Search is not available for this dataset
text
stringlengths
10
518k
Baş prokuror Əbdül Məcid Mahmud xarici işlər nazirliyinə xarici ölkələrdən cənab Mübarəkin hesablarının dondurulmasını istəməsi haqda müraciət edib.
Mübarəkin xanımı Süzan və onların iki oğlu və onların həyat yoldaşlarının da hesabları dondurulur.
İsveçrə artıq cənab Mübarəkin ölkədəki hesablarını dondurub.
Misirin keçmiş liderinin milyardlarla dollar varidatı olduğu haqda məlumatlar verilib.
İqtisadi təsiri Fevralın 2-si Moodys beynəlxalq reytinq agentliyi beş ən böyük Misir bankının reytinq dərəcəsini aşağı saldı.. Credit Agricole" bankının apardığı təhlillərə əsasən, 2011-ci ildə Misirdə ÜDM-in artım tempinin əvvəllər proqnozlaşdırılan 5,3% deyil, 3,7% olacağı gözlənilir.
Misirdə banklar və fond birjası 10 gün ərzində işləmədi.
Eyni zamanda, ölkənin iri şəhərlərində zavod və fabriklər fəaliyyətini dayandırdı.
Bir çox turizm şirkətləri turistlərin Misirə göndərilməsini dayandırdı.
Turistlərin Misirə gəlməməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək.
Bundan başqa, Misirdə ərzaq məhsulları üzrə ciddi qiymət artımı gözlənilir.. Həmçinin, neftin qiyməti Misirdə baş verən hadisələrin nəticəsində qalxdı.
Misir prezidenti Hüsnü Mübarəkin istefası barədə xəbər dünya bazarında neftin qiyməti ucuzlaşdırıb.
Kütləvi etiraz aksiyaları başlayandan bu yana ölkə iqtisadiyyatına 3.1 milyard dollar ziyan dəydi .Etiraz aksiyaları Misir iqtisadiyyatını iflic vəziyyətinə saldı.
Ölkədə "çörək qiyamları" baş verdi, qaz balonlarına olan növbələrdə insanların həlak olması halları müşahidə olunub.
Misirlilərin tam əksəriyyətinin gündəlik rasionunun əsasını təşkil edən və qiyməti dövlət tərəfindən subsidiyalaşdırılan çörək uğrunda növbələrdə kütləvi davalar nəticəsində onlarla insan yaralanıb.
Yerli əhali arasında populyar olan "rəqif" adlı çörəyin qiyməti iki dəfə bahalaşdı.
Qahirənin İmbaba səmtində qaz balonları satılan dövlət məntəqələrindəki növbələrdəki davalarda 3 nəfər həlak oldu.
Misirdə vahid qazpaylama və təminat şəbəkəsi olmadan Qahirə ilə yanaşı, bütün ölkədə istifadə edilən qaz balonlarının qiymətini alverçilər dəfələrlə qaldırmışdı.
Qahirədə qəzəblənmiş kütlə belə alverçilərdən birini öldürdü.
İnqilabın baş verdiyi əsas yerlər Beynəlxalq münasibət Yanvarın 29-da Misir prezidenti Hüsnü Mübarəkin televiziya ilə xalqa müraciətindən sonra onunla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Telefon danışığını kimin təşəbbüsü ilə baş tutması barədə məlumat verməyən B.Obama Misir xalqının yanında olduqlarını bəyan edib.
Ağ Ev başçısı misirli həmkarını xalqa verdiyi vədləri yerinə yetirməyə çağırdığını və ona xalq qarşısındakı öhdəliklərini xatırlatdığını bildirib: "Misirdə iqtisadi, sosial və siyasi islahatlar həyata keçirilməlidir".
Ağ Evin sözçüsü Robert Gibbs həm nümayişçiləri, həm də Misir hökumətini zorakılıqdan imtina etməyə çağırıb: "Daha çox azadlıq tələblərinə veriləcək cavab zorakılıq deyil, dialoq olmalıdır.
Misirdə köklü islahatlara ehtiyac var".
R.Gibbs Misirdə baş verən son hadisələrlə bağlı ABŞ prezidenti Barak Obama üçün 40 səhifəlik xülasə hazırlandığını vurğulayıb: "Həm ABŞ-nin Müdafiə və Xarici İşlər nazirlikləri, həm də Qahirədəki səfirimiz Marqaret Skobi Misir hökuməti ilə sıx təmasdadırlar.
Misir hökumətini Məhəmməd əl-Baradeini ev dustaqlığından azad etməyə çağırırıq".
ABŞ dövlət katibi Hillari Klinton isə açıq şəkildə Hüsnü Mübarəkə "Xalqını dinlə!
O, "əl-Cəzirə" telekanalı ilə canlı yayınlanan müraciətində bildirib ki, dinc nümayişlərə icazə verilməli və kəsilmiş rabitə əlaqələri bərpa olunmalıdır: "Bu nümayişlər Misir cəmiyyətində ciddi problemlər olduğunu göstərir.
Misir hökuməti zorakılığın bu problemləri aradan qaldırmayacağını anlamalı, nümayişçilərin tələblərini qəbul edərək vəziyyətin gərginləşməməsi üçün islahatlara razılaşmalıdır".
H.Klinton bəyan edib ki, ABŞ nümayişçilərin tələblərini anlayır və insanların öz hüquqlarını müdafiə etməsinə hörmət edir: "Həbs olunmuş nümayişçilər dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır".
Birləşmiş Ştatlar Misirdə azad və ədalətli seçkilər keçirilməsi və dinc, mütəşəkkil qaydada demokratiyaya keçidin tərəfdarıdır.
Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Fox News televiziyasına müsahibəsində deyib.
O, ölkə prezidenti Hüsnü Mübarəki azad seçkilər keçirməyə və İranın aqibətindən qaçmaq üçün köklü islahatlar aparmağa çağırıb.Hillari Klinton həmçinin qeyd edib ki, Vaşinqton belə bir vəziyyətdə Qahirəyə köməyi kəsmək fikrində deyil.
Barak Obama administrasiyası və Misir hökumətinin nümayəndələri prezident Hüsnü Mübarəkin dərhal istefasını və vitse-prezident Ömər Süleymanın rəhbərliyi, hərbiçilərin və digər ərəb dövlətlərin dəstəyi altında keçid hökumətin formalaşması barədə danışıqlar aparırlar.
ABŞ rəsmiləri Ömər Süleyman və Misir ordusunun rəhbəri Enan Sami və müdafiə naziri Məhəməd Tantavi konstitusiya islahatlarının başlaması prosesini müzakirə edirlər.
ABŞ-nin bu təklifi Müsəlman qardaşlar daxil olmaqla geniş koalisiya hökumətinin yaranması və tez 2011-ci ilin sentyabr ayında azad seçkilərin keçirilməsi nəzərdə tutur.
Buna baxmayaq qəzet yazır ki, Misirin vitse-prezidenti və ordu komandanlığın bu təkliflərlə razılaşacağına heç bir əsas yoxdur.ABŞ prezidenti Barak Obama misirli həmkarı Hüsnü Mübarəkdən mümkün qədər tez hakimiyyətin ötürülməsi prosesinə başlamağı tələb edib.
ABŞ prezidenti həmçinin Misirdə jurnalistlərə hücumları pisləyib.
Misirin gələcəyini bu ölkənin xalqı müəyyən edəcək", deyə o vurğulayıbABŞ-nin dövlət katibi Hillari Klinton Misirin vitse-prezidenti Ömər Süleymana zəng edib, Hüsnü Mübarək tərəfdarları və əleyhdarları arasında baş verən olayların hər kəsi şoka saldığını söyləyib.
Hillari Klinton bu olaya görə məsuliyyət daşıyanların tapılması üçün araşdırılma aparılmasını istəyib.
Vaşinqtonun artıq Hüsnü Mübarəkin tezliklə hakimiyyətdən getməsini istədiyi də məlum olub.
Hillari Klinton Misirdə keçid dövrünün dərhal başlamasını zəruri sayıb.
Ağ Evin sözçüsü Robert Gibbs də deyib ki, demokratiyaya yönəlik dəyişiklik dərhal həyata keçirilməlidir.
Fransa prezidenti Nikolas Sarkozi də analoji bəyanat verib.
Misir Xarici İşlər Nazirliyinin sözçüsü Hüsam Zeki isə bu çağırışlara sərt cavab verib.
O, Misirdə hakimiyyət dəyişikliyi ilə bağlı məsələni qəbul etmədiklərini, bu çağırışların Misirdəki olayları qızışdırmağa yönəldiyini vurğulayıb: "ABŞ, İngiltərə, Fransa kimi Qərb ölkələrinin, hətta Türkiyənin bu durumda rol oynamağa çalışması, Misirdəki proseslərə burunlarını soxması çox üzücüdür.
Bu dövlətlər öz işləri ilə məşğul olsunlar.
Bu ölkələrin bütün sərhədləri keçərək Misir xalqı adından danışmaları Misir xalqı və hökuməti tərəfindən rədd edilir".ABŞ Dövlət katibi Hillari Klinton Misir hakimiyyətini dərhal demokratiyaya dinc keçidlə bağlı müxalifətlə danışıqlara başlamağa çağırıb.
Klinton Misirin vitse-prezidenti Ömər Süleymanın müxalifət qüvvələri ilə dialoqa hazır olduğu barədə verdiyi bəyanatı kifayət olmayan vədlər kimi qiymətləndirib.
Klinton bir daha Misiri jurnalistlərə qarşı daxil olmaqla zorakılığı pisləyib.Misirdəki siyasi vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb.
ABŞ prezidenti Barak Obama belə hesab edir.
Misirdə siyasi proseslərin gedişinin müzakirəyə ehtiyacı olduğu gözə qabağındadır.
Misirlilər də məhz bu sahədə uğurlara nail olurlar", deyə Ticarət palatasında çıxış edən Obama bildirib.
Obama Misirdə hakimiyyətin nizamlı ötürülməsinə və müxtəlif siyasi spektrləri təmsil edən şəxslərin hökumətdə iştirakına tərəfdar olduğunu bildirib.
Misirlilər azadlıq, azad və ədalətli seçkilər, onları təmsil edən və dinləyən hökumət istəyirlər.
Biz onlara (Misir hakimiyyətinə) dedik ki, onlar dərhal hakimiyyətin nizamlı ötürülməsinə başlamalıdırlar", deyə ABŞ prezidenti bildirib.
Misirin xarici işlər naziri Əhməd Əbül-Geyt ölkədə təcili islahatlar keçirilməsini tələb edən ABŞ-ni Misirə öz iradəsini yeritməkdə günahlandırıb.
Siz (amerikalılar) Misir kimi böyük ölkədə təcili dəyişikliklər barədə danışanda, bizə zorla öz iradənizi qəbul etdirirsiniz".
Nazir bildirib ki, amerikalıların Misirdəki nümayişlərə ilk reaksiyaları onu qəzəbləndirib.
O amerikalılara "misirlilərin həssasiyyətini başa düşməyi" məsləhət görüb.
Ağ Ev isə bəyan edib ki, Barak Obama administrasiyası Misirlə danışıqları bu ölkənin daxili işlərinə qarışmaq hesab etmirABŞ prezidenti Barak Obama öz müşavirləri ilə Misirdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparıb.
Gibbs deyib ki, müşavirənin keçirilməsi barədə qərar Misir prezidentinin öz səlahiyyətinin bir hissəsini Ömər Süleymana verməsindən sonra qəbul olunub.
O eyni zamanda bildirib ki, prezident Obama Mübarəkin çıxışına Vaşinqtondan Miçiqana gedərkən təyyarədə baxıb.
ABŞ prezidenti milli təhlükəsizliyə məsul olan komandası ilə görüşü Ağ Evdə keçirəcək.Misirdəki hadisələr Birləşmiş Ştatlar prezidenti Barak Obamanın televiziya müraciətində də əsas yer tutub.
Barak Obama Misirin çox mühüm dəyişiklər ərəfəsində olduğunu bəyan edib.
O televiziya müraciəti zamanı köklü demokratik dəyişikliklər tələb edən Misir gənclərinə öz heyranlığını gizlətməyib.
Obama Misirin keçid dövründə ABŞ-nin bu ölkəyə hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, onun günün ikinci yarısında Ağ Evdə öz müşavirləri ilə Misirlə bağlı məsləhətləşmələr aparacağı gözlənilir.
Biz bu gün Misirdə baş verənləri diqqətlə izləyirik.
Bir şey məlumdur ki, biz tarixi bir dəyişikliyin şahidi oluruq.
Bu bir dəyişiklik, keçid anıdır və bu an ona görə baş verir ki, bunu Misir xalqı belə istəyir.
Bu dəyişiklikdə Misir xalqının yaşından asılı olmayaraq bütün təbəqələri iştirak edir, lakin ön cəbhədə isə gənc nəsildir.
Sizin gəncləriniz səslərinin eşidilməsini istəyir.
Biz də istəyirik ki, həmin insanlar, ümumilikdə bütün misirlilər bilsinlər ki, Amerika Misirdə hüquqi və ədalətli bir keçidə dəstək nümayiş etdirmək üçün hər şeyi edəcək.
İndi isə baş verənləri izlədikdə anlayırıq ki, biz bir-biri ilə qarşılıqlı əlaqədə olan bir dünyada yaşayırıq".Misirdə hakimiyyətin Hüsni Mübarəkdən Silahlı qüvvələrin Ali şurasına keçməsi Misir xalqının ümidlərinin ancaq birinci hissəsinin doğrulmasıdır.
ABŞ prezidenti Barak Obama öz çıxışında belə deyib.
Hər gün tarixi hadisələrin şahidi olmaq olmur.
Misir artıq heç vaxt əvvəlki kimi olmayacaq", deyə ABŞ lideri bildirib.Onun sözlərinə görə, təkcə istefalar kifayət deyil.
Misirlilər aydın şəkildə bildiriblər ki, əsl demokratiyadan başqa heç nəylə razılaşmayacaqlar.
Hərbçilər əsl vətənpərvər kimi və məsuliyyətlə hərəkət etməlidirlər.
Onlar elə etməlidirlər ki, hakimiyyətin ötürülməsi xalqın nəzərində özünü doğrultsun.
Söhbət əhalinin hüquqlarının müdafiəsindən, fövqəladə vəziyyət barədə sərəncamın ləğvindən, konstitusiyanın dəyişdirilməsindən, dəyişikliklərin dönməz olmasından, ədalətli və azad seçkilər üçün özül yaradılmasından gedir", deyə Obama izah edib.
Rusiya prezidenti Dimitri Medvedev Misir prezidenti Hüsnü Mübarəkə zəng vurub.
Rusiya mətbuatının yaydığı məlumata görə, Medvedev Mübarəkdən siyasi böhranın sülh yolu ilə və sürətlə həllini tələb edib.
Böhranın hüquqi yollarla həl olunmasını arzuladığını deyən Medvedev Rusiya səfirliyi və vətəndaşlarının təhlükəsizliyinin təminat altına alınması üçün göstərilən fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə verdiyi açıqlamada Misirin istiqrarı və bu ölkədə demokratiyanın inkişafı üçün maraqlı olduqlarını bildirib: "Misir Rusiyanın strateji ortağı və Yaxın Şərqin kilid ölkəsidir.
O ölkədə baş verənlərə etinasız qala bilmərik.
Misirin istiqrarı və demokratik ölkə olmasında biz də maraqlıyıq.
Mövcud olan ictimai, iqtisadi və siyasi problemlərin sülh yolu ilə həllini istəyirik".Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Aleksandr Saltanov Dmitri Medvedevin məktubunu Misir prezidenti Hüsnü Mübarəkə çatdırıb, - "RİA Novosti" xəbər verir.
Rusiya Federasiyasının Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Aleksandr Saltanov Misirdə olub və Rusiya prezidentinin müraciətini Hüsnü Mübarəkə çatdırıb.
Hüsnü Mübarək onunla görüşüb və məktubun bir sıra detalları barədə müzakirələr aparıblar", - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiya nümayəndəsi eyni zamanda Misirin XİN rəhbəri Abul Qeyt və vitse-prezident Ömər Süleyman ilə də görüşüb.
Məktubun detalları açıqlanmasa da, məlumata görə, məktubda Rusiya prezidenti misirli həmkarını xəbərdar edib ki, əgər xalqın tələbləri yerinə yetirilməsə, həmin rejim üçün böyük çətinliklər yaranacaq.
Avropa Birliyi Aİ-nin xarici siyasət üzrə Ali nümayəndəsi Ketrin Eşton Misir hakimiyyət orqanları ilə müxalifət arasında danışıqlar aparılmasının zəruri olduğunu bildirmişdi.
5 fevralda Almaniya kansleri Angela Merkel Misirdə növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə olduğunu bildirmişdi.
O, bunu hakimiyyət vakuumunun yaranacağı ilə bağlı duyduğu narahatlıqla ifadə etmişdi.
Yunanıstanın Baş naziri George Papandreou bildirib ki, bazar günü Qahirəyə gedib Avropa Birliyi adından Mübarəklə danışıqlara başlayacağını deyib.Böyük Britaniyanın baş naziri Devid Kemeron da Misir hakimiyyətini islahatlara çağıraraq, demokratik və hüquqi dövlətin bərqərar olması üçün islahatları dəstəklədiklərini bəy...
Onlar Hüsnü Mübarəki silahlı nümayşçilərə qarşı güc tətbiqini dayandırmağa, azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaratmaq üzərində işləməyə çağırıblar.
Almaniya prezident Mübarəki ölkədəki klinikaların birində müalicə almaq üçün ölkəyə girməsinə icazə verəcək.
Bu barədə hakimiyyətdə olan Xristian-demokrat partiyasının baş katibi Ruprext Polens məlumat verib.
Bir sıra analitiklərin fikrincə, bu Mübarəkin hakimiyyətdən əl çəkməsi ssenarilərindən biri idi. Daha əvvəl Nyu-York Tayms qəzeti hadisələrin belə axarda olacağını yazmışdı.Avropa İttifaqının Beynəlxalq işlər və siyasi təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Misir prezidenti Hüsnü Mübarəkin prezidentlik postundan...