Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Nəticədə nümayişçilərin bir qrupu həlak olub və yaralanıb", deyə qəzet bildirir Paytaxt Tripoli yaxınlığındakı 2 şəhər uğrunda döyüş müxalifətçilərin qələbəsi ilə bitib. |
Beləliklə, Əz-Zaviyə və Misrat şəhərlərinə nəzarət tamamilə nümayişçilərin əlinə keçib. |
Əz-Zaviyə sakinlərindən biri "Associated Press"ə bildirib ki, ötən gecə hava qaraldıqdan sonra Qəzzafinin qüvvələri şəhərə iki istiqamətdən hücum edib. |
Lakin nümayişçilər tankları qumbaraatanlardan atəşə tutmaqla hücumları dəf edib. |
Məğlubiyyətilə barışan ordu tam geri çəkilib. |
Bununla yanaşı, şəhər ətrafında Qəzzafini dəstəkləyən çoxlu sayda hərbçi və muzdlular toplaşıb. |
Odur ki, yerli sakinlər hər an qanlı döyüşlərin başlaya biləcəyini söyləyir.ABŞ Hərbi Dəniz Qüvvələri dünyanın ən uzun aviadaşıyıcısı olan "USS Enterprise"si Liviya sahillərinə göndərib. |
Aviadaşıyıcı Liviyadakı vətəndaş müharibəsi ilə əlaqədar, Somali quldurları ilə mübarizə tapşırığından geri çağırılıb. |
Penntaqon fevralın 28-də Şimali Afrika sahillərində Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin yenidən qruplaşdırılacağını bildirib. |
ABŞ və Böyük Britaniya liderləri isə Liviyada müxalifəti qorumaq üçün hərbi gücə əl atacaqlarını istisna etməyiblər. |
Məsələn, Britaniyanın baş naziri Devid Kemeron Müəmmər Qəddafinin nümayişçilərə qarşı təyyarə və vertolyotlardan istifadə etdiyi təqdirdə, onun özünə qarşı da hava zərbələrindən istifadə olunacağını bəyan edib.2 mart günü Liviyanın paytaxtı Tripolidə güclü partlayış baş verib Liviya lideri Müəmmər Qəddafiyə sadiq hərbi... |
Hökumət qüvvələri artıq Benqazidən 200 kilometr qərbdə, Aralıq dənizi sahilində yerləşən Marsa-əl-Breq şəhərində nəzarəti təmin ediblər. |
Şahidlərin bildirdiklərinə görə, küçə döyüşlərində ən azı 14 nəfər ölüb. |
Marsa-əl-Breq Liviyanın neft ixracı sahəsində vacib liman şəhəridir və şəhərin yaxınlığında beynəlxalq aeroport yerləşir. |
Şəhərdə böyük neft emalı, eyni zamanda maye qaz zavodu var. |
Əl-Cəzirə" telekanalı isə Müəmmər Qəddafiyə sadiq qüvvələrin hazırda Acdabiya şəhərinə havadan zərbə endirdiyi barədə məlumat yayıb. |
Bu şəhərdə qiyamçılar hərbi baza və silah anbarını ələ keçiriblər. |
Qeyd edək ki, dünən Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələrin strateji əhəmiyyətə malik olan və paytaxt Tripolidən 50 kilometr qərbdə yerləşən Zaviy a şəhərini geri almaq cəhdlərinin nəticə verməyib. |
Ümumilikdə, Qəddafinin artıq 4 şəhərə nəzarəti bərpa etdiyi bildirilir.Qəzzafini dəstəkləyən ordu hissələri müxalifətin nəzarətində olan bir sıra bölgələrə hücuma keçib. |
RBK" xəbər verir ki, Tripolidən 800 kilometr şərqdə yerləşən Breqa limanı artıq prezident tərəfdarlarının nəzarətinə qayıdıb. |
Məlumata görə, limana nəzarəti ələ almaq üçün keçirilən əməliyyatda nümayişçilərə yenidən hava zərbələri endirilib. |
Liviya ordusunun Quru Qoşunlarının komandanı müxalifətin tərəfinə keçib. |
RBK" xəbər verir ki, o, 40 ildən artıqdır ölkəyə rəhbərlik edən Qəzzafiyə qarşı üsyana qalxmış xalqı dəstəklədiyini bəyan edib. |
Yeganə hədəfimiz Liviyanı bu rejimdən xilas etməkdir. |
İnsanlar özləri özlərinə hökumət seçə bilməlidir", – deyə komandan Abdel Cəlil istefa qərarını açıqlayarkən bildirib. |
Pakistan mətbuatı isə ABŞ, Britaniya və Fransanın xüsusi təyinatlılarını Liviyaya yeritdiyinə dair məlumat yayıb. |
Deyilənə görə, bu 3 ölkənin xüsusi təyinatlıları artıq Liviyanın şərq rayonlarındadır. |
Onların ABŞ və Fransanın hərbi gəmilərilə, daha sonra isə qayıqlarla Liviya ərazisinə gətirildiyi bildirilir. |
Onların sayı yüzlərlədir. |
Məqsəd müxalifətin yaratdığı silahlı qüvvələrə təlim keçməkdir", – deyə məlumatda qeyd olunur. |
Sky News" bu saatlarla Tripolidə bir neçə güclü partlayışın baş verdiyinə dair məlumat yayıb. |
Partlayışlar nəticəsində ölən və ya yaralananların olub-olmadığı açıqlanmır. |
Partlayışların şəhərin müxtəlif hissələrində baş verdiyi və onların terror aktı olduğu bildirilir. |
Partlayışlar prezident Müəmmar Qəzzafinin yüzlərlə tərəfdarının toplaşdığı yerlərdə törədilib. |
Tripolinin bir neçə kilometrliyində isə müxalifət tərəfdarları ilə ordu arasında şiddətli döyüşlər davam edir. |
Bu gün səhərdən indiyədək döyüşdə ən azı 5 müxalifət tərəfdarının öldüyü bildirilir. |
Tripolidə bu günlərdə yaradılmış "Tripolinin qiyamçı gəncləri" təşkilatı yaxın vaxtlarda prezident Müəmmar Qəzzafiyə qarşı silahlı qiyama başlamağa hazırlaşır. |
Paytaxt sakinləri adından bəyanat verən qurum sabiq ədliyyə naziri Mustafa Abdel Calilin rəhbərliyilə yaradılmış müvəqqəti hökuməti dəstəklədiklərini açıqlayıb. |
Ölkənin böyük bir hissəsinə nəzarəti itirmiş Qəzzafi isə hələ ki Tripolini nəzarətdə saxlaya bilir. |
Bu gecə də paytaxt ətrafında nümayişçilərlə Qəzzafi tərəfdarları arasında toqquşlmalar olub. |
Müxalifətin yeni hökumət qurduğu Benqazi şəhərinin isə hər an aviasiya tərəfindən bombardman edilməsi təhlükəsi var. |
Bunu önləmək üçün şəhərdə Ali Hərbi Şura yaradılıb. |
Elə bu gecə Liviyanın daha 2 qərb şəhəri – Uceylan və Cumeyldə Liviyanın Qəzzafi hakimiyyətindən əvvəlki bayrağı qaldırılıb. |
Bu, şəhərlərin müxalifəti dəstəklədiyinin göstəricisidir.Liviya lideri Müəmmər Qəddafi NATO və ABŞ-ni hədələyib. |
Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi NATO və ABŞ Liviyaya müdaxilə edərsə, onları "İkinci Vyetnam" gözlədiyini bildirib. |
Liviya lideri qeyd edib ki, milyonlarla tərəfdarına silah paylamağa hazırdır: "Biz 1 milyon, 2 milyon, 3 milyon insana silah paylayacağıq və "ikinci Vyetnam" başlayacaq. |
Bu, bizim üçün vacib deyil. |
Bundan sonra biz hamıya tüpürəcəyik". |
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi bu gün Liviyada insanlıq əleyhinə cinayətlə bağlı daxil olan faktların rəsmi araşdırılmasına başladığını elan edib. |
Məhkəmənin prokuroru Luis Moren-Okamp deyib ki, gələn ilk informasiyaların öyrənilməsindən sonra belə qərar verilib. |
Liviya İnsan Hüquqlarının Müdafiə Liqasının təmsilçisi Əli Zeidan isə deyib ki, Liviyada qiyam zamanı ölənlərin sayı 6 minə çata bilər. |
Onun sözlərinə görə, təkcə paytaxt Tripolidə ölənlərin sayı 3 minə çatıb. |
Əl-Cəzirə" telekanalı isə Müəmmər Qəddafiyə sadiq qüvvələrin artıq Liviyanın şimal-qərbindəki Qasr-Qarian və Sabrat şəhərlərində nəzarəti ələ keçirdiyi barədə məlumat yayıb. |
Hazırda ölkənin şərqində olan və bir neçə xarici neft şirkətinin mənzil-qərargahının yerləşdiyi Marsa-Breqa şəhəri uğrunda döyüşlər gedir. |
Liviyada müxalifətçilər könüllü birliklərə silah təlimi keçir. |
Benqazi şəhərində toplaşan gənclərə silahdan necə istifadə edilməsi öyrədilir. |
Onlar Tripolini ələ keçirmək hazırlaşırlar.Liviya Hərbi Hava Qüvvələrinin müxalifətçilərin nəzarətində olan Breqa şəhərini yenidən bombardman etməyə başladığı məlum olub. |
Qeyd edək ki, bu liman şəhəri artıq bir neçə gündür nümayişçilərin nəzarətindədir və Qəzzafini dəstəkləyən qüvvələr onu geri qaytarmaq üçün əlindən gələni edir. |
Qəzzafinin oğlu Saif əl-İslam şəhərə aviasiya zərbələrinin endirildiyini təsdiqləyib. |
Bununla yanaşı o, iddia edib ki, bombardmanda məqsəd "insanları öldürmək yox, qorxutmaqdır". |
Şəhər sakinləri hələ dünən həyata keçirilmiş bombardmanın 12 nəfərin həyatına son qoyduğunu bildirir.Liviya ordusu ölkənin qərbində nümayişçilərə qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. |
Nümayişçilərin nəzarətində olan şəhərləri geri qaytarmağa çalışan ordu onlara qarşı "son dərəcə amansız davranır". |
Nümayişçlər gülləbaran edilir, ordu bu zaman qumbaraatanlardan da istifadə edir. |
Xüsusilə paytaxt Tripoli yaxınlığındakı Əz-Zaviyə şəhəri uğrunda qanlı döyüşlər gedir. |
Artıq ən azı 10 nümayişçi həlak olub. |
Əməliyyatda 2 minədək əsgər və muzdlu döyüşçü, həmçinin 80-dək tank iştirak edir. |
Nümayişçilər isə "son damla qanlarınadək" vuruşacaqlarını bildirir. |
Nümayişçilər Qəzzafi tərəfdarlarının nəzarətində olan daha 2 şəhəri ələ keçirməyə hazırlaşır. |
İsrail radiosunun şahidlərə istinadən verdiyi məlumata görə, bir sıra şəhərlərə nəzarət edən nümayişçilər hazırda Ras-Lanuf və Sirt şəhərləri uğrunda döyüşə hazırlaşır. |
Tripolinin 50 kilometrliyində yerləşən Əz-Haviyə şəhərinə nəzarət edən müxalifətçilər isə istənilən hücuma hazır olduqlarını, şəhəri hökumət qüvvələrinə verməyəcəklərini bildirir. |
Şəhər yaxınlığında hökumət qüvvələrinə məxsus zirehli maşınların, tankların, hərbi qüvvələrin toplandığı bildirilir.Martın 4-də Liviyanın paytaxtı Tripolinin Tacura məhəlləsində yüzlərlə insan bir araya gələrək Liviya prezidenti Müəmmar Qəddafinin istefasını tələb edib. |
Etirazçılar "Qəddafi Allahın düşmənidir! |
, "Xalq hakimiyyətin devrilməsini istəyir! |
kimi şüarlar səsləndirib. |
Liviya lideri Müəmmər Qəddafinin qoşunları tankların dəstəyi ilə üsyançıların işğal etdiyi əz-Zəviyə şəhərinə girib. |
Şəhərə 15 tank və döyüş maşını girib, küçə döyüşləri gedir. |
Şahidlər bildirirlər ki, Qəddafinin qoşunları üsyançıların mövqelərini yararaq şəhərə daxil olsalar da, hələlik əsas obyektlərə üsyançılar nəzarət edirlər. |
Onlar Tripolidən 60 kilometr aralıda yerləşən bu şəhəri paytaxta hücum üçün platsdarm kimi istifadə etməyi planlaşdırırlarmış. |
Döyüşlərdə 50-yə kimi adam ölüb. |
z-Zaviyə şəhəri uğrunda döyüş gedir. |
Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, şəhərə daxil olmuş tanklar yaşayış evlərini bombalayır. |
Burada baş verənlər heç İraqda da görünməyib. |
Qəzzafinin tərəfdarları bütün növ artilleriyadan istifadə edir: tanklar, zirehli maşınlar… Bu, total soyqırımdır", – deyə şahidlərdən biri bildirir. |
Ordu və prezident Müəmmar Qəzzafini dəstəkləyən muzdlu döyüşçülərlə nümayişçilər arasında toqquşmalar isə davam edir. |
Son olaraq aviasiya günlərdir müxalifətin nəzarətində olan Benqaziyə daha bir neçə zərbə endirib. |
Nəticədə ən azı 17 nəfər həlak olub. |
Paytaxt Tripolidə küçələrə çıxan kütlə Qəzzafinin istefasını tələb edir. |
Liviyanın vacib neft ixracı limanı olan Ras-Lanuf şəhərinin isə gah hökumət qüvvələrinin, gah da müxalifət tərəfdarlarının nəzarətinə keçidiyinə dair xəbərlər yayılır.. Səhər saatlarından Liviya ordusu ilə əl-Zaviyə şəhəri uğrunda döyüşən nümayişçilər qələbə qazanıb. |
Sky News" xəbər verir ki, tankların, pulemyotların istifadəsi ilə gedən döyüşlərin sonunda orrdu geri çəkilməli olub və şəhəri tərk edib. |
2 nəfərin həlak olduğu rəsmən təsdiqlənib. |
Ordu insanları güllələyirdi. |
Nümayişçilərin başına, sinəsinə atəş açılırdı. |
Onlar bizi qorxutmur, qətlə yetirir", – deyə şahidlərdən biri bildirir. |
O, toqquşmada ən azı 100 nəfərin öldüyünü, 500-dək yaralının olduğunu söyləyib. |
Liviyada hökumət qoşunları Aralıq dənizi sahilində yerləşən iki iri şəhəri – Əz-Zəviyə və Misuratanı ələ keçiriblər. |
Hər iki şəhər fevralın sonlarında üsyançıların əlinə keçib. |
Fevralın 15-dən başlayaraq Liviya şəhərlərində dövlət başçısı Müəmmər Qəddafinin istefası tələbilə etiraz aksiyaları davam edir. |
Beynəlxalq təşkilatlarının fikrinə görə, hökumət nümayişləri amansızcasına yatırdır, təhlükəsizlik qüvvələri və xarici muzdlu əsgərlərlə toqquşmalarda altı min nəfərəcən insan həlak olub. |
Martın 6-sı boyunca Liviyada prezident Müəmmar Qəzzafini dəstəkləyən ordu ilə nümayişçilər arasında toqquşmalar davam edib. |
Hökumət qüvvələri paytaxt Tripolinin 200 kilometrliyində olan Misrat şəhərinə girsə də, bir qədər sonra yenidən şəhəri tərk etməli olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.