Search is not available for this dataset
text
stringlengths
10
518k
Üçüncüsü, Fransanın müdafiə naziri Sebastyan Lekornyu Paşinyanın Paris səfərindən sonra tələsik İrəvana ayaq basdı.
Onunla Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi əməkdaşlığa dair sənədlər paketi imzaladı.
Dördüncüsü, məhz bu üç istiqamətin mənzərəsini silah səsləri daha da tündləşdirdi.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, şərti sərhədin Basarkeçər-Kəlbəcər istiqamətində Ermənistan təxribat törədib.
Müdafiə Nazirliyinin məlumatındakı bu cümlənin altından qalın bir xətt çəkmək lazımdır:""“İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib”.
Bunların böyük tablodakı geosiyasi qatları daha qalındır - bunu Müdafiə Nazirliyinin “tədbir görməməsi” faktı aydın izah edir.
Bunun siyasi mənalandırılması bir-biri ilə bağlı olan üç izahla göstərilə bilər.
Fransa və Ermənistan Azərbaycanı provokasiyaya çəkir, lakin Bakı strateji təmkin göstərərək cavab üçün uyğun zaman gözləyir;"2.
Fransa Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı əməliyyatları həyata keçirə biləcək bir qərargah kimi istifadə etməyə çalışır;"3.
Paris və İrəvan Azərbaycan üzərindən Rusiyaya qarşı müqavimət oxu yaradıb, rəsmi Bakını NATO ilə Moskva arasında rəqabət arasında sıxışdırmağa cəhd edir.
Azərbaycan isə geosiyasi oriyentasiyada üstünlük təşkil edən strateji məramını saxlamaq üçün balanslaşdırma aktına daha böyük diqqət yetirir.
Azərbaycan bunun yaxın və ya bir qədər uzaq gələcək üçün doktrinasını quracağı çəkindirmə aktları ilə mükəmməlləşdirə bilər.
Belə ki, Azərbaycan çəkindirmə üzrə portfelini qüvvətləndirmək üçün Ermənistana qarşı alternativ əməliyyat hüququna müraciət etməyi seçə bilər.
Çünki Ermənistan üzərindən yaradıla biləcək daha fərqli regional reallıq Fransanın da müqavimətini sındırmaq gücünə malikdir.
Lakin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı regionun təhlükəsizlik balansını dağıtmağa çalışan qüvvələrə qarşı hərəkətə çağırır.
Bu təmkinin mümkün səbəbi regiondakı həssas təbəqələrin tərpənmə riskidir, amma təhdid layları yerindən oynasa belə, Bakının özünü müdafiə edəcək gücü və potensialı mövcuddur.
Ermənistan isə müdafiə üçün praktiki boşluqlardadır, nə hərbi resurslar, nə silah arsenalı İrəvana xoşbəxt qorunma bəxş edə bilir.
Hərçənd, İrəvan Fransanın Ermənistanı silahlandırmasını özü üçün yeganə xilas şansı kimi görməkdədir.
Bununla belə, həmin silahların Azərbaycan əleyhinə geosiyasi gerçəklik yarada bilmək iqtidarı yoxdur, çünki reallıq formalaşdırmaq üçün hərbi resurslar böyükölçülü potensiala malik olmalıdır.
Hər halda, Azərbaycan bunu bilə-bilə yenə də səbir göstərirsə, bu, həm də Ermənistanı hərbi və siyasi elitada “təmizləmə əməliyyatları” aparmağa çağırışdır.
Boşuna deyil ki, Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə baş verən sonuncu insidentlə əlaqədar:""- Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırdı,"- Bu əməlləri törədənlərin mü...
Bu, Ermənistanın daxilindəki “paralel hökumətin” təmizlənməsi əməliyyatları üçün verilən istiqamətdir.
Düzdür, Ermənistan mümkün vətəndaş qarşıdurmalarına, iğtişaşlara da hazır olmalıdır.
Çünki İrəvanın siyasi kursu daxili arenanı da çalxalayır.
Lakin səbəb nə olursa-olsun, Azərbaycan heç bir vəziyyətdə İrəvanın regional sabitliyi pozmaq üçün səylərinin genişlənməsinə imkan verməyəcək.
Ukrayna prezidenti Vladimir Zelenski “Netflix” yayım platformasında “Tipping Point:The Bomb and the Cold War” (“Sınma anı:bomba və soyuq müharibə”) adlı yeni doqquz seriyalı ekran işində rol alıb.
Serialın treyleri artıq “YouTube”da yayımlanıb.
Sənədli serial soyuq müharibənin ilkin şərtlərindən, nüvə bombasının yaradılmasından, Sovet İttifaqının dağılmasından və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından bəhs edir.
Zelenskini layihənin treylerində görmək olar.
Videonun üz qabığı kimi də Zelenskinin kadrlarından istifadə edilib.
Bundan əlavə, serialda NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays çəkilib.
Filmin rejissoru Brayan Kippenberqer Rusiya-Ukrayna münaqişəsini soyuq müharibənin nəticələrindən biri hesab etdiyini bildirib.
Qeyd edək ki, serialın premyerası martın 12-də baş tutacaq.
Türkiyənin Diyarbakır şəhərində neft quyusunda güclü partlayış olub.
Türkiyə mətbuatı yazır ki, hadisə qazma işləri zamanı baş verib.
İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Partlayışa səbəb kimi qaz sıxışması göstərilir.
Yayılan digər məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb.
Nəticədə daha üç nəfər yaralanıb.
Azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi ilə məşğul olan sahibkarlar üçün güzəşt müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün faiz subsidiyası illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında veriləcək.
Fransada fermerlər etiraz aksiyası keçirirlər.
Məlumata görə, Fransanın paytaxtı Paris şəhərində fermerlər “Kənd Təsərrüfatı Salonu”nun açılışı ərəfəsində etiraz aksiyasına başlayıblar.
Hazırda onlarla fermer traktorlarla Paris küçələrinə çıxaraq hökumətin siyasətinə etiraz edib.
Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən və avtomobillərin konstruksiyasına dəyişikliklər edən sürücülər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının ...
Keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Bundan başqa, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan sürücü, Cəlilabad rayon sakini Famil Abbasovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyinə şübhələr yarandığı üçün onun mü...
Müayinə nəticəsində həmin sürücünün narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Abbasov 2 il müddətində sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti iki ildən artıq olan kreditlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlərə də zəmanət verilməyəcək.
Eyni zamanda, bundan sonra faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi...
Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab olaraq Rusiyaya girişi qadağan edilən Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Rusiya XİN-nin məlumatında qeyd olunur ki, Moskva Avropa İttifaqının sanksiyalarını qeyri-qanuni hesab edir və bu, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi normativlərinə xələl gətirir.
“Rusiya Qərb ölkələrinin qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab verməyə davam edəcək” - Rusiya XİN-nin məlumatında qeyd olunur.
Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinski müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, E.Şıxlinski aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, E.Şıxlinski Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub.
Qəza hadisəsi isə fevralın 17-də baş verib, həmin vaxt avtomobil yolu keçmək istəyən E.Şıxlinskini vurub.
Xatırladaq ki, daha əvvəl isə Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarix müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub.
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyev komitəni məhkəməyə verib.
Ədalət Mehdiyev “Qaynarinfo”ya açıqlamasında bildirib ki, onun məhkəməyə müraciət etməsi işdən çıxması ilə bağlı deyil.
“Mən öz ərizəmlə işdən çıxmışam.
Təqaüd yaşım çatdığı üçün ərizə yazmışam.
Yəni, məni komitə sədri Şahin Bağırov işdən çıxarmayıb”, - deyə o əlavə edib.
Məhkəməyə müraciət etməsinə gəlincə, keçmiş rəis deyib ki, iddia tələbi əməkhaqqının ödənilməsi ilə bağlıdır:""“2022-ci ildə mən də daxil olmaqla beş nəfərin işi Baş Prokuror yanında Korrurpsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.
İstintaq müddətində işimdən kənarlaşdırılmışam.
11 ay araşdırma aparılıb və nəticədə məlum olub ki, bizim heç bir təqsirimiz yoxdur.
Ona görə də idarə işə xitam verib.
Biz də yenidən Dövlət Gömrük Komitəsinə işimizə qayıtmışıq.
Həmin vaxt artıq Şahin Bağırov komitə sədri təyin edilmişdi.
O da bizi qəbul etdi, uğurlar arzuladı və dedi ki, gedin işləyin.
Bir aydan sonra mənim təqaüd yaşım çatdı və öz ərizəmlə işdən çıxdım.
Məhkəməyə müraciət etməyim isə Korrupsuyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparıldığı dövrdə yığılıb qalan əməkhaqqımın ödənilməməsi ilə bağlıdır.
Digər şəxlərin pulu ödənilib, bir tək mən qalmışam.
Ödənilməməsinin səbəbini bilmirəm.
Bunu maliyyə idarəsi araşdırmalıdır”.
Ədalət Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Mehman Sadıqovun və DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın adamı olması barədə iddiaları əsassız adlandırıb:""“Necə onların adamı ola bilərəm ki, fəaliyyətimlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər.
Əgər mənim fəaliyyətimdə hər hansı bir neqativ hal var idisə, əvvəlcə daxili təhqiqat aparılmalı idilər.
Amma Səfər Mehdiyevlə Mehman Sadıqov “materialları” birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdilər.
Onların yaxın adamı olsaydım belə edərdilər?
Bir daha bildirirəm ki, mən Səfər Mehdiyev və Mehman Sadıqovla qohum deyiləm, onlarla heç bir yaxınlığım yoxdur”.
Qeyd edək ki, Ədalət Mehdiyev Bakı İnzibati Məhkəməsində DGK-ya qarşı iddia qaldırıb.
Ləman Musayev iş üzrə hakim təyin edilib.
Məhkəmənin vaxtı isə hələ ki, müəyyənləşməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum əməliyyatına hazırlaşdığını deyib.
O, bu barədə “Fox News”a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, əks-hücum əməliyyatının məqsədi Ukrayna hərbçilərinin Qara dənizdəki uğurlarını inkişaf etdirmək olacaq.
Beləliklə də o, Ukrayna Silahlı Qüvvələrinin təkcə müdafiə strategiyası yürütdüyü ilə bağlı xəbərləri təkzib etmiş olub.
Qara dənizdəki vəziyyətdən danışarkən, Volodimir Zelenski rusiyalılara “sürprizlər” vəd edib, lakin konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
“Biz yeni əks-hücum, yeni əməliyyat hazırlayacağıq”, - deyə o əlavə edib.
Bir çox insanlar yemək zamanı su, çay və digər içkilər içirlər.
Həkim-naturopatik Janin Bourinq məsələ ilə bağlı bildirib ki, bunu etmək olmaz.