Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu filmdə onlar iki sevgilini canlandırırlar.
Ancaq cütlük bir neçə ay bu dedi-qodulara reaksiya verməyib.
“Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimindən sonra Martin Şort susqunluğunu pozub və sadəcə çox yaxşı dost olduqlarını deyib.
Lakin izləyicilər və sosial şəbəkə istifadəçiləri ulduzların sadəcə olaraq münasibətlərini reklam etmək istəmədikləri qənaətindədirlər.
Qeyd edək ki, Meril Strip 2023-cü ilin oktyabrında 45 il əvvəl ailə qurduğu əri, heykəltəraş Don Qammerdən ayrılıb.
Cütlüyün dörd övladı var - Henri Vulf müəllif-ifaçı, qızları Memi Qammer, Qreys Qammer və Luiza Ceykobson isə aktrisa sənətinə yiyələniblər.
Bundan əlavə, cütlüyün beş nəvəsi var.
“Bizi son dəqiqədə “öldürdülər”.
Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Djalo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la keçirdikləri cavab oyununu şərh edərkən bildirib.
“Rəqib azlıqda qaldıqdan sonra biz üstün olduq və ən çətin şeyi bacardıq - oyunu əlavə vaxta apardıq.
Amma son dəqiqələrdə qol vuraraq bizi “öldürdülər”, axırıncı dəqiqədə… Qolu vuranda düşündüm ki, vəziyyəti dəyişə bilərik.
İlk qolu buraxanda belə bunu edə biləcəyimizi göstərdik.
Komandaya inanırdım, amma son dəqiqələrdə qol vuruldu, futbolda belə olur.
Çalışmaq və nəticə görməmək məyus edir.
Biz çalışmalı və meydanda ən yaxşı xüsusiyyətimizi göstərməliyik.
Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım.
Ancaq bu məğlubiyyətə görə məyusam”, - deyə Djalo deyib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib.
Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3 (ümumi 6:5)) olsa da, 1/8 finala yüksəlib.
Güney Azərbaycanın Urmu şəhər həbsxanasında cəza çəkən 800-dən çox məhbus açıq məktub yazaraq həbsxana rəhbəri Peyman Xanzadənin zülmündən bəhs edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, məktubda məhbuslar intihar hallarının artmasına toxunaraq, həbsxana rəhbərinin işdən çıxarılmasını tələb ediblər.
Onlar Peyman Xanzadənin məhbuslara və ailələrinə qarşı amansızlığından danışıblar, bu səbəbdən bir neçə məhbusun intihara əl atdığını bildiriblər.
“Həbsxana rəhbəri Xanzadə bizə problem yaratmaqla yanaşı, ailələrimiz ilə də prinsip aparır!”, - deyə məktubun əvvəlində məhbuslar yazıblar.
Məktub müəllifləri hüquq müdafiə təşkilatlarından yardım istəyib, aidiyyəti dövlət qurumlarından Peyman Xanzadənin həbsxana rəhbərliyindən uzaqlaşdırılmasını istəyiblər.
Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi Bayraktar AKINCI TİHA ASELFLİR-500 ilə ilk atış sınağında dənizdə hərəkət edən hədəf müvəffəqiyyətlə məhv edilib.
Qeyd olunur ki, sınaq uçuşu Bayraktar AKINCI-nın Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.
Açıqlamaya görə, Türkiyə müdafiə sənayesi bu gün həyata keçirilən sınaqda ASELFLİR-500-ün Bayraktar AKINCI TİHA-ya inteqrasiyası ilə daha bir mühüm həddi müvəffəqiyyətlə keçib.
“Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənir və müvafiq icra hakimiyyə...
Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən müəyyən ediləcək.
Sənəd layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edəcək.
Layihədə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsasları öz əksini tapıb.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 nömrəli uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 nömrəli körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesinə başlanılıb.
Qeyd edək ki, 348 nömrəli uşaq bağçasında beş qrupun, 347 nömrəli körpələr evi-uşaq bağçasında isə yeddi qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.
Ermənistan hakimiyyətinin Rusiyaya qarşı iddialı çıxışları davam edir.
Regionda baş verənlərə, İrəvan rəsmilərinin səfər və açıqlamalarına əsasən ehtimal etmək olar ki, Ermənistana bu cəsarəti verən, onu arxayın salan, “qorxma-qorxma” deyən Fransadır.
Elə Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə işgüzar səfəri çərçivəsində “France24” telekanalına müsahibəsində də verdiyi anti-Rusiya açıqlaması həmin dəstəyin, yardımın təzahürüdür.
O, Rusiyanı bir neçə ay əvvəl Ermənistan sakinlərini açıq şəkildə hakimiyyət çevrilişi etməyə çağırmaqda ittiham edib:“Moskvanın bu istiqamətdə təbliğatı artır”.
Qeyd edək ki, fevralın 20-də İrəvanda Azadlıq meydanında Paşinyanın istefası tələbi ilə mitinq keçirilib.
Aksiya iştirakçıları bunun üçün yüz əsaslarının olduğunu bildiriblər.
Aksiyanı müxalifət sayılan kəsim keçirib.
2018-ci il may hadisələrindən sonra ölkədə özlərini qərbyönlü sayan, qeyri-hökumət təşkilatlarında yetişən, anti-Rusiya ovqatlı ictimai-siyasi fiqurlar hakimiyyətə gəldilər.
Hakimiyyətdə olan Serj Sarqsyan, habelə keçmiş prezident Robert Koçaryan və əks cəbhədə qalan başqalarının rusiyayönlü olduqları aksiomadır.
Deməli, Ermənistanın siyasi sferası hakim qərb, müxalif rusiyayönlülərdən ibarətdir.
Nikol Paşinyan hökumət başçısı olandan bu qüvvə onun istefasına çalışır.
2023-cü ilin sentyabr hadisələrindən sonra Nikol Paşinyan oktyabrda ünvan göstərmədən bildirmişdi ki, müttəfiqlər Ermənistanda hakimiyyəti dəyişməyə çağırırlar.
Onda ehtimal edilirdi ki, Qarabağı könüllü olaraq tərk edən erməniləri Ermənistanda hakimiyyətin dəyişilməsi aksiyasına cəlb edə biləcəklər.
Paşinyan “France24”ə müsahibəsində Rusiyanın adını indi arxayınlıqla deməklə Moskvanı Avropada, Fransa ictimaiyyəti qarşısında həm də şantaj edir.
Bu, Moskva üçün çox ağır ittihamdır.
Çünki Ermənistanı Rusiyanın qurub yaratdığı sirr deyil.
N.Paşinyan bununla Rusiyadan uzaqlaşmalarının səbəbini də göstərir.
Başqa sözlə, o, sanki “Ermənistanda hakimiyyəti devirmək istəyən Rusiya bizim müttəfiqimiz ola bilməz” iddiasını irəli sürür, bu hay-küylə addımlarına haqq qazandırır.
O, Münhen Təhlükəsizlik Konfransında “Ukrayna məsələsində Ermənistan Rusiyanın müttəfiqi deyil” deməklə Rusiyaya qarşı Avropa miqyasında antitəbliğat başlatmış sayıla bilər.
N.Paşinyan bu il fevralın əvvəlində demişdi ki, Ermənistan Rusiya ilə bundan əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və yalnız müdafiə əlaqələrini artıra bilməz.
O, bununla Qərb qarşısında özünün və komandasının qərbyönlü olduğunu təkrar ifadə etmişdi.
Baş nazir bununla bu blokda barəsində yaranan “Ermənistan Rusiya ilə müttəfiqdir” düşüncəsini dağıtmağa səy göstərib.
Bu ilin yanvarında baş nazir NATO-nun Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Xavier Kolomina ilə Ermənistanın alyansla əməkdaşlığı məsələsinin müzakirə etmişdi.
Fevralın 23-də Rusiyada Müdafiə Günü qeyd edilən zaman Fransanın müdafiə naziri Sebastyan Lekornun İrəvana səfər tarixi də təsadüfi deyil.
Bu, Ermənistanın hərbi sahədə tərəfdaş olaraq Fransanı seçməsi qənaətinə gəlməyə əsas verir.
Nikol Paşinyan müsahibəsində daha bir anti-Rusiya tezisinə toxunub.
O, Ukraynada müharibədən qaçaraq Ermənistana sığınan Rusiya ordusunun hərbçisi Dmitri Setrakovun oğurlanmasından narahatlığını bildirib:“Belə bir addımın ərazimizdə aparılması yolverilməzdir.
İrəvanın bu məsələ ilə bağlı tələbləri cavabsız qalarsa, onun acı nəticəsi ola bilər” .
Rusiya ordusunun 39 yaşlı hərbçisi, Rostov vilayətinin sakini Dmitri Setrakov 2022-ci ilin sentyabrında orduya çağırılıb.
Ukraynada döyüşlərdə iştirak edib, yaralanıb.
Ancaq Rusiya hərbçiləri onu oğurlayaraq Gümrüdəki hərbi bazaya aparıblar.
Rusiya ordusundan fərarilik edənlər, heç şübhəsiz, az deyil.
Onların hamısı barədə xüsusi əməliyyat keçirilmir.
Ermənistanda keçirilən əməliyyat Rusiyaya görə iki baxımından əhəmiyyətli saymaq olar:birincisi, Ermənistan ordudan qaçanların sığınacaq yeri ola bilməz.
Bu, onun nüfuzunun artmasına xidmət edər, Ermənistanın Rusiya qarşısında “at oynatması” anlamına gələr.
İkincisi, Rusiya İrəvana ölkənin yiyəsinin kim olduğunu göstərib.
Bununla ona xatırladıb ki, Ermənistanda istənilən əməliyyatı keçirə bilər.
Odur ki, rəsmi İrəvan Rusiyanın bu kimi addımları qarşısında acizdir.
Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi.
Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açmışdı.
Ancaq onlar bu işi axıradək apara bilmədilər.
Həmin il avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 10 il müddətinə azadlıqdan məhrum etmişdi.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.
Nikol Paşinyan məlum müsahibəsində, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu deyib.
O, bununla Ermənistanın NATO-ya meyilləndiyini, azından hərbi sahədə Fransa ilə müttəfiqlik etmək üçün yolun açıq olduğunu çatdırıb.
Zatən, Azərbaycanla sərhədyanı bölgədə Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinin əsas təşəbbüskarı Fransadır.
Fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkməsi buna sübutdur.
Paşinyan həm də KTMT ilə münasibətləri kəsəcəklərinin anonsunu verib.
Ancaq Ermənistanın belə tezliklə Rusiya ilə hərbi sahədə bağları kəsəcəyi ehtimalı azdır.
Çünki Federasiyanın Gümrüdə 102 saylı hərbi bazası mövcuddur.
Nikol Paşinyan bu hərbi hissənin bağlanması ehtimalı ilə bağlı suala konkret cavab verməyərək deyib:“Bu mövzu gündəlikdə deyil”.
Qeyd edək ki, Moskva ilə İrəvan arasında Gümrü bazası ilə bağlı müqavilə 1995-ci ildə bağlanıb.
Bu razılaşmanın müddəti 20 ildən sonra - 2044-cü ildə bitir.
Bundan başqa, Ermənistanın hava hücumundan müdafiə sisteminə dair Rusiyadan asılılığı var.
Yəni onun hava məkanını Rusiya qoruyur.
Odur ki, Nikol Paşinyanın Rusiyaya qarşı Fransada arxayınlığını Gümrüdəki hərbi baza puça çıxarır.
Rəsmi İrəvanın hərbi sahədə Rusiyaya qarşı Fransanı qoyması məntiqi qarşılanmır.
Ermənistandan olan ekspertlər Fransanın tədarük etdiyi silahların yararsızlığını vurğulayırlar.
Odur ki, Parisin özünü Ermənistanın başlıca silah tədarükçüsü kimi gözə soxmasını onlar da nəzərdən qaçırmayıblar.
Bununla bağlı ermənistanlı hərbi ekspert Hayk Naqapetyan Fransanı pisləyib.
O yerli KİV-ə müsahibəsində bildirib ki, Fransa Ermənistana silah tədarükünü imitasiya edir.