Search is not available for this dataset
text
stringlengths
10
518k
Baş nazir Şeyx Xəlifə bin Salman əl-Xəlifə 40 ildir hakimiyyətdədir.
O, kral Həməd bin İssa əl-Xəlifənin əmisidir.
Şiələrin başçılığı ilə müxalifət qüvvələri əsas etibarilə əl-Xəlifə ailəsinin üzvlərindən ibarət olan hökumətin bütünlüklə istefaya getməsini tələb edir.
Onlar sünni monarxiyanın körfəz ölkəsinin əhalisinin böyük hissəsini təşkil edən şiələrin də təmsil olunduğu seçkili hökumətlə əvəz edilməsini istəyir.Kral Hamad Al-Xəlifə martın 15-i Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edib.
Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirəcək.Bəhreyndə yüzlərlə polis hökumət əleyhinə nümayiş keçirən kütləyə hücum çəkib.
Toqquşmada ən azı 5 nəfərin öldüyü, yüzlərlə nümayişçinin yaralandığı məlum olub.
Bu, insanların məhv edilməsinə yönəlmiş müharibə idi.
Bu, yolverilməzdir", – deyə hökumət qüvvələrinin nümayişçilərin çadır şəhərciyi yaradarkən yol verdikləri zorakılığa münasibət bildirən müxalifətçi Abdel Calip Xəlil bildirib.
O, ordunun yalnız çadır şəhərciyini dağıtmaqla məşğul olmadığını, bütünlükdə paytaxt küçələrinə səpələndiyini söyləyib: "Hərbçilər qarşısına çıxanı güllələyirdi".
Bəzi məlumatlara görə, toqquşma nəticəsində 2 polis də dünyasını dəyişib.
Toqquşmalar nəticəsində ölənlər var.
Lakin onların sayı açıqlanmır.
Bəhreyn kralı ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.
Hətta Səudiyyə Ərəbistanı ordusu hakimiyyətə kömək etmək üçün Bəhreynə yeridilib.
Gecə saatlarından etibarən, paytaxt Manamada müxalifətçilərin gecələdiyi çadırların sökülməsinə başlanıb.Bəhreyndə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələri, xüsusi ilə Səudiyyə Ərəbistanının hərbçiləri ilə qanlı qarşıdurma başlayıb.
martın 16-da Səudiyyə Ərəbistanının 1 hərbçisi, Bəhreyn təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı öldürülüb.
Təsdiqlənməmiş məlumatlara görə, şiələrin yaşadığı Sitra kəndində yüz nəfərə yaxın insan güllələnib.
Rəsmi məlumatlara görə isə dünən Bəhreyndə 4 əsgər və 3 aksiyaçı öldürülüb.
Qarşıdurmalar bu gün də davam edir.
Bu arada Avropa Birliyinin rəhbərliyində olan, adının açıqlanmasını istəməyən diplomat "EU Observer" nəşrinə açıqlamasında bildirib ki, Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin Bəhreyn kralına kömək məqsədilə martın 14-də ölkəyə daxil olması çox təhlükəlidir və Bəhreyndə Liviy...
Diplomat vurğulayıb ki, Bəhreyndə nə baş verdiyi artıq çılpaqlığı ilə üzə çıxır: Bəhreynlə şiə və sünnilər açıq toqquşma şəraitindədirlər.
Bu, əslində İranla Səudiyyə Ərəbistanının üz-üzə gəlməsidir.
Bu, partlayış doğuracaq bir durumdur.
Tək biz yox, ABŞ və Rusiya da narahatdır.
Bəhreyndə baş verənlər, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin şiələrə qarşı sərt davranışları İran və İraqda da narazılıqlara yol açıb.
Şiələrin müqəddəs şəhəri Kərbəlada bu gün kütləvi aksiya keçirilib.
Aksiyada Səudiyyə Ərəbistanının Bəhreyni işğal etməsi əleyhinə şüarlar səsləndirilib.
İranda keçirilən aksiyada tələbələr Bəhreynə könüllü döyüşçü kimi getmək istədiklərini bəyan ediblər.
İsveç xarici işlər naziri Karl Bild bu gün öz bloqunda yazıb ki, Bəhreyndə öncə proseslərə İranın hər hansı müdaxiləsi olmayıb: "Ancaq İranın Bəhreyndəki proseslərə müdaxilə ehtimalı işğal və davam edən aksiyalar fonunda hər gün artır".Bəhreynin paytaxtı Manamada mitinq edənləri dağıdandan sonra bütün ölkədə 16.00-dan ...
Bütün mitinq, yürüş, etiraz aksiyaları və toplantılar qadağan olunub.
Bu gün isə ölkə müxalifətinin 6 lideri həbs olunub.
Onlarla bağlı sabah rəsmi ittihamın səsləndiriləcəyi gözlənilir.
Bəhreyndə müxalifətçilərin həbslərinə etiraz əlaməti olaraq İran bu ölkədəki səfirini geri çağırıb, "xalq etirazlarının iştirakçılarının hakimiyyət tərəfindən qətlə yetirilməsi"nə sərt etirazını bildirib.
Xatırladaq ki, Bəhreyndəki müxalifətçilərin tam əksəriyyəti şiələrdir.Günorta saatlarında polis paytaxt Manama yaxınlarında sünni kral hakimiyyətinə qarşı çıxan şiə aksiyaçılara atəş açıb.
Bəhreyn İnsan Haqları Dərnəyinin rəhbəri Nebil Recep Manamanın qərbindəki Şiə Deyh bölgəsində polisin aksiyaçılara atəş açdığını bildirib.
Çoxlu sayda polis avtomobili Cidafs bölgəsini Deyhə bağlayan yolu qapadıb.Bəhreyndə həftələrdir davam edən mitinqin dağıdılmasından sonra kütləvi həbslər başlayıb.
Xəstəxanalara hücum edən təhlükəsizlik qüvvələri indiyə qədər 7 nəfəri komendant saatını pozaraq mitinq keçirmək və iqtidarı devirməyə cəhd göstərməkdə günahlandıraraq həbs ediblər.
Manama küçələrində isə tanklar növbə çəkir.
Eyni zamanda vertolyotlarla da şəhər nəzarətdə saxlanılır.
Ölkənin şiə əsilli səhiyyə naziri Nizar Baharna xəstəxanalara basqınlara etiraz əlaməti olaraq istefa verib.
BMT-nin insan haqları üzrə komissarı Navi Pilley isə Bəhreyndə təhlükəsizlik qüvvələrinin xəstəxana və klinikaları dərhal tərk etmələrini tələb edib.
Beynəlxalq Amnistiya Təşkilatı polisin yaralı müxalifətçilərin xəstəxanalara getmələrinə mane olduğunu açıqlayıb.
Daha öncə Körfəz ölkələrinin Bəhreynə hərbi qüvvə göndərməsini qınayan iran isə Manamadakı səfirini geri çağırıb.
2011-ci il Hindistan iğtişaşları — Şərq ölkələrinin əksəriyyətini bürümüş etiraz hərəkatının tərkib hissəsidir.
2011-ci ilin fevral ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərinin küçələrinə 100 mindən çox insan axışıb.
Onlar işsizliyin və ərzaq məhsullarının qiymətinin artırılmasının qarşısının alınmasını tələb edirlər.
Bu, yüksək vəzifəli hökumət məmurlarının korrupsiya qalmaqalında adlarının hallanması fonunda son illər Hindistanda hökumət əleyhinə keçirilən ən böyük kütləvi aksiyadır.
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb.
Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib.
Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir.
Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər.
Polis 50-dək nümayişçini həbs edib.Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı.
Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb.
Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib.
Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı.
Dünya neft ehtiyatlarının 9 faizinə malik olan əmirliyin yerli əhalisi bütün işləri mühacirlərin boynuna qoyub.
Belə ki, 360 min nəfər işləyən küveytlinin təxminən 80 faizi dövlət sektorunda çalışır.
Onların orta hesabla 4-5 min olan maaşlarından heç bir vergi tutulmur.
Küveyt əmirliyinin rəhbərliyi fevralın 25-ni Küveytin müstəqilliyinin 50 illiyi, fevralın 26-nı İraq işğalından azad olma, fevralın 29-nu isə əmir Sabah əs Sabahın hakimiyyətinin 5 illiyinin bayramı günləri elan edib.
Təbii ki, bu günlərdə küveytlilər çalışmayacaq.
Ölkə parlamenti subay tələbələrin təqaüdlərini 2 dəfə artıraraq 700 dollara, evli tələbələrin təqaüdlərini isə 1200 dollara çatdırıb.
Bu gün orta və ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının da 2 dəfə artırılması gözlənilir.
Sabah təqaüdlərin 700 dollara qədər artırılması barədə qərar qəbul olunmalıdır.
Xatırladaq ki, ötən həftə Küveytdə hərbçilər, polislər və yanğınsöndürənlərin maaşları 70-115 faiz artırılmışdı.
Bütün bunlarla yanaşı, dövlət qulluqçularının hamısının aylıq maaşlarının 100 faiz artırılması barədə də qanun layihəsi hazırlanıb.
Küveyt baş nazirinin müavini ölkənin bütün vətəndaşlarının elektroenerji, su və telefon rabitəsi ilə bağlı ödənişlərdən azad edilməsini təklif edib.
Küveytlilərə əsas hədiyyəni əmir Sabah əs Sabah verdi.
Hakimiyyətin 5 illik yubileyi münasibətilə o, təəbələrinə "Amiri grant" adlı müavinətin ödənməsi barədə fərman imzalayıb.
3500 dollarlıq birdəfəlik aylıq müavinəti küveytlilər 14 ay ərzində alacaqlar.
Üstəlik, onlara 2012-ci ilin martın sonuna qədər hər gün pulsuz yemək veriləcək.
Müavinət Küveytin istisnasız olaraq bütün vətəndaşlarına şamil edilir.
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə.
Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi.
Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi.
2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi.
Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi.
Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı.
Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
Avqustun sonu üsyançılar paytaxt Tripolini, oktyabrın 23-ü isə hökumətin son istinadgahı olan Sirt şəhərini ələ keçirdi.
Qəddafiyə ünvanlanmış müraciəti 213 professor, vəkil, həkim, mühəndis, sabiq diplomat və hərbçi imzalayıb.
Onlar prezidenti "hakimiyyətdən imtinaya və hakimiyyətin dinc yolla keçidini təmin etməyə" çağırıb.
Qeyd edək ki, Liviyada fevralın 17-nə kütləvi etiraz aksiyası təyin olunub.
Qəddafiyə müraciət edən ziyalılar ondan bu aksiyaya maneə yaradılmamasını da istəyib: "Qəddafi və onun ailə üzvləri hakimiyyəti xalqın təmsilçilərinə güzəştə getməli, ölkədə liberalizmə, plüralizmə yönəlmiş hərəkata mane olmamalıdır.
Tunis və Misirdə baş verənlərin təsirilə bu proses digər ölkələrdə də başlayıb".Benqazi şəhərində küçələrə çıxan minlərlə insan Liviya Ərəb Cəmahiriyyəsinin lideri, polkovnik Müəmmər Qəzzafinin istefasını tələb edirlər.
Bundan başqa, onlar həbsdə olan siyasi məhbusların azad edilməsini istəyirlər.
Liviya dövlət televiziyası səhər saatlarından bəri Qəzzafinin dəstəkləyənlərin mitinq və yürüşlərindən görüntülər nümayiş etdirir.
Liviya lideri Müəmmər Əl-Qəzzafi Misir prezidenti Hüsni Mübarək devrilməzdən bir həftə əvvəl xalqa müraciət edərək bildirmişdi ki, "qanuni hakimiyyətə qarşı etiraz aksiyalarına dözmək niyyətində deyil".
Əl Qəmaa əl Ərəbi" bildirir ki, Benqazi küçələrindəki minlərlə liviyalı dağılmaq fikrində deyillər.
Hüquq müdafiəçisi Əbu Səlimin azad edilməsini tələb edən nümayişçilərlə polis arasında toqquşma olub.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edəndən sonra aksiya iştirakçıları onları daşa basıb.Əl-Bayda şəhərində keçirilən nümayişdə yüzlərlə adam iştirak edib və bir neçə polis məntəqəsi yandırılıb.
Əz-Zintan şəhərində də etiraz aksiyası keçirilib.
Burada da bəzi polis məntəqələri yandırılıb.
Liviya lideri Müəmmər Qəddafinin istefasını tələb edən nümayişçilər şəhərin mərkəzində çadırlar qurublar.Benqazi və Əl-Bayda şəhərində polis kütləyə qarşı odlu silahdan istifadə edib.
Benqazidə şiddətli qarşıdurmanın baş verdiyi bildirilir.
Qəzəblənmiş kütlə şəhər administrasiyası və polis binalarını daşa tutub.
Hökumət əleyhinə aksiyalarla yanaşı, Tripoli, Benqazi və Liviya lideri Müəmmər Qəddafinin doğulduğu Sirt şəhərində hakimiyyətə dəstək xarakterli aksiyalar da keçirilib.Müxalifətçilər Liviyanın şərqindəki Əl-Bayda şəhərini ələ keçiriblər.
Şəhər polisi də onlara qoşulub.
Bu barədə Liviyanın "Solideriti" hüquq-müdafiə qrupunun nümayəndəsi Cuma əl-Omami məlumat verib.
Beləliklə, artıq Liviyanın 4 şəhərini etiraz dalğası bürüyüb.
Bir neçə günlük etiraz aksiyaları zamanı həlak olanların sayı 24-ə çatıb.