Search is not available for this dataset
text
stringlengths
10
518k
Hökumət cavab tədbiri olaraq dövlət məmurlarının maaşlarını 2 dəfə artırıb və həbsdə olan 110 islamçını azad edib.Liviyanın ikinci ən böyük şəhəri olan Benqazidə vəziyyət nəzarətdən çıxır.
APA bu barədə "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Hazırda üsyan etmiş əhali polis məntəqələrini ələ keçirərək yandırır.
Bəzi yerlərdə silahsız kütlə tankların yolunu kəsərək hərbçiləri öz tərəfinə keçməyə məcbur edib.
Şəhərdə soyğun və talan başlayıb.
Bir qədər öncə ölkənin şərqindəki Əl-Bayda şəhəri nümayişçilərin əlinə keçib.
Hazırda şəhər təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Nümayişçilər onlara hücum edən iki polis nəfərini tutaraq asıblar.
Liviya polis nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadə edir.
Nəticədə 41 nəfər həlak olub.Səhər saatlarından etibarən Liviya ərazisində İnternet şəbəkəsinə çıxış bağlanıb.
APA-nın məlumatına görə, bu barədə internet trafikini izləmə qurumu olan Arbor Networks açıqlama yayıb.
Qurumu bildirib ki, səhər saatlarından etibarən Liviya ərazisində internetə daxil olma trafiki sürətlə azalmaqdadır.
Hazırda Liviya hökumətinin rəsmi saytına giriş mümkün deyil.
Xatırladaq ki, fevralından 17-dən başlayaraq Liviyada kütləvi aksiyalar keçirilir.
Aksiya iştirakçıları 1969-cu ildən ölkəni idarə edən Müəmmər Qəddafinin istefasını tələb edirlər Liviya silahlı qüvvələrinin elit briqadası ölkənin ikinci ən böyük şəhəri olan Benqaziya qumbaraatanlardan istifadə edərək daxıl olub.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, ordu şəhəri raket atəşinə tutub.
Bildirilir ki, ordu ilə toqquşmalarda azı 40 nəfər həlak olub.Qətərin "Al Jazeera" telekanalının birbaşa efirində Liviyanın Çindəki səfiri Hüseyn Sadiq əl-Müsrəti bildirib.
Onun sözlərinə görə, Qəddafinin oğlanları arasında atışma olub.
Səfir birbaşa efirdə istefa verdiyini də açıqlayıb.
Qeyd edək ki, Liviyada etiraz aksiyaları 1 həftədir davam edir.
Aksiyaçılar 42 ildir, Liviyaya rəhbərlik edən Qəddafinin istefasını tələbə edilər.
Hökumət qüvvələri ilə baş verən toqquşmalarda 233 nəfərin həlak olduğu bildirilir.Liviya dövlət televiziyası ilə çıxış edən prezident Müəmməd Qəddafinin oğlu bəyan edib ki, dövlət başçısı ölkədədir və ordu onu tam müdafiə edir.
APA-nın məlumatına görə, Liviya liderinin oğlu bildirib ki, ordu Qəddafini müdafiə etmək üçün son gülləyədək döyüşəcək: "Mən vətəndaş müharibəsindən ehtiyatlanıram, bu müharibə neft səltənətini məhv edə bilər.
Bəziləri Benqazidə hökumət yaratmaq, digərləri isə Əl-Baydada islam əmirliyi təsis etmək istəyir.
Hər kəsin öz çevriliş planı var".
Ölkədə etiraz aksiyaları davam edir.
Tripolinin mərkəzində yerləşən Yaşıl meydanda polislə nümayişçilər arasında toqquşmalar davam edir.
Mənbələr şəhərdən aramsız atəş səsləri gəldiyini bildirir.
Benqazidə təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına atəş açması nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.Liviyanın Benqazi şəhərində kütləvi etiraz aksiyası keçirən vətəndaşlarla polisin toqquşması nəticəsində 200 nəfər həlak olub, 800 nəfər yaralanıb.
Şəhər xəstəxanasının həkimlərinin dediklərinə görə, binada yaralılar üçün yer qalmasa da, adamları gətirməyə davam edirlər.
Onların tam əksəriyyətinin vəziyyəti çox ağırdır.
Liviya lideri Müəmmər Əl-Qəzzafinin əmri ilə şəhərə yeridilmiş hərbçilər nümayişçiləri zirehli avtomobillərlə əzir, pulemyotlardan atəşə tutur, helikopterlərdən açılan atəşlərlə vururlar.
Nümayişçilərə snayperlər də atəş açır.
Liviyanın JANA dövlət informasiya agentlyii ölkədəki "stabilliyi pozmaq üçün gəlmiş onlarla əcnəbi cəsuslardan ibarət şəbəkənin zərərsizləşdirildiyi" barədə məlumat yayıb.
Ölkədə müxtəlif ərəb ölkələrindən olan onlarla şəxs tutulub.Tutulanlar arasında Türkiyə vətəndaşları da var.Liviyanın uzun müddətdir hakimiyyətdə olan lideri Müəmmar Qəddafinin hökuməti vaxtilə onu devirmək cəhdində günahlandırılan qrupun 110-dək döyüşçüsünü həbsdən azad etməklə ölkədə baş qaldırmış narazılığı yatırmağ...
Vaxtilə "Əl-Qaidə" qruplaşması ilə əlaqələrdə şübhəli bilinən Liviya İslam Döyüşçü Qrupunun cəmi 30 nəfəri həbsdə qalıb.
Liviya liderinin oğlu Seyf əl-İslam Qəddafinin irəli sürdüyü bu təşəbbüs sülh planının bir hissəsidir.
Hökumət, həmçinin dövlət sektorunda çalışan işçilərin əmək haqqlarının 100 faizədək artırılmasını təklif edib.
Anti-hökumət fəalları isə "Facebook" və "Twitter" sosial şəbəkələri ilə xalqı bu gün Müəmmar Qəddafinin istefası, Konstitusiyanın yaradılması, əsaslı siyasi və iqtisadi islahatların keçirilməsi tələbləri ilə nümayişlərə çağırıb.
Liviya paytaxtında minlərlə etirazçı ilə hökumət qüvvələri arasında toqquşmalar baş verir, şəhərdə ilk dəfə atəş səsləri eşidilib.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, bu barədə "Əl Cəzirə" telekanalı xəbər verir.
Reuter agentliyi isə Tripoli mərkəzindəki, otel işçilərinin birinə istinadən yazır ki, paytaxtın Yaşıl Meydanına yaxın ərazidə polis toplaşan kütləni dağıtmağa çalışaraq, göz yaşardıcı qazdan istifadə edir.
Human Rights Watch" təşkilatı zorakılıq nəticəsində ölənlərin sayının 230-dan artıq olduğunu bildirib.
Bu məlumatları dövlət televizyası ilə çıxış edən Liviya liderinin oğlu Səif Qəzzafi təkzib edib.
O xarici medianı şişirtmələrdə təqsirləndirib.
Səif Qəzzafi nümayişçilərə qarşı buraxılan səhvlərlə yanaşı müxalifəti ölkəni parçalamaqda ittiham edib.
Avropa İttifaqı Liviyanı təxirə salmadan etirazçılara qarşı zorakılığa son qoymağa çağırıb.
İttifaqın Xarici siyasət üzrə baş rəsmisi deyib ki, iqtidarla nümayişçilər arasında geniş əsaslı dialoq yaradılmalıdır.
Avropa İttifaqı Liviyada baş verənlər və nümayişçilər arasında ölüm hallarının yüksək olduğu barədə xəbərlərdən olduqca narahatdır ", – deyib Catherine Ashton.
27 ölkə adından danışan xanım Ashton deyib ki, Liviya vətəndaşlarının məlumat almaq haqqına hörmətlə yanaşaraq, "internet və mobil telefon şəbəkələrinə tətbiq edilən məhdudiyyətləri" ləğv etməlidir.
Avropa İttifaqı Liviyada baş verən hadisələr və nümayişçilər arasında ölüm hallarının yüksək olduğu barədə xəbərlərdən olduqca narahatdır.
Tripolidə "Allahu Əkbər" qışqıran nümayişçilər Müəmmər Qəzzafinin posterlərini daşa basıblar.
Paytaxt Tripoli yaxınlığındakı Əz Zaviya şəhərində etirazçılar Müəmmər Qəzzafi administrasiyasına məxsus qonaq evinə od vurublar.
Dövlət televiziyası ilə Əl-Bayda şəhərindəki, talançılıq səhnələri nümayiş etdirilirb.
Tobruk şəhərində minlərlə adam küçələrə çıxaraq hökumət əleyhinə şüarlar qışqırıb.
Bir müddət sükut saxlayan dövlət televiziyası olayların işqılandırılmasına başlayıb.
TV Kanalı əsasən çıxışlar nəticəsində vurulan ziyanının miqyasından bəhs edib: "Şəxsi evlərlə yanaşı bir çox xəstəxana, bank, məhkəmə, polis və digər idarələrin binalarına od vurulub", – deyilir xəbərdə.
Bununla bərabər Böyük Respublika TV Kanalında ötən Çərşənbə Axşamından bəri Liviya şəhərlərinin vandalizmə məruz qaldığı qeyd olunub.
Hökumət baş verənləri təxribat kimi dəyərləndirirək, bildirir ki, qarışıqlıqda Liviyanın sabitliyini pozmaqda maraqlı olan xarici qüvvələrin əli var.Milli.Az xəbər portalının "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, o, Venesuelaya qaçıb.
Xatırladaq ki, Liviyanı bir neçə gündür hökumət əleyhinə aksiyalar bürüyüb.
Hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında baş vermiş toqquşmalarda ölənlərin sayı durmadan artır.
Human Rights Watch" təşkilatının məlumatına görə, ölənlərin sayı 233 nəfərə çatıb.
Müxalifət liderlərindən olan Muhamed Şallyuf Qəddafiyə və onun "quldur dəstəsinə" qarşı məhkəmə başlanmasının vacibliyini bəyan edib.Liviya Dövlət Televiziyası aksiyaçıların nəzarətinə keçdi, bir neçə hökumət binası yandırılıb Liviyanın paytaxtı Tripolidə aksiyaçılar nəzarəti ələ keçirməkdədirlər.
Lent.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, artıq Liviya Dövlət Televiziyasının binası ələ keçirilib.
Ölkə rəhbəri Müəmmər Qəzzafi rejiminə son qoyulmasını tələb edən aksiyaçılar bir neçə hökumət binasını da yandırıblar.Liviyanın paytaxtı Tripolidə hökumət binası yanır.
Yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
Yanğının səbəbləri barədə məlumat verilmir.Fevralın 21-də Liviyanın ikinci böyük şəhəri Benqazidə polis etirazçıların tərəfinə keçib.
Media forum" saytı "Əl-Cəzirə" telekanalına istinadla xəbər verir ki, indi Benqazi nümayişçilərin nəzarətindədir.
Fevralın 15-dən Liviyada xalq hərəkatı başlayıb.
Nümayişçilər 1969-cu ildən hakimiyyətdə olan dövlət başçısı Müəmmər Qəzzafinin istefasını tələb edirlər.
İndiyə qədər təkcə Benqazidə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalarda 300 nəfərin həlak olduğu bildirilir.
Fevralın 21-də hökumətin təhlükəsizlik qüvvələri paytaxt Tripolini tərk edib.
Rejim əleyhdarları Liviya hökumətinin binasını yandırıb.
Paytaxtın beynəlxalq hava limanı müxalifətçilərin əlinə keçib.
Şəhərdəki 21 fevral toqquşmalarında 65 nəfər həlak olub.Liviya Hərbi Hava Qüvvələri hökumətin nəzarətindən çıxmış Benqazi şəhərində nümayişçilərə raket zərbələri endirib.
BBC xəbər verir ki, aviasiya zərbələri şəxsi heyəti nümayişçilərin tərəfinə keçmiş hərbi bazaya endirilib.
Nəticədə ölənlərin olub-olmadığı açıqlanmır.
İTAR-TASS" xəbər verir ki, bu saatlarda nümayişçilər Tripoli Beynəlxalq aeroportunu da ələ keçirib.
Nəticədə Liviyadakı türkləri Türkiyəyə aparmaq üçün Tripoliyə gələn təyyarə paytaxta eniş edə bilməyib.
Hava limanının binası tamamilə nümayişçilərin nəzarətindədir.
Liviyanın Çindəki səfiri Sadiq əl Müsrəti ölkə başçısı Qəzzafinin siyasətinə etiraz əlaməti olaraq istefa verib.
Reuters" bildirir ki, Liviya şəhərlərinin tam əksəriyyəti müxalifətçilərin əlindədir.
Müxalifətçilər artıq silahlanıblar.
Onlar polis və hərbçilərlə atışaraq paytaxt Tripolinin 4 məhəlləsini ələ keçiriblər.
Hakimiyyət dairələri isə etiraz aksiyalarına çıxan və müxalifətçilərə dəstək verənlərə qarşı çox sərt cəzalar tətbiq edir.
Belə ki, müxalifətçilərə atəş açmaqdan imtina edən və aksiya iştirakçılarının tərəfinə keçən 150 əsgər tutulub.
Onları güllələnmə gözləyir.
Müəmmər Qəzzafinin Benqazi şəhərindəki sarayını ələ keçirmək istəyən müxalifətçilərə prezidentə sadiq qalmış hərbçildər tank və toplardan atəş açıblar.
Benqazidə nümayişçilərlə döyüşən polis və hərbçilərə Qəzzafinin oğulları Həmislə Səadi başçılıq edir.
Onların Afrikanın müxtəlif ölkələrindən, xüsusilə də Çad və Zambiyadan muzdlu hərbçiləri köməyə çağırdıqları bildirilir.
Əl Ərəbiyyə" bildirir ki, paytaxt Tripolinin cənubunda məskunlaşmış əl vərfalla tayfasının şeyxi Əkrəm əl Vərfalli də Qəzzafiyə qarşı çıxdığını bəyan edib.
Milli.Az xəbər portalı "Əl Cəzirə"yə istinadən bildirir ki, Liviyada əsl xaosdur.
Paytaxt Tripolidə küçə döyüşləri gedir, ən azı 200 nəfər həlak olub.
Hökumət və dövlət televiziyasının binasına hücum edilib.
Küçələrdəki yüz minlərlə nümayişçinin qarşısını ordu hissələri kəsib.
Liviya Ərəb Cəmahiriyyəsinin lideri Muəmmər Qəzzafinin harada olduğu dəqiq bəlli deyil.
Əl Ərəbiyyə" bildirir ki, müxalifətlə danışıqları onun oğlu, Seyf ül İslam Qəzzafi aparır.
O, vətəndaşlara yeni liberal qanunlar və Konstitusiyaya dəyişikliklər vəd edib.
Tripoli küçələrindəki toqquşmalarda Cənubi Koreya vətəndaşları da yaralanıblar.
Seyf ül İslam Qəzzafi bu gün dövlət televiziyası ilə çıxış edərək bildirib ki, ölkədə baş verən hadisələr Liviyanı bir neçə dövlətə parçalamaq istəyən qüvvələrin səylərinin nəticəsidir.