Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əməkdaşlarının sayının artırılmasının sifarişi də Qərbdən gəlir. |
Bununla da Kremlə qarşı casus şəbəkəsi genişlənmiş olacaq. |
Bu şəbəkə əhali arasında anti-Rusiya təbliğatını genişləndirməklə yanaşı, hərbi bazalarından və obyektlərindən məlumat toplanışını həyata keçirəcək. |
Nəzərə alaq ki, bu ölkədə ABŞ səfirliyi də əməkdaşlarının sayına görə lider mövqedədir. |
Eyni zamanda, bu ölkədə Vaşinqtonun gizli laboratoriyası da fəaliyyət göstərir. |
Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əmin-amanlığa qarşı çıxır. |
Brüsselin “missiya oyunu” da bu planın tərkib hissəsidir. |
Missiya üzvlərinin sayının artırılması təşəbbüsünün, Rusiyaya qarşı ittihamların hədəf bəllidir:bölgəni Ukraynaya, Suriyaya çevirmək. |
Artıq bu istiqamətdə plan işə düşüb. |
Moskva-Bakı reysi ilə uçan təyyarə sərnişinlərdən birinin səhhəti pisləşdiyi üçün ehtiyat aerodromda məcburi eniş etməli olub. |
Təyyarə kapitanı Nijni Novqoroddakı alternativ aerodromda enib. |
Təyyarəyə həkim qrupu çağırılıb. |
Enişdən dərhal sonra kişi həkimlərə təhvil verilib və reanimasiyaya göndərilib. |
Planlaşdırılan uçuş yanacaq doldurulduqdan sonra davam edib. |
Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib. |
Oxu.Az xəbər verir ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. |
Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır. |
“Doha Ekspo”da fəaliyyət göstərən pavilyonlar sırasında Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu da yer alıb. |
“Doha Ekspo”da təşkil olunan Milli Gün çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin dövlət naziri Həməd bin Abdulaziz Al-Kuvari, bu ölkənin mədəniyyət naziri Şeyx Abdülrəhman bin Həməd Al Tani, bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah Al Atiyya, “Doh... |
Daha sonra Milli Günün açılışı olub, Azərbaycanın Dövlət Himni səsləndirilib və Dövlət Bayrağı qaldırılıb. |
Tədbirdə Azərbaycanın və Qətər Dövlətinin rəsmiləri, bu ölkədə akkreditasiya olunmuş 60-a yaxın ölkənin səfiri iştirak edib. |
Milli Günün açılış tədbirində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan-Qətər münasibətlərinin qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslandığını, sıx təmasların iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirib. |
“Doha Ekspo 2023”də Azərbaycanın Milli Gününün keçirilməsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayan Anar Ələkbərov Beynəlxalq Bağçılıq Sərgisinin dünyanın gündəmindəki ən vacib məsələlərdən birinə - iqlim dəyişmələri ilə bağlı məsələlərə töhfə verəcəyinə ümidvar olduğunu deyib. |
Ölkəmizin dünyanı narahat edən iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verdiyini və bu istiqamətdə əməli işlər görməkdə davam etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi bu baxımdan Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-c... |
Dohada belə uğurlu və vacib platformanı təşkil etdiyi üçün Qətər Dövlətinə təşəkkürümü bildirən Anar Ələkbərov deyib:“Ölkələrin bir araya gəlməsi humanitar əlaqələrin və əməkdaşlığın inkişafı üçün çox önəmlidir. |
Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan xalqlarımız tarixən dini və mədəni əlaqələrlə bir-birinə bağlı olub. |
Hazırda iki ölkə arasında münasibətlər qarşılıqlı dostluq prinsiplərinə əsaslanır. |
Ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edir. |
Hesab edirəm ki, dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq münasibətlərimiz bundan sonra da uğurla davam edəcək”. |
Sonra “Doha Ekspo 2023”ün Baş komissarı Bader bin Omar Al Dafanın çıxışı olub. |
O bildirib ki, “Doha Ekspo” bizi dünya ölkələrinə maraqlı “səyahət”ə aparır. |
Bu gün isə qardaş Azərbaycan Respublikasının Milli Gününü qeyd etmək üçün bir araya gətirib. |
Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini xatırladan Bader bin Omar Al Dafa deyib ki, Azərbaycan iqlim dəyişikliyi məsələləri ilə bağlı beynəlxalq müzakirələrdə davamlılığı və əməkdaşlığı yaxşılaşdırmaq üçün COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-u qəbul edəcək Braziliya ilə fəal tərəfdaşlı... |
Füsunkar təbiətə malik Azərbaycanın iqlim məsələləri ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verdiyini vurğulayan “Doha Ekspo 2023”ün Baş komissarı deyib:“Azərbaycanda investisiya siyasəti innovasiyaya və texnologiyaya əsaslanır. |
Azərbaycan neft-qaz sektorundan başqa, digər sahələri də sürətlə inkişaf etdirərək iqtisadiyyatının şaxələndirilməsini uğurla həyata keçirir. |
Bütün bunlar ölkədə bərpaolunan enerji, kənd təsərrüfatı sənayesi və turizm kimi inkişaf edən sahələrdə investorlar üçün geniş fürsətlər yaradır. |
Azərbaycan geniş turizm imkanlarına malikdir, Xəzərə tökülən çaylar, şimalda Böyük Qafqaz dağları, ölkənin mərkəzi hissəsində isə geniş ovalıqlar. |
Azərbaycanın “Doha Ekspo 2023”də iştirakı bu sərginin hədəfləri ilə səsləşir, bu da dost dövlətin beynəlxalq əməkdaşlığa, faydalı tərəfdaşlıqlara və investisiyalara töhfəsidir. |
Ona görə Qətərdəki dövlət və özəl sektoru deyil, ümumiyyətlə Ekspoda iştirak edən digər dövlətlərin də Azərbaycandakı investisiya mühitindən, bu ölkənin iqtisadiyyatın bir çox sahəsindəki uğurlu təcrübəsindən istifadə etməsini gözləyirik”. |
Daha sonra Xalq artisti Azər Zeynalovun ifasında “Azərbaycan” mahnısı, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında isə qədim xalq rəqslərimizdən olan “Uzundərə” rəqsi təqdim edilib. |
Mərasim çərçivəsində, həmçinin Azərbaycanın təbiəti və tarixi abidələrini əhatə edən fotosərgi təşkil olunub. |
Açılışdan sonra tədbir iştirakçıları “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisindəki Qətər pavilyonuna baxış keçiriblər. |
Qeyd edək ki, ərazisi 1,7 milyon kvadratmetr olan “Doha Ekspo 2023” Qətər paytaxtının ən böyük parklarından biri olan Al Bidda parkında keçirilir. |
Burada ərazi pavilyonların təqdim edildiyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçirildiyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil edildiyi Mədəniyyət Zonası olmaqla üç zonaya bölünüb. |
Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat iştirak edir. |
Qonaqlar daha sonra Azərbaycan pavilyonunu ziyarət ediblər. |
Burada “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. |
Pavilyonda Qarabağ florasının tacı olan Xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır. |
Pavilyonda, həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer alıb. |
Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunur. |
Qonaqların pavilyona ziyarəti zamanı muğam triosunun ifası olub, kvartetin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr, milli mətbəximiz təqdim edilib. |
“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü axşam saatlarında Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan konsert proqramı ilə davam edəcək. |
Qeyd edək ki, fevralın 21-dən 24-dək Qətərdə, həmçinin Azərbaycan Mədəniyyəti Günləri keçirilir. |
Ekspo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edib və yüksək mükafatlara layiq görülüb. |
Bu beynəlxalq platformada uğurlu iştirakı ilə seçilən ölkəmiz, həmçinin “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində təmsil olunacaq. |
Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkədir. |
Azərbaycan Televiziyası (AzTV) Qobustan ərazisində yerləşən Böyükdaş dağının yuxarı hissəsində yerləşən insan sığınacağından reportaj hazırlayıb. |
Həmin reportajda qədim zamanlarda, xüsusən də dəmir dövründə insanların yaşadığına dair sübutlar öz əksini tapıb. |
Bursada aktiv qırılma xətləri üzərində aparılan araşdırmada daha əvvəl xəritələrdə yer almayan Kayapa-Yenişehir Fay aşkar edilib. |
Bu nasazlığın 7,3 bal gücündə zəlzələ yarada biləcəyi bildirilir. |
Məlumata görə, Kayapadan Yenişehirə qədər uzanan fay xətti 95 kilometrdir. |
Britaniya anti-Rusiya sanksiyalarını genişləndirib, bura bir çox böyük Rusiya şirkətləri daxil edilib. |
Məlumata görə, Ural dağ-metallurgiya şirkəti və ALROSA (almaz kəşfiyyatı, hasilatı, istehsalı və satışı üzrə ixtisaslaşan Rusiya şirkətlər qrupu), eləcə də NOVATEK (təbii qaz əldə edən şirkət) rəhbərliyinə qarşı tədbirlər tətbiq edilib. |
Perm Pudra Zavodu da sanksiyaya məruz qalıb. |
Siyahıya Çin, Belarus, Türkiyə və BƏƏ şirkətləri daxildir. |
Bundan əvvəl Böyük Britaniya Aleksey Navalnının öldüyü Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasının altı əməkdaşını sanksiya siyahısına daxil edib. |
Sanksiyalara koloniyanın rəhbəri Vadim Kalinin və müavinləri Sergey Korjov, Vasili Vıdrin, Vladimir Pilipçik, Aleksandr Qolyakov və Aleksandr Obraztsov da daxildir. |
Məşhur türkiyəli həkim Ender Saraç 2017-2021-ci illər arasında Beşiktaşda yerləşən evlərində 13 yaşlı oğluna cinsi zorakılıq etdiyi iddiası üzrə hakim qarşısına çıxıb. |
Ender Saraç üçün müvafiq ittiham üzrə 12 ildən 22 il 6 aya qədər həbs cəzası tələb edilib. |
İstanbul 34-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində həbssiz mühakimə olunan Ender Saraç, tərəflərin vəkilləri, Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili iştirak edib. |
Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin iclasların qapalı keçirilməsi ilə bağlı vəsatətini qəbul etməyib. |
İclasda özünü müdafiə edən Saraç çıxışında bildirib ki, boşanma prosesində olan həyat yoldaşı Benan Saraç sosial mediada yayımlanan müvafiq görüntüləri vəkili vasitəsilə yayıb və bu görüntülər süni intellektlə yaradılıb. |
Ender Saraç bunların ona qarşı qurama olduğunu iddia edib. |
O qeyd edib ki, evinin tualeti, hamamı da daxil olmaqla hər yerdə kameralar var və uyğunsuz şəkildə ortalıqda gəzdiyinə dair heç bir görüntü yoxdur. |
“Uşaqları porno izləməyə məcbur etdiyim deyilir. |
Mobil telefonum məlumdur, keçmiş axtarışlarım yoxlanılıb, heç nə çıxmayıb”, - deyə Saraç bildirib. |
Həkim əlavə edib ki, vegan olan uşağını inkişafının dayandığını əsas gətirərək bir dəfə yemək yeməyə məcbur edib, ona qarşı irəli sürülən ittihamları isə qəbul etməyib. |
Məhkəmə müvəqqəti qərarını elan edərək zərərçəkmiş uşağın ifadəsinin pedaqoqun müşayiəti ilə məhkəmə-tibbi ekspertizası otağında alınmasına qərar verib. |
Komitə Ailə və Sosial Xidmətlər Nazirliyinin işdə iştirakla bağlı vəsatətinin qəbul edilməsinə qərar verib və iclası aprelin 30-na təxirə salıb. |
Bir çox basketbolçunun tərcümeyi-halını yazan məşhur yazıçı Roland Lazenbi, Kobe Brayantın ayaqqabı nəhəngi “Adidas” ilə müqavilə bağlamaq üçün xəyalının üstündən necə xətt çəkməsindən bəhs edib. |
O, Sonny Vakkaronun (sonradan “Adidas”a keçən “Nike” işçisi) xatirələrini buna əsas gətirib. |
Müəllifin sözlərinə görə həmin vaxt Kobenin xeyli pula ehtiyacı olub. |
“Sonny Vakkaro mənim fikrimcə Kobe Bryantın həyatının ən kədərli anını xatırlayıb. |
Kobe Nyu-Yorkda italyan restoranında müqavilə imzalamaq üzrə idi.Ancaq sonra tərəddüdlə Sonni Vakkaroya baxdı:“Elə olarmı ki, mən buna qol çəkim ki, valideynlərim pul alsınlar, amma eyni zamanda mən basketbol kollecində oynayım?” Buna əlbəttə ki, cavab verilmədi, yəni yox deyildi. |
Müqaviləni imzaladı, valideynləri pulu aldılar. |
Sonradan bu, Kobe ilə valideynləri arasında böyük münaqişənin bir hissəsi oldu”, - deyə Lazenbi bildirib. |
Məsələ bursalında idi ki, Kobe NCAA-da (Milli Kollec Atletika Assosiasiyası) “Dyuk” komandası üçün oynamaq istəyirdi, amma idmançının ailəsi ehtiyac içində boğulurdu. |
Nəticədə ailə pulu aldı, Brayant isə arzusunun üstündən xətt çəkməli oldu - heç vaxt kollec komandasında oynamadı, birbaşa NBA-ya keçdi. |
Xatırladaq ki, məşhur basketbolçu, beşqat NBA çempionu Kobe Brayant qızı Cinna-Mariya ilə birlikdə 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində helikopter qəzasında həyatını itirib. |
Xırdalanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. |
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onikimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 72m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində kombi aparatında yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. |
Hadisə nəticəsində partlayış dalğasınım təsirindən eyvanın pəncərə çərçivəsi yerindən çıxaraq asılı vəziyyətdə qalıb, şüşələr qırılıb, bir nəfər xəsarət alıb. |
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. |
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. |
Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaqlar. |
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar. |
Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.