Search is not available for this dataset
text
stringlengths
10
518k
“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır.
Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq.
Ən yaxşı işəgötürənlər hər zaman sübut edib ki, onlar işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olmasına sadiqdirlər.
Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər.
Biz builki aparıcı insanyönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə “Top Employer Institute”nin baş direktoru David Plink qeyd edib.
“Top Employer Institute” 2024-cü il üzrə 122 ölkədə/regionda 2300 təşkilatı sertifikatlaşdırıb.
Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
“Azerconnect” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12 000-dən çox işçi heyətinə malikdir.
Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərqi Qüdsdə yerləşən Maale Adumim yaşayış məntəqəsinin yaxınlığında üç nəfər silahlı avtomobildən düşərək ətrafdakı insanlara atış açıb.
Bu barədə İsrail mətbuatı xəbər yayıb.
İlkin məlumata görə, baş vermiş atışma nəticəsində bir nəfər mülkü şəxs ölüb, 11 nəfər yaralanıb.
Məlumatda həmçinin qeyd olunur ki, insidenti törədən hər üç silahlı neytrallaşdırılıb.
Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri üçün ekskursiya keçirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
20 şəhid övladının iştirak etdiyi ekskursiya çərçivəsində qonaqlar AZAL pilotlarının uçuşlara hazırlıq prosesi ilə əyani tanış olublar.
Tədbir Azərbaycanın milli aviadaşıyıcısı AZAL və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Görüş şəhid övladları və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədini daşıyırdı.
Ekskursiya zamanı İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladlarına və ailə üzvlərinə Pilotların Hazırlıq Mərkəzinin imkanları barədə ətraflı məlumat verilib.
İştirakçılar uçuş simulyatorları ilə yaxından tanış olublar, AZAL pilotlarının trenajorlarda hazırlıq keçmə prosesini izləyiblər və təyyarədə uçuşların necə reallaşdığını sınaqdan keçiriblər.
Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir.
Mərkəz Nəzəri və Praktiki Hazırlıq şöbələrindən ibarətdir.
Burada “Airbus A319/320”, “Boeing 757/767”, ATR-42/72, “Embraer 190”, “Cessna 172S” kimi təyyarələr, həmçinin “Mi-8AMT” helikopterləri üçün uçuş simulyatorları mövcuddur.
Tədbirlə bağlı hazırlanmış videonu təqdim edirik:
“İctimaiyyət kimi itirdiyini anlamalıdır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində iştirak edən yazıçı-jurnalist Orxan Fikrətoğlu deyib.
O.Fikrətoğlu yazıçı ilə bağlı xatirələrindən danışıb:""“Azərbaycan ictimaiyyəti, ədəbiyyatı üçün ağır itkidir.
O, Azərbaycan nəsrinin son azmanlarından idi.Mifik təfəkkürün, türk düşüncəsinin və türk dilinin Azərbaycanda yaradılmasında böyük körpünün üzərindən keçən yazıçılardan biri idi.Əsərləri mənim rəhbərlik etdiyim kinematoqrafiyada böyük yer alacaq.
“Bəyin oğurlanması” filminin də ssenaristi kimi hər kəs onu sevir.
İctimaiyyət kimi itirdiyini anlamalıdır.
Zaman-zaman xatirəsi anılacaq”.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bu yaxınlarda “Azərbaycanın istedadları” adlı yeni rubrika açıb.
Bu rubrikanın qəhrəmanları ölkəmizi öz bənzərsiz uğur və nailiyyətləri ilə zənginləşdirən istedadlı gənclərdir.
Onlar “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçıları, dünyanın aparıcı ali məktəblərini müvəffəqiyyətlə bitirmiş, əldə etdikləri bilik və bacarıqları öz doğma vətənlərinə xidmətə həsr etmiş, beynəlxalq elmi olimpiadaların, ...
İndiyədək bu rubrikanın qonağı olan gənclərimizlə tanış olaq:Rauf Məmmədzadə - vokalçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Səidə Əhmədova - Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabi...
Uğur hekayələrini bizimlə bölüşmək istəyənlər bu elektron ünvana müraciət edə bilərlər:[email protected] .
Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbs olunan məşhur türkiyəli fenomenlər Dilan Polat və Engin Polat cütlüyünün məhkəmə istintaqı başa çatıb.
Noyabrın 5-də müvafiq maddələr üzrə həbs edilən və əmlakları müsadirə edilən cütlük iyunun 6-da Çekmeköydəki lüks villalarında ad günü təşkil edib və qonşularını narahat edib.
Bununla bağlı qonşuları ilə aralarında mübahisə yaşanıb.
Engin Polatın qonşusunu döydüyü, təhdid etdiyi və söydüyü məlum olub.
Engin Polat qonşusunun evinə hücum edib və qonşu polis çağırıb.
Dilan-Engin Polat cütlüyü hadisə yerinə gələn polis qruplarını evlərinə buraxmayıb və ifadə vermək istəməyib.
Daha sonra isə prokurorluğa aparılaraq ifadələri alınıb.
Qonşuların mübahisəsi üzrə məhkəmə çərçivəsində istintaq işi yekunlaşıb və qərar verilib.
Dilan Polata 8 il 4 ay, Engin Polata isə 11 il 4 ay həbs cəzası istənilib.
Məhkəməyə göndərilən iddianamənin ardından Polat cütlüyünün tezliklə hakim qarşısına çıxarılması gözlənilir.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
A.Rzayev mərhumla bağlı xatirələrindən yazacağını qeyd edib:""“Allah ona qəni-qəni rəhmət etsin.
Onunla bağlı xatirələrimdə yazacağam.
İndi nə isə danışmaq çox çətindir.
O, gözəl yazıçı, insan və dost idi.Onun əsərləri həmişə yaşayacaq.
Mövlud Azərbaycan xalqının sevimli yazıçısı olaraq qalacaq”.
Ölkə ərazisində fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Nəsimi Rayon Məhkəməsində müğənni Şəbnəm İlyas qızı Tapdıqova ilə Şəbnəm Tovuzlu (Əsədova Şəbnəm Ələddin qızı) arasında keçiriləcək məhkəmə iclasının vaxtı məlum olub.
“Unikal”ın məlumatına görə, məhkəmə prosesi fevral ayının 27-də hakim Nail Abbasovun sədrliyi ilə keçiriləcək.
Məhkəmədə iddiaçı qismində Şəbnəm Tapdıq, cavabdeh qismində isə Şəbnəm Tovuzlu tanınıb.
Ş.Tapdıq məhkəməyə müraciət etməsini adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla əlaqələndirib.
Qeyd edək ki, məhkəmə prosesi ötən ilin dekabrından başlasa da, Şəbnəm Tovuzlunun prosesə gəlməməsi səbəbindən baxış iclası təyin edilmirdi.
15.02.2024-cü il tarixdə isə hazırlıq iclası keçirilib və baxış iclası təyin edilib.
Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işinin bəzi detalları məlum olub.
Belə ki, təqsirləndirilən şəxslər N.Bayramov və O.Həsənov zərərçəkmişə Səhiyyə Nazirliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdirəcəklərini yalandan bildiriblər.
Onlar N.Əlimirzəyevin 170 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildiriblər.
Bu məqsədlə tərəflər 2021-ci il avqustun əvvəllərində paytaxtda yerləşən kafelərin birində görüşərək zərərçəkmişdən ilk olaraq 100 000 manat məbləğində pul vəsaitini nağd şəkildə alıblar.
N.Bayramov, O.Həsənov, Heydər İlyasov və Rufan Qasımov qabaqcadan əlbir olaraq N.Əlimirzəyevdən əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə müxtəlif görüşlər keçiriblər.
H.İlyasov özünü səhiyyə nazirinin köməkçisi kimi təqdim edərək zərərçəkmiş şəxsdən əlavə olaraq 80 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini bildirib və ondan 50 000 manat pulu nağd olaraq alıb.
O, cinayətkar niyyətinin icrasının davamı olaraq, özünə olan inamı möhkəmləndirmək məqsədilə, guya zərərçəkmişin xəstəxanaya baş həkim təyin edilməsi görüntüsünü yaradan saxta əmrin həqiqi olması görüntüsünü yaradıb.
Növbəti görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən R.Qasımov onun baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirərək N.Əlimirzəyevdən 30 000 manat alıb.
Beləliklə, N.Bayramov, O.Həsənov, H.İlyasov və R.Qasımov ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin ümumilikdə 250 000 manatını ələ keçirib külli miqdarda dələduzluq ediblər.
Bundan başqa, təqsirləndirilən şəxslər yenə qabaqcadan əlbir olaraq Rəşat Əhmədova qarşı dələduzluq ediblər.
Belə ki, onlar zərərçəkmiş şəxsin özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının “Panarama FL” MMC-yə həvalə edilməs...
Təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı R.Əhmədovun xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu, Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının “Panarama FL” MMC-yə həvalə e...
R.Əhmədovdan 100 000, 14 960, 118 320 manat pul vəsaitlərinin ələ keçirməklə ümumilikdə 233 280 manat məbləğində pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Onlar R.Əhmədovun dəmir borunun demontaj olunmasina icazə verilməsi üçün tələb edilən 500 000 manat puldan qalan 266 720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, qalan pul vəsaitini ondan ala bilməyiblər.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.
N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, ha...
Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətə həbs ediliblər.
O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.
Əvvəllər hər gün toy edənlərin sədasını eşidirdik.
Hər binanın qarşısında toy korteji düzülür, “Vağzalı” çalınırdı.
Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük.
Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi.
Koronavirus (COVID-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı.
Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.
Qadağalar çoxdan ləğv olunsa da, son zamanlar ölkədə toyların sayı azalıb.
İndi əvvəlki kimi nə kortej var, nə də toy...""Sahibkarlar böhrandan çıxış yolu tapmaq üçün toylarla bağlı qadağadan sonra şadlıq saraylarında qiymətləri artırdılar.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) isə məlumat verilib ki, apardıqları monitorinqə əsasən, 2024-cü ilin yanvar ayında şadlıq saraylarında qiymətlər 5,6 faiz artıb.