Search is not available for this dataset
text
stringlengths
10
518k
Günəşin cənub qütbündə nəhəng plazma şleyfi partlayıb.
Bu hadisənin qeyri-adiliyi ondadır ki, partlayış Günəş püskürmələrinin nadir hallarda baş verdiyi hissədə olub.
Bu partlayış Günəşin ən aktiv fazasına - günəş maksimumuna daxil olmaq üzrə olduğuna dair daha bir aydın işarədir.
Astrofotoqraf Eduardo Şaberqer Pupo partlayışın heyrətamiz görüntülərini bütün təfərrüatları ilə lentə almağa müvəffəq olub.
O, Günəş səthindən qopmadan əvvəl şleyfin detallı şəkildə görüntüsünü çəkib.
“Plazma sütunu o qədər böyük idi ki, onu kadra sığdıra bilmək üçün kameranı çevirməli oldum.
Bu, həqiqətən də heyrətamiz mənzərə idi”, - deyə o qeyd edib.
Nadir hadisə fevralın 17-də günəşin Cənub qütbünə yaxın günəş ləkəsində partlama zamanı baş verib.
Bu zaman nəhəng ionlaşmış qaz və ya plazma sütunu ayrılıb ki, sütun Günəş səthindən təxminən 124 300 mil (200 000 kilometr) yuxarıya yüksəlib.
Nəticədə plazma Günəşdən qoparaq nəhəng bulud şəklində kosmosa uçub.
Bu ulduz partlayışı son dərəcə qeyri-adi olub, çünki Günəşin cənub qütbündə püskürüb.
Belə ki, əksər günəş püskürmələri Günəş ekvatorunda və ya onun ətrafında olan günəş ləkələrində baş verir və demək olar ki, heç vaxt maqnit qütblərinin yaxınlığında meydana gəlmir.
Bu qəbildən partlayışlar təxminən 11 illik Günəş dövrünün ən aktiv fazası olan günəş maksimumu zamanı daha çox yayılır.
Mütəxəssislər hesab edirlər ki, günəş maksimumu yaxın bir neçə ay ərzində hansısa məqamda baş verəcək.
Ləğv prosesində olan “Bank Standard” QSC “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin həbsdəki təsisçisi Çingiz Cəlilovu məhkəməyə verib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, bank iddiasında maddi ziyanın ödənilməsini istəyir.
Lakin maddi ziyanın nə qədər olduğu açıqlanmayıb.
Hazırda iddia hakim Zaur Pirverdiyevin icraatına verilib, lakin məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2017-ci ildə Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Asim oğlu Cəlilov “Bank Standard” QSC kommersiya bankının İdarə Heyətinin sədri olmuş Səlim Eldaroviç Krimanla qabaqcadan razılaşmaqla işbirliyi qurub.
O, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoyub.
Sonra özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manatı Səlim Krimanla öz aralarında bölüblər.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib.
Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, İnterpol xətti ilə axtarışa verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, C.Cəlilov Xalq artist Röya Ayxanın keçmiş qayınatasıdır.
Müğənni keçmiş iş adamının oğlu Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qurub, lakin cütlük 2014-cü ildə boşanıb.
C.Cəlilovun cinayət işinin araşdırılması zamanı oğlu da ifadə vermişdi.
Ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.
Oxu.Az xəbər verir ki, ATV-nin “Rəngarəng səhər” verilişinin müxbiri idmançının evində olub.
Çəkiliş zamanı telefon vasitəsi ilə qızı ilə danışan Kamil Zeynallı kövrəlib.
Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılmışdı.
Kamil Zeynallının Moskvada saxlanılması Ermənistan tərəfindən axtarışa verilməsi ilə əlaqədar idi.""Ətraflı videoda:
Qvatemalanın San-Xuan de Dios şəhərində xəstəxanada dəhşətli hadisə baş verib.
Kəskin qidalanma problemləri müşahidə olunan və öldüyü açıqlanan gənc qadın dirilib.
Qadın ölü elan edildikdən 5 saat sonra qəfildən meyitxanada cəsəd torbasında hərəkət etməyə başlayıb.
Morq işçiləri səsləri eşidib və cəsəd torbasının tərpənməyə başladığını görüblər.
Dərhal təcili yardım həkimlərini çağırıblar.
Xəstəxananın mətbuat nümayəndəsinin sözlərinə görə, xəstə serebral iflic və qıcolma şikayətləri ilə qeyri-stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib.
30 dəqiqəlik təcili yardımdan sonra onun öldüyü elan edilib.
Həkimlər qadında heç bir həyat əlaməti, xüsusən də beyin fəaliyyəti və ya nəfəs alma kimi əlamətlər görməyiblər.
“Bundan sonra qadının cəsədi müəyyən edilmiş protokol üzrə morqa təhvil verilib”, - deyə nümayəndə əlavə edib.
Lakin dirilən qadının reanimasiyası uğursuz olub, buna görə də xəstə ikinci və sonuncu dəfə ölü elan edilib.
Xəstəxana onun ailəsinə və bütün yaxınlarına başsağlığı verib.
Baş verən hadisə yerli sakinlərin hiddətinə səbəb olub və sosial şəbəkələrdə yayımlanan videonun altında müxtəlif rəylər bildirilib.
“Qvatemala səhiyyəsi sadəcə dəhşətlidir”, - deyə istifadəçilərdən biri yazıb.
Digər şərhçi isə xəstəxananı müdafiə edib və intensive terapiya şöbəsində həyatının xilas edildiyini xatırladıb.
UFC-nin rəhbəri Dana Uayt verdiyi sonuncu açıqlama ilə diqqət mərkəzinə düşüb.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra yüksək məbləğdə hədiyyə ilə mükafatlandırıb.
“O, döyüşdən dərhal sonra, soyunub-geyinmə otağına hələ çatmamış, Vladimir Putin artıq ona zəng etmişdi.
Vladimir Putin ona və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində daşınmaz əmlak hədiyyə etdi” – UFC rəhbəri söyləyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan döyüş 2018-ci ilin oktyabr ayında baş tutub.
H.Nurməhəmmədov dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.
Fevralın 21-də STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib.
Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin universitetdə görülən işlər, hədəflər və gələcək planlar barədə məlumat verilib.
Görüş çərçivəsində universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib.
Qeyd olunub ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub.
Görüş iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar.
Görüşdə universitetin təhsilalanları və akademik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq.
Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
“Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
Spiker, həmçinin deyib ki, Azərbaycan 2030-cu ilə qədər dünyada bərpa olunan enerji gücünü üç dəfə artırmaq qlobal təşəbbüsünə qoşulub.
“Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək hüququ qazanıb.
Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin tanınmasıdır”, -deyə Sahibə Qafarova əlavə edib.
Parlament sədri bildirib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri xüsusi önəm daşıyır.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib.
“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir.
Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır.
Bu sahədə əməkdaşlığın genişləndirilməsi, şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin də inkişafına töhfə verəcək”.
Fevral ayının 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.
Mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib.
Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin andiçmə mərasimində ölkəmizin yeni müasir inkişaf mərhələsində vüsətli tərəqqisi üçün qarşıya qoyduğu önəmli vəzifələrdən biri kimi dövlət sərhədlərimizin daha da güclü qorunmasının vacibliyi şəxsi heyətin diqqətin...
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.
İşləmək üçün Bakıya gələn afrikalı qadın öz ölkəsinə qayıdıb.
Bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Facebook” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, iş vədi verilərək ölkəmizə gətirilən Nigeriya vətəndaşı olan qadın dünən Dövlət Miqrasiya Xidməti tərəfindən öz ölkəsinə yola salınıb.
Qeyd edək ki, qadın yanvar ayında dayə işləmək məqsədi ilə Bakıya dəvət edilib, daha sonra ona iş verməkdən imtina edilib.
Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Ermənistana səfər edəcək.
“Yaxın vaxtlarda mənim rəhbərliyim ilə parlamentarilərdən və istehsalçılardan ibarət böyük nümayəndə heyəti Ermənistana gedəcək.
Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir”, - deyə cənab Lekornyu bildirib.
“Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır.
Danışıqlar yer-hava müdafiə sistemləri və zirehli texnikanın tədarükü ilə (lakin yalnız müdafiə məqsədləri üçün) bağlı olacaq”, - Fransanın müdafiə naziri qeyd edib.
Lekornyu Fransanın MBDA raket sistemləri istehsalçısı ilə “Mistral” daşınabilən zenit raket komplekslərinə dair niyyət protokolu imzalanacağını anons edib.
Tanınmış azərbaycanlı reper Mövlud Cəfərovun (ZiqZaq) sənətdən uzaq düşmə səbəbi məlum olub.
Milli.az xəbər verir ki, o, narkomaniya bəlasından əziyyət çəkib.
Bir müddət müalicə alaraq yenidən sağlığına qovuşan reperin dəyişimi görənləri şoka salıb.
Onun xeyli çəki itirməsi diqqət çəkib.
Yenidən həyata qayıdan reperin müalicədən öncə və sonrakı fotolarını təqdim edirik:
Pravoslav din xadimləri həbsxanada vəfat edən və hələ də dəfn edilməyən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə əlaqədar Kremlə müraciət ünvanlayıblar.
Müraciətdə fevralın 16-da həyatını itirən siyasətçinin cəsədinin dəfn üçün ailəsinə təhvil verilməsi istənilir.
Din xadimləri qeyd ediblər ki, siyasi mövqeyindən asılı olmayaraq, A.Navalnı pravoslav xristian olub və onun xatirəsinə ehtiram göstərilməlidir.