Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İstintaq-əməliyyat tədbirləri ilə Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş çoxsaylı vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyi barədə yalan ... |
İş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həya... |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. |
Qeyd edilən şəxsin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur. |
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Qardaş Azərbaycan xalqının prezident seçkisində Sizə bir daha etimad göstərməsini böyük məmnunluq hissi ilə qarşıladım. |
Ulu öndərimiz Heydər Əliyevin bu ali dövləti vəzifənizdə indiyədək müvəffəqiyyətlə davam etdirdiyiniz irsini daha da irəliyə aparacağınıza ürəkdən inanıram. |
Bu xüsusda seçkidə qazandığınız zəfər münasibətilə Zati-alinizi ürəkdən təbrik edirəm. |
Sizin liderliyinizlə Azərbaycan Ordusunun və xalqının göstərdiyi cəsarət və əzm nəticəsində Qarabağın işğaldan azad edilməsini sonsuz sevinc və qürur hissi ilə izləmişəm. |
Heç şübhəsiz ki, bu şanlı Zəfər bütün Türk dünyasının daha sıx birləşməsi istiqamətində dönüş nöqtəsidir. |
Qarabağ Zəfəri göstərdi ki, Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə bölgədə lider ölkədir. |
Bundan sonrakı müddətdə həmin Zəfərin sülh müqaviləsi ilə taclandırılması problemlərin ortaq iradə və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya göstərəcək. |
Fürsətdən istifadə edərək, Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq arzulayıram”. |
Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə daha bir maraqlı videomüsahibə təqdim edib. |
Ənənəvi cümə podkastının budəfəki qonağı tanınmış bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti Eldar Mansurovdur. |
Söhbət zamanı qlobal istiləşmədən, Xəzər dənizinin dayazlaşmasından tutmuş, Azərbaycan və rus bölmələrinin qarşıdurmasına, dünya siyasətindən, Ukrayna müharibəsi, üçüncü dünya müharibəsi təhlükəsinə, “Qarabağnamə” baleti və teatrdan televiziya və musiqi kimi ən müxtəlif mövzulara toxunulub. |
Həmid Həmidovla söhbəti zamanı Eldar Mansurov həmçinin kim üçün musiqi yazdığını, “YouTube” kanalından, rokdan, gənc bəstəkarlardan, titullardan danışıb, cəmiyyətdə onu narahat edən məsələlərdən, 50 ildə baş verən dəyişikliklərdən, həyatın mənasından və s.bəhs edib. |
“Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. |
Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı”. |
Bu sözləri özünün “X” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb. |
H.Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) basdırılan kütləvi insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyən ediləcək. |
“Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. |
Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir. |
Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir. |
Ermənistan Respublikası Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini daşıyır. |
Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib” - H.Hacıyev qeyd edib. |
İspaniyada Bask Ölkəsi Universitetinin arxeoloqlarından ibarət qrup təxminən 2 100 il əvvəl yaradılmış bürünc əl aşkar edib. |
Obyektin üstündə vakson və digər indi mövcud olmayan dillərdə yazılar var. |
Tapıntı Dəmir dövrünə aid İrulegi adlı yerdə tapılıb. |
Artefaktdakı mətn müasir bask dilindən istifadə edilməklə qismən deşifrə edilib. |
Elm adamları əlində “sorioneke” sözünü aşkar ediblər ki, bu da bask dilində “şans” mənasını verən “zorioneko” sözünə çox bənzəyir. |
Arxeoloqlar kəşf etdikləri artefaktın uğur cəlb etmək üçün amulet kimi xidmət edildiyini irəli sürüblər. |
Alimlər hesab edirlər ki, onu otağın girişində uğur gətirməsindən ötrü asırmışlar. |
Qeyd edək ki, basklar İspaniyanın Pireney adaları boyunca yerləşən və Fransa ilə həmsərhəd olan muxtar bölgəsi olan Basklar ölkəsində yaşayan xalqdır. |
Bask dili regionun rəsmi dili kimi tanınır, lakin onun mövcudluğu müasir dilçilər üçün bir sirr olaraq qalıb. |
Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri başa çatar-çatmaz Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvana gəlib, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. |
Erməni həmkarı Suren Papikyanla görüşdən dərhal sonra fransalı nazir sevinclə bildirib ki, Ermənistan hökumətində daimi hərbi məsləhətçiləri olacaq. |
Fransa Prezidenti Emmanuel Makron bölgədə hədəflərindən birinə çatıb - İrəvanda mövcudluğu qətiləşdirib, bu ölkəni Rusiyanın orbitindən uzaqlaşdırmağa müvəffəq olur. |
N.Paşinyan da bu planın icraçısına çevrilib. |
Fransaya səfəri zamanı Rusiyanı hədəfə alması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ünvanına sərt bəyanatlar səsləndirməsi də bundan xəbər verir. |
Səslənən bəyanatlar onu göstərir ki, İrəvanın KTMT-ni tərk etməsi artıq reallaşmaq üzrədir. |
Bunun ardınca Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına başlanılacaq. |
Digər tərəfdən, İrəvan hərbi sahədə də Parislə əməkdaşlığı gücləndirəcək, Rusiya silahından imtina ediləcək. |
Fransalı nazir mətbuat konfransında deyib ki, ölkəsi İrəvana müdafiə silahları göndərib:“Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. |
Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik”. |
S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır. |
O söyləyib ki, ölkəsi Azərbaycanla sülh sazişi imzaladıqdan sonra da silah və sursat almağa davam edəcək:“Yaxın gələcəkdə regiondakı vəziyyətdən asılı olmayaraq, hətta sülh sazişi imzalandıqdan sonra da Ermənistan silah və sursat almağa davam edəcək”. |
Lakin məsələ ondadır ki, Ermənistan cəmiyyətində fransız-erməni strateji əməkdaşlığının təhlükəli və mənasız olduğunu düşünənlər də çoxdur. |
Rəsmi İrəvanı Qərbin vədlərinə inanıb reallıq hissini itirməkdə, mənasız məsələləri gündəmə gətirməkdə ittiham edirlər. |
Əsas xətt də budur ki, Ermənistan təxribatlara əl atıb Azərbaycanla gərginliyə gedərsə, zərərçəkən özü olacaq. |
KTMT-dən nümayişkaranə şəkildə imtina ilə ölkənin çöküşü sürətlənəcək. |
Bu xəttin tərəfdarları hesab edirlər ki, NATO üzvü olan Fransa KTMT-yə üzv İrəvana hərbi yardım göstərə bilməyəcək. |
O ki qaldı Fransanın Ermənistanı NATO sistemində olmayan fransız silahları ilə təchiz etməsinə, bunun da effektivliyi aşağıdır. |
Lakin Fransanın Ermənistanı illüziya bataqlığına sürüklədiyini hər kəs anlasa da, Nikol Paşinyan hökuməti bunu başa düşmək istəmir. |
İrəvana verilən silah sistemlərinin rusiyalı mütəxəssislər tərəfindən mənimsənilməsi və idarə olunması da qəbul edilməyəcək. |
Digər tərəfdən, Moskva Fransadan alınan sistemlərin Rusiya-Ermənistan birləşmiş hava hücumundan müdafiə sisteminə inteqrasiyasına razılaşsa, onda Rusiya dünyanın əsas silah ixracatçılarından biri kimi fransız hərbi texnikasının rus hərbi texnikasından daha keyfiyyətli və etibarlı olduğunu dolayısı ilə qəbul etmiş sayıl... |
Bu səbəbdən də Fransadan alınmış radarların Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminə qoşulacağı mümkün sayılmır. |
Ona görə də erməni siyasi dairələrində İrəvan-Paris sövdələşməsi ciddi müzakirə olunur. |
Hərbi ekspert Ayk Naqapetyan hesab edir ki, Ermənistan Rusiya ilə tarixi münasibətlərindən geri çəkilir, Paris isə Kremlin keçmiş müttəfiqləri üzərində təsirini gücləndirməyə çalışır. |
Bu sırada Moldova və Mərkəzi Asiya da var. |
Ekspertin fikrincə, bu silahlar Ermənistan üçün heç bir effekt verməyəcək. |
“Məsələn, bu silahları Ukraynaya təklif etmişdilər, lakin o bundan imtina elədi. |
Cəbhədə onlar heç bir əhəmiyyət kəsb etmir. |
O ki qaldı radarların Ermənistana verilməsinə - hədəf bəllidir. |
Rusiya Ermənistanla Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə idarə olunması barədə saziş imzalayıb. |
Qərb bununla Ermənistanın ölkənin ümumi idarəetmə sisteminə daxil olmağa çalışır. |
Son hədəf isə Rusiya-Ukrayna cəbhəsinə daxil olmaqdır”, - A.Naqapetyan vurğulayıb. |
O, Fransanın müdafiə nazirinin bu mənada ölkəyə səfərinin arxasında təhlükəli məqamların olduğunu deyib:“Fransa, əslində, Ermənistana silah vermir, sadəcə, imitasiya yaradır. |
Hədəf Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır, çünki Kiyev cəbhəsində nəticənin necə olacağı artıq aydın görünür. |
Gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”. |
Fransanın “Le Figaro” nəşrinin yazdığına görə, Yelisey sarayı yeni silah partiyası göndərəcək. |
Bu, əsasən, Fransanın “Thales” müdafiə qrupundan alınacaq üç ədəd “Ground Master 200” (GM200) radar sistemi və gecəgörmə cihazlarından ibarət silah və hərbi vəsaitlər dəstini əhatə edir. |
Ermənistanın hakim partiyasının üzvü Armen Xaçatryan bildirmişdi ki, hava hücumundan müdafiə məsələsi Ermənistanın ən zəif tərəflərindən biridir. |
Buna görə də ölkəsi daha keyfiyyətli və müasir HHM sistemləri almaq istiqamətində iş aparır. |
Rəsmi İrəvan hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Fransa və Hindistan şirkətlərinin məhsullarına üstünlük verir. |
“Kanal S”də yayımlanan “Xeyirli axşamlar” verilişində gözlənilməz hal yaşanıb. |
Oxu.Az xəbər verir ki, canlı efir zamanı aparıcı Anar Vaqifoğlunun qəfildən halı pişləşib. |
Təzyiqi qalxdığı deyilən aparıcıya ilk yardımın da faydası olmayıb. |
O, efirdən birbaşa xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib. |
Həmin görüntüləri təqdim edirik: |
Rusiyanın Xalq artisti Alla Puqaçovanın yeni albomu striminq platformalarında martın birində təqdim olunacaq. |
Məlumata görə, Puqaçovanın yeni “P.S” albomunda on bir yeni mahnısı yer alacaq. |
Həmçinin alboma 2019-cu ildə “Alla Puqaçova.P.S.” konsertində ifa etdiyi bəstələrin canlı versiyaları da daxildir. |
Bəzi mahnılar isə tam yeni versiyalarda təqdim olunacaq. |
Qeyd edək ki, müğənninin daha əvvəl “YouTube”da yayımlanan konsertlərini də “Apple Music” və “Spotify” platformalarında görmək mümkün olacaq. |
“Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. |
Ancaq daha çox aqrar sektora təsirləri müşahidə olunur”. |
Bunu Oxu.Az-a müsahibəsində Milli Məclisin deputatı Vüqar Bayramov deyib. |
Müsahibəni təqdim edirik:""- Son zamanlar dünyanı təhdid edən mövzulardan biri də iqlim dəyişikliyidir. |
Bu məsələ qlobal iqtisadiyyata nə kimi təsirlərə yol açacaq? |
- İqlim dəyişikliyi qlobal iqtisadiyyat üçün kifayət qədər ciddi, dərinləşmiş çətinliklər yaradır. |
Həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyinə neqativ təsir göstərir. |
Bu fonda kənd təsərrüfatında məhsul istehsalının azalmasını, qlobal yoxsulluğun dərinləşməsini müşahidə edirik. |
Eyni zamanda, dövlətlər və qlobal iqtisadiyyat üçün əlavə xərc yaradır. |
Yəni iqlim dəyişikliyinə qarşı mübarizə, bu istiqamətdə istehsalın tənzimlənməsi praktiki olaraq qlobal xərc deməkdir. |
Bu da bütövlükdə qlobal iqtisadiyyata neqativ təsir göstərir. |
Xüsusilə, aqrar sektorda vətəndaşların, bütövlükdə dünya əhalisinin su və digər təminatını həyata keçirməkdə çətinliklər yaratmaqla qlobal iqtisadiyyatda əlavə xərclərin formalaşmasına səbəb olur. |
- İqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına nə kimi təsiri ola bilər? |
- Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. |
Nə kənd təsərrüfatı, nə də digər sektorlar üçün iqtisadi baxımdan hansısa ciddi çətinliklər yaşanmır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.