Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onların birləşməsindən yaranan Liviya dövləti çox vaxt “süni dövlət” də adlandırılır. |
İkinci Dünya Savaşı ərəfəsində Kirenaika və Tripolitaniya ingilis, Fəssan isə fransız təsir dairəsində idi. Liviya olaylarında qəbilələrin rolu. |
Mütəxəssislərin fikirləri Qəbilələrin arealı və Neft amili Liviya qəbilələrinin hər biri fərqli xüsusiyyətlərə malikdir. |
Qəddafinin 42 illik diktaturası ölkənin qərbində dövründə 3 əsas qəbilə önə çıxırdı. |
Varfalla - ən böyük qəbilə. |
Qəddaf – Qəddafinin qəbiləsi. |
Mayns Coğrafiya İnstitutunun rəhbəri, Ərəb Dünyasını Araşdırma Mərkəzinin sədri, Ərəb Şərqi üzrə mütəxəssis Günter Mayer əsas qarşıdurmanın Tripolitaniya və Kirenaika arasında əsas ixrac qüvvəsi uğrunda olduğunu bildirir. |
Qərbi qəbilələr Qəddafinin dəstəkçiləri olmuş, şərqə isə yad münasibət bəslənmişdir. |
Əsas neft potensialı Şərqdə olsa da, kapitalın mənimsənməsi qərbə gedirdi. |
Üsyanın vektoru isə paysız Şərqdən, hakim Qərbə uzanırdı. |
Qəddafinin qəbiləsi qərbdə yaşayır və ölkə zənginliklərinin əsas sahibi idi. Gəlirlərin bölüşdürülməsindəki qeyri-bərabərlik qəbilələrarası zidiyyətləri dərinləşdirirdi. |
Mayer qəbilələrin sayının 130-140 olduğunu bildirir. |
Diktatura yenidən qayıda bilərmi? |
İkinci Dünya Müharibəsindən sonra Qərbi Almaniyada həyata keçirilən islahatlar olardı. |
Diktaturadan qurtulmuş Qərbi Almaniyada DeNatsifikasiya həyata keçirildi. |
Keçmiş rejimin bütün qalıqları büsbütün məhv edildi. |
Gələcəyə doğru irəliləmək üçün keçmişlə hesablaşmaq mühüm amildir. |
Xalqa qarşı törədilən cinayətlərdə iştirak etmiş və cəmiyyətdə kök atmış zümrənin ictimai həyatdan yığışdırılmaması demokratiyanın gələcyinə böyük təhlükə törədir. |
Keçmiş Sovet məkanında baş verənlər inqilab dövrü yaşayan liviyalılar üçün bir ibrət dərsi olmaldır. |
Bu məkanda sabiq kommunistlərin ictimai-siyasi həyatdan yığışdırılmaması onlara siyasətə, az sonra isə hakimiyyətə qayıtmağa yardım etdi. |
Milli siyasi elita yenidən formalaşmayınca köhnə əllərin yeni hakimiyyətə qayıtması təhlükəsi kifayət qədər realdır. |
Bu mənada İraqda həyata keçirilən DeBəəsifikasiya da optimal nümunədir. |
Qəddafi hakimiyyətini təmsil edən zümrənin üzvləri qanuna müvafiq şəkildə siyasətdən tamamilə təcrid olunmayınca Liviyada diktaturanın bərpa olma şansları güclü olaraq qalacaq. |
Əlbəttə, bütün bunlardan öncə xalqa qarşı saysız-hesabsız cinayətlər törətmiş Qəddafinin yaxın çevrəsi yeni demokratik hökumət tərəfindən sərt cəzalandırılmalıdır. |
Yaxın Şərqdə baş qaldıran etiraz dalğası Mavritaniyaya da çatdı. |
Ölkədə islahatların aparılması tələbi ilə mitinq keçirilib. |
Bu barədə yerli polis nümayəndələri məlumat yayıb. |
Məlumata görə, mitinq dinc mahiyyət daşıyıb. |
Onların sözlərinə görə, mindən artıq insan paytaxt Nuakşotda sosial ədalətsizliyin aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin aşağı salınmasını tələb edib. |
Mitinqçilərin əksəriyyəti tələbələr və gənc insanlar olublar. |
Xatırladaq ki, fevralın 24-də Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib ki, hakimiyyət siyasi söz və nümayiş azadlığına zəmanət verir. |
O həmçinin qeyd edib ki, hökumət sosial problemlərin həllinə də səy göstərir. |
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. |
Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. |
Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. |
Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. |
17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. |
Hakimiyyət Ali Hərbi Şuraya keçdi. |
Hüsnü Mübarəkin hakimiyyəti Fövqəladə vəziyyət 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. |
Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. |
Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. |
Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi. |
Prezident seçiləndən sonra o üç mindən çox islamçını həbsxanadan azad etsə də, bir neçə islam partiyasının fəaliyyətinə qadağa qoydu. |
Hüsnü Mübarək 1984-cü ildə SSRİ ilə Misir arasındakı münasibətlərin normallaşmasına nail ola bildi.. O həmçinin 1985-ci il yanvarın 2-də Ənvər Sadat tərəfindən sürgün edilmiş Pravoslav Kilsəsinin patriarxı II Senofiosu geri qaytardı.Hüsnü Mübarək daxili siyasətdə sələflərindən fərqli tək bir addım atdı: dövlətin aparıc... |
Misir ordusu Rusiyanın hərbi təsir dairəsindən çıxıb "amerikalaşdı".. İqtisadi vəziyyət Misir həm XX əsrdə, həm də XXI əsrin əvvəllərində regionda mühüm rol oynayıb. |
Geostrateji mövqeyinə, iqtisadi potensialı görə bu ölkə daim xarici ölkələrin marağını özünə cəlb edib. |
İkinci dünya müharibəsindən sonra Misirdə baş verən hadisələr zamanı hakimiyyətə gələn Camal Əbdül Nasir ərəb millətçiliyi ideologiyasının tərəfdarı olub. |
Onun ölümündən sonra hakimiyyətə gələn Ənvər Sadat İsraillə sülh müqaviləsi bağladı. |
Amma digər ərəb dövlətləri bu razılaşmanı qəbul etmədilər. |
Nəticədə həmin dövrdən etibarən Misirin ərəb dövlətləri arasında münasibət gərginləşmişdi. |
Daxildə də qəbul olunan qərarlara ciddi etirazlar var idi. Xüsusilə də daxildəki Müsəlman qardaşlar qruplaşması İsraillə imzalanan razılaşmadan ciddi şəkildə narazı idi. Çoxları Misirin həmin vaxtlardakı siyasətinin təslimçi siyasət kimi qiymətləndirirdilər. |
1981-ci ildə hakimiyyətə gələn Hüsnü Mübarək də bu siyasəti davam etdirdi. |
Onun hakimiyyəti illərində ABŞ-nin Misirə təsir imkanları xeyli artdı. |
1980-ci ildən bu günə kimi ABŞ hər il Hüsnü Mübarək hökumətinə 1,3 milyard dollar təmənnasız hərbi yardım edir. |
Bu illər ərzində Misirlə ABŞ arasında çox isti münasibətlər formalaşmışdı. |
Bu illər ərzində ABŞ və Misir arasında müttəfiqlik prosesi getdi. |
Ölkə böyük iqtisadi potensiala malik olsa da, Hüsnü Mübarəkin hakimiyyəti illərində bu problemlər həllini tapmadı. |
Ölkədəki işsizliyin səviyyəsi də getdikcə artırdı. |
Hökumət isə büdcəni doldurmaq üçün vergiləri artırırdı. |
Əhalinin aztəminatlı təbəqələrinin həyat səviyyəsi isə getdikcə pisləşirdi. |
Əhalinin təbəqələşməsi də sürətlə gedirdi. |
Mübarəkin apardığı iqtisadi islahatlar Misiri Səudiyyə Ərəbistanından sonra bölgənin ən qüdrətli dövlətinə çevirdi. |
Təkcə 2004-2008-ci il islahatları Misirin ümumdaxili məhsulunun iki dəfədən də çox artmasına səbəb oldu. |
Hüsnü Mübarək işsizliyin aradan qaldırılması üçün dövlət idarələrində lazım olduğundan da artıq işçi götürülməsinə də qərar verdi. |
Ancaq işsizliyi nəzərəçarpacaq dərəcədə azalda bilmədi. |
İnsan hüquqları Siyasi hüquqlar da xeyli məhdudlaşdırılmışdı. |
Yadfikirlilik qəbul olunmurdu. |
Hüsnü Mübarəkə qarşı çıxanlar təqib olunurdular. |
Bütün bunlar əhalinin hakim rejimə qarşı nifrətini artırırdı.. Bir sıra mütəxəssislərin rəyinə əsasən Misirdə başlamış iğtişaşaların əsas səbəbi Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı olmuşdur. |
Misirdə baş vermiş hadisələr bir sıra adlar qoyulmuşdur. |
Məsələn Tvitter inqilabı, Gənclər inqilabı, Xardal inqilabı, Kurort inqilabı və Xurma inqilabı. |
WikiLeaks saytının hələ dekabrda açıqladığı diplomatik məktublarda yazılmışdı ki, Misirdə nəinki müxalifətə söz deməyə imkan verilmir, hətta hakim partiyadan olanlar da 30 ildir ki, boş qalan vitse-prezident vəzifəsinə yaxın buraxılmırlar. |
Hüsni Mübarək özünə vitse-prezident götürmür. |
Buna imkan verməyən şəxs - onun xanımı Suzan Mübarəkdir. |
Suzan Mübarək oğlu Camala alternativ ola biləcək adamların hamısının qabağını alır. |
Qamalı prezidentliyə aparan başlıca qüvvə onun anası Suzan Mübarəkdir. |
Suzan Mübarəkin hakimiyyəti və nüfuzu Qamal üçün həlledici rol oynayır". |
ABŞın Christian Science Monitor qəzeti yazır ki, 2006-cı ildə Misirdəki Amerika səfiri Frank Riccardione Vaşinqtona məktubunda bildirmişdi: "Prezident Hüsni Mübarəkin ətrafındakı köhnə qvardiya prezidentin varisi kimi ordudan çıxmış şəxsi görmək istərdi. |
Prezidentin oğlu Qamal isə investisiya-bank dairələrindəndir. |
Qamalın öz ətrafına yığdığı yeni komanda köhnə qvardiyanı sıxışdırıb çıxarmaq istəyir". |
WikiLeaks-in açıqladığı ABŞ teleqramlarına görə, "ordunun orta və aşağı rütbəli zabitləri müdafiə nazirindən kəskin narazıdırlar. |
Zabitlər 30 il əvvəlki kimi elita hesab olunmurlar. |
Misirin müdafiə naziri o biri nazirlər kimi şəxsi sadiqliyi bilik və bacarıqdan yuxarı qoyulur". |
1952-cü ildən bəri ölkəni 3 əsas siyasi figur idarə etmişdir. |
Camal Abdülnasır, Ənvər Sadat və indiki Misir prezidenti Hüsnü Mübarək, Misir Ordusunda yüksələrək siyasətə keçmiş və gərək indiki prezident Mübarək, istərsə də Camal Əbdül Nasır və Ənvər Sadat, ölkəni dəmir yumruqla idarə etmiş və müxalifətin güclənməsinə imkan verməməyə çalışmışdılar. |
Misir, Ərəb Dövlətləri içərisində ən güclü orduya sahib olan ölkə olaraq tanınsa da, bu ordu siyasətlə birgə yaşamağa alışdığı üçün Ərəb-İsrail müharibələri ndə təsirsiz qalmış və Fələstin Probleminin ərəblərin lehinə həll edərək Ərəb dövlətlərinin bayraqdarlığınıı etməyə çalışan Misir Siyasətinə kifayət qədər dəstək v... |
Misir, İsraillə müharibədən məğlub ayrılandan sonra özünü qorumaq və Sinay yarımadasının şərqindən Süveyş Kanalına yönələn İsrail təhdidini ləğv edə bilmək məqsədilə bu ölkə ilə sülh bağladı . |
Ənvər Sadatın bu addımı Ərəblər arasında böyük bir etirazla qarşılansa da, İsrail və Qərb Dünyasından dəstək görmüş və xüsusilə də ABŞ Misirə böyük maliyyə və hərbi yardım edərək ölkənin Ərəblər arasındakı nüfuzunu yenidən qazanmasına kömək olmağa çalışmışdır. |
ABŞ Misir-İordaniya-Səudiyyə Ərəbistanı üçbucağına çox böyük əhəmiyyət vermişdi. |
Misir, Osmanlı dövründən bəri Ərəb Siyasi Düşüncəsi yetişdirdiyi, çox sayda etnik, dini qrupun bir arada yaşadığı bir ölkədir. |
Ərəb, İslam, Helenistik mədəniyyəti, Xristianlıq və Mistisizmi bir arada yaşadığı Qahirə və İsgəndəriyyə kimi şəhərlər çoxlu sayda müxalif fikirli insanlara və sənətçilərə də ev sahibliyi etməkdədir. |
Misirdə etnik mənada çox böyük bir müxtəliflik olmasa da, dini mənada vahid bir quruluş mövcud deyildir. |
Misir əhalisinin 90% yaxını müsəlmandır. |
Müsəlmanların böyük bir qismini sünnilər olsa da sufi təlimləri və şiəliyi qəbul edənlər də kifayət qədərdir. |
Bununla yanaşı, əhalinin təxminən 10%-ini xristianlar təşkil edir. |
Misir xristiyanlarının 90%-i İsgəndəriyyə də olan Qibti Pravoslav Kilsəsinə bağlı olsada, qalanları isə Qibti Katolik və protestantdırlar. |
Xristianların böyük bir qismi İsgəndəriyyə və Qahirədə yaşayırlar. |
Ölkə içərisində fəaliyyəti getdikcə artan təşkilatlardan olan Müsəlman qardaşlar və ona bağlı olaraq hərəkət edən qruplar, Hüsnü Mübarək və rəhbərliyinə qarşı duyduqları qəzəbi xristianlara qarşı yönəldirlər. |
Çünki Müsəlman Qardaşlar Təşkilatı, Hüsnü Mübarəyin Xristian Qərbin Misirdəki nümayəndəsi olaraq görürlər. |
2006-cı ildə baş tutmuş parlament seçkisinin nəticəsində Müsəlman qardaşlar Təşkilatı Misir Məclisiə girmədi, liberal Vəfd Partiyası ancaq 6 deputat mandatı qazandı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.