Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
S.Rzayev 2017-ci ildən “Bravo” supermarketlər şəbəkəsində satış müdiri olub. |
Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. |
22 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. |
Oxu.Az xəbər verir ki, iclasda son günlər geniş müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub. |
Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə “MTV” televiziya kanalının efirində 12:00-15:00 arası yayımlanan “Tarixin bir günü” proqramında həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habe... |
Sözügedən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərinin həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrı-seçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyet... |
Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş “MTV” televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək səkkiz saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub. |
Hərbi Prokurorluqda Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. |
Oxu.Az xəbər verir ki, Soyqırım Memorial Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, millət vəkilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat ... |
Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, işğalda olmuş ərazilərdə törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinay... |
Cinayət işi üzrə ümumilikdə 81 000-dən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29 000-dən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 30 000-dən artıq şəxs şahid qismində dindirilib, 18 000-dən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4000-ə yaxın müxtəlif nö... |
Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər madd... |
Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında Ermənistanın sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var. |
Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. |
Quba rayonunun Yuxarı və Aşağı Xanagah kəndlərində yerləşən qədim məscidlər uzun müddət təmir olunmadığından qəzalı vəziyyətə düşüb. |
Rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən, Rustov inzibati ərazi dairəsinin kəndlərindən biri olan Xanagah kəndləri Çağacıq çayının hər iki sahilində yerləşir. |
Yerli əhali kəndi Yuxarı Xanagah və Aşağı Xanagah adlandırır. |
Kəndin daha qədim hissəsi olan Yuxarı Xanagah Şahdağ Milli Parkının ərazisində, Aşağı Xanagahdan dörd kilometr məsafədə yerləşir. |
Hazırda bu kənddə əlliyə yaxın ev var. |
Yerli əhali sovet hakimiyyəti qurulduqdan sonra tədricən Rustov kəndinin mərkəzinə yaxın ərazilərdə məskunlaşmağa başlayıb. |
Bu kənddə iki əsrə yaxın yaşı olan binalar var. |
Onlardan biri də 1868-ci ildə inşa edilən məsciddir. |
İbadət ocağı yararsız hala düşdüyündən hazırda fəaliyyət göstərmir. |
156 yaşı olan məscid tamamilə dağılıb. |
Aşağı Xanagah sakinləri 19-cu əsrin ortalarında özlərinə yeni məscid tikiblər. |
Bura uzun illər ibadət üçün açıq olub. |
Hazırda bu tarixi tikili də qəzalı və yararsız vəziyyətdədir. |
Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülüb, daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına yerli əhəmiyyətli memarlıq abidəsi kimi 4660 inventar nömrəsi ilə daxil edilib. |
“Tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. |
Bu məqsədlə Xanagah kənd məscidi də müvafiq siyahıya daxil edilib və investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır. |
Eyni zamanda, ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlə bərpa edilməsində də maraqlıyıq. |
Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri aparılır”, - o qeyd edib. |
“ABŞ qoşunların idarəsi və onlara komandanlıq etmək üçün süni intellektə əsaslanan sistem yaradıb”. |
Bu barədə Pentaqonun rəhbərinin müavini Ketlin Hiks süni intellektdən hərbi istifadəyə dair simpoziumda deyib. |
O, süni intellektin Pentaqona inteqrasiyası səylərinin ABŞ-nin hərbi imkanlarını gücləndirməsinə baxmayaraq, Vaşinqtonun süni intellektlə silahlanma yarışına can atmadığını da deyib. |
Hiks həmçinin kosmosun hərbi əməliyyatların tərkib hissəsinə çevrildiyini vurğulayıb. |
“ABŞ-nin həyat tərzi və müharibə aparma üsulları artıq kosmosdakı gücdən asılıdır”, - deyə bildirən Hiks Moskva və Pekinin kosmosu hərbi sahəyə çevirməyə çalışdığını vurğulayıb. |
Xatırladaq ki, bundan əvvəl mediada Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları barədə məlumatlar yayılmışdı. |
ABŞ hökuməti Yaponiya mafiyasının lideri Takeşi Ebisavanı nüvə materiallarının qaçaqmalçılığında ittiham edib. |
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi onu İrana nüvə silahı satmaq cəhdində günahlandırıb. |
“Yakudza lideri Takeşi Ebisava özünü İranla əlaqəsi olan narkotik və silah alverçisi kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə nüvə materiallarının nümunələrini göstərib”, - nəşr qeyd edir. |
Prokurorların sözlərinə görə, material Myanmadan Tailanda qaçaqmalçılıq yolu ilə gətirilib. |
Daha sonra nümunələr müsadirə edilib və onların tərkibində nüvə silahının yaradılmasında istifadə olunan uran və silah dərəcəli plutonium olduğu aşkar edilib. |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. |
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. |
Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər. |
C.Bayramov uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. |
Sülh sazişi layihəsinə gəldikdə ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. |
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb. |
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram. |
Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. |
Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən təqdirəlayiqdir. |
Əminəm ki, Siz Azərbaycanın dünya birliyinin hörmətli üzvü kimi nüfuzunu daha da yüksəldəcəksiniz. |
Ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığı gücləndirmək üçün Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm. |
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni iqtisadi tərəqqi və firavanlığa aparmaq üçün fəaliyyətinizdə uğurlar nəsib etməsini diləyirəm”. |
“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu 30 yaşında olmasına baxmayaraq transfer dəyərinin zirvəsinə çatıb. |
Bu barədə nüfuzlu “Transfermarkt” internet portalı xəbər verir. |
Mənbənin sözlərinə görə, hazırda yarımmüdafiəçinin bazar qiyməti 40 milyon avro civarında dəyişir. |
Çalhanoğlu peşəkar karyerası ərzində “Karlsrue”, “Hamburq”, “Bayer Leverkuzen” və “Milan” kimi klublarda çıxış edib. |
Türkiyəli yarımmüdafiəçi “İnter”ə 2021-ci ilin iyulunda azad agent kimi keçib. |
Bu mövsüm heyətdə bütün turnirlərdə 30 oyun keçirən Çalhanoğlu 11 qol vurub və 3 məhsuldar ötürmə edib. |
Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. |
Bundan əvvəl Çalhanoğlu UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər siyahısına daxil edilib. |
Hindistanın Gülmarq dağ-xizək kurortunda qar uçqunu olub. |
Məlumata görə, hadisə zamanı yeddi rusiyalı turist uçqunun altında qalıb. |
Onlardan biri ölüb, biri itkin düşüb, altı idmançı isə xilas edilib. |
Bildirilib ki, həmin qrup ekstremal idman həvəskarları olaraq icazəsiz və təlimatçı olmadan “frirayd” etmək qərarına gəlib və dağlara qalxıb. |
Bir müddət sonra isə hadisə baş verib. |
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən 2 nominasiya üzrə mükafatlandırılıb. |
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. |
Mərasimdə “Araz” 2023-cü ildə korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrə görə - “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Məşğulluq tarixçəsi olmayan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiy... |
Şirkət 5 nominasiyada - “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əmək və məşğulluq" altsistemi üzərindən ən çox işəqəbul edən ən aktiv sosial tərəfdaş”, “Əmək ... |
Mükafatlandırma mərasimində, həmçinin “Araz” supermarketlər şəbəkəsi 2023-cü ildə həyata keçirilən “Məşğulluğa Dəstək” Korporativ Sosial Məsuliyyət layihəsində aktiv iştirakına görə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. |
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ötən il 3698 qadını işlə təmin edib. |
Həmçinin 4229 nəfər məşğulluq tarixçəsi olmayan şəxs “Araz”da əmək fəaliyyətinə başlayıb. |
“Uşaqlıqda qəribə bir hiss vardı məndə, istəyirdim ki, əsir düşüm, mənə işgəncə versələr də, heç nəyi boynuma almayım...”"Bu sözləri Oxu.Az-a müsahibəsində Xocalı faciəsinin şahidi, əsirliyin dəhşətlərini görən Hüseynağa Quliyev deyib. |
Onunla müsahibəni təqdim edirik:""- Hüseynağa bəy, Xocalı qətliamı törədilən zaman hərbidə idiniz? |
- Mən 1966-cı ildə Xocalı şəhərində anadan olmuşam. |
Sovet vaxtı tək uşaqları əsgər aparmırdılar. |
Birinci Qarabağ müharibəsi başlayanda könüllü getdim. |
Yazdım ki, şəhid olsam, əsir düşsəm və ya yaralansam, heç kim məsuliyyət daşımır. |
- Fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu. |
Həmin vaxt baş verənləri sizin dilinizdən eşidək. |
- Xocalıya üç dəfə hücum etmişdilər. |
Xocalıda az sayda adam olsa da, biz on-on beş nəfərlə yüz erməni quldurun qarşısını kəsə bilərdik. |
O ürək var idi.Faciəni xatırlamaq çox çətindir. |
O vaxt Xocalıda peşəkar hərbi döyüşçülərimiz olmadığından, könüllü dəstələr yaradılmışdı. |
Köməksiz, yardımsız müdafiə olunurduq. |
Kənardan hərbçilər göndərməmişdilər. |
Azərbaycan ordusu hələ formalaşmamışdı. |
Ona görə də hərbi sahədə pərakəndəlik vardı. |
Xocalının könüllülərdən ibarət batalyonunun daimi komandiri yeganə hərbçimiz, Milli Qəhrəman Tofiq Hüseynov idi.Mən də həmin könüllülər dəstəsinin üzvü idim. |
Silahımız yox idi.Amma ürəyimiz var idi.Xocalını almaq üçün 100-dən çox texnika cəlb olunmuşdu. |
Bizim isə bir avtomatımız var idi.""Fevralın 25-də, təxminən axşam saat 6 radələrində eşitdik ki, 366-cı motoatıcı alay Xocalını mühasirəyə alır. |
Həmin saatdan başlayaraq bütün postları mühasirəyə aldılar. |
Saat 21:30-da isə top atmağa başladılar. |
Top zərbələrindən yer titrəyirdi. |
Əsas hücumlar da texnika ilə oldu. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.