əsərlər, həm də filmlərdən saundtreklər və öz aranjimanlarım olacaq.
“Napoleon” filmində ifa olunmuş “İnvictus” adlı orijinal kompozisiyamı Bakıda ilk dəfə ifa etməyi planlaşdırıram.
Bu əsəri əvvəllər başqa ölkələrdə canlı konsertlərdə ifa etməmişəm.
- Bu barədə ətraflı məlumat verə bilərsinizmi?
- Bu, sadəcə piano əsəri deyil.
Burada böyük orkestrin iştirakı və çoxlu partituralar var.
Ən əsası isə odur ki, bu irihəcmli kompozisiya mənim tərəfimdən yazılıb.
Mənim üçün bu, həm prodüser, həm də bəstəkar kimi bir növ yaradıcılıq imtahanı idi.Mənim üçün musiqi yazmaq piano solo ifadan və ya başqa bəstəkarların əsərlərini səsləndirməkdən daha maraqlıdır.
Yaxın gələcəkdə daha orijinal əsərlər yazmağı planlaşdırıram.
- Çox vaxt Andrea Bocelli, Bayron Cenis, Mark Entoni, David Foster kimi dünya şöhrətli musiqiçilərlə yaradıcı tandemlərdə çıxış edirsiniz.
Azərbaycanlı ifaçılarla duet şəklində çıxış etmək istərdinizmi?
- Əlbəttə, əminəm ki, ölkənizdə çoxlu maraqlı musiqiçilər var.
Uzun illər əvvəl Emin Ağalarovla işləmək imkanım olub.
Həmişə xarici sənətçilərlə əməkdaşlıq etmək və janrları qarışdırmaqda maraqlıyam.
Azərbaycan haqqında düşünəndə dərhal Müslüm Maqomayev yada düşür.
O, gözəl səsi olan görkəmli müğənni idi.Düşünürəm ki, sizin xalqınız musiqi baxımından kifayət qədər istedadlıdır.
- Şəxsi həyatınızla karyeranızı birləşdirə bilirsinizmi?
- Mən bu iki anlayışı bir-birindən ayırıram.
Hazırda mənim üçün ən vacib olan ikincidir.
Çoxlu məqsədlərim, planlarım və maraqlı layihələrim var.
- Gözəl görünüşünüz var və bunu gizlətmirsiniz.
Klassika dünyasında buna bir az şübhə ilə yanaşırlar, hətta mənfi hal hesab edirlər.
Çoxları deyir ki, bu, diqqəti musiqidən və ifadan yayındırır.
Yaxşı audiovizual kontent olarsa tamaşaçı konsertdən tam həzz alacaq.
Konsertlərim üçün geyimləri əhvalımdan, repertuarımdan və konsertin harada olacağından asılı olaraq özüm seçirəm.
Düşünmürəm ki, xarici görünüşüm istedadımı bir növ kölgədə qoyur.
Təəssüf ki, bir çox insanların bu məsələ ilə bağlı köhnəlmiş fikirləri var.
İndiki gənclik fərqli dalğadadır.
Daha çox fotolar burada:PhotoStock.az"Rufina Abdullayeva
İtaliyanın “Opinio Juris” portalında Azərbaycanın yaşıl enerji və ekoloji transformasiya siyasətindən bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan, Avropa İttifaqı və ABŞ-ın iqlim və enerji siyasətlərinin müqayisəli təhlili aparılıb.
İqlim dəyişikliyi, bərpaolunan enerji mənbələri üzrə texnologiyaların tətbiqi, təmiz enerji infrastrukturunun gücləndirilməsi, enerji keçidi, təhlükəsizliyi və davamlılıq strategiyaları təhlil olunub.
Vurğulanır ki, enerji mənbələrinin şaxələndirilməsi və karbon emissiyalarının mərhələli şəkildə azaldılması istiqamətində atılan addımlar fonunda Azərbaycan Avropa üçün xüsusilə maraqlı görünür.
Belə ki, 2016-cı ildə “Paris İqlim Sazişi”nə qoşulan Azərbaycan 2030-cu ilədək istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəfləyir.
Azərbaycan 2030-cu ilə kimi təmiz ətraf mühitə və davamlı enerji artımına malik ölkə olmağı qarşıya məqsəd qoyub.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, habelə Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.
2027-ci ilədək 1870 meqavat həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir.
Azərbaycan 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub.
Bildirilir ki, Bakı ilin sonunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcək.
Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Belə ki, bir çox ölkə tərəfindən Azərbaycan qlobal istiləşmə ilə mübarizədə etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi tanınır.
Məqalədə Avropa İttifaqı ilə Azərbaycanın enerji səmərəliliyi və bərpaolunan enerji mənbələri sahəsində gələcək tərəfdaşlığından, ölkəmizin Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsindən, bərpaolunan enerji sahəsində Azərbaycan-Birləşmiş ...
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, “QAZ” markalı yük avtomobilinin kabina hissəsi və iki ədəd təkəri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rusiyanın “Contact” pulköçürmə sistemi fəaliyyətini dayandırıb.
APA-nın yerli banklardan aldığı məlumata görə, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.
“Contact” qeyd edib ki, bu, bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:""“Hörmətli müştərilər.
Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq.
Biz başa düşürük ki, hazırda çoxlu sualınız var.
Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”.
Qeyd edək ki, Contact pulköçürmə sistemi “QIWI Bank”ın məhsullarından biridir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.