Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Mən sizi geniş tədbirlər spektrini nəzərdən keçirməyə çağırıram", deyə o bildirib. |
Pan Gi Munun sözlərinə görə, BMT TŞ üzvü olan ölkələrin bəzi təklifləri ticarət sanksiyalarının tətbiqini, ayrı-ayrı şəxslərinin hərəkətinin qadağan olunmasını və onların bank hesablarının dondurulmasını nəzərdə tutur.BMT Təhlükəsizlik Şurası 26 fevral 2011-ci il tarixində Liviya rəhbərliyinə qarşı sanksiya tətbiqi tək... |
Qətnamədə Liviyaya qarşı hərbi embarqonun tətbiqi, ölkə rəhbərlərinin xaricdəki hesablarının dondurulması və onların xaricə səfərlərinə qadağa qoyulması təklif edilir. |
Qərarda göstərilir ki, dinc Liviya vətəndaşlarına qarşı hücumlar "bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilər". |
Bu hal isə Haaqadakı Beynəlxalq Məhkəmə tərəfindən baxıla bilər.Avropa Birliyi Liviyada dinc nümayişçilərə qarşı əsassız güc tətbiqinə görə məsuliyyət daşıyan Müəmmar Qəddafi və onun ailə üzvlərinə qarşı sanksiyalar paketini razılaşdırıb. |
Məlumatı "Frans Press" agentliyi Brüsseldəki diplomatik mənbəyə istinadən yayıb. |
Məlumata görə, sanksiyalar Liviyaya silah və xüsusi vasitələrin satışına embarqo qoyulmasını, eləcə də Qəddafi klanının nümayəndələrinin Avropa Birliyi ölkələrinə səfərlərinin qadağan edilməsini, onları Avropa ölkələrindəki bank hesablarının dondurulmasını nəzərdə tutur. |
Hazırda ekspertlər qrupu sanksiya razılaşmasının ayrı-ayrı detalları üzərində işləyir. |
Almaniya hökumətindəki mənbə bildirib ki, sanksiyaların gələn həftənin əvvəlindən qüvvəyə minəcək. |
Fevralın 24-də BMT-nin baş katibi Pan Gi Mun bildirmişdi ki, Təhlükəsizlik Şurası Liviyadakı vəziyyətə reaksiya verəcək. |
O, Liviyaya qarşı beynəlxalq sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı suala cavab verməkdən yayınıb. |
Qəddafi rejiminə qarşı sərt münasibəti Çexiya da dəstəkləyib. |
Praqa Liviyadakı zorakılıqları qətiyyətlə pisləyib və bəyan edib ki, Çexiya sanksiyalar məsələsində Avropa Birliyinin qərarlarına əməl edəcək. |
Qəddafinin davranışı yolverilməzdir və cəzalandırılmalıdır", – deyə Çexiya baş nazirinin birinci müavini, xarici işlər naziri Karel Şvartsberq bildirib.ABŞ NATO-dakı tərəfdaşları ilə Liviyada Müəmmar Qəzzafi rejiminin hərbi müdaxilə ilə devrilməsi imkanlarını müzakirə edir. |
ABŞ-nin hərbi gəmiləri Liviya sahillərinə yaxınlaşmaqdadır. |
Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Syuzan Rays Vaşinqtonun Liviya müxalifəti ilə əlaqələr qurduğunu bildirib. |
ABŞ-nin BMT-dəki səfiri Syuzan Rays bildirib. |
Biz problemin həlli üçün bütün mümkün variantları müttəfiqlərimizlə müzakirə edirik", – deyə diplomat qeyd edib. |
Qəzzafinin ölkəyə rəhbərlik etmək iqtidarında olmadığını bildirən Rays Liviya liderinin reallıqdan uzaq düşdüyünü söyləyib.Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Liviya lideri Müəmmar Qəddafini istefaya çağırıb. |
Onun sözlərinə görə, Qəddafi həll yolunun bir hissəsi deyil, əksinə problemin bir hissəsidir: "Artıq Qəddafinin getmək vaxtı çatıb". |
Avropa Komissarı Qəddafini dinc əhaliyə qarşı silah tətbiqini isə tamamilə yolverilməz olduğunu deyib.ABŞ prezidenti Barak Obama yenidən Liviyadakı vəziyyət haqda danışıb. |
O, Qəzzafini hakimiyyətdən imtinaya çağırıb. |
Zorakılığa son qoyulmalıdır. |
Müəmmar Qəzzafi legitimliyini itirib və hakimiyyətdən getməlidir", – deyə Ağ Ev sahibi qeyd edib: "Liviya xalqına qarşı zorakılıq edənlər buna görə məsuliyyət daşıyır". |
Obama Vaşinqtonun diqqətini böhranın humanitar tərəfinə yönəltdiyini deyib. |
Lakin o, böhranan aradan qaldırılması üçün hərbi müdaxilə variantını da istisna etməyib: "ABŞ humanitar böhranlara dərhal reaksiya vermək üçün bütün imkanlara malik olmalıdır".Liviyanın Benqazi şəhərində müxalifət tərəfindən formalaşdırılmış Milli Keçid Şurası Paris tərəfindən rəsmən Liviya hökuməti kimi tanınıb. |
Fransa prezidenti Nikola Sarkozi bəyan edib. |
Paris Liviya ilə bağlı bu qərarı vermiş ilk ölkədir. |
Fransa bununla da, faktiki olaraq, rəsmi Tripoli ilə bütün əlaqələri kəsib.. Fransa prezidenti Nikola Sarkozi ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron Avropa Birliyinə üzv olan bütün dövlətləri bu addımı atmağa çağırıblar. |
Qeyd edək ki, bundan neçə saat əvvəl Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası Müəmmar Qəzzafi rejimini legitimliyini itirmiş hakimiyyət kimi tanıyıb. |
ABŞ-nin Liviya müxalifətinin qurduğu Milli Şuranı hökumət kimi tanımağa hazır olduğunu isə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bəyan edib. |
Eyni mövqeni İtaliyanın xarici işlər naziri Franko Frattini də ortaya qoyub.Avropa Birliyi (AB) artıq Liviyanın Müəmmar Qəzzafi rejimini tərəfdaşı saymır və qiyamçıları ölkənin yeni hökuməti kimi tanıyır. |
AB prezidenti Herman van Rompey bəyan edib. |
Zorakılıqda günahı olan hər kəs bunun ciddi nəticələrinə hazır olmalıdır", – deyə o, qeyd edib. |
Rompey bəyan edib ki, AB artıq Liviyada müxalifətin formalaşdırdığı Milli Şuranı özünün qanuni tərəfdaşı sayır: "Rejim azadlıq tələb edən xalqa qarşı çıxıb. |
Problemin bir adı var: Qəzzafi! |
AB yekdilliklə bu qərarı dəstəkləyir. |
Biz Liviyanın hazırkı rejiminin getməsi üçün təzyiqləri artırmalıyıq". |
Ərəb liqası bu gün Qahirədə toplantı keçirib, Liviyadakı durumu nəzərdən keçirib. |
Qurum Qəzzafi ordusunun rəqib döyüşçülərə havadan hücumuna mane olmaq üçün uçuşlara yasaq zona yaradılması məsələsini müzakirə edib. |
Liviyanın təmsilçisi yığıncaqdan kənarlaşdırılıb. |
Dünən Liviyadakı durumla bağlı ABŞ dövlət baçısı Barak Obama bildirib ki, Amerika müttəfiqləri ilə bərabər Liviya lideri Müəmmar Qəzzafini cilovlamağa çalışır. |
Prezident Qəzzafinin opponentlərinə qarşı hücumlarına cavab vermək üçün bütün variantların nəzərdən keçirildiyini bəyan edib.BMT-nin İnsan Hüquqları Şurası Liviyada insan hüquqları sahəsində pozuntuların araşdırılması üçün 3 nəfərdən ibarət komissiya təşkil edib. |
Bunu şuranın prezidenti Siasak Fuangkekeou bəyan edib. |
Şura bundan əlavə Liviyanın şuradakı üzvlüyünü ləvğ edib. |
Liviyanın müxalifət qüvvələri Liviya lideri Müəmmər Qəzzafinin insanları işgəncələr, uzunmüddətli cəzalar və digər zorakılıqlara məruz qoyduğunu iddia edir. |
Bu iddiaların araşdırılması üçün Misirin insan hüquqları eksperti Şərif Bassioni, Çikaqodan professor Asma Xader və kanadalı vəkil Filip Kirş təyin edilib. |
Komissiya işinə gələn iki həftə ərzində başlamalı, iyun ayında İnsan Hüquqları Şurasına hesabat təqdim etməlidır.BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın yaradılmasına və Liviya rəhbərliyinə qarşı daha sərt sanksiyalara çağırıb. |
Şura bunun Ərəb Liqasının belə bir zonanın yaradılması barədə xahişi ilə əlaqədar etdiyini vurğulayıb. |
Bununla belə, Təhlükəsizlik Şurasının daxilində Liviyaya hərbi müdaxilə məsələsində ciddi fikir ayrılığı qalır. |
BMT diplomatları deyirlər ki, qətnamə Liviya üzərində bütün uçuşları qadağan etməli və üzv ölkələr Tripolinin qətnamənin tələbini yerinə yetirməsini təmin etməlidirlər. |
Onlar deyirlər ki, ilk növbədə belə bir zonanın yaradılmasında ərəb ölkələrinin iştirakı məqsəduyğun sayılır. |
Məhz bu məqamı vurğulamaq üçün əsasən Britaniya və Fransa tərəfindən cizgilənmiş qətnamə layihəsinin tərtibində Livan da iştirak edib. |
Buna baxmayaraq Liviyaya hərbi müdaxiləyə müxalif olanlar var və bunlar heç də təkcə Rusiya və Çin deyil. |
Almaniya da bildirir ki, uçuşsuz zona barəsində bir çox suallar açıq qalıb. |
Amerikalılar isə hələlik öz mövqelərini açıqlamayıblar. |
Alınan son xəbərlərə görə Qəzzafi qüvvələri ilə üsyançılar arasında döyüşlər hazırda üsyançıların son istehkamı olan Benqazi şəhərinin yaxınlığında baş verir.BMT Təhlükəsizlik Şurası Liviyada qeyri-uçuş zonasının tətbiqini müzakirə etmək üçün bir araya gəlib. |
Müəmmər Qəzzafiyə sadiq qüvvələr üsyançı istehkamlarına hücumları davam etdirirlər. |
ABŞ dövlət katibi Hillari Klinton deyib ki, o, günün sonunadək qətnamənin qəbul olunacağını güman edir. |
Ərəb Liqasının dəstəyi ilə qətnaməni Britaniya, Fransa və Livan təqdim ediblər. |
Bəzi Qərb dövlətləri qətnamənin tezliklə qəbul edilməsi istiqamətində çalışır və qeyri-uçuş zonasından əlavə üsyançılara yardım göstərmək üçün başqa ölçüləri nəzərdən keçirirlər. |
Son günlərdə yüngül silahlanmış dağınıq müxalifət qüvvələri təyyarələr, tanklar və ağır texnika ilə silahlanmış Qəzzafi ordusunun qarşısında dəfələrlə geri çəkiliblər. |
Beynəlxalq müdaxilə BMT-nin Təhlükəsizlik Şurası Liviya hava məkanında uçuşlara qadağan olunan zonanın yaradılması barədə qərar qəbul edib. |
BMT Təhlükəsizlik Şurasının qətnaməsində hərbi əməliyyatların mümkünlüyü və Liviya Mərkəzi Bankının və neft şirkətinin hesablarının dondurulması imkanları qeyd olunub. |
Bu tədbirlər müxalifətin nəzarəti altında olan şəhərin bombardman olmasının və yerli dinc əhalinin qətlə yetirilməsinin qarşının alınmasına yönəlib.Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u qətnamənin lehinə səs verib.Pilotsuz təyyarələr vasitəsilə həyata keçiriləcək ilk reydlərin yaxın saatlarda başlaması istisna olunm... |
Qəzetin mənbəsi bildirir ki, Müəmmar Qəzzafinin tərəfdarları müxalifətin nəzarətində olan Benqazidə əməliyyatlara başlayarsa, Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrasına başlaya bilər. |
Xatırladaq ki, dünən BMT TŞ Liviyaya qarşı hərbi əməliyyatlara başlanmasına icazə verən qətnamə qəbul edib. |
Axşam saatlarında Britaniya Hərbi Hava Qüvvələrinin Liviyanı bombalaması mümkündür. |
İlkin mərhələdə ona Qətər və Birləşmiş Ərəb Əmirlikləri aviasiyasının da dəstək verməsi gözlənilir", – deyə məlumatda bildirilir.ABŞ aviasiyası Liviyanın Hava Hücumundan Müdafiə sistemini sıradan çıxarıb. |
ABŞ Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi bəyan edib: "Müəmmar Qəzzafinin HHM quvvələri qismən iflic vəziyyətinə salınıb. |
Amma hələ Liviyanın quru qoşunlarının bunun əvəzində nə edəcəyini söyləmək çətindir". |
ABŞ-yə məxsus "B-2" qırıcıları Liviyanın əsas aerodromuna 40-dək bomba atıb. |
Amerika və Britaniyanın gəmiləri və sualtı qayıqları isə Liviyadakı hədəflərə 100-dən artıq zərbə endirib.Liviya lideri Müzmmar Qəzzafi ölkəsini bombardman edən Qərbə "alov püskürüb". |
o, Qərbə "uzun-uzadı müharibə" vəd edib. |
Biz torpaqlarımızı tərk etməyəcəyik. |
Biz onları azad edəcəyik", – deyə Qəzzafi bildirib. |
Əhaliyə silah paylamağa başladıqlarını deyən Qəzzafi deyib: "İşğalçıların məğlubiyyəti qaçılmazdır. |
Qərb Hitler və Mussolini kimi çökəcək".Liviya səmasının blokadaya alınması məqsədilə yaradılmış beynəlxalq koalisiya qüvvələrinin birgə əməliyyatı zamanı nəzərdə tutulmuş 22 hədəfdən 20-i vurulub. |
Liviyanın səmasının blokadaya alınması barədə BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməni qəbul etməsindən sonra ABŞ, Fransa, İtaliya, Kanada və s. ölkələr koalisiya yaradıblar. |
Fransızlar, amerikalılar və ingilislərin Liviyaya zərbələrinə Səudiyyə Ərəbistanı və Qətər də qoşula biləcəklərini bəyan ediblər. |
Afrika İttifaqı, Türkiyə, Rusiya, Çin, Hindistan, Ərəb Dövlətləri Liqası bombardmanları qətiyyətlə pisləyib. |
Liviya lideri Muəmmar Qəzzafiyə sadiq qüvvələr isə Misurata şəhərinə hücumu davam etdirirlər. |
Üsyançıların əlində olan şəhərin mərkəzində Qəzzafinin tankları peyda olub. |
ABŞ Hərbi-Hava Qüvvələrinin 3 "Stealth B-2" bombardmançı təyyarəsi Liviyadakı Əl Məhran aviabazasına 40 bomba atıb. |
Gözəgörünməz" adlandırılan həmin təyyarələrin bu günün sonunadək Liviyadakı daha bir bazanı bombalayacaqları gözlənilir. |
Fransanın xarici işlər naziri Alen Jüppe bildirib ki, Liviya lideri Müəmmar Qəzzafi dinc əhaliyə hücumlara son qoymayınca, qoşunlarını üsyançılara qarşı mövqelərdən çıxarmayınca bombardmanlar davam etdiriləcək. |
Kanada, İspaniya və Danimarkanın hərbi təyyarələri Liviyaya qarşı yeni zərbələrdə iştirak etmək üçün Aralıq dənizindəki aviabazalara gətirilir. |
Qəzzafi rejimi hərbi bazalar və nəqliyyyat qovşaqlarının yanında mülki əhalini yerləşdirərək "canlı qalxan"lar yaradır. |
Qəzzafinin komanda məntəqəsinin yerləşdiyi Bab əl Əziziyyə bunkerinin yanında indi yüzlərlə liviyalı var. |
Liviyanın kütləvi informasiya vasitələri bildirirlər ki, Qəzzafi rejminə qarşı beynəlxalq əməliyyat başlanandan bəri bombardmanlarda ən azı 48 nəfər həlak olub. |
Qəzzafi rejiminə qarşı hazırlanmış "Odisseya. |
Sübh" əməliyyatı ABŞ-nin 1991-ci ildən bəri qatıldığı ən mühüm hərbi əməliyyatların ssenarisi üzrə keçirilir. |
Bloomberg" bildirir ki, əməliyyyatın əvvəlində "Tomahawk" qanadlı raketlərindən istifadə edilərək aviasiyaya "yol" açılıb. |
Liviyadakı 20 hədəfə 110 belə raket buraxılıb. |
Beynəlxalq koalisiyanın başlıca hədəfi Qəzzafiyə sadiq qoşunların əlində olan və 300 km məsafədəki hədəfləri vura bilən "SA-5" raket sistemləri olub. |
Bundan başqa, Qərbin təyyarələrinin hədəfləri arasında Liviyanın 50 "SA-6" raket sistemləri, 30 "hava-torpaq" sistemi və 15 radar sistemi var. |
Bu sistemlər Aralıq dənizi sahillərindədir. |
Liviyanın Hava Hücumundan Müdafəi Qüvvələrində 5 zenit-raket alayı və 3 zenit-raket briqadası var. |
Onlar S-200 "Anqara", S-75 "Dvina", "Osa" və "Kvadrat" zenit-raket kompleksləri ilə təchiz olunublar. |
Reuters" bildirir ki, əməliyyatın növbəti mərhələlərində Liviyanın hava səmasında patrul uçuşlarında olan qırıcıların elə səmada yanacaqla təmiantı, pilotsuz təyyarələrlə nəzarət və müşahidənin təminatı, kəşfiyyatçı təyyarələrin uçuşları, radar qurğularının məhv edilməsi nəzərdə tutulub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.