Search is not available for this dataset
text
stringlengths
10
518k
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Türkiyənin Manisa şəhərində fəaliyyət göstərən Cəlal Bayar Universitetində “Unutmadıq, unutdurmayacağıq” adlı anım tədbiri keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Tədbirdə universitetin baş katibi Erhan Doğan, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, universitetin müəllim-tələbə kollektivi, o cümlədən Cəlal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyalar...
Manisa Böyükşəhər Bələdiyyəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdən əvvəl universitetdə təşkil olunmuş və Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanışlıq olu...
Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş buklet və broşürlər tədbir iştirakçılarına paylanılıb.
Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbiri açıq elan edən Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül tədbir iştirakçılarını salamladıqdan sonra Xocalı soyqırımı haqqında məlumat verib.
Cəlal Bayar Universitetinin prorektoru, professor Kadir Ay soyqırım və onun ağır nəticələri barədə danışıb, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra da çalışacaqlarını vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev və Cəlal Bayar Universitetinin müəllimi, dosent İrfan Murat Yıldırım məruzə ilə çıxış ediblər.
İ.M.Yıldırım Xocalı soyqırımına qədər və sonrakı dövrlə bağlı geniş tarixi-siyasi və elmi faktları iştirakçılara çatdırıb.
Ə.Əliyev isə soyqırımını hüquqi, xüsusilə beynəlxalq hüquq və münasibətlər konktekstində təhlil edərək, qlobal arenada tanıdılmasının texnologiya və əsaslarından danışıb.
Çıxışlardan sonra “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminə baxış keçirilib.
Manisa Kültür Mərkəzində isə “Xocalı soyqırımı” fotosərgisi təşkil olunub.
Manisa Böyükşəhər Bələdiyyəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səslən...
Sərgidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış ediblər.
Tədbirdə Böyükşəhər Bələdiyyəsinin, siyasi partiyaların, QHT-lərin nümayəndələri və Cəlal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Uzun müddət sonra Malıbəyli kəndinin də həyatı dirçəldilir.
123 fərdi yaşayış evində gedən işlər üç istiqamət üzrə - təmir, bərpa və ya yenidən inşa olmaqla kateqoriyalara bölünür.
Malıbəyli kəndinin yenidən bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir.
Onlar doğma kəndlərində həm işlə təmin olunublar, həm də Malıbəylinin sakinləri olaraq onun qurulmasında iştirak edirlər.
Ətraflı “AzTV Xəbər”in süjetində:
Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran da bu fəaliyyətə qoşula biləcəklər.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə söyləyib.
“Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi... Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi.Bizdən israrla tələb etdikləri budur:Həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənist...
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə maraqlı açıqlamalar verib.
O, Bakı və Zəngəzurda ermənilərə qarşı mübarizə aparan babasından danışıb.
“Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır.
Onun olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsi idi.Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, - parlament başçısı söyləyib.
64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib.
TBMM sədri Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub.
“Zəngəzur layihəsi uğurla başa çatsa, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox mühüm bir dəhliz olacaq.
Bunun ermənilərə də böyük faydası olacaq.
Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik”, - o vurğulayıb.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.
Azərbaycanın bədii gimnastı Sofiya Məmmədova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “İrina Deleanu Cup”da iki medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, idmançı beynəlxalq turnirində topla gümüş, halqa ilə hərəkətlərin icrasında bürünc medala yiyələnib.
Yığmanın digər üzvü Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.
Qeyd edək ki, Sofiya Məmmədova və Nəzrin Abdullayevanın da heyətində mübarizə apardığı gənclərdən ibarət Azərbaycan millisi “İrina Deleanu Cup”da komanda hesabında ikinci yeri tutub.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edib.
Türkiyənin qlobal güc olma yolunda sürətli addımlar atdığını ifadə edən Prezident ölkəsinin qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayandığını deyib.
“Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır.
Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır.
Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır.
Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır.
Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik.
Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, - deyə dövlət başçısı vurğulayıb.
O, bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır.
“Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur.
Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik.
Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik.
Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi.
Dünyada KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biri olduq.
Bu qürur hamımızın, 85 milyonumuzundur.
Millət olaraq inandıq, çalışdıq və Allaha şükürlər olsun, uğur qazandıq.
Biz daha çox, daha təkmil işlər görəcəyik.
Bir dəfə bunu edəcəyik dedik, biz bunu edirik.
İçimizdəki müxaliflər, manqurtlar anlamasa da, dostlarımız Türkiyənin nə qədər böyük işlər gördüyünü yaxşı bilirlər.
Son dörd gündür dünya KAAN-dan danışır”, - Ərdoğan əlavə edib.
“Çox sevinirəm ki, iki ay yarımdır zədə səbəbindən idmandan uzaqlaşmağıma baxmayaraq, qızıl medala yiyələndim”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Dünya Kubokunda qızıl medal qazanan batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin deyib.
Gimnast yarışdan əvvəl çətin hərəkətlərdən istifadə etməyi planlaşdırdığını, lakin bunun istədiyi kimi alınmadığını vurğulayıb.
İlk çıxışında ona verilən yüksək xalın sonradan aşağı salınmasının səbəbinə də aydınlıq gətirən M.Malkin deyib:“Birinci çıxışımda “çətinliy”ə 11 min 500 xal verildi və rəqiblərim arasında ilk pilləyə yüksəldim.
Lakin məşqçimə mənə verilən xalın yüksək olduğunu və aşağı salınmasını tələb etdiyimi hakimə bildirməyini istədim.
Beləliklə, ikinci sıraya enərək portuqaliyalı rəqibimdən 100 xal geri qaldım.
Növbəti və son çıxışımda isə yüksək nəticə göstərərək birinci yerin sahibi oldum.
Hansı idman növü ilə məşğul olmağına baxmayaraq, dürüst olmalısan.
Rəqiblərimin hamısı məni yaxşı tanıyır, xarakterimi bilir.
Onların hər biri mənə idmançı kimi hörmət edirlər.
Turniri bürünc mükafatla başa vuran portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən”.
M.Malkin bildirib ki, əsas məqsədi bir aydan sonra Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunacaq Avropa çempionatından da qızıl mükafatla ayrılmaqdır.
Qeyd edək ki, tamblinq üzrə Azərbaycan yığmasının digər üzvü Adil Hacızadə gümüş medal əldə edib.
İtaliyanın “Kmetro0” saytı Xocalı soyqırımı haqqında məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, yazıda fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 32 il əvvəl törədilmiş qətliamın ildönümünün qeyd olunacağı bildirilir.
Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edilir.
Vurğulanır ki, həmin gecə 613 mülki azərbaycanlı, o cümlədən 200-dən çox qadın və uşaq amansızlıqla qətlə yetirilib.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal edib etnik təmizləmə aparmasından sonra 1 milyona yaxın azərbaycanlı məcburi köçkün kimi yaşamağa məcbur olub.
Yazıda Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayevanın fikirlərinə də yer verilib.
O, öz hekayəsini, həmin gecə və daha sonra əsir düşdüyü vaxt yaşadıqlarını danışıb.
Erməni əsgərləri tərəfindən işgəncələrə məruz qaldığını, döyüldüyünü və təhqir olunduğunu deyib.
Dürdanə Ağayeva 30 ildən artıqdır ki, sürgün edildiyi doğma şəhəri Xocalıda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan bayrağını ucaltdığını xatırladıb.
O, Qarabağ küləyində dalğalanan bayrağı seyr etməyin möcüzə olduğunu, Xocalının sağ qalan sakinlərinin tezliklə doğma şəhərlərinə qayıdacağını bildirib.
Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məluma...
Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.
Cəlilabad rayonunda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib.
Nəticədə həmin ərazidə qanunsuz balıq gölü yaranıb və sakinlərin həmin ərazidən istifadəsi məhdudlaşıb.
Kənd sakinlərinin müraciəti əsasında müvafiq dövlət orqanlarının iştirakı ilə texnika vasitəsilə torpaq sahəsi və su axarı zəbtdən azad olunaraq, örüş ərazisi kimi ümumi istifadəyə verilib.
Polşanın Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.
Anım mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Diaspor Komitəsindən bildirilib ki, ilk olaraq tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Xocalıda törədilmiş dəhşətli qətliamı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib, soyqırımı qurbanlarının şəkilləri önünə qərənfillər düzülüb, şamlar yandırılıb.
Sərgidə iştirak edən polyaklara qətliam barədə ətraflı məlumat verilib, Xocalı soyqırımının Ermənistanın etnik təmizləmə siyasətinin bir parçası olduğu, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin isə tamamilə məhv edildiyi bildirilib.
Hazırda dünyanın 16 ölkəsində 28 Azərbaycan Evi fəaliyyət göstərir və bu evlər Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə keçirilən çoxsaylı tədbirlərə ev sahibliyi edir.
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
O qeyd edib ki, abidənin yerləşdiyi parkda müxtəlif dekorasiyaları əks etdirən gül və kolların əkilməsi həyata keçirilib.
Həmçinin Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib.
Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb.