Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. |
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. |
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. |
Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq. |
“Trendyol” Azərbaycanda istehsal edilən məhsulların bu platformada satışının təşkil olunması ilə maraqlanır. |
Bəs Azərbaycan məhsullarının “Trendyol”da satışı iqtisadiyyatımıza nə verə bilər? |
Məsələ ilə bağlı “Trend”in suallarını cavablayan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, “Trendyol”un Azərbaycanda istehsal edilən məhsulları təqdim etməsi ölkəmizdə birmənalı olaraq istehsala öz töhfəsini verəcək. |
Onun sözlərinə görə, bu, öz növbəsində keyfiyyət standartlarının yüksəldilməsi tələblərini ortaya çıxaracaq. |
“Trendyol”da satışa çıxarılan məhsullar texniki, eyni zamanda, keyfiyyət göstəriciləri standartlara uyğun olmalıdır ki, alıcılar tərəfindən istehlak edilə bilsin. |
Eyni zamanda, bu prosesin özü ölkəmizdə yeni bir istehsal mədəniyyətinin formalaşmasına kömək edə bilər. |
İxracda lazım olan əlavə xərclərin azaldılmasına xidmət edəcək, zamanla bağlı qənaətin əldə olunmasına imkan verəcək. |
Bir sözlə, yeni fürsətlər və düzən yarada bilər. |
Yetər ki, Azərbaycanda istehsal prosesləri sürətləndirilsin. |
Bu prosesin sürətləndirilməsi, hesab edirəm ki, zəncirvari ticarətə müsbət töhfə verəcək”. |
Ekspert vurğulayıb ki, yerli istehsalın əsas problemlərindən biri də fiziki olaraq standartlara cavab vermə məsələsidir. |
“Standartlara cavab verən avadanlıqlardan istifadə edilmədiyinə görə geyimlərdə ciddi şəkildə ölçü problemi yaşanır. |
Belə satış sahələri ilə “Trendyol”da satış həyata keçirmək mümkün olmayacaq”, - deyə o qeyd edib. |
ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini xanım Syu Biniazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. |
Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə olunub. |
Müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. |
Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzi isə institusional resursların səmərəli idarə edilməsi, innovativ tədris və araşdırma, tədqiqat, milli və beynəlxalq tərəfdaşlıq, davamlı maarifləndirmə və təbliğat vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir. |
Bu mərkəz “Saudi Green Initiative”, “Saudi Vision 2030” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də töhfə vermək niyyətindədir. |
Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir. |
Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. |
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək. |
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. |
12:44"Bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır. |
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. |
Deputat bildirib ki, bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır:""“Bu, çox vacibdir. |
Əhali sayı 3 000 nəfərdən az olan bələdiyyələr birləşəcək. |
Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir. |
Digər tərəfdən, örüş sahələri ilə bağlı əhalinin tələbatı ödənilməlidir. |
İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. |
O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. |
İcarə müqavilələrində kifayət qədər debitor borclar yaranır. |
Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var. |
Amma mən hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”. |
“Böyük Britaniya COP29-un təşkil edilməsində Azərbaycana dəstək olmağa hazırdır”. |
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” hesabında paylaşım edib. |
“Böyük Britaniya Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və COP29-un təşkilində vacib rol oynayan nümayəndələrlə maraqlı müzakirələr apardılar. |
Biz COP29-un təşkil edilməsində Azərbaycana dəstək olmağa hazırıq”,- diplomat bildirib. |
🇬🇧Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin nümayəndələri @ETSN_ecogovaz, @MinEconomyAZ, @AzerbaijanMFA və COP29-un təşkilində vacib rol oynayan nümayəndələrlə maraqlı müzakirələr apardılar. |
Biz #COP29-un təşkil edilməsində 🇦🇿-a dəstək olmağa hazırıq. |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. |
Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və sülh sazişi layihəsinin perspektivlərini müzakirə ediblər. |
XİN başçısı müəyyən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan Ermənistanın açdığı atəş nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasını sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. |
“Sülh sazişi layihəsinə gəldikdə, Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. |
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir”, - məlumatda qeyd olunub. |
Görüşdə habelə, tərəflər arasında qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Rəsmi məlumatdan da görünür ki, görüşdə daha çox regiondakı durum və Ermənistanla Azərbaycan arasında münasibətlərin cari vəziyyəti diqqətdə olub. |
C.Bayramovun Aİ rəsmisini mövcud durum barədə məlumatlandırması əslində müstəsna əhəmiyyətlidir. |
Çünki Aİ xüsusilə son vaxtlar ermənipərəst mövqeyi, Azərbaycana qarşı ritorikası ilə seçilir. |
İrəvana “vəkillik” edən Qərb təşkilatları, o cümlədən Aİ həqiqəti bilməli və mövcud destruktiv ab-havanın aradan qaldırılması üçün addımlar atmalıdır. |
Əlbəttə, əgər, həqiqətən, dedikləri kimi regionda sülh istəyirlərsə. |
Nazirin səsləndirdiyi fikirlərdə diqqət çəkən əsas məqamlardan biri məhz rəsmi İrəvanın destruktiv mövqeyi ilə bağlı idi.Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər müxtəlif beynəlxalq platformalarda sülh barədə ağızdolusu daşınır və hətta Azərbaycanı ittiham edirlər. |
Amma buna zidd olaraq sabotaja əl atırlar. |
Bu cür təxribatların Ermənistanın mövcud hakimiyyətindən və ya üçüncü güclərdən idarə edilməsindən asılı olmayaraq, fakt göstərir ki, İrəvan sülh üçün lazımi siyasi iradəyə malik deyil. |
Bunu təsdiqləyən başqa bir məqam isə yenə də C.Bayramovun haqqında danışdığı Azərbaycana qarşı ərazi iddialarıdır. |
Bu iddialar Ermənistan qanunvericiliyində, o cümlədən konstitusiyasında aydın şəkildə əksini tapıb. |
Məlum olduğu kimi, konstitusiya hər bir dövlətin ən ali sənədidir. |
Əgər qanunvericilikdə Azərbaycana qarşı ərazi iddiaları varsa, Ermənistan hökumət başçısının İrəvanın Bakıya qarşı ərazi iddialarının olmaması barədə səsləndirdiyi bütün fikirlər qüvvədən düşür. |
Doğrudan da, onun dediyi kimidirsə, onda ərazi iddiaları barədə bütün elementlər Ermənistan qanunvericiliyindən də çıxarılmalıdır. |
Bunun ağrılı və çətin proses olduğunu etiraf etməliyik. |
Ancaq əgər rəsmi İrəvan sülh istəyirsə, buna getməlidir. |
2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün təmin olunması sülh istiqamətində yeni imkanlar açdı. |
Amma bu, o demək deyil ki, bütün problemlər həll olunub. |
C.Bayramov dünən əsas çətinliklər haqqında T.Klaarı məlumatlandırdı. |
Cənubi Qafqazda sülh istədiklərini deyən Aİ rəsmiləri indi Ermənistana təzyiq göstərməli, haqqında danışdığımız maneələrin aradan qaldırılmasına töhfə verməlidirlər. |
Tarixi təcrübə göstərir ki, İrəvanın “başını tumarlamaq” destruktiv mövqeyə rəvac verir. |
Beləliklə, indi nəinki regional sülh, həm də Aİ-nin səmimiliyini göstərməsi üçün tarixi imkan yaranıb. |
Görək Aİ bu imkanı necə qiymətləndirəcək. |
“Bələdiyyələr haqqında həmişə mənfi notlarda danışırıq. |
Amma bələdiyyələri də dinləmək lazımdır. |
Onlar yerli problemlərə daha yaxındırlar”. |
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib. |
Deputatın fikrinə görə, bələdiyyələr kənd yerlərində su təchizatlarının yaxşılaşdırılması, qəzalı məktəblərin yenidən qurulması ilə bağlı təkliflər ver bilərlər:"“Açıq söhbətlər göstərdi ki, ölkədə bələdiyyələrlə bağlı problemlərdə əsas məsələ Konstitusiya ilə tənzimlənən səlahiyyətlərin yerlərdə tam icra edilə bilməmə... |
İslahatlar paketi hazırlanmalıdır. |
Bələdiyyələrin yerli icra orqanlarından asılılıq məsələsi həll olunmasa, bundan sonra 25 il də onların səmərəli fəaliyyətindən danışmaq olmaz. |
Bələdiyyələrə ayrılan pul əvvəllər 30-35 milyon manat idi, indi 47 milyon manatdır. |
Bunlardan 55 faizi əməkhaqqına, 10 milyona yaxını isə yerli problemlərin həllinə yönəldilir. |
Azərbaycan kimi ölkələrdə 10 milyon manat yerli problemlərə kömək edə bilməz. |
Bələdiyyələrin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində səlahiyyətləri artırılmalıdır”. |
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. |
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. |
İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerlə... |
İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. |
Azərbaycanda təhsilin inkişafına dəstək və yerli telekommunikasiya peşəkarlarının yetişdirilməsi məqsədilə, “Nar” və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında anlaşma memorandumu imzalandı. |
Anlaşma memorandumu Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti (ATU) və mobil operator “Nar”ın birgə təlim, tədbir, konfrans və xüsusi görüşlər keçirməsini nəzərdə tutur. |
Memorandumun məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsidir. |
Bu əməkdaşlıq çərçivəsində “Nar”ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək, eləcə də, tələbələr “Nar”ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçərək gələcək karyeraları üçün əvəzsiz üstünlük əldə edəcək. |
Yeni əməkdaşlıqla dair “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke əsas məqsədlərinin Azərbaycanda yerli rabitə peşəkarlarını yetişdirmək olduğunu bildirib:""“Nar” olaraq, üstün xidmətlərimizin məhz yerli mütəxəssislər tərəfindən təqdim olunmağı bizim üçün çox mühümdür. |
Bununla yanaşı, niyyətimiz azərbaycanlı mütəxəssisləri qlobal bazar üçün də tələb olunan peşəkarlar kimi yetişdirməkdir”. |
ATU rektoru Yaşar Ömərov “Nar”la əməkdaşlığın ilk növbədə tələbələr üçün faydalı olduğunu vurğulayıb:""“Çox şadam ki, “Nar” bizimlə əməkdaşlığa başlayır. |
Əminəm ki, “Nar”ın peşəkar heyətinin zəngin təcrübəsi tələbələrimizin də bir mütəxəssis kimi yetişmələrində müstəsna rolu olacaq. |
Çünki müasir dünya tələbələrdən təhsil aldığı dönəmdə təcrübi biliklərə də sahib olmalarını tələb edir”. |
Qeyd edək ki, KSM strategiyasının təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” daha öncə Azərbaycan Texniki Universiteti (AzTU) və Naxçıvan Dövlət Universitet (NDU) ilə də birgə layihələr həyata keçirib. |
“Nar”ın dəstəyi ilə AzTU-da Azərbaycanda ilk və yeganə öz mobil şəbəkəsi olan “Nar” GSM laboratoriyası fəaliyyət göstərir. |
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.