Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məhkəmə, Tuqay Bayramov və Xəyal Bayramovun Cinayət Məcəlləsinin 120.2.1-ci,120. |
2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilib. |
Bakıda qadını avtomobil vuraraq öldürüb. |
APA xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 1965-ci il təvəllüdlü Azadi Tağıyev idarə etdiyi “KIA Sportage” markalı avtomobillə yolu keçən Sitarə Bayramovanı vurub. |
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. |
Faktla bağlı cinayət işi başlanılıb. |
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Məlumata görə, xidməti mikroavtobusla yolsuzluq avtomobili toqquşub. |
Avtomobillərin toqquşması sonra mikroavtobus tramvay xəttinin yanındakı arakəsmələrə çırpılıb. |
Nəticədə səkkiz nəfər xəsarət alıb. |
Faktla bağlı araşdırma aparılır. |
Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işini başa çatdırıb. |
AZƏRTAC xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib. |
Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinlənilib. |
Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri qismində seçilib. |
Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb. |
APA-nın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib. |
09:31"Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirir. |
AZƏRTAC xəbər verir ki, plenar sessiya çərçivəsində Vüqar Bayramovun moderatorluğu ilə Sosial və mədəni məsələlər daimi komitəsinin iclası keçirilir. |
Sosial və mədəni məsələlər daimi komitəsinin gündəliyinə 13 məsələ daxil edilib:""1. |
Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması üzrə tədbirlər haqqında Qətnamə layihəsi;"2. |
İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Asiya İnteqrasiyasına dair Qətnamə layihəsi;"3. |
Asiyada sağlamlıq bərabərliyi üzrə əməkdaşlıq haqqında Qətnamə layihəsi;"4. |
Asiya parlamentarilərinin korrupsiyaya qarşı mübarizəsi haqqında Qətnamə layihəsi;"5. |
APA-nın Qadın Parlamentarilər haqqında Qərar layihəsi;"6. |
Dünya dinlərinin ardıcılları arasında dialoqun və harmoniyanın təşviq edilməsi haqqında Qətnamə layihəsi;"7. |
Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında Qətnamə layihəsi;"8. |
Asiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə səmərəli əməkdaşlıq haqqında Qətnamə layihəsi;"9. |
Asiyada davamlı cəmiyyət üçün keyfiyyətli uşaq və gənclərin inkişafının təşviqi haqqında Qətnamə layihəsi;"10. |
Asiyada Yaşlanma Cəmiyyəti haqqında Qətnamə layihəsi;"11. |
Asiyada İnsan İnkişafına dair Qətnamə layihəsi;"12. |
Asiyada turizm əməkdaşlığı haqqında Qətnamə layihəsi;"13. |
Komissiya haqqında Qərar layihəsi (Təxirə salınmış). |
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib. |
“Qafqazinfo”un xəbərinə görə, qəza zamanı ölən şəxs Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevdir. |
Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. |
Sabah onun qız toyu keçiriləcəkdi. |
10:40"Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. |
Ölən şəxsin kimliyi dəqiqləşdirilir. |
Faktla bağlı araşdırma aparılır. |
Ali Məhkəmədə Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Rafael Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, ötən il iyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. |
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb. |
Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. |
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. |
Məhkəmədə Rafael Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. |
O ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi anasıyla olan münasibəti ilə bağlı tanıyıb:""“2018-ci ildə anamın Nurəddinlə münasibətdə olduğunu öyrəndim. |
Mənim də onunla görüşməyimdə məqsəd anamla münasibətə son qoymağı tələb etməyim idi.Hadisə günü evə getdiyim zaman anamı pis halda gördüm. |
O, mənə hadisənin necə olduğunu danışdı. |
Bundan sonra Nurəddin ilə görüşmək üçün vaxt təyin etdim. |
Onunla görüşən zaman üzərimdə bıçaq vardı. |
Həmin bıçağı Nurəddinin məndən güclü olduğu üçün ehtiyat məqsədilə götürmüşdüm. |
Nurəddinlə görüşdükdə ona bizi bir daha narahat etməməsini dedim. |
Biz birlikdə Sumqayıt Dəmiryol Vağzalının qarşısına gəldik. |
Mən Nurəddinin avtomobilindən düşərkən onun xəbəri olmadan maşında olan mavi rəngli beşbarmağı götürərək arxa sağ cibimə qoydum. |
O, məni təhqir etdi və bibər qazından istifadə etdi. |
Mən də beş barmaqla özümü müdafiə etdim. |
Bundan sonra ona bıçaq zərbəsi endirdim. |
Lakin neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram. |
İstintaq zamanı ifadə verərkən həyəcanlı idim”. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. |
FHN-dən verilən xəbərə görə, fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantılarında yanğın baş verib və Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın 0,5 kvadratmetr sahəni əhatə edib, məktəbə, yaxud digər tikililərə ziyan dəyməyib. |
Belə halları daim diqqətdə saxlayan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınla bağlı araşdırma aparıb. |
Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını məktəbin həyətində bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub. |
Qeyd olunanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub, həmçinin aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi istiqamətində maarifləndirici söhbət ap... |
ABŞ kosmik gəmisi 52 ildən sonra Ay səthinə enib. |
“SpaceX” şirkətinin istehsalı olan “Falcon 9” raketi ilə kosmosa göndərilən ABŞ-nin “Odysseus” kosmik gəmisi Ay səthinə uğurla eniş edib. |
“Intuitive Machines” şirkətinin “IM-1” missiyası çərçivəsində NASA-nın elmi və texnoloji yüklərini daşıyan kosmik gəmi Ay səthinə təmas edib. |
“Intuitive Machines” şirkətinin uçuş üzrə direktoru Tim Krainin sözlərinə görə, bundan təxminən 15 dəqiqə sonra kosmik gəmidən ilk siqnal alınıb. |
“Əmin olduğumuz odur ki, avadanlıqlarımızın Ay səthindədir və gəmi ilə əlaqə yaratmışıq”, - deyə o qeyd edib. |
Həmçinin “Odysseus”un Aya enən ilk şəxsi kosmik gəmi olaraq qeydə alındığı vurğulanıb. |
Xatırladaq ki, NASA 52 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib. |
Gəmidə olan avadanlıqlar vasitəsilə Ay səthində araşdırmalar aparılacaq. |
Ümid edilir ki, Ay Marsa və ya hətta ondan kənara nəzərdə tutulan missiyalar üçün tramplin ola bilər. |
Ay səthinə buraxılan kosmik gəmidə, həmçinin insan qalıqları və idman içkiləri də olub. |
Gəminin göyərtəsində kosmosa yollanan insan qalıqları arasında “Star Trek” (“Ulduz yolu”) filminin yaradıcısı Cin Roddenberinin, onun həyat yoldaşı və oğlunun, həmçinin filmdə rol alan Nişel Nikolz, Ceyms Duhen və Deforest Kellinin qalıqları var. |
Eyni zamanda Aya ABŞ-nin keçmiş prezidentləri Corc Vaşinqton, Duayt Eyzenhauer və Con Kennedinin DNT-ləri də göndərilib. |
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. |
Aİ 106 fiziki və 88 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. |
Aİ həmçinin Çin, Şri-Lanka, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə şirkətlərini Rusiyaya qarşı sanksiyalardan yayındıqlarına görə sanksiyalar siyahısına daxil edib. |
Aİ 27 şirkət və təşkilata qarşı Rusiya müdafiə sənayesinə komponentlərin tədarükünə görə ixrac məhdudiyyətləri tətbiq edib. |
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. |
İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərinin icra edərək təyin olunmuş rayona dəniz keçidi, düşmənin şərti s... |
Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. |
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub. |
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları Sumqayıtda dəmir yolu stansiyasında üzərində narkotik də olan silahlı şəxsi saxlayıblar. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb. |
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb. |
Faktla bağlı araşdırma aparılır. |
Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. |
Bu, Prezident İlham Əliyevin iki gün əvvəl imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. |
Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək. |
Bəs görəsən buraxılış vərəqələrinin verilməsi ilə bağlı hansısa kriteriyalar və öhdəliklər tələb olunacaqmı? |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.