Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşılıqla xatırlayacağıq”, - o, “X” sosial şəbəkəsində yazıb.
26 Şubat 1992 günü Ermeniler tarafından Hocalı'da çocuk, yaşlı, kadın demeden şehid edilen kardeşlerimizi rahmetle anıyor, Azerbaycan halkının acısını yürekten paylaşıyorum.
Tüm dünya, insanlığa karşı işlenen bu suçun mağdurlarını yok saysa da, onlar daha çok var olacak.… pic.twitter.com/WT9CapAwM6
“Cənub istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün bu, sərnişindaşıma üçün məqbul hesab edilmir.
Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır”.
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, cənub istiqamətində dəmiryolu xəttinin sərnişindaşınma üçün açılması gündəmdə deyil.
Bu yol yalnız əsaslı yenidənqurma işlərindən sonra sərnişindaşıma üçün bərpa oluna bilər.
ADY sədri ara stansiyaların sökülməsi məsələsinə də aydınlıq gətirib:""“Bu, optimallaşdırmadır.
Optimallaşdırma həyata keçirilərkən yaxın məsafədə olan stansiyalar birləşdirilir və ya ləğv edilə bilər”.
“Bu gün Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilir.
Ermənilərin ölkəmizə qarşı çoxsaylı təcavüzün içində ən faciəvi tarixdir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycan dövləti Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər görüb:""“Uzun illər ərzində onların məsuliyyətə cəlb edilməməsi Ermənistanda cəzasızlıq mühiti yaratmışdı.
Bəzi hərbi cinayətkarları, Xocalı caniləri son dövrdə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə qarşısında cavab verirlər”.
O qeyd edib ki, bu istiqamətdə işlər də davam etdirilir.
Suriyadan Türkiyəyə keçməyə çalışan PKK-çı qadın terrorçu ələ keçirilib.
PKK/KCK-PYD/YPG təşkilatının üzvü olan, “Cudi” kod adlı Huda El Tumanın Türkiyəyə soxulmaq cəhdi baş tutmayıb.
O, Türkiyə Milli Kəşfiyyat Təşkilatının verdiyi məlumatlar sayəsində Suriya müvəqqəti hökumətinin hərbi polisi tərəfindən saxlanılıb və “Barış Pınarı” əməliyyat bölgəsindəki hərbi həbsxanaya göndərilib.
Stenford Universitetinin alimləri süni intellektdən istifadə edərək kişi və qadınlarda beynin xüsusiyyətlərini müəyyən edə biliblər.
Məlum olub ki, kişilər məkan oriyentasiyasına daha çox qadirdirlər, qadınlar isə yaddaş və fantaziyanı daha yaxşı inkişaf etdiriblər.
Süni intellekt modeli 1500-dən çox insanın MRT beyin skanerindən əldə edilən məlumatlardan istifadə etməklə öyrədilib.
Proqram böyük həcmli şəkilləri təhlil edib və bu, insanın cinsindən asılı olaraq beynin xüsusiyyətlərini anlamaq üçün xüsusi bir alqoritm hazırlamağa imkan verib.
Bu təlim nəticəsində süni intellekt modeli beynin “cinsini” 90% dəqiqliklə təyin etməyi öyrənib.
Süni intellekt emosional və motivasiya davranışının tənzimlənməsində, öyrənmədə, yaddaşda, strateji problemlərin həllində və planlaşdırmada iştirak edən beynin striatum və limbik sistemlərində fərqlər aşkar edib.
Qadınların beyninin emosiya və sosial idrakla əlaqəli sahələri daha güclü olduğu aşkar edilib.
Bu, qadınların niyə sosial siqnallara daha həssas olduğunu və digər insanların duyğularını daha yaxşı tanıdıqlarını izah edə bilər.
Süni intellekt qadınların yaddaş, təxəyyül və proqnozlaşdırma qabiliyyətlərinin daha yaxşı inkişaf etdiyini də ortaya qoyub.
Kişilərin daha çox fəza oriyentasiyası və texniki məsələlərdə daha bacarıqlı olduqları ortaya çıxıb.
İstanbul Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya:İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.
Bu barədə “Haber Global” telekanalı süjet hazırlayıb.
Bildirilib ki, tədbirə Türkiyənin ev sahibliyi etməsinin xüsusi əhəmiyyəti var.
“Türkiyə müstəmləkə keçmişinə sahib olmayan, müstəmləkə yükü olmayan nadir ölkələrdən biridir.
Təbii ki, ölkəmizə qardaş, dost və müttəfiq olan Azərbaycanın da eyni şəkildə müstəmləkəçilik qarşısında davranışları ilə Ankara ilə ortaq platformalarda birlikdə hərəkət etməsi bu iki ölkənin, sadəcə, Ermənistan, Qarabağ mövzusunda deyil, regional və qlobal problemlər qarşısında da birlikdə gündəm yaratmaq potensialın...
Ətraflı süjetdə:""Qeyd edək ki, beynəlxalq konfransda 13 ölkə və dörd beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib.
Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Uollis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsus...
Tədbirin sonunda iştirakçılar Fransa prezidentinə açıq məktub ünvanlayıblar.
Məktubda fransız kolonializmi və neokolonializmdən əziyyət çəkən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin ...
Fransanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşım səfirliyin “X” hesabında dərc edilib.
“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik.
Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazımdır”, - paylaşımda qeyd olunub.
Bu gün #Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik.
Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazimdir.
Baku TV-nin “Qarabağ xronikası” verilişinin 134-cü buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Xocalı soyqırımının gizli qalan həqiqətlərindən bəhs edib.
F.İsazadə qeyd edib ki, şəhərə hücum dörd istiqamətdən həyata keçirilib:""“Əməliyyatı hazırlayan və ona rəhbərlik edən hərbi cani Arkadiy Ter-Tadevosyan olub.
Plana əsasən, Xocalıya ilk zərbə Təzəbinə və Xankəndi istiqamətlərindən endirilməli idi.Xankəndidən irəliləyən silahlılara atəş dəstəyini isə SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayı və 622 saylı kimyəvi hücumdan müdafiə əlahiddə taboru verməli idi."152 mm-lik haubitsadan Xocalıya üç artilleriya zərbəsi əməliyy...
Əməliyyatın başlamasına ikinci siqnal isə əraziyə Xankəndi istiqamətindən dəmir yolu ilə gətirilən selitra yüklü vaqonun partladılması idi.O da baş tutmur...
Bu səbəbdən əməliyyat planlaşdırıldığı kimi başlamır və Xocalı əhalisinə qarşı hücuma Mehdibəylidə mövqelənən cəlladlar keçirlər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən açıqlama verilib.
Məlumata görə, telefon danışığı zamanı Putin türkiyəli həmkarını doğum günü münasibətilə təbrik edib.
Həmçinin Putin Türkiyə-Rusiya əlaqələrinin dostluq zəminində inkişafına verdiyi töhfələrə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Fələstin hökuməti tam tərkibdə istefa verib.
Qərar Fələstin Milli Administrasiyasının Baş naziri Salam Fəyyad tərəfindən açıqlanıb.
Bununla belə, ekspertlər onun yeni Fələstin hökumətini qurmaq üçün Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın tapşırığını icra edəcəyi istisna olunmur.
Xatırladaq ki, Fələstin parlamentinin səlahiyyət müddəti bir il əvvəl başa çatıb.
Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir.
Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır.
S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub.
İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub.
S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib:"“Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü.
Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim.
Balalarımı burada qoyub gedə bilmərəm.
Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 58-ci məhəllədə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan xəbər verir ki, dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Naxçıvan şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində VAZ-21015 markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və sürücü paneli qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
“İşğaldan azad olunmuş Xocalıda inşa olunan məktəbdə son tamamlanma işləri aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, məktəb yeni tədris ilində fəaliyyətə başlayacaq:""“Təxminən 130-150 şagird təhsil ala bilər.
Yerli əhalinin sayına uyğun yer olacaq”.
Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə müxtəlif vəziyyətdə olan məktəb binaları var:""“Xankəndidəki məktəblərdə müəyyən inventarlaşma işləri aparılır.
Əhali oraya köçən zaman həmin məktəblərdə tədris bərpa olacaq“.
E.Əmrullayev qeyd edib ki, Kəlbəcər, Zəngilan və digər işğaldan azad olunan ərazilərdəki məktəblərimizdə təmir-tikinti işləri davam edir.
“Hazırda Qarabağ Universitetində hazırlıq işləri aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yüksək bal toplayan tələbələrə əlavə həvəsləndirmə təqaüdləri veriləcək:""“Yataqxana bütün tələbələrə pulsuz olacaq”.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşüb.
Allah Sizi qorusun, cənab Prezident.
Həyatımızın ən xoşbəxt günüdür.
Sakinlər:Var olun, cənab Prezident, Allah Sizi qorusun.
Prezident İlham Əliyev:Sağ olun.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:""- İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik.
Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq.
Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq.
Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir.
Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım.
Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq.
Otuz iki ildən sonra siz qayıtmısınız.
Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz, Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik.
Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.
Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək.
Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.
Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir.
613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.