Search is not available for this dataset
text
stringlengths
10
518k
Müxalifət "Ordu, Misir və Mübarək arasında seçim et!
şüarını irəli sürmüşdü.
Həmin gün aksiya ilə əlaqədar ölkədə dəmir yolu rabitəsi tam dayandırılmışdı.TBMM-də çıxış edən Rəcəb Tayyib Ərdoğanın çıxışı Təhrir meydanına yığışan nümayişçilərdə ruh yüksəkliyi yaradıb, Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf partiyasının qrup yığıncağında Hüsnü Mübarəkə, "Xalqı qane edən addımlar atın", - deməsin...
Nümayişçilər, "Baş nazir Ərdoğan!
, - deyə şüarlar səsləndirərək Türkiyə baş naziri Ərdoğana təşəkkür ediblər.
Misir paytaxtı Qahirədə müxtəlif hesablamalara görə bir nüçə yüz mindən 2 milyona qədər adam keçələrə çıxıb prezident Mubarəkin istefasını tələb edir.
Təhrir meydanında toplaşan etirazçılar artıq küçələrə də yayılıb.
Bu arada Misirin ən yaşlı partiyası , Wafd bəyanat yayıb.
Bəyanatda deyilir ki, müxalifət qrupları arasında vəziyyətə nəzarət etmək üçün "xalq cəbhəsi" yaratmaqla bağlı razılıq əldə edilib.
Wafd bəyan edir ki, prezident Hüsnü Mübarəkin hakimiyyəti artıq legitimliyini itirib.
Bir qədər əvvəl qadağan edilən "Müsəlman Qardaşlığı" təşkilatı da bəyanat yayaraq bildirib ki, "heç bir halda Mübarək hakimiyyəti ilə danışıqlara getməyəcəklər.
Daha öncə bir neçə müxalifət partiyası prezident Mübarəki hakimiyyəti yeni təyin etdiyi vitse-prezident Ömər Süleymana təhvil verməyə çağırmışdılar.
Və Süleymanla danışıqlara hazırlaşdıqlarını bildirmişdilər.
Yüz minlərlə insan Qahirədə, Təhrir meydanına toplaşıb prezident Hüsnü Mübarəkin istefasını tələb edir.
Misirin Aleksandriyada və digər şəhərlərdə də etiraz mitinqləri gedir.
Müxalifət lideri, Nobel mükafatı lauratı Məhəmməd Əl Baradei Misir prezidentini cümə gününə kimi istefa verməyə çağrıb ki, qan tökülməsinin qarşısını alsın.Baradei Mübarəkdən sonrakı dövrlə bağlı müzakirələrə ehtiyac olduğunu da deyib.
Qahirədə Mübarək tərəfdarlarının da nümayişi keçir.
Eskpertlər bu əks-tərəfllərin toqquşmasından narahatdırlar.
Qahirədə Təhrir meydanında 100 minlərlə adam toplaşıb Hal hazırda Qahirədə Təhrir meydanın 100 mindən insan toplaşıb.
Etirazçılar Misir prezidenti Mübarəkin istefasını tələb edir.
Şəhərin hər yerindən minlərlə adam meydana gəlir.
Qahirədə həyat donub, insanlar mitinqə axışır.
Aksiyada Misirin bütün müxalif qüvvələri, o cümlədən "Müsəlman Qardaşlığı" təşkilatının fəalları da iştirak edir.
Ordu aksiyaya mane olmur.
Fevralın 1-də səhər tezdən başlayaraq 10 minlərlə insan Qahirədəki Təhrir meydanına yığışmağa başlayıb.
Dünəndən müxalifət Prezident Hüsnü Mübarəkin istefası tələbiylə "milyonların yürüşü"nü keçirəcəyini bildirmişdi.
Təhrir meydanının bütün girişləri etirazçıların özləri və ordu tərəfindən qorunur.
Etirazçılar özləri meydana silah gətirilməyəcəyinə əmin olmağa çalışır.
Meydana gedən yollar müasir amerikan və köhnə sovet tanklarıyla doludur.
Qahirə səmalarında hərbi vertolyotlar dövrə vurur.
Ordu dinc əhaliyə atəş açmayacağını bəyan edib.
Hərbçilərin sözçüsü İsmail Etman bildirmişdi ki, "Silahlı qüvvələr heç vaxt xalqa qarşı istifadə olunmayub və bundan sonra da olmayacaq.
Çünki hər kəsin dinc etiraz hüququ var".
Fevralın 1-də keçirilən milyonluq mitinqdə adamlar daha nizmalıdırlar.Bəzi könüllülər "xalq təhlükəslizyi" yazısı olan geyimlər geyib, onlar deyirlər ki, hökumətin təxribatçılarının aralarına qarışmasının qarşısını almağa çalışacaqlar.
Qahirədən başqa İsgəndəriyyə, Süvey., Mansura və Fayum kimi etirazların çox güclü olduğu şəhərələrə gedən yollar da bağlanıb.Misir prezidenti Hüsnü Mübarək Misir xalqına müraciət edib.
Onun sözlərinə görə, Misirdə xalq iğtişaşlarının baş verməsi bəzi qrupların siyasi maraqlarına xidmət edir.
O, baş vermiş hadisələrdən sonra yeni hökumət qurduğunu, bu hökumətin gənclərin tələblərini nəzərə alacağını, bir çox təbəqənin etirazına səbəb olan problemləri həll edəcəyini, xüsusilə demokratiya məsələsinə həssas yanaşılacağını söyləyib.
Mübarək Konstitusiya dəyişiklikləri də vəd edib.O, müxalifətə yeni hökumətlə işbirliyi üçün dialoq təklif etdiklərini, lakin bunun müxalifət tərəfindən qəbul olunmadığını bildirib.
Mübarək "Mən heç vaxt iqtidar ardınca qaçmadım.
Mən həm də ordunun təmsilçisiyəm.
Bu gün ilk vəzifəm ölkədə sabitliyi yenidən təmin etməkdir" deyib.Misir prezidenti bütün hallarda qarşıdakı seçkilərdə iştirak etməyəcəyini söyləyib.
Amma o, indiki halda vəzifəsindən istefa vermək fikrində olmadığını da, Misiri yeni hökumətə və başçıya sabitlik şəraitində və qanuni yollarla təhvil vermək istədiyini söyləyib: " Bir neçə ay boyunca vəzifəmin başında olacam və bu müddət ərzində sabitliyi qorumağa çalışacam".
O, Məclisdən seçim müddətini sürətləndirməyi də xahiş etdiyini söyləyib.
H. Mübarək polisə müraciət edib, vətəndaşları dogru və qanuni qorumalarını istəyib, senzura yetkililərindən isə rüşvətə bulaşanları, həmçinin son hadisələrdə yanğın törədənləri tapıb cəzalandırmağa çağırıb.
Hüsnü Mübarək Misir xalqın önündə keçirdiyi xidmətdən qürur duyduğunu bildirib: "Mən burda doğuldum, bu ölkəyə xidmət etdim, burda da öləcəyəm.
Buraxın, mənim də, digərlərinin də fəaliyyətinə tarix qiymət versin" deyən Mübarək çıxışını bitirib.
Misir müxalifətinin liderlərindən olan Məhəmməd Əl-Baradei "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində prezident Hüsnü Mübarəkə ultimatum verib: "Mübarək cümə gününə qədər hakimiyyəti tərk etməlidir".Prezidentin çıxışı bitəndən az sonra - fevralın 2-nə keçən gecə ölkənin ikinci böyük şəhəri olan İsgəndəriyyədə Hüsnü Mübar...
Avtomat silahlardan atəş açan ordu birləşmələri insidentin böyüməsinə imkan verməyiblər.
Paytaxt Qahirənin Təhrir (Azadlıq) meydanında isə fasiləsiz aksiya davam edir.
Nümayişçilər Hüsnü Mübarəkin dərhal istefa verməsini tələb edirlərMisir prezidenti Hüsnü Mübarəkin televiziya çıxışından sonra İsgəndəriyyə şəhərində prezident tərəfdarları ilə etirazçılar arasında şiddətli toqquşmalar baş verib.
Toqquşmalarda onlarla adam iştirak edib və ən azı 12 nəfər xəsarət alıb.
Hadisə yerinə hərbi bölmələr və texnikalar göndərilib.
Bu gün Prezident Hüsnü Mübarəkin minlərlə tərəfdarları Təhrir meydanına hücum təşkil etdilər.
Onlar "Yaşasın bizim prezident" şüarları səsləndirirdilər.
Digər qrup isə Təhrir meydanına başqa istiqamətdən hücum etmişdi.
Ərəb telekanallarının yaydığı xəbərə əsasən, Misirin bir necə şəhərlərində Mübarək hakimiyyətinin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş vermişdi.. Həmçinin prezident tərəfdarları atlarla və dəvələrlə Təhrir Meydanına soxularaq, nümayişçiləri oradan çıxarmağa cəhd etmişlər.
Cəhd uğursuz alınmışdır.
Xeyli yaralanan və ölənlər olmuşdur.. Qarşıdurma İsgəndəriyyə şəhərində də baş vermişdir..
Bu gün Misir parlamentinin aşağı və yuxarı palataları – Xalq Yığıncağı və Şura fəaliyyətini dayandırıb.
Parlamentin hər iki palatası keçən ilin noyabrında keçirilmiş mübahisəli parlament seçkilərinin nəticələrinə yenidən baxıldıqdan sonra fəaliyyətini bərpa edəcək.
Müxalifət parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edir.
Misir Silahlı Qüvvələri xalqa müraciət edib.
Müraciətdə aksiya keçirən vətəndaşlardan evlərinə qayıtmaq xahiş olunur.Müraciətdə qeyd edilir ki, vətəndaşlar öz tələblərini ifadə etmək üçün küçələrə çıxıb: "İndi də normal həyatı yalnız siz bərpa edə bilərsiniz.
Bu sözü hamı eşitməlidir".
Misir Silahlı Qüvvələrinin müraciəti prezident Hüsnü Mübarəkin onun istefasını tələb edən insanlara növbəti seçkilərdə iştirak etməyəcəyi barədə söz verdikdən sonra yayılıb.
Ancaq 9 gündür ki, bir çox Misir şəhərlərində küçələrə çıxan insanlar bəyan ediblər ki, Hüsnü Mübarəkə inanmırlar və o, dərhal istefa verməlidir.Misirdə fəaliyyət göstərən 3 əsas və ənənəvi müxalifət partiyası prezident Hüsnü Mübarəkin təcili dialoqa başlamaqla bağlı çağırışına müsbət cavab vermişdilər.
Liberal yönümlü Yeni Vafd Partiyası, millətçi At-Taqamm Partiyası və Nasirçilər Partiyası ölkədə tezliklə islahatların aparılması istiqamətində milli dialoqun başlamasını dəstəkləyib.
Müsəlman Qardaşları Hərəkatı və bu Hərəkatla koalisiya yaratdığını elan edən MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradei isə hələ də Hüsnü Mübarəkin istefası tələbi ilə kütləvi aksiyaların keçirilməsinə tərəfdardır.
Onlar Hüsnü Mübarəkin istefa verməsindən sonra vitse-prezident Omar Süleymanla danışıqlara hazır olduqlarını bəyan ediblərMəşhur Misir ehramları uzun illərdən sonra ilk dəfə bu gün bağlandı.
Misirə giriş məhdudlaşdırıldı.
Hakimiyyət ölkənin müxtəlif bölgələrindən paytaxta nəqliyyatın hərəkəti məhdudlaşdırdı.
Qahirəyə yeni hərbi hissələr yeridildi, Təhrir meydanını tanklar mühasirəyə aldı, prezident Hüsnü Mübarəkin əleyhdarları və tərəfdarları arasında qarşıdurma davam etdi.
Misir prezidentinin istefasını tələb edən müxaliflər hakimiyyətin çağırışına və komendant saatı tətbiq olunmasına baxmayaraq meydandan çıxmadı.
Hüsnü Mübarək tərəfdarları və əleyhdarları arasında baş verən qarşıdurmada ən azı 10 nəfər ölüb, 500 nəfərə yaxın şəxs yaralanıb.Qahirənin mərkəzindəki "Təhrir" meydanına Hüsnü Mübarəkin minlərlə tərəfdarı çıxdı.
Onlar meydana at və dəvələrlə hücum etdi.
Hakimiyyət tərəfdarları rejimin əleyhdarlarını daşqalaq ediblər.
Hava qaralandan sonra yandırıcı maye ilə dolu butulkalardan istifadə edildi.
Butulkalardan birinin "Təhrir" meydanında yerləşən məşhur Qahirə muzeyinə düşməsi barədə məlumatlar var.
hakim rejiminin əleyhdarları olan üç nümayişçini güllələyərək öldürüblər, Etiraz aksiyalarının təşkilatçılarından biri Mustafa al-Naqqar bildirib ki, atəş avtomatik silahlardan üç müxtəlif nöqtədən açılıb.
Hərbçilər baş verənlərə qarışmayıb.
Çərşənbə günü meydanın mərkəzinə prezident Hüsni Mübarəkin tərəfdarları atlarla daxil olublar və müxalifətlə onlar arasında toqquşma baş verib.
Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə üç nəfər həlak olub, 600 nəfərdən çox insan xəsarət alıb.
Reuters xəbər agentliyinin məlumatına əsasən isə, dünənki toqquşmalar nəticəsində 1,5 minə yaxın insan yaralanıbMüxalifət tərəfdarları isə hakimiyyət tərəfdarlarını tutaraq Sadat metrostansiyasına doldurur Qahirənin Təhrir meydanında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında dünəndən başlayan və g...
Aksiyaçılar həbs olunurlar.
Saxlananların sayı, onların Hüsnü Mübarəkin tərəfdarı, yoxsa əleyhdarları olduğu barədə də məlumat verilmir.
Bu arada "Associated Press" agentliyi Hüsnü Mübarək əleyhdarlarının meydanın yaxınlığındakı "Sadat" metrostansiyasına nəzarəti ələ aldıqları və qarşı tərəfdən saxladıqları şəxsləri bu metrostansiyaya doldurduqları barədə məlumat yayıb.
Qeyd edək ki, Təhrir meydanında baş verən qarşıdurmada 8 nəfər ölüb, 800-dən artıq insan yaralanıb.Misir prezidenti Hüsnü Mübarəkin silahlı tərəfdarları Qahirənin Təhrir meydanında ordunun yaratdığı sipəri aşıblar.
Onlar meydanda Hüsnü Mübarəkin istefasını tələb edən aksiyaçıların üzərinə hücuma keçiblər.
Qeyd edək ki, bu gün səhərdən başlayaraq ordu Təhiir meydanında prezidentin tərəfdarları və əleyhdarları arasında növbəti toqquşmalara yol verilməməsi üçün hərəkətə keçib və bufer zona yaradılıb.
Hərbçilər Qahirənin bir sıra rayonlarında aksiya iştirakçılarının həbsinə də başlayıblar.Qahirənin Təhrir meydanında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında növbəti qarşıdurma başlayıb.
Tərəflər Təhiir meydanı yaxınlığında yerləşən körpü istiqamətində bir-birlərinə daş atırlar.
Qeyd edək ki, bu gün səhər saatlarında da tərəflər məhz körpü yaxınlığında qarşılaşmış, ordu müdaxilə edərək tərəfləri ayıran bufer zona yaratmışdı.
Orda bu dəqiqələrdə başlayan qarşıdurmaya isə müdaxilə etmir.
Hərbçilər müşahidə aparmaqla kifayətlənirlər.
Qətərin "Əl-Cəzirə" telekanalı isə hərbçilərin artıq jurnalistləri meydandan uzaqlaşdırmağa başladığını və bunun aksiyaya müdaxiləyə bir hazırlıq ola biləcəyi barədə xəbər yayıb.
4 fevral - Yolasalma günü Müsəlman Qardaşları Hərəkatı cümə namazından sonra Prezident Sarayına yürüşün başlaması çağırışı ilə çıxış edib.
Gecə ərzində Təhrir meydanında olan aksiyaçılar da Hüsnü Mübarəkin taleyinə qəti aydınlıq gətirəcək bu yürüşə hazırlıq məqsədilə qurduqları çadırları sökməyə başlayıblar.
Bu arada ABŞ Senatı Hüsnü Mübarəki hakimiyyəti müvəqqəti bir hökumətə təhvil verməyə çağıran qanun layihəsini qəbul edib.
Hüsnü Mübarək də kritik gün öncəsi ABŞ-nin ABC telekanalına müsahibə verib.
O deyib ki, əgər istefa verərsə, Misirdə radikal Müsəlman qardaşları Hərəkatının hakimiyyətə gələcəyindən qorxur: "62 ildir ki, xalqa xidmət etməkdən yoruldum.