Search is not available for this dataset
text
stringlengths
10
518k
Qadınları aparıb uşaqlarının başını onların gözü qarşısında kəsirdilər.
Həmin analar yanımda lay-lay oxuyurdular.
Qaldığım kamerada qonşu otaqdan kişilərin elə səsləri gəlirdi ki...Dözə bilmirdim, bədənimi dişləyirdim, qulaqlarımı tuturdum.
Rabitəçi olduğum üçün mənə “svyazka” deyib o ki var döyürdülər.
Palçıqlı çəkməni ağzımın içinə o qədər salmışdılar ki...Palçıq gəlib boğazımın dibinə çatmışdı.
Bir dəfə də Karo məni öz həyətimizdə o qədər döydü ki...Mən heç nə hiss etmirdim, bədənim hissiyyatını itirmişdi.
Amma sevinirdim ki, öz evimizin həyətində döyülürəm.
Buz kimi vannanın içinə salıb 5-6 saat saxlayırdı.
Bir dəfə də o qədər döyülmüşdüm ki, huşumu itirdim.
7-8 saat çılpaq vəziyyətdə məni qarın altında saxlamışdılar.
Hiss edirdim ki, yerdəyəm, amma bədənim donub.
Barmağımı ağzıma salıb özümü öyütdüm.
Mən indi də həmin barmağımı əzizləyirəm.
Sonra erməni dedi ki, nəbzinə baxmışdıq, sən axı ölmüşdün, necə dirilmisən?!
Elə təzə ayılmışdım ki, bir qadın gördüm.
Sevindim ki, qadındır da, mənə dəstək olar.
Həmin qadın dedi ki, mən Sumqayıtdan gəlmişəm, erməniyəm.
Məni dəyənək ilə o qədər döydü ki...Ölməyib yaşayıramsa, bu günümə şükürlər olsun.
Şəkər xəstəliyi tapdım, xərçəng oldum.
Siz təsəvvür etməzsiniz ki, mən işğaldan sonra əsirlikdə saxlanıldığım yerlərə getdim.
Ora gedəndə ayaqlarım yerdən kəsildi, yıxıldım.
Gözümü yumdum, bir anlıq hiss etdim ki, oradayam.
Əsirlikdə saxlanıldığım yerdə bir ayaqyolu var idi.Orada o qədər başlar kəsildi ki...Məni boğazımdan həmin unitaza bağlamışdılar.
İt kimi zəncirdə idim”, - deyə Dürdanə Ağayeva bildirib.
Dürdanə Ağayeva əsirlikdən xilas olunduğu günü belə xatırlayır.
“Allah Allahverdi Bağırova qəni-qəni rəhmət etsin.
Görün erməni nə qədər aciz bir millətdir ki, əsirləri siqaretə, yanacağa, çörəyə dəyişirdi.
Allahverdi Bağırov Vitali Balasanyana demişdi ki, nə istəyirsən verəcəyəm, mənim əsirlikdə qalan qadınlarımı qaytar!
Balasanyan ondan it kimi qorxurdu.
Bütün qadınları geri qaytardılar.
Allahverdi Bağırov Balasanyana demişdi ki, mənim orada rabitəçi bir qızım var, onu niyə qaytarmadın?
O da demişdi ki, mən ona təklif etdim, o özü getmək istəmədi, indi də mən onu geri qaytarmıram.
Vitali Balasanyana dedim ki, ya qardaşımla birgə gedəcəyəm, ya da ki, burada qalacağam.
Qardaşımın adını soruşdu, göstəriş verdi ki, onu gətirsinlər.
Qardaşım içəri girən kimi təsəvvür etməzsiniz ki, onun ayaqlarından o qədər yapışıb öpdüm ki.
Məni qardaşımın gözünün qabağında o qədər döydülər ki...Qardaşımın gücü ancaq ağlamağa çatırdı.
Çarəsiz idi.Beləliklə 8 günlük əzab-əziyyətdən sonra bizi xilas etdilər..Əsirlikdən qayıdanda rəhmətlik operator Seyidağa Mövsümlü bizi çəkirdi.
Allahverdi Bağırov ona göstəriş vermişdi ki, qadınları danışdırmasın.
Hamıya qışqıra-qışqıra deyirdim ki, niyə qoydunuz ki, əsir düşüm?!
Nənəm başımı sığallayırdı, saçımı darayırdı.
Anam bədənimdəki işgəncələri görüb üzünü cırmışdı”, - deyə keçmiş əsir bildirib.
Dürdanə Ağayeva bildirib ki, hazırda xəstəliyi də yadından çıxıb, nənə olmağın sevincini yaşayır.
“10 gün bundan öncə nənə oldum.
Siz təsəvvür edirsiniz ki, mən nənə olanda məni kimlər təbrik etdi?!
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva mənim nəvəm üçün hədiyyə göndərdi.
Bu illər ərzində dövlətimdən, ölkə başçımdan, Leyla xanımdan, Mehriban Əliyevadan o qədər hörmət, dəstək görmüşəm ki.
“Əsirlikdə 8 gün” adlı kitab yazdım.
O kitabı bir çox ölkələrdə tanıtdırdıq, təbliğ etdik.
Leyla xanım dedi ki, ömrümün sonuna qədər sənin yanındayam.
Bu söz bilirsiniz mənim üçün necə dəstəkdir?!
Mənim ailə həyatı qurmağım, övlad sahibi olmağım bir möcüzə oldu.
İndi xəstəliyim yadımdan çıxıb, nənəlik sevincini yaşayıram.
Dövlətimin sayəsində ən yaxşı xəstəxanalardan birində müalicə alıram.
Gənclər ana, böyüklər isə mənə bacı deyirlər.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə ömür versin.
Onların sayəsində torpaqlarımızı xilas etdik.
Bütün Azərbaycan xalqı bu günlərə görə onların hər birinə minnətdardır”, - deyə Dürdanə Ağayeva deyib.
Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 29-na təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.
Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.
Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şər...
Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına ve...
İsrail Müdafiə Qüvvələri ölkənin hərbi-siyasi rəhbərliyinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyə planını təqdim edib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
“Hərbi-siyasi rəhbərliyin iclasında İsrail ordusu Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını və gələcək əməliyyat planlarını təqdim edib.
Qəzza zolağına humanitar yardımın tədarükü planı da təsdiqlənib, bu plan Qəzza zolağının şimalında və digər ərazilərdə baş verən oğurluqları istisna edir”, - məlumatda deyilir.
B.Netanyahu bildirib ki, o, Qəzza zolağının cənubundakı Rəfah şəhəri ilə bağlı fəaliyyət planını, o cümlədən mülki əhalinin ərazidən çıxarılmasını hökumətin təsdiqinə təqdim edəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova uşaqların bullinqə məruz qalmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, maarifləndirmə işlərinin davamlı şəkildə aparıldığını deyib.
“Bizimlə yanaşı, bütün qurumlar birlikdə işlər aparırlar.
Bu hallardan heç kim sığortalanmayıb.
Nə qədər işlər görülsə də, bu hallar baş verir.
Amma bu o demək deyil ki, bu hallarla bağlı işlər görülmür”.
Komitə sədri qeyd edib ki, cəmiyyət varsa, cinayətlər törədilir:""“Aparılan işlərlə bu cür halların sayın azalda bilərlər”.
“Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə baş tutan şəxsi görüşdə atəşkəsə çağırdı”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna.
2024” adlı mətbuat konfransında çıxışı zamanı deyib.
“Mən ona dedim ki, Minsk razılaşmaları işləməyəcək, çünki qoşunların təmas xəttindən çıxarılması ideyasının özü işləməyəcək.
O, daim atəşkəs məsələsini gündəmə gətirirdi.
Ancaq bunun necə işlədiyini sonra gördük.
Çox uzun müddət danışdıq, bazarlıq etdik”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, görüş zamanı Putinlə qaz təchizatı, əsirlərin dəyişdirilməsi və digər məsələləri də müzakirə ediblər.
Zelenski eyni zamanda görüşün bütün təfərrüatını yaxşı xatırlamadığını vurğulayıb, çünki elə bir təəssüratı var ki, sanki bu, başqa bir həyatda baş verib və hər şey başqa cür olub.
Bununla belə, o əlavə edib ki, uzun müddət danışıqlar aparılıb.
Mətbuat konfransında Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiyaya sənəd təklif etməyi planlaşdırır və bu sənəd qarşıdakı “Sülh formulu” üzrə sammitin nəticəsi olacaq.
Eyni zamanda o deyib ki, Moskva Kiyevin təklifini qəbul etməyə bilər.
Xatırladaq ki, iki ölkə liderinin görüşü 2019-cu ildə Parisdə “Normandiya formatı”nda baş tutub.
O zaman Vladimir Putin Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın ovaxtkı kansleri Angela Merkel ilə ikitərəfli görüşlər keçirib.
“Xocalıda millətimizə qarşı soyqırımı törətmiş bütün şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəklər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cinayətkarlar həm maddi, həm də mənəvi təzminat ödəməlidirlər:""“Beynəlxalq təşkilatların bununla əlaqədar qətnamələri mövcud olsa da, icra etməyə qorxurlar.
Lakin bu gün Azərbaycan elə bir reallıq yaradıb ki, qətnamələrin icrasına kömək yox, vadar edir”.
Güney Azərbaycanın müxtəlif şəhərlərində İran hökumətinin repressiv qüvvələri tərəfindən həbs edilən milli fəalların azadlığa buraxılması tələb edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İnsanlar etiraz edərək bannerlər hazırlayıb, şüarlar səsləndiriblər.
“Güney Azərbaycanın siyasi məhbuslarını azad edin!”, “Azad vətən!