Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hakimliyə qəbul prosesi çox şəffaf qaydada keçirilir. |
Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşıb. |
Məhkəmə-Hüquq Şurasına rəhbərlik Ali Məhkəmənin sədri tərəfindən həyata keçirilir. |
Şuranın tərkibi də əsasən hakimlərdən ibarətdir. |
Bütün bunlar çox mühüm dəyişikliklərdir. |
İslahatlar bundan sonra da davam edəcək və biz müsbət nəticələri görəcəyik”. |
Meksikanın xarici işlər nazirliyi, UNİCEF tərəfindən Latın Amerikasının İqlim Reallığı layihəsi çərçivəsində Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Meksikadan 35 nəfər gəncin seçilməsi üçün İqlim Məsələləri Üzrə Gənc Səfirlər proqramı həyata keçirilir. |
“Trend” xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirliyi məlumat yayıb. |
Qurum Bakıda keçiriləcək COP29-da iştiraka görə meksikalı gənclərin 35 nümayəndəsini seçmək üçün “Gənc İqlim Səfirləri” proqramına start verib. |
Meksika Gənclər İnstitutu (IMJUVE), Milli Yerli İnstitutu (INPI) və Matias Romero İnstitutu (IMR) də bu proqramda iştirak edir. |
“Dünyanın hazırda yaşadığı fövqəladə iqlim vəziyyətini nəzərə alaraq proqram aktual məsələlərdə gənclərin daha müxtəlif və inklüziv təmsilçiliyinə nail olmaq məqsədi ilə daha çox icmaya müraciət etmək məqsədi daşıyır. |
Bu icmaların iştirakı iqlim ədalətinə maneələrin aradan qaldırılması və unikal şəraitin təmin edilməsi üçün vacibdir”, - bəyanatda deyilir. |
Latın Amerikası İqlim Reallığı Layihəsi və məsul qurumlar gənclərə iqlim dəyişikliyinin həlli üçün uyğunlaşma, təsirlərin azaldılması və tətbiqi alətləri, həmçinin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlar üzrə dərin təlimlər keçirəcək. |
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası noyabrın 11-22-də Bakıda keçiriləcək. |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba rayonunun Qırmızı qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlayıb. |
Uzunluğu 32 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. |
Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. |
Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilir. |
Hazırda layihə üzrə torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağının inşasına hazırlıq aparılır. |
Artıq yolun 6 km-lik hissəsində sadalanan işlər və asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb. |
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir. |
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. |
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. |
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub. |
Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb. |
12:40"Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub. |
Oxu.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb. |
Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad edilib. |
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarını hələlik müzakirə etməyib. |
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib. |
O, hələlik belə təmaslar üçün heç bir plan olmadığını vurğulayıb:""“Xeyr. |
Hazırda heç bir əlaqə yoxdur və olmayıb”. |
Bununla belə o, işgüzar əlaqələr çərçivəsində İrəvan tərəfindən nəyin nəzərdə tutulduğunu və işlərin necə olduğunu öyrənmək istədiklərini vurğulayıb. |
O, İrəvan tərəfindən bununla bağlı izah gözlədiklərini deyib. |
Mənbə:TASS"11:16"“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb”. |
Bu barədə təşkilatın katibliyindən məlumat verilib. |
Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-də iştirakının “dondurulması” ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir. |
Xatırladaq ki, erməni baş nazir “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” deyib. |
“Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb”. |
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar “Milliyet” qəzetinə müsahibəsində bildirib. |
O əmindir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması dünya ali təhsilində mühüm mərhələlərdən biri olacaq:“Əgər təhsil müəssisəsinin fəaliyyəti yaxşı şəkildə təşkil olunar və düzgün idarə edilərsə, qısa müddətdə bir çox ölkədə ona bənzər universitetlərin yaradılması təəccüb doğurmaz”. |
E.Özvar əlavə edib ki, bu istiqamətdə zəruri addımlar atılacaq:“Hər iki ölkə, həm də prezidentlərimiz bu məsələdə hər cür dəstəyi vermək əzmindədirlər”. |
O, yeni yaradılan universitetin Türkiyə-Yaponiya, Türkiyə-Almaniya, Qalatasaray, Əhməd Yəsəvi və Manas universitetləri kimi oxşar beynəlxalq layihələrdən fərqli olduğunu xüsusi ilə vurğulayıb:""“Layihəyə maraq o qədər güclüdür ki, bura hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. |
Bu cür modelləri həmişə başqalarından görürük, təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur. |
Anadolu liseyləri kimi bənzərsiz bir model yaratmışıq və onu sona qədər qorumalıyıq”. |
Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzal... |
Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. |
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits ilə görüşüb. |
Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib. |
Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanları var. |
Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s.istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. |
Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub. |
Oxu.Az xəbər verir ki, Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib. |
Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib. |
Çıxış edən Nərminə Hüseynova öz növbəsində ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib. |
“Fransa lazım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək”. |
Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanda erməni həmkarı ilə birgə brifinqdə deyib. |
O, Fransanın gecəgörmə cihazları bağışladığını, “Bastion” zirehli maşınlarının da göndərilməsi üçün hazırlıqların aparıldığını vurğulayıb:“Bütün bu vasitələrin müdafiə əhəmiyyəti var, onlar sərhədləri və əhalini qorumaq üçündür”. |
Lekornyu deyib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz. |
“Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regionun necə olacağından asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək”, - deyə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib. |
Müdafiə naziri həmçinin qeyd edib ki, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah alır. |
Bu silahlar heç bir ölkəyə qarşı yönəlməyib. |
Mənbə:Sputnik Ermənistan"11:32"Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. |
Bunu fransız nazir Sebastyan Lekornyu deyib:""“Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək”. |
O qeyd edib ki, hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın geniş planları var. |
Digər müqavilə isə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb. |
Bu sazişlərin detalları açıqlanmayıb. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. |
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”. |
Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən ayaqqabı mağazasında yanğın olub. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. |
Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. |
“Avropa Parlamenti gələn həftə keçiriləcək plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək”. |
Bu barədə Almaniya parlamentinin deputatı Viola fon Kramon Ermənistan nəşrinə müsahibəsində bildirib. |
Bununla belə, o, bəzi Aİ ölkələrində Ermənistanla bağlı narahatlıqlar olduğunu etiraf edib. |
Deputat söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb. |
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində dörd PKK terrorçusunu zərərsizləşdirib. |
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” platformasında yaydığı məlumatda qeyd olunur. |
“Terrora və terrorçulara qarşı mübarizəmiz effektiv və qətiyyətlə şəkildə davam edəcək!” - məlumatda qeyd olunur. |
Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak’ın kuzeyindeki Pençe-Kilit Operasyonu bölgesinde tespit ettiği 4 PKK’lı teröristi etkisiz hâle getirdi. |
Terör ve teröristle mücadelemiz etkin ve kararlı şekilde sürecek!#MillîSavunmaBakanlığı pic.twitter.com/4TmTjDeW36 |
“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. |
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb. |
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb. |
“Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. |
İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib. |
Azermirror" MMC-yə Sumqayıt Kimya #SənayeParkı-nın rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb. |
Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.#İnvestisiya dəyəri 11 milyon ₼-a yaxın olan… pic.twitter.com/gvbgHgn2Z8 |
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. |
Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. |
Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub. |
Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb. |
Məlumatı dəqiqləşdirmək üçün Moderator.az ailənin yaxın dostu Əmirəli Qızıllı ilə əlaqə saxlayıb. |
Əmirəli Qızıllı bildirib ki, Leyla Şərifovanın vəsiyyəti yerinə yetiriləcək:""“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. |
Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. |
Dünən nəvəsi Əmir ilə danışdım. |
Nəvəsi mənə dedi ki, “nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz”. |
Nəvəsi dedi ki, bu, nənəmin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəyik. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.