Search is not available for this dataset
text
stringlengths
10
518k
Məlumata görə, konfransın əsas mövzusu müstəmləkəçilikdən oyanış olacaq.
Tədbirə 13 ölkə və dörd beynəlxalq təşkilatdan təxminən 50 nümayəndə qatılacaq.
Qeyd edək ki, konfrans fransız müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin və xalqların dünya ictimaiyyətinə səslənməsi üçün daha bir fürsət olacaq.
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI, daxili kəşfiyyat) şənbə günü Respublika Prezidenti Emmanuel Makronun Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarəti zamanı fermerlərin mümkün təxribatlarından ehtiyat edir.
Bu barədə kəşfiyyat xidmətinin yaydığı məlumatda bildirilib.
“Prezident fitə basılma riskilə üzləşə bilər”, - sənəddə bildirilir.
Ekspertlər həmçinin dövlət başçısının sərgiyə gəlişindən sonra “çoxlu aksiyaların” olacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, hazırda Fransada kütləvi fermer etirazları adi hal alıb.
Bu yaxınlarda təhlükəsizlik səbəbindən Ermənistana səfərdən imtina edən Makron isə kənd təssərrüfatı işçilərinin nümayişləri fonunda artıq ölkədaxili tədbirlərə qatılmaqdan da çəkinir.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Ailəmiz Göyçədən Gəncəyə, oradan da Şuşaya və Xocalıya dörd dəfə köç edib” adlı veriliş atası, anası və qardaşı Xocalı faciəsində itkin düşən, Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kənd sakini Tahir Seyidovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və məktəb illərindən, kəndləri ilə bağlı maraqlı xatirələrindən danışıb:""“Gözəl yaşıl çəmənliklərimiz, dağlarımız, bulaqlarımız var idi.
Dağlarda çox gəzirdik, oynayırdıq.
Göyçə mahalına qayıtsaq uşaqlıqdakı həyatımı yenidən yaşamaq istəyərdim.
İkinci sinifə kimi Qaraqoyunlu kəndində oxudum, sonra təhsilimi Gəncə şəhərində davam etdirdim.
Hər yay tətilində kəndimizə gedirdim”.
T.Seyidov erməni vəhşiliyindən söz açaraq bildirib ki, nənəsi ona 1905-ci ildə ermənilərin onları kənddən necə qovmasından danışıb:""“Ermənilər silahla kəndə hücum ediblər.
Kənd camaatı Kəlbəcər rayonu ilə həmsərhəd olan Çalmalı dağını aşanda qışda borana-qara düşüb və xeyli insan ölüb.
Belə hadisələr Xocalıda da yaşandı.
1988-ci ildə ermənilər insanları öz yurdundan qovanda atam Hidayət Bəhrəm oğlu Allahverdiyev, anam Simuzər Hüseynalı qızı Allahverdiyeva, qardaşım Bəhrəm Hidayət oğlu Allahverdiyev Gəncəyə, Göygölə, Şuşaya, sonra da Xocalı şəhərinə köçüblər.
Onlar Xocalı hadisələri baş verəndə erməni vandalizminə tuş gəldilər.
Ermənilər atamı, anamı və qardaşımı girov götürüblər.
İndiyədək onlardan heç bir xəbərimiz yoxdur.
Onların adları Xocalı şəhidləri kimi qeyd olunub.
Bu, ermənilərin xalqımıza, mənim ailəmə qarşı etdiyi böyük vəhşilikdir.
Qaçqınlıq bizə çox böyük zərbə vurdu, ailəmi itirdim”.
O, Göyçə mahalına, Qərbi Azərbaycana qayıtmaq arzusunu da gizlətməyib:""“Çox böyük arzumdu ki, torpaqlarımız alınsın, qayıdaq öz Vətənimizdə yaşayaq.
Mən qayıdıb öz kəndimdə yaşamaq istəyirəm.
Ora bizim əzəli torpağımızdır, orada ulu babalarımızın, qohum-əqrabamın qəbirləri var.
Ona görə də doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Azərbaycanda ən böyük Muğam Mərkəzi Ağdam şəhərində inşa olunacaq.
Bu barədə “Qaynarinfo”ya Xalq artisti Mənsum İbrahimov deyib.
Xanəndə hazırda həmin mərkəzinin tikintisinə başlanıldığını vurğulayıb:""“Möhtəşəm bir bina olacaq.
Orada böyük mədəniyyət layihələri həyata keçiriləcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.
Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.
Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.
Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.
Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub.
Baş direktor və icraçı direktor vəzifələri isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilib.
Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı.
“Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir:“Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər.
Yenə bu komanda ilə rəqib olduq.
Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım.
İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var.
Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu”.
Çalışdırıcı bildirib ki, “Bayer”lə oyunlar Ağdam təmsilçisi üçün böyük təcrübədir:“Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək.
Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”.
Qeyd edək ki, “Qarabağ” ilə “Bayer” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq.
Efiopiyanın Amhara bölgəsinə endirilən hava zərbələri nəticəsində azı 15 nəfər həlak olub.
Qeyd olunub ki, zərbə Efiopiya ordusu və milislərin döyüş meydanlarından təxminən 24 kilometr aralıda həyata keçirilib.
Həlak olanlar onları qonşu kəndlər arasında aparan yük maşınının sərnişinləri olub.
Müxtəlif mənbələrə görə, ölənlərin sayı 15-30 nəfdir.
Agentlik qeyd edir ki, 2023-cü ilin iyul ayından bəri FANO üzvləri ilə Efiopiya qoşunları arasında toqquşmalar artıq 200 nəfərin ölümünə səbəb olub.
Amharadakı münaqişə hökumətin qonşu Tiqraydakı üsyançılarla 2022-ci ilin noyabrında sülh razılaşması əldə etməsindən bir ildən az müddət sonra baş verir ki, bu da regionda yüz minlərlə insanın ölümünə səbəb olan iki illik vətəndaş müharibəsinin sona çatması deməkdir.
Amharada FANO üzvləri Efiopiya ordusu ilə eyni cərgədə vuruşublar.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir.
Odur ki, Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir”.
Bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.
“KTMT çərçivəsində əməkdaşlığa gəlincə, mən hesab edirəm ki, nəticə çıxarmaq hələ tezdir.
Silahlı qüvvələr arasında bu gün mövcud olan əlaqələr var - biz planlarımız üzərində işləyirik”, - o, STV telekanalının efirində deyib.
Qeyd edək ki, cümə günü Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Minsk Ermənistanın KTMT-də iştirakı məsələsi ilə bağlı İrəvandan heç bir bildiriş almayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dayandırdığını bildirib.
Eyni zamanda təşkilatın katibliyi Ermənistandan belə bir bəyanat almadığını bildirib.
Qeyd edək ki, son vaxtlar İrəvan təşkilatın bəzi görüşlərini buraxıb.
O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.
Bakının Xətai rayonunda yerləşən Zeytun küçəsinin sakinləri təhlükə ilə üz-üzədirlər.
Xezerxeber.az-ın məlumatına görə, kanalizasiya xəttinin üzərindəki beton təbəqənin aşınması nəticəsində bir neçə evin qarşısında olan torpaq qatı çöküb.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, kanalizasiya xətlərinin üzərindəki dəmir-beton təbəqə aşınıb.
Sakinlərin sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları əraziyə baxış keçiriblər, kanalizasiya borusunun keçdiyi yer qazılıb, amma iki aya yaxındır ki, problem həllini tapmayıb.
Torpaq çökdüyü üçün qaz borusu da yararsız vəziyyətə düşüb.
Hətta evlərin bir neçəsinin divarında çatlar əmələ gəlib.
Kanalizasiya xətinin bərpası üçün bir neçə evin həyətində qazıntılar da aparılıb, lakin bütün işlər yarımçıq qalıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, ərazidən Xətai rayonunun ən böyük kollektorlarından olan Günəşli kollektoru keçir.
Boru 1990-cı ildə çəkilib və istismar müddətini başa vurub.
Onun dəyişdirilməsi isə mümkün deyil.
Çünki üzərində qanunsuz evlər tikilib.
Xüsusilə dörd ev təhlükə altındadır.
Bir sözlə, dörd ev sökülməsə, kanalizasiya borusu təmir edilə və ya dəyişdirilə bilməz.
Sürətlə axan çirkab suları da torpağın aşınıb çökməsinə, evlərin uçmasına səbəb ola bilər.
“İndependent Arabia” nəşrində Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ilk olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Fransaya rəsmi səfəri, burada dövlət başçısı Emmanuel Makron ilə görüşü və verilən bəyanatlara diqqət ayrılıb.
Qeyd edilib ki, Fransa və Ermənistanı tarixi bağlar birləşdirir, çünki Fransada 600 mindən çox erməni yaşayır.
Buna görə də Fransa Ermənistanın arsenalının gücləndirilməsində iştirak edir və bu gedişat Azərbaycan tərəfindən birmənalı qarşılanmır.
Rəsmi Bakı Fransanı Ermənistanın hücumameylli siyasətini dəstəkləməkdə və onu qonşuları ilə müharibəyə təhrik etməkdə ittiham edir.
Nəşr mövzu ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovdan müsahibə alıb.
Müsahibədə vaxtilə Fransada səfir vəzifəsində çalışmış Azərbaycan rəsmisinin sülh danışıqlarına dair fikirləri yer alıb.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş Qarabağ regionunu azad etdikdən sonra yekun sülh müqaviləsinin bağlanması üçün fürsətlər yaranıb.
O, bu kontekstdə hər iki ölkənin rəhbərlərinin ən son olaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərinə işarə edib.
İkitərəfli münasibətlərin inkişafı və sülh müqaviləsinin bağlanması üçün yaranan imkanlardan, eləcə də Azərbaycan və Fransa arasında soyuq olan əlaqələrdən bəhs edən E.Əmirbəyov, hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab edib.
Çünki sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır.
Azərbaycan rəsmisi bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməyib:""“Çünki Ermənistanda 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddiaları öz əksini tapır.
Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər.
Eyni zamanda, bu sənədlərin hələ də mövcudluğu Ermənistanın sülh bağlanmasına maraq göstərməməsi kimi dəyərləndirilir.