Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hər ölkədə avrokuboklarda oynaya biləcək komanda yaratmaq olar. |
Bunu Azərbaycanda da edə bilərik. |
“Qarabağ”, “Şerif”, “Ludoqorets”, “Slaviya” bunu göstərir. |
Sadəcə, mərhələ-mərhələ buna yaxınlaşmalıyıq. |
Bizim üçün nümunə də “Qarabağ”dır. |
Bu mövsüm də ikinci yerə can atmağımız “Sabah” və “Neftçi”dən irəli gələn problemdir. |
O komandalar top səviyyəsində olsaydılar, 4-cü yer uğrunda mübarizə aparacaqdıq. |
Keçən ilki “Sabah” bu mövsüm olsaydı, kim deyə bilərdi ki, ikinci yerə oynayıram? |
- “Neftçi” və “Sabah”ın zəifləməsinə sevinirsiz? |
- ”Sabah” haqda soruşsanız, cavab verərəm. |
Amma “Neftçi” haqda ümumiyyətlə cavab vermək istəmirəm. |
Bütün rəqiblərin, hətta “Qarabağ”ın da bizimlə oyunda zəifləməsinə sevinirəm. |
Ancaq nə edim, uda bilmirik axı... |
“Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik”. |
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb. |
“Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib. |
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür. |
Dinmeyen acı #HocalıKatliamı Unutmadık Unutmayacak Unutturmayacağız#Khojaly #Hocalı #Xocalı #JusticeforKhojaly https://t.co/INy9nsJT2B pic.twitter.com/76Ok6KGCae |
Son zamanların əsas problemlərdən biri də azyaşlıların gec danışmasıdır. |
Buna görə də əvvəlki illərlə müqayisədə hazırda loqopedlərə, psixoloqlara edilən müraciətlər də artıb. |
Loqoped Esmira Qafarova deyir ki, uşaq iki yaşına kimi danışmırsa, bunu normal hal kimi qəbul etmək olar. |
Ancaq iki yaşdan sonra mütləq danışmalıdır. |
Mütəxəssis hesab edir ki, uşaqların danışmamasının və ya danışmaqdan imtina etməsinin iki əsas səbəbi var. |
Ətraflı “Xəzər Xəbər”in süjetində: |
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş ümumilikdə paytaxtdan olan beş minə yaxın tələbənin iştirakı ilə “NEVER FOR... |
Bu barədə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) məlumat verilib. |
Bildirilib ki, fləşmobun başlıca məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub. |
“Heç Vaxt, Unutmayacağıq!” şüarı ilə reallaşan fləşmobda tələbə gənclərdən ibarət formalaşdırılan “NEVER FORGET!” kompozisiyası bəşəriyyətə qarşı yönəlmiş bu hərbi cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib. |
Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub. |
Həmin görüntüləri təqdim edirik: |
Fransalı aktyor Jerar Depardyenin cinsi təcavüzü ilə bağlı Paris prokurorluğuna yeni şikayət daxil olub. |
Bu barədə aktyorun vəkili Karin Dyurye-Dibolt məlumat verib. |
Qeyd olunur ki, söhbət Depardye tərəfindən 2021-ci ildə “Les Volets verts” (2022) filminin çəkiliş meydançasında quruluşçu rəssam kimi işləyən, soyadı açıqlanmayan 53 yaşlı Ameliyə qarşı edilən cinsi təcavüzdən gedir. |
Qadın aktyoru 2021-ci ilin sentyabrında filmin çəkilişləri zamanı ona qarşı nalayiq ifadələr söyləməkdə və həmçinin kobudcasına bədəninin müxtəlif nahiyələrindəntutmaqda ittiham edir. |
Artıq Depardyeyə qarşı bir neçə oxşar şikayətlər edilib. |
Laçın rayonunun Zabux kəndində 300 ildən artıq yaşı olan qoca çinar ağacı kənd sakinlərinin silinməz xatirəsinə çevrilib. |
Onların sözlərinə görə, ağacı ermənilər istehkam kimi istifadə ediblər. |
“Kəndimizin simvoludur, uşaqlığımız bu ağacın altında keçib. |
Burada yığışıb, söhbət edib, deyib-gülərdik. |
Çox şükür ki, bu gün də doğma torpaqlarımıza, uca çinarımıza qovuşmuşuq”. |
Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək. |
Bu barədə prezident Mahmud Abbasın administrasiyası məlumat yayıb. |
Məlumata görə, baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təhvil verəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək. |
Qeyd olunur ki, prezident Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-nin ona göstərdiyi təzyiqlərə görə atır. |
“Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri, işğalçı qüvvələrin çıxarılması və Fələstin anklavındakı blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, - o vurğulayıb. |
Bildirilir ki, növbəti addım HƏMAS hərəkatı da daxil olmaqla, yeni hökumətin formalaşmasına qədər bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq. |
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. |
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. |
“Mitsubishi” markalı avtomobili idarə edən sürücü idarəetməni itirib. |
Maşın əvvəlcə yolayrıcındakı işıq dirəyinə dəyib. |
Zərbənin təsirindən avtomobil bir neçə dövrə vuraraq aşıb. |
Qəza nəticəsində sürücü və sərnişin ağır xəsarət alıblar. |
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib. |
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. |
Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində 5 poqonometr mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb. |
Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. |
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. |
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə “Türkmənistanın Fəxri Ağsaqqalı” adı ilə təltif edib. |
Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir. |
“Türkmən xalqına mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənista... |
S.Berdiməhəmmədovun sözlərinə görə, ölkəsinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Türkiyə ilə müxtəlif sahələrdə strateji və uzunmüddətli əlaqələrin ardıcıl inkişafı və möhkəmləndirilməsidir. |
Türkmənistan prezidenti, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib. |
S.Berdiməhəmmədov iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib. |
Onun sözlərinə görə, Türkiyə Türkmənistanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir, onun ölkəsində iqtisadi layihələrin həyata keçirilməsində iştirak edən çoxsaylı türk şirkətləri Türkmənistan iqtisadiyyatının şaxələndirilməsinə və sosial layihələrin həyata keçirilməsinə töhfə verir. |
Berdiməhəmmədov Ərdoğanı bütün türkmən xalqı adından "Türkmənistanın fəxri ağsaqqalı" adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik və ailə rifahı, Türkiyə Cümhuriyyətinin qardaş xalqına isə sülh, gələcək tərəqqi və firavanlıq arzulayıb. |
Oğuz rayonunda içərisində 34 baş mal-qara olan tövlə yanıb. |
Yanğın zamanı tövlədə olan 1 000 ədəd ot bağlaması da yanaraq tələf olub. |
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. |
Faktla bağlı araşdırma aparılır. |
Polşanın paytaxtı Varşavada Müqəddəs Evangelist Luka kilsəsində Xocalı qətliamının 32-ci ildönümü yad edilib. |
Oxu.Az xəbər verir ki, xristian dünyasında ilk dəfədir ki, kilsələrdə erməni terrorçuları tərəfindən törədilən Xocalı faciəsi bu cür yada salınıb. |
Mərasim Polşa Azərbaycanlıları Şurasının maarifləndirilməsi ilə gerçəkləşdirib. |
Kilsənin baş keşişi katoliklərin müqəddəs məkanına təşrif buyurmuş 200-dən çox polyaka Xocalı faciəsi barədə məlumat verib, qanlı hadisələrə görə çox kədərləndiyini açıqlayıb. |
Daha sonra Xocalı qətliamın qurbanları üçün dualar oxunub. |
Sonda Polşa Azərbaycanlıları Şurası sədri Fərid Cəfərli çıxış edərək kilsə rəhbərliyinə obyektivliyinə görə təşəkkürünü bildirib, bu cür addımların Polşa-Azərbaycan əlaqələrini yeni mərhələyə çıxaracağını bildirib. |
Mərasimdən sonra kilsənin önündə Xocalı faciəsinə həsr olunmuş plakatlar sərgilənib, ətrafdakılara polyak və ingilis dilində hadisənin gerçəkləri barədə ətraflı məlumat təqdim olunub, kitabçalar paylanılıb. |
Oğuzda qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Qabil Əliyevin barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib. |
Pravda.az xəbər verir ki, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. |
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 27-nə təyin edilib. |
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Əliyev 11 il 3 ay azadlıqdan məhrum edilib. |
Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. |
Ali Məhkəmədə şikayətə baxılarkən elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. |
İttihama görə, Qabil Əliyev ötən il mayın 25-də axşam saat 23 radələrində ailə üzvləri ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayan bacısı Vəfanın evinə gedib. |
Qabil Əliyev bacısının evinə daxil olan zaman Vəfanın qonşusu İmran Quliyevi zalda kreslonun arxasında gizlənmiş vəziyyətdə aşkar edib. |
O, İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək qısqanclıq zəminində zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. |
Bu məqsədlə eyvanda olan ailə üzvlərini yola salıb ağac götürərək evə qayıdıb. |
Zala daxil olaraq həmin ağacla və daha sonra yumruqla İmranın sifətinə zərbə endirib. |
İmran qaçmağa cəhd göstərsə də, təqsirləndirilən şəxs onu tutaraq eyvana çıxarıb, burada mətbəx bıçağı ilə bir dəfə onun sağ sağrı nahiyəsinə zərbə endirib, lakin bıçağın tiyəsi qırılıb. |
İmran yenidən qaçmaq istəsə də, Qabil buna imkan verməyərək onu evin pilləkənlərinin qarşısına yıxaraq əlinə keçən kasa ilə başına zərbə endirib. |
Bundan sonra isə sapı taxtadan olan beli götürərək İmranın baş və bədən hissələrinə çoxsaylı xəsarətlər yetirib. |
İmran Quliyev zərbələrin nəticəsində huşunu itirib. |
Bundan sonra Qabil hadisə yerini tərk edib. |
Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Qabil Əliyev tutularaq istintaqa təhvil verilib. |
Ona Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. |
Məhkəmədə Qabil Əliyev özünü qismən təqsirli bilib. |
Deyib ki, hadisə olan gün anası Zəminənin doğum günü olub. |
Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.