Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Yəni onlar Mübarəkə qarşı onun şəxsiyyətinin alçaldılması istiqamətində hər hansısa bir şey etmək istəmirlər. |
Təhrir meydanında meydanda təcili tibbi yardım göstərilmək üçün tibb məntəqəsi və məktəbə gedə bilməyən şagirdlər üçün tədris kursları da fəaliyyətə başladı. |
Misirin cənub-qərbində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmada azı üç nümayişçi həlak oldu, bir neçə nəfər isə yaralandı.. Qahirənin mərkəzində prezidentin istefası tələbi ilə mitinqlər davam edir. |
Hökumətlə dialoqu gedən Ağsaqqallar Şurasının nümayəndəsi Diaa Raşvan danışıqlar prosesinin sona yetdiyini söylədiyinə görə vitse-prezident Ömər Süleyman Hüsnü Mübarəkin formal olaraq seçkiyə qədər hakimiyyətdə qalması və hakimiyyəti keçid hökumətinə verməsi barədə nümayişçilərin təklifini qəbul etməyib: "Kompromis axt... |
Misir Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkə prezidenti Hüsni Mübarəkin varisi qismində vitse-prezident Ömər Süleymanı təyin etməsinə mane oldu. |
Ordunun rəsmi nümayəndəsi çıxış edərək dedi: "Müxalifətin bütün tələblərini yerinə yetirməyə hazırıq".Son məlumatlara görə, Hüsni Mübarək bu axşam istefa verdiyi barədə bəyanatla çıxış edəcək. |
Lakin xəbərin rəsmi təsdiqi yoxdur. |
Mübarəkin yerinə prezidentin kim olacağı bəlli deyil. |
Misir Konstitusiyasına görə, hakimiyyət ölkə parlamentinin spikeri Fəthi Soruraya verilməlidir. |
Lakin sözügedən məsələ ilə bağlı danışıqlar davam edir. |
Soruranın müvəqqəti dövlət başçısı təyin edilməsi müxalifətçilərin narazılığına səbəb ola bilər, çünki onlar parlament seçkilərinin çoxsaylı qanunsuzluqlar və pozuntularla keçirildiyi, bu səbəbdən də ali qanunverici orqanın qeyri-legitim olduğunu söyləyirlər. |
Buna görə də Misirin yeni rəhbərinin müxalifətçiləri razı sala biləcək neytral fiqur olacağı istisna edilmir.Misir Silahlı Qüvvələrinin Ali Komandanlığı xalqı müraciətlə çıxış edib. |
Komandanlıq ölkədəki böhranın həll edilməsinə qarışmaq niyyətini açıqlayıb. |
Silahlı Qüvvələrin nümayəndəsi bildirib ki, bu qərar prezident Hüsnü Mübarəkin iştirakı olmadan keçirilən iclasın yekunu əsasında qəbul edilib. |
Hərbçilər müntəzəm toplaşaraq vəziyyəti müzakirə etmək, ölkədə sülh və qayda-qanunu dəstəkləmək qərarına gəliblər. |
Bundan əlavə, hərbçilər ən yaxın vaxtda xüsusi kommünike dərc etməyi planlaşdırırlar. |
Bu kommunikedə Misir şəhərlərində toplaşan nümayişçilərin bütün tələbləri əks olunacaq. |
Təhrir meydanında toplaşan yüz minlərlə insan bu xəbəri alqışla qarşılayaraq, "Ordu və xalq birdir! |
şüarı səsləndiriblər. |
Qeyd edək ki, bundan əvvəl Mübarəkin fevralın 10-da axşam səlahiyyətlərini vitse-prezident Ömər Süleymana təhvil verəcəyi barədə şayiələr dolaşıb. |
Bundan dərhal sonra prezidentin istefasını tələb edən aksiya iştirakçıları bütün ali məmurların istefasını tələb ediblər. |
Onlar hökumət və parlamentin buraxılmasını da istəyirlər. |
Qeyd edək ki, fevralın 11-nə ən böyük etiraz aksiyası təyin olunub. |
Bu aksiyada 20 milyon adamın iştirak edəcəyi gözlənilir.Bu gün Misir prezidenti Hüsnü Mübarək növbəti dəfə xalqa müraciət edib. |
H. Mübarək bundan əvvəlki açıqlamasını demək olar ki, təkrarlayıb. |
Misirlilər öz gələcəklərini özləri həll edərlər" ifadəsi ilə müraciətinə başlayan H. Mübarək bir daha növbəti prezident seçkilərinə qatılmayacağını, lakin növbəti seçkilərə qədər də hakimiyyəti təhvil verməyəcəyini bildirib. |
O, hakimiyyəti sentyabr ayında təhvil verəcəyini deyib.Buna qədər isə səlahiyyətlərinin bir hissəsini yardımçısı Ömər Süleymana dövr etdiyini vurğulayıb. |
Mübarək kütləvi aksiyalarda ölənlərin olmasından üzüldüyünü, bu ölümlərin səbəbkarlarının tapılmasına çalışdıqlarını bildirib. |
Misir prezidenti ölkədə siyasi və iqtisadi islahatlar aparacağını, Konstitusiya dəyişiklikləri edəcəyini vəd verib. |
Xarici sərmayənin ölkəyə gətiriləcəyini, xarici iş adamlarına etibarlı şərait yaradacağını da bildirib. |
O, müxalifəti yenidən dialoqa dəvət edib. |
H. Mübarək ona xarici təzyiqlərin olduğunu da söyləyib və "biz heç kimsənin oyuncağı deyilik" deyib. |
H. Mübarək çıxışını Misirdən getməyəcəyini ifadə edən sözlərlə bitirib: " Həyatımın başlanğıcı da burdaydı, sonu da burda olacaq. |
Torpağın altına girənə qədər, ondan sonra da bu ölkədə olacağam. |
Allah Misiri qorusun! |
Qahirənin Təhrir meydanında toplaşan mitinq iştirakçıları dövlət televiziyasının qərargahına tərəf hərəkət edirlər. |
Nümayişçilərin niyyətləri hələ məlum deyil.. Aksiya iştirakçıları yalnız Mübarəkin deyil, bütün hakimiyyətin istefasını tələb edir. |
11 fevral - Son gün Misir müxalifət liderlərindən biri, MAQATE-nin keçmiş başçısı Məhəmməd Əl Baradei Hüsnü Mübarəkin dərhal istefaya getməkdən imtina etməsindən sonra Misirdə "partlayış" təhlükəsi haqqında Tvitterdəki öz microblogunda "Misir sosial partlayış qarşısındadır. |
Ordu dərhal ölkəni xilas etməlidir" şəklində açıqlama yazıb.Misir prezidenti Hüsnü Mübarəkdən sonra köməkçisi və səlahiyyətlərinin bir hissəsini təhvil verdiyi Ömər Süleyman xalqa müraciət edib. |
Ö. Süleyman H. Mübarəkin xalqa müraciətində söylədiyi bəzi fikirləri təkrarlayıb. |
O, Konstitusiya dəyişikliklərini həyata keçirmək üçün şura yaratdıqlarını bildirib. |
Ö. Süleyman da islahatlar keçiriləcəyini, iqtisadiyyatın inkişafı ilə bağlı işlər görüləcəyini vəd edib. |
O, müxalifəti dialoqa çağırıb. |
Ö. Süleyman xalqın kütləvi aksiyalara son qoymağa çağırıb: "Təhrir meydanında toplaşan xalqı evlərinə, işlərinin başlarına dönməyə çağırıram". |
Ö. Süleyman misirliləri xarici təzyiqlərə qarşı güclü olmağa, "əcnəbi medianın yönləndirmələrinə uymamağa" çağırıb.Mübarəkin istefa verməkdən imtina etməsindən qəzəblənmiş kütlə prezident iqamətgahına yürüş edib, Hüsnü Mubarəkin iqamətgahını mühasirəyə alıb. |
İnsanlar arasında artıq prezidentin qaçdığına dair şayiələr yayılmağa başlayıb. |
Bəzi dairələr hətta onun dünən gecə xalqa etdiyi müraciətin də əvvəlcədən yazıldığını, müraciətin yayımlandığı vaxt prezidentin artıq Misirdə olmadığını bildirir. |
Bu dəqiqələrdə yüz minlərlə insan Qahirədə Prezident Sarayına doğru yürüş edir. |
Kütlənin Prezident Sarayının yerləşdiyi Masr əl-Qadid kvartalında qarşısını almaq səyləri nəticə vermir. |
Kütlənin məqsədi Prezident Sarayını ələ keçirməkdir. |
Ordu rəhbərliyinin də bu saatlarda yeni bəyanatla çıxış edəcəyi gözlənilir.Misir Silahlı Qüvvələrinin Ali Şurası ölkədə vəziyyətlə bağlı bəyanat verib. |
Ordu ölkənin milli təhlükəsizliyinə qarşı hər hansı hədələrə yol verilməməsi ilə bağlı xəbərdarlıq edib. |
Ali Şura ölkədə azad və ədalətli seçkinin keçiriləcəyinə vəd verib və fövqəladə vəziyyətin aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb. |
Ancaq seçkinin tarixi açıqlanmayıb. |
Bir sıra etirazçının prezident sarayı və mərkəzi televiziyanın binasına qarşı hərəkət etdiyi xəbəri alınmışdı. |
Bəzi hesablamalara görə aksiyalarda 20 milyonadək insan iştirak etmişdi. |
Misir prezidentinin əleyhdarları paytaxt Qahirənin altı bölgəsində eyni zamanda kütləvi aksiyalar keçirməyə hazırlaşırdılar. |
Mübarək əleyhdarları prezident səlahiyyətlərinin bir qisminin vitse-prezident Ömər Süleymana verilməsini də qəbul etmir, Mübarəkin dərhal istefaya getməsini və ölkəni tərk etməsini tələb edirlər. |
Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Misirin ordu rəhbərliyi təcili iclas keçirmişdi, ordunun bu gün mühüm bir bəyanatla çıxış edəcəyi gözlənilirdi.Axşam saatlarında "Əl-Ərəbiyyə" telekanalı Hüsnü Mübarəkin ailəsilə birlikdə Qahirəni tərk etdiyini bildirdi. |
Bir sıra mənbələrdə onun Şərm əş-Şeyx şəhərinə, digər mənbələrdə isə BƏƏ-yə getdiyi bildirilirdi Prezident sarayı yaxınlığında atışma səsləri eşidilir. |
Qahirədə Prezident Sarayı qarşısında aksiya keçirən 400 nəfərlik qrupa qoşulmaq üçün yüz minlərlə insan yürüşə başlayıb. |
Prezident Sarayı ətrafında atışma səsləri eşidildiyi barədə xəbər verilmişdi.Misirdə iqtidarda olan Milli-demokrat partiyasının (MDP) baş katibi Hosam Bədrəvi bir həftə əvvəl təyin olunduğu vəzifədən istefa verib.Bədrəvi həmçinin Hüsni Mübarəkin başçılıq etdiyi partiyadan birdəfəlik çıxdığını da bildirib.Mübarək istefa... |
Jurnalistlər İngiltərənin "The Guardian" qəzetinin bir əməkdaşı fiziki təzyiqə məruz qalıb. |
Yunanıstandan olan 3 jurnalist döyülərək video-kameraları əllərindən alınıb. |
Bundan bir qədər əvvəl İspaniyanın TV E1 telekanalının jurnalisti hücuma məruz qalmışdır.Eyni zamanda, Mübarəkin əleyhdarları jurnalistləri müdafiə etməyə çalışırlar. |
İspaniya Xarici İşlər Nazirliyi Misir hökumətinin xarici jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb. |
Misirdə polis əməkdaşları beynəlxalq insan hüquqları və xeyriyyə təşkilatlarının üzvlərini həbs ediblər. |
Amnesty International təşkilatın nümayəndələri bildiriblər ki "30-dan çox insan hüquqları müdafiəçiləri, o cümlədən Amnesty International əməkdaşları Qahirədə polisi tərəfindən həbs edilib". |
Polis onları oteldə görüş keçirən zamanı həbs edib və naməlum istiqamətə aparıb. |
Eyni zamanda, gərarqahı Londonda yerləşən beynəlxalq xeyriyyə təşkilatı Oxfamın Misir bölməsinin səkkiz üzvü həbs olunub. |
Misirdə xarici jurnalistlərə qarşı təqiblər davam edir. |
Polis BBC, İTAR-TASS jurnalistlərinin kamera və noutbuklarını müsadirə edib. |
Fransanın TF-1 telekanalının üç müxbiri və İsveçin SVT telekanalın reportyoru Bert Sundström itkin düşüb.. Fevralın 2-də Təhrir Meydanında baş verən toqquşmada bir neçə rus jurnalistin xəsarət aldığı məlum oldu. |
Sərhədsiz Reportyorlar birliyi Misirdə xalq nümayişləri başlanandan indiyə qədər nümayişləri yayımlamağa çalışan 72 jurnalistin həbs olunduğunu, 75 jurnalistin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb. |
Təşkilatın yaydığı açıqlamada bildirilir ki, daha 7 jurnalist də nümayişlərin davam etdiyi 15 gün ərzində vəzifə borclarını icra edərkən Mübarək rejimi tərəfdarları tərəfindən qaçırılıb. |
Bundan əlavə, onlarla qəzet və televiziya əməkdaşlarının cihaz və avadanlıqları hakimiyyət dairələri tərəfindən müsadirə olunub.Misir təhlükəsizlik qüvvələrinin əməkdaşları Qətərin Əl-Cəzirə telekanalının Qahirə bürosunun rəhbəri Əbdül Fəttah Faid və kanalın müxbiri Əhməd Yusifi həbs ediblər. |
Bu barədə telekanalın özü məlumat yayıb. |
Telekanalın Qahirə bürosu hücuma məruz qalıb. |
Son bir neçə gün ərzində ikinci dəfə hücuma məruz qalan büroda avadanlıq sındırılıb, ofisin özü isə yandırılıb. |
Aksiyalar başlananda Misir hakimiyyəti Əl-Cəzirənin lisenziyasını alıb və təcili ölkədəki müxbir məntəqələrini yığışdırmağı tələb edib. |
Buna baxmayaraq telekanal Misirdəki fəaliyyətini davam etdirib.Misirin "Əl-Əhram" qəzetinin əməkdaşı Əhməd Məhəmməd Mahmud Qahirənin mərkəzində prezident tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda aldığı güllə yarasından dünyasını dəyişib. |
İğtişaşları lentə alan jurnalist başından güllə yarası alıb. |
O, Misirdə prezidentin istefası tələbi ilə aksiyalar başladıqdan bəri həlak olan ilk jurnalistdir.Misirdə ABŞ-nin CBS televiziyasının müxbiri Lara Lohan döyülüb və zorlanıb. |
Aqressiv insanlardan ibarət qrup Lohanı çəkiliş qrupunun digər üzvlərindən ayıraraq kənara aparıb, nəticədə həmkarları ona kömək edə bilməyib. |
Sonda jurnalisti 20-dək hərbçi xilas edib. |
Vətəndaşlar Beynəlxalq "Human Rights Watch" hüquq-müdafiə təşkilatı bildirmişdir ki, Misirdə kütləvi etiraz aksiyaları zamanı tutulmuş şəxslərə həbsxanalarda ağır işgəncələr verilir. |
The Guardian"ın məlumatına görə isə, hərbçilərin tutduqları dinc vətəndaşların tam əksəriyyəti həbsdən azad olmamışdır. |
Prezident Məhəmməd Hüsnü Mübarək vəzifəsindən istefa verdi. |
Hakimiyyətə müdafiə naziri Məhəmməd Hüseyn Təntavi gəldi.Misir Parlamenti buraxıldı. |
Konstitutsiya ləğv olundu. |
Hakimiyyət Silahlı Qüvvələrin Ali Şurasına keçdi. |
Yeni parlament seçkilərinin 2011-ci ilin sentyabrında keçirilməsi qərara aıındı.Ərəb dövlətləri liqasının baş katibi Əmr Musa 2001-ci ildən bəri tutduğu vəzifəni bir neçə həftəyə tərk edəcəyini bildirib. |
Misirli olan Musanı bir çox analitiklər Misirin gələcək prezidenti kimi görürlər. |
ƏDL baş katibi "Misirdəki tarixi dəyişikliklərə görə xalqı və ordunu" alqışlayıb. |
O vətəndaşları "milli konsensusa əsaslanan sağlam sistemin qurulması istiqamətində hərəkət etməyə" çağırıb. |
Musa həmçinin "Misir və misirlilərin demokratiyaya doğru hərəkət etdiklərinə" əmin olduğunu bildirib.Fevralın 17-si Misirin 3 sabiq naziri həbs olundu. |
Bunlar sabiq daxili işlər naziri Həbib əl-Adli, eks-turizm naziri Zuheyr Harranax və mənzil təminatı naziri Əhməd əl-Maqrabidir. |
Onlar yanvarın 28-də sabiq prezident Hüsnü Mübarəkin hökuməti buraxmasınadək nazir postunu tutublar. |
Elə dünən Mübarəkin partiyadaşı olan milyarder və maqnat Əhməd Ezz də həbs olunub. |
Saxlanılmış şəxslərin hamısına qarşı çirkli pulların yuyulması, səlahiyyətləri aşma, dövlət əmlakının talanması maddələrilə ittiham irəli sürülüb.Misir hökuməti keçmiş prezident Hüsnü Mübarək və onun ailəsinin xarici banklarda hesablarını dondurmağa çalışır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.