Search is not available for this dataset
text
stringlengths
10
518k
Nümayişçilərin ciddi müqavimətilə üzləşən ordu şəhərdə duruş gətirə bilməyib.
Ras-Lanuf şəhərində isə hökumət qüvvələrinin nümayişçiləri üstələdiyi bildirilir.
Ötən gün ərzində bir neçə şəhərə nəzarətin Qəzzafi tərəfdarlarının əlinə keçdiyi qeyd olunur.
Döyüşlər hazırda da davam edir.
Bu zaman ordu tanklardan, artilleriyadan, hərbi vertolyot və təyyarələrdən fəal şəkildə istifadə edir.
Son sutkada yalnız Misratda 20 nəfər həlak olub, 100-dək insan yaralanıb.Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr Ras-Lanuf portundan 50 kilometr şimal-qərbdə yerləşən Bin Cavad şəhərini qiyamçılardan geri alıb.
LentLiviyanın şərqində bir neçə şəhər uğrunda Liviya ordusu və silahlılar arasında qanlı döyüşlər davam edir.
Bu arada qiyamçılar Müəmmər Qəddafiyə sadiq qüvvələrin nəzarət etdiyi Sirt şəhərini ələ keçirmək üçün hücuma başlayıblar.
Hücumun qarşısını almaq üçün Liviya liderinin əmri ilə təyyarələr Ras-Lanuf şəhərini atəşə tuturlar.
Qiyamçılar paytaxt Tripoliyə doğru hərəkət etməyə çalışırlar.
Liviyanın sabiq baş naziri Azus əl-Talhi dövlət televiziyasının efirilə qiyamçılara müraciət edib və onları hökumətlə danışıqlara çağırıb.
Sabiq hökumət başçısı qan tökülməsinə son qoyulması üçün bunun vacib olduğunu bildirib.
Dövlət televiziyası prezident Müəmmar Qəzzafinin tam nəzarətində olduğundan danışıqlara çağırışın sırf hökumətin istəyi olduğu şübhə doğurmur.
Müraciəti edən sabiq baş nazir hazırda Liviyanın BMT-dəki səfiridir.. Liviya lideri Müəmmar Qəzzafinin istefa verməyə razı olduğuna dair məlumat yayılıb.
Londonda nəşr olunan ərəbdilli "Asharq Al-Awsat" qəzeti yazıb.
Qəzetin iddiasına görə, Qəzzafi müxalifətin Benqazidə qurduğu hökumətə təqdim etdiyi məktubunda istefa verməsi üçün öz şərtlərini irəl sürüb.
Başlıca şərt onun və ailəsinin təhlükəsizliyinə təminatın verilməsidir.Zaviye və Misuratadakı qanlı döyüşlər hələdə davam edir.
Bundan başqa Bin Cavad şəhərində baş verən silahlı münaqişə nəticəsində 7 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Bununla yanaşı Liviya hərbi hava qüvvələrinə məxsus təyyarələr Ras Lanuf şəhərini bombalyıb.
Hökmət tərəfdarları ilə müxalifət arasında daha bir şiddətli döyüş Qəddafinin doğma şəhəri Sitredə gedir.
Qəddafi ordusu ötən gündən bu şəhəri müxalifətçilərdən azad eləməyə çalışır.. Qəzzafinin qüvvələri şərqdəki Ras Lanuf şəhərinə həmlələrini davam etdirirlər.
>əhər artilleriya atəşinə tutulur.
Xəbərlərdə bölgəyə ağır silahların gətirildiyi bildirilir.
Qəzzafipərəst qüvvələr şəhər ətrafındakı yol kəsişmələrindən silahlı müxalifəti sıxışdırib-çıxramağa səy göstərirlər.
BBC müxbiri Liviya təayyrəsindən endirilən 4 bomba zərbəsindən birisi ilə evin darmadağın edildiyini xəbər verir.
Qərbi Liviyada müxlifətin nəzarəti altında olan Zaviya və Misrata şəhərləri Qəzzafi qüvvələri tərəfindən mühasirəyə alınıb.
Bu arada NATO bölgəyə havadan nəzarətini artırır.
Alyansa məxsus radar təyyarələri vasitsə ilə hava məkanına 24 saatlıq keşik çəkilir.. Tripolidə ötən gecə tərəfdarları qarşısında çıxış edən Qəzzafi "Liviyanın düşmələrini ölkənin əsarət altına salınmasına çalışmaqda" təqsirləndirib.
Qəzzafi əmindir ki, Qərb Liviyanı Böyük Britaniya, Fransa və ya ABŞ-nin müstəmləkəsinə çevirmək istəyir.
O, Avropa ölkələrinin artıq "Fars körfəzi və İraqın neft yataqlarına nəzarət etdiyini" söyləyib.
Benqazi şəhərində qurulmuş müvəqqəti hökumətin üzvlərini "bir dəstə satqın" adlandıran Liviya prezidenti iddia edib ki, onlar ölkənin böyüklüyünə görə ikinci şəhərini "Böyük Britaniyanın nəzarətinə verməyə çalışır".
Qəzzafi xalqın hələ də onu dəstəklədiyini bəyan edib.
Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr çətin döyüşlərdən sonra paytaxt Tripolidən 50 kilometr qərbdə yerləşən Al-Zaviya şəhərini alıb.
Liviya Dövlət Televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, şəhər "əl-Qaidə" terrorçularından tam azad olunub.
Qeyd edək ki, Al-Zaviya şəhərinə hücum martın 8-də başlayıb.
Hücumda hökumət qüvvələri 50 tankdan istifadə edib.
Şahidlər bildiriblər ki, şəhər tamam dağıdılıb.. Liviyanın paytaxt Tripolinin 50 kilometrliyində yerləşən Əl-Zaviyə şəhərində küçələr tamam boşalıb.
Səbəb günlərdir vətəndaş müharibəsinin getdiyi şəhərdə hökumətin binaların damına snayperlər yerləşdirməsidir.
Onlar evlərini tərk edən hər kəsi dərhal vurur.
Şahidlər bildirir ki, küçəyə çıxan insanın nümayişçi, yoxsa adi vətəndaş olmasından asılı olmayaraq, snayperlər onu dərhal öldürür.
Odur ki, hazırda şəhərdə "ölü sükut" var.
İnsanlar ölüləri basdıra bilmir.
Heç kim küçəyə çıxmağa cəsarət etmir.
Hətta səmada quş belə, uçmur", – deyə şahidlərdən biri bildirir.Liviya lideri ilə bağlı çaşqınlıq doğuran məlumatlar yayıldı.
Yunanıstan Müdafiə Nazirliyi bu gün Liviya lideri Müəmmər Qəddafinin təyyarəsinin Yunanıstanın hava sahəsinə daxil olduğu və Misir istiqamətinə uçduğu barədə məlumat yayıb.
Yunanıstan Müdafiə Nazirliyi bildirib ki, "Libyan Airlines" şirkətinə məxsus "Faclon 900" markalı təyyarə Kirit adasının cənub-qərbində hava məkanına daxil olub.
RİA Novosti" isə Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yazıb ki, söhbət "Learjet" markalı təyyarədən gedir və təyyarə Malta adası üzərində uçub.
Agentlik artıq təyyarənin Qahirəyə endiyini də yazıb.
Tripolidən Qahirəyə uçan təyyarənin göyərtəsində kim olduğu barədə məlumat verilmir.
BBC" isə xəbər verir ki, bu, Müəmmər Qəddafiyə məxsus təyyarələrdən biridir.Ras-Lanuf neft limanı başda olmaqla, bir sıra əraziləri nümayişçilərin nəzarətindən geri almış ordu növbəti genişmiqyaslı əməliyyata hazırlaşır.
Məqsəd ölkənin şərq hissəsini tamamilə hökumətin nəzarətinə qaytarmaqdır.
Liviya lideri Müəmmar Qəzzafinin oğlu Saif əl-İslam ABŞ və NATO-ya müraciət edərək, onları baş verənlərə müdaxilə etməməyə çağırıb.
Oğul Qəzzafi bu halda liviyalıların "Amerika və NATO-ya qarşı vuruşacağını" bəyan edib.
Qəzzafini dəstəkləyən qüvvələr Ras-Lanufun 40 kilometrliyində yerləşən Sidra şəhərini də ələ keçirib.
Liviyanın Qəzzafiyə sadiq qüvvələri ölkənin qərb və şərq bölgələrinin nəzarətini ələ keçirməyə çalışır.
Mistara və Ras Lanuf şəhərləri havadan hücumlara məruz qalıb.
Hər iki şəhər rəqib döyüşçülərin nəzarəti altındadır.
Dünən xarici jurnalistlərə Zaviya şəhərində tur keçirməyə icazə verilmişdi.
Şəhərdəki Qəzzafi tərəfdarları şüarlarla ölkə liderinə dəstəklərini bildiriblər.. Müəmmar Qəzzafiyə sadiq qoşunlar üsyançıların nəzarətindəki Breqa şəhərini ələ keçiriblər.
Qəzzafinin hərbçiləri qərbdən hücuma keçərək Uqayla şəhəri və Breqadan 12 km aralıda olan Bişer kəndini də tutublar.
Üsyançılar maşınlarla Acabiyya şəhərinə doğru geri çəkiiblər.
Onlar həmin şəhərdən müxalifətin əsas müqavimət mərkəzləri olan Tobruk və Benqaziyə yollana bilərlər.. Qiyamçılar Breqa şəhərini yenidən ələ keçirdiklərini bəyan edib.
Qəzzafini dəstəkləyən qüvvələr şəhəri tərk edib.
Məlumata görə, döyüş zamanı hökumət qüvvələrinə məxsus çoxlu sayda zirehli maşın məhv edilib, 20 hərbçi girov götürülüb.
Daha 25 hərbçinin öldürüldüyü bildirilir.
Hökumət qüvvələri günlərdir nümayişçilərin nəzarətində olan Breqi şəhərini də geri qaytarıb.
Beləliklə də son bir neçə sutkada müxalifət daha bir şəhərə nəzarəti əldən verib.
Nümayişçilərin nəzərəçarpacaq dərəcədə zəiflədiyi bildirilir.
Onların mövqelərinə yerdən və havadan zərbələr endirilir.
Qiyamçılar Benqazini yanacaqla təmin edən limana daxil olub, Qəddafiyə sadiq qüvvələr Misurata şəhərini mühasirəyə alıb Liviyada qiyamçılar prezident Müəmmər Qəddafiyə sadiq qüvvələr üzərində ilk ciddi uğur qazanıblar.
Liviya Milli Keçid Şurasının qüvvələri Benqazini yanacaq və enerji ilə təmin edən limana daxil olublar.
Qiyamçıların dəstələri uğurlu manevr edərək Müəmmər Qəddafiyə sadiq taboru aldadıb və onu mühasirəyə alıb.
25 hərbçi əsir götürülüb.
Müəmmər Qəddafiyə sadiq qüvvələr Marsa-əl-Breqa şəhərindən 20 kilometr kənarlaşdırılıb.
Müəmmər Qəddafiyə sadiq qüvvələrin hücuma keçdiyi Misurata şəhərində isə vəziyyət gərgin olaraq qalır.
Şəhərdə su və ərzaq məhsulları çatışmır.
Bu arada Müəmmər Qəddafi Rusiya, Çin və Hindistan şirkətlərini Liviyanın nefti-qaz sektoruna sərmayə qoymağa dəvət edib.
Müəmmər Qəddafi bu təklifi həmin ölkələrin Tripolidəki səfirləri ilə görüş zamanı səsləndirib.
Səfirlərlə görüşün Liviyada böhranlı vəziyyətin davam etdiyi dövrdə baş tutması diqqət çəkib.Şiddətli döyüşlərdən sonra müxalifət tərəfdarları yenidən Marsa əl Breqa limanını ələ keçiriblər.
Hökumət qüvvələri geri çəkilməli olub.
Qiyamçılar bu zaman ələ keçirdikləri zirehli texnika və silah-sursatdan istifadə etməklə, mövqelərini bir qədər möhkəmlədib.
Məlumata görə, döyüş zamanı Qəzzafini dəstəkləyən onlar hərbçi mühasirəyə düşüb və qiyamçılara təslim olub.
Nümayişçilər Ras-Lanuf şəhərini yenidən ələ keçirmək üçün hücuma hazırlaşır.
Tripolinin 40 kilometrliyində yerləşən Əz-Zaviyə şəhəri uğrunda da şiddətli döyüş gedir.
Müəmmar Qəzzafini dəstəkləyən qüvvələr müxalifəti getdikcə sıxışdırmaqdadır.
Bu gün səhər saatlarında hökumət qüvvələri Tunislə sərhəddə yerləşən və bir müddətdir qiyamçıların nəzarətində olan Zuvara şəhərinə girib.
Şəhərə zirehli texnika yeridilib.
Qəzzafini dəstəkləyən qüvvələrin ölkənin şərqində də nümayişçilərə hücumu davam edir.
Onlar Marsa-əl-Breqa şəhərini tam nəzarətə götürüb.Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələr qiyamçıların son dayağı olan Benqazi şəhərinə hücuma başlayıb.
LentLiviya Dövlət Televiziyası dünən 1 həftədir ki, döyüşlərin getdiyi Adcabiya şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçdiyi barədə məlumat yayıb.
Bu arada Müəmmər Qəddafi Qərbi də hədələyib.
O deyib ki, Qərbin neft şirkətlərinə artıq etibar etmirlər: "Onlar bizə qarşı olaylarda iştirak etdilər.
Yalnız Almaniya gələcəkdə Liviya ilə neft müqaviləsi bağlaya bilər.
Biz əsasən Rusiya, Çin və Hindistanın neft şirkətləri ilə müqavilə bağlayacağıq".Qiyamçıların son qalası olan Benqaziyə hücumların başladığı bir vaxtda Liviya prezidenti Müəmmər Qəddafi Qərb dövlətlərini açıq hədələyib.
LentMüəmmər Qəddafi İtaliyanın "İl Giornale" qəzetinə açıqlamasında deyib ki, Liviyaya hava hücumu təklifi ilə çıxış edən Fransa prezidenti Nikola Sarkozinin psixikasında pozğunluq var.
Liviya prezidenti Nikola Sarkozinin söylədiklərini yalnız bir dəlinin söyləyə biləcəyini vurğulayıb.
O, İtaliyanın baş naziri Silvio Berluskonin davranışı qarşısında da şoka düşdüyünü dilə gətirib: "Özümü xəyanətə uğramış hiss etdim.
Artıq heç bir şəkildə İtaliya və Silvio Berluskoni ilə əlaqəm yoxdur.
İtaliyada hökumət dəyişəndən sonra bu ölkə ilə yenidən dialoqa başlaya bilərəm".