Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ukraynanın Lvov şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. |
Yerli ictimai xadimlərin, rəsmi nümayəndələrin və Ukraynada yaşayan azərbaycanlıların iştirakı ilə baş tutan anım tədbirində faciə qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. |
Tədbirə qatılan keçmiş sovet ordusunun və daha sonra Ukrayna Ordusunun zabiti, hazırda təqaüddə olan general-polkovnik İvan Plaxotnyuk ötən əsrin 80-ci illərinin sonlarında Bakıda xidməti zamanı şahidi olduğu proseslərdən danışıb. |
O, erməni separatçıların tək Xocalıda deyil, hər yerdə mülki şəxslərə qarşı vəhşiliklər törətdiyini deyib:""“Çox insan öldü, qalanlar isə ya itkin düşdü, ya da yaralandı. |
Proseslərə əvvəldən şahid olmuşam. |
Ötən əsrin 80-ci illərinin sonunda sovet ordusunun tərkibində Azərbaycanda xidmət etmişəm. |
Türküstan Hərbi Dairəsinin qərargahının komandanlığı altında əməliyyat qrupu Xankəndidə xilasetmə fəaliyyəti üçün altı alay formalaşdırmışdı. |
Burada xidmət zamanı erməni silahlılarının amansızlıqlarını gördüm. |
Mən buna qədər altı il Əfqanıstanda olmuşdum, heç orada belə bir dəhşət görməmişdim. |
Bunları etmək necə mümkün olub? |
Uşaqları, qocaları öldürürdülər”. |
Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Vilayət Şükürzadə də iştirak edib. |
O, Lvov ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı tarixi faktlardan geniş söhbət açıb. |
Ətraflı Baku Tv-nin videosunu təqdim edirik: |
Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü qəza şəraiti yaradıb. |
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 23-də, paytaxtın Kövkəb Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində baş verib. |
Belə ki, “Audi” markalı avtomobilin sürücüsü yolayrıcından sola dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. |
Görüntünü qeydə alan sürücü peşəkarlıq göstərərək qəzadan son anda yayına bilib. |
Qəza şəraiti yaradan avtomobilin sürücüsü isə heç nə olmamış kimi ərazidən uzaqlaşıb. |
Dövlət Komissiyası Xocalı rayonu (keçmiş Əsgəran rayonu) ərazisində tapılan kütləvi məzarlıqdan Natiq Qasımovun meyitinin aşkar edilib-edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. |
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov APA-ya açıqlamasında deyib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışları davam etdirilir. |
Bu il 9 fevralda qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. |
Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. |
Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. |
Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib. |
Bu mövzuda daha təmkinli olmalıyıq. |
Qalığın məzardan tapılması hələ ilkin mərhələdir. |
Qalığın kimə aid olması isə araşdırmadan sonra məlum olur. |
Bu istiqamətdə iki laboratoriyada işlər davam etdirilir. |
Məsələn, 2021-ci ilin fevralın 17-də Daşaltıda aparılan qazıntı zamanı orada iki kütləvi məzarlıq aşkar edilib. |
Orada müəyyən edilmiş meyit qalıqlarının bir hissəsini yalnız 2023-cü ildə eyniləşdirmək mümkün olub. |
Bir daha vurğulayıram ki, kütləvi məzarlıqdan tapılan meyit qalığının kimə aid olmasını yalnız aparılan molekulyar-genetik araşdırmadan sonra demək mümkündür. |
Bu iş ciddi vaxt, insan və maliyyə resursu tələb edir”, - Eldar Səmədov deyib. |
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. |
Gülləsi qurtardığından sonra, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. |
Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib. |
“Avropa İttifaqının şərti sərhədin yaxınlığında olan missiyasının hərəkətləri, orada heç bir gərginlik olmasa da, bu məsələnin daim gündəmdə saxlanılması vəziyyətin sanki kritik olmasına xidmət edirdi”. |
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. |
Onun sözlərinə görə, həmin missiyanın nəzarət zonasından sabitliyin pozulması, heç bir əsas olmadan snayper atəşi ilə hərbçimizin yaralanması kimi hallar qeydə alındı:""“Bütün bu istiqamətlərdə müsbət addımlar atılan zaman Fransa canfəşanlıq edərək məsələni gərginləşdirir”. |
Kolumbiyada 2023-cü ilin noyabrından başlayan meşə yanğınları hələ davam edir, həmin vaxtdan bəri təxminən 7401 hektar meşə sahəsi məhv olub. |
Bu barədə ölkədə fəlakət risklərinin idarə edilməsi bölməsinin nümayəndələri bildiriblər. |
Sosial şəbəkələrdə hələ də davam edən təbii fəlakətin miqyasını göstərən kadrlar yayılıb. |
Ən təhlükəli meşə yanğınları Boqotanın şərq təpələrində qeydə alınanlardır. |
Tüstü bütün paytaxt ərazisini bürüyüb. |
Qeyd edək ki, davam edən yanğınlar, həmçinin mart ayı üçün mənfi proqnozlar səbəbindən hökumət ölkədə fövqəladə vəziyyət elan edib. |
“Bütün oyunlarda uduzmağımızın səbəbi fiziki durum və təcrübəsizliklə bağlıdır”. |
Mütəxəssis təşkilatçılığın yaxşı olduğunu bildirib:“Bizim üçün böyük təcrübə idi.Uşaqlar belə yarışlara nə qədər çox qatılsalar, o qədər yaxşı inkişaf edərlər. |
Yığma yeni qurulub, ilk beynəlxalq turnirimiz idi. |
Fiziki durumdan bir az narazılığımız var. |
Belarus və Özbəkistanın U-18 milliləri burada çıxış edirdi. |
Buna baxmayaraq, uşaqlar istəkli idi və döyüşürdülər. |
Amma yenə vurğulamaq istəyirəm ki, fiziki durumları istədiyimiz səviyyədə deyil”. |
Baş məşqçi səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:“Martın 8-də Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. |
Bu turnir payızda start götürəcək. |
Bu il İnkişaf turnirində iştirak da planlaşdırılır”. |
Qeyd edək ki, U-17 millimiz qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub. |
Yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistana yenilərək yarışda sonuncu yeri tutub. |
Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib. |
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. |
Naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. |
Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi. |
Elektrik idarəolunma lövhələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarından Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb. |
Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. |
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir. |
Eyni zamanda “Azərsu” ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür. |
Türkiyənin Elazığ vilayətinin Alacakaya rayonunda yerləşən xrom mədəninin çökməsi nəticəsində itkin düşən üç işçi xilas edilib. |
Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat verib. |
Qeyd olunur ki, hər üç işçi artıq həkimlərin nəzarəti altındadı və onların həyatı üçün heç bir təhlükə yoxdur. |
12:26"Türkiyənin Elazığ vilayətinin Alacakaya rayonunda yerləşən xrom mədənində çökmə baş verib. |
Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib. |
İlkin məlumata görə, üç nəfər torpağın altında qalıb. |
Hazırda bölgəyə tibbi briqadalar və təhlükəsizlik qüvvələri cəlb edilib. |
Hindistan fermerləri traktorlarla etiraz marşı keçirirlər və yürüşün son nöqtəsinin Nyu-Delhi olacağını bildiriblər. |
Fermerlər kənd təsərrüfatı məhsulları üçün minimum alış qiyməti ilə bağlı qanunun qəbuluna nail olmağa çalışırlar. |
Hindistan hökuməti qarğıdalı, pambıq və paxlalı bitkilər üçün belə qiymətin tətbiq edilməsinə hazır olduqlarını təsdiq etsələr də, etirazçılar bunun daha çox məhsula şamil olunmasını tələb edirlər. |
Traktor kolonları ölkənin cənub-şərqindən Nyu-Delhiyə doğru irəliləyirlər. |
Fermerlər Haryana, Pəncab və Uttar Pradeş əyalətlərindən yola çıxıblar. |
Narazı fermerlərin marşrutunun keçdiyi Hindistan bölgələrinin səlahiyyətliləri vətəndaşları şəxsi avtomobillərlə səyahətlərdən imtina etməyə çağırıblar. |
Qeyd olunur ki, Nyu-Delhinin girişində barrikadalar və nəqliyyat vasitələrinə baxış postu quraşdırılıb. |
Xatırladaq ki, daha əvvəl hindistanlı fermerlər paytaxta yürüş keçiriblər, lakin bu, uğursuzluqla başa çatıb. |
Kənd təsərrüfatı texnikası kolonunun Nyu-Delhidən təxminən 200 kilometr şimalda qarşısı alınıb. |
Fermerlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib. |
Ölkə ərazisində fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. |
Havanın temperaturu gecə iki dərəcə şaxtadan iki dərəcəyədək isti, gündüz dörd-yeddi dərəcə isti olacaq. |
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. |
Nisbi rütubət 55-65% təşkil edəcək. |
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Havanın temperaturu gecə üç dərəcə şaxtadan iki dərəcəyədək isti, gündüz beş-doqquz dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. |
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
“Ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur”. |
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib. |
O, Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı olduğunu deyib:""“Qatarların gecikməsi dünyanın hər yerində baş verir. |
Soyuq hava da belə hallara rast gəlinə bilər. |
Əsas səbəb dəmiryol infrastrukturun çox köhnə olmasıdır. |
Yenidən qurulması planlaşdırılır”. |
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar paylaşım edib. |
“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın - bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm. |
Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaqlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.