Search is not available for this dataset
text
stringlengths
10
518k
Baş verən hadisələrdə nümayişçilər və ordu səhvlər etdi.
Polis, ordu, qəzəblənmiş insanlar və mövqelərini müdafiə edən əsgərlər yanlışlıqlara yol verdilər.
Təbii ki, vətəndaşların narazılıq üçün əsasları vardı", – oğul Qəzzafi deyib.
Onun dediyinə görə, atası, ölkəni 41 ildən bəri idarə edən Müəmmər Qəzzafi diktator və müstəbid deyil: "Atamla Tunis və ya Misirin sabiq prezidentlərini müqayisə etmək olmaz".
Hakimiyyət daixilində isə ciddi çaxnaşma başlanıb.
Liviyanın Ərəb Dövlətləri Liqası və Hindistandakı səfirləri Əbdülmunim əl Huni və Əli əs Əssaui Müəmmər Qəzzafinin yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verilblər.
Ölkənin ən nüfuzlu tayfalarından olan əz Zauriyyə bəyan edib ki, Müəmmər Qəzzafi istefa verməsə, Qərb ölkələrinə neft satışını dayandıracaq.
Tayfanın başçısı, şeyx Fərah əz Zaur "Əl Ərəbiyyə"yə bildirib: "Qəzzafi artıq qardaşımız deyil.
O, ölkəni tərk etməlidir".
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, prezident Müəmmər Qəzzafinin istefasını tələb edən kütlə ordu hissələrilə döyüşür.
Xüsusilə paytaxt Tripoli küçələri əsl döyüş meydanına çevrilib.
Hər tərəfdə qan ləkələri görmək mümkündür.
Mobil rabitə, internet kəsilib.
Ölən və yaralananlarla bağlı ziddiyyətli məlumatlar var.
Bəzi mənbələr nəhəng şəhərlərdən olan Benqazidə 200-dən artıq insanın həlak olduğunu bildirir.
Deyilənə görə, artıq orada ordu nümayişçilərin tərəfinə keçib.
Qəzzafinin harada olduğu dəqiq bilinmir.
Bəzi məlumatlara görə, o, Venesuelaya qaçıb.
Son məlumatlara görə, ölənlər arasında prezidentin bacısı oğlu da var.Bu gecə Liviya rəhbəri Müəmmər Qəzzafi Liviya Dövlət Televiziyasının efirində peyda olub.
20 saniyə davam edən çıxışı zamanı Müəmmər Qəzzafi paytaxt Tripolini tərk etməsi barədə yayılan xəbərləri təkzib edib.
O deyib ki, bu gün Yaşıl Meydanda yağış yağmasına baxmayaraq gənclər qarşısında çıxış etməsindən məmnun qalıb: "Mən hamının nəzərinə çatdırmaq istəyirəm ki, Tripolidəyəm.
Venesuelaya getməmişəm.
Bu itlərə – telekanallara inanmayın.
Daha sonra Müəmmər Qəzzafi avtomobilin arxa oturacağına əyləşib.
Milli paltarda olan Liviya prezidentinin əlində çətir olub.
Bu arada Liviya ordusunda hərbçilərin bir hissəsinin Müəmmər Qəzzafi əleyhdarlarının tərəfinə keçdiyi barədə xəbərlər yayılıb.
Ümumdünya Müsəlman ittifaqının rəhbəri Şeyx Yusif əl-Kardavi də Liviya ordusunu öz xalqına qarşı silah çəkən Müəmmər Qəzzafiyə tabe olmamağa, onu fiziki cəhətdən məhv etməyə çağırıb.
Eyni zamanda Liviyanın xarici ölkələrdəki səfirlərinə də Müəmmər Qəzzafi rejimini müdafiə etməməyə səsləyib.
Bu gecə Misirin Tripolidəki səfirliyində avtomobil partladılıb.
Şahidlərin sözlərinə görə, avtomobildə olan səfirlik əməkdaşları xilas ola bilməyiblər.Dünya İslam Alimləri Birliyinin sədri, məşhur imam şeyx Yusif əl Qərdavi Liviya ordusunun hərbçilərinə müraciət edib.
Liviyada hər əsgəri, hər insanı əlinə kiçicik imkan düşən kimi tətiyi çəkərək Müəmmər Qəzzafini öldürməyə çağırıram", – Qərdavi deyib.
O, Liviyadakı məscidlərin bütün imamlarından da müxalifətçiləri dəstəkləməyi istəyib.
Əl Cəzirə" bildirir ki, Liviya Silahlı Qüvvələrinin 6 generalı müxalifətçilərin tərəfinə keçiblər.
Onlar bütün hərbçiləri nümayişçilərə atəş açmamağa, xalqı dəstəkləməyə çağırıblar.
Bu arada "Africa Online"nin yaydığı məlumatda vurğulanır ki, Nigeriya və Qvineyada yayılan vərəqələrdə muzdlu hərbçilərə gündə 2 min dolların müqabilində Liviyaya yollanaraq Müəmmər Qəzzafi rejimini müdafiə etmək təklif edilir.
Liviyanın lideri polkovnik Müəmmər Qəzzafi isə xalqa müraciətində bildirib ki, heç yerə geğtməyib və ölkədədir.
Liviyadan çıxaraq Venesuelaya getməyim barədə quduz itlərin dediklərinə inanmayın", – maşında oturan, əlində çətir tutmuş Qəzzafi 22 saniyəlik müraciətində deyib.
Qəzzafiyə sadiq hərbi hissələrin təyyarə və helikopterləri Tripolinin müxalifətçilərin nəzarət etdi yi məhəllələrinə raket-bomba zərbələri endirirlər.
BMT-nin baş katibi Pan Gi Mun Liviya lideri Müəmmar Qəzzafini dinc insanların bombardman edilməsini dayandırmağa çağırsa da, Tripoli bu gün 20 dəqiqə ərzində bombalanıb.
Son məlumatlara görə, Liviyada həlak olanların sayı 470-ə, yaralıların sayı 820-ə çatıb.
Müxalifətçilərin Qəzzafinin sarayını ələ almaq cəhdləri uğurla başa çatmayıb.
Hərbçilər 60 nümayişçini güllələyiblər.
Liviya Xalqlar Sarayının (ölkə parlamenti) binasındakı yanğın da söndürülüb.
Əs Şərq əl Əvsət" bildirir ki, hazırda Liviya ərazisinin əksər hissəsinə hakimiyyət faktiki olaraq nəzarət etmir.
Ölkənin şərqindəki Benqazi, Misrat, Sirt, Tarxun, Tobruk, qərbində isə Zuvara və Əz Zaviya şəhərləri müxalifətin əlindədir.
Şərqdə, Kirenaika bölgəsində hökumətə sadiq yalnız 2 briqada qalıb ki, onlara Müəmmər Qəzzafinin oğulları Həmis və Səadi başçılıq edirlər.
Etiraz nümayişlərini əl züvəyyə və əl vəfalla tayfaları dəstəkləyib.
Arxaik Liviya cəmiyyətində isə bu, ordunun əksər hissəsinin xalqın tərəfinə keçməsinə yetər.Liviya Ərəb Cəmahiriyyəsinin lideri Müəmmər Qəddafi az öncə dövlət televiziyası ilə xalqa müraciət edib.
O, bildirib ki, ölkədəki yerli idarəetmə orqanlarının səlahiyyətləri artırılacaq, dövlət büdcəsindən xərcləmələrə nəzarət gücləndirildəcək.
Liviyada baş verənlər "Əl Qaidə" kimi terror təşkilatları və Qərbin idarə etdiyi bəzi dəstələrin işləridir.
Şəhərlərimizi xarabazara, xalqımızı zəlil insanlara, dövlətimizi isə parçalanmış ölkəyə çevirmək istəyən bu adamların məqsədləri xain, çirkin və murdardır.
Bu murdar köpəklər, əlləri qana batmış cəlladlar bilməlidir ki, Liviya xalqı müstəqilliyi və stabilliyi uğrunda verdiyi qurbanları unutmayacaq.
Şəhidlərin qanı yerdə qalmayacaq", – Qəddafi deyib.
Dağıdılmış iqamətgahından danışan Qəddafi daha sonra bildirib ki, istefa vermək niyyətində deyil.
Mən Liviya inqilabının lideriyəm.
İnqilab lideri isə prezident deyil ki, istefa versin.
Hazırda Qərbin media vasitələri ölkəmizin dünyadakı imicini korlamağa çalışırlar.
Lakin bu insanlar və qüvvələr bilməlidir ki, xaricdən təzyiqlərə boyun əyən, geri çəkilən deyiləm.
Amerikaya və Böyuk Britaniyaya müqavimət göstərən biz liviyalılar təslim olmayacağıq", – Qəddafi söyləyib.Qəddafi daha sonra deyib: "Liviya inqilab istəmir.
Muzdlu köpəklərin idarə etdiyi insanlar Liviyaya yox, İblisə xidmət edirlər.
Mən ölkəni tərk edən deyiləm və burada şəhid kimi dünyamı dəyişəcəyəm".
Son məlumata görə, toqquşmalar nəticəsində ölənlərin sayı 700 nəfəri ötüb.
Əl-Cəzirə" telekanalının məlumatına görə, minlərlə yaralı var.
Bəzi mənbələr 1400-dək insanın itkin düşdüyünü bildirir.Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 800 nəfərə çatıb.
Bu barədə Haaqa tribunalının adı çəkilməyən üzvü bildirib.
Qeyd edək ki, bundan əvvəl "əl-Ərəbiyyə" ölkədə 600 nəfərin öldürüldüyünü xəbər verirdi.
Human Rights Watch" isə fevralın 21-nə kimi 360 nəfərin öldürüldüyünü qeyd edirdi.Liviya prezidenti Müəmmər Qəddafi ölkənin neft kəmərlərinin partladılmasına hazırlıqla bağlı əmr verib.
Bu barədə "Time" jurnalı Liviya hökumətinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Neft kəmərlərinin və neft emalı zavodlarının partladılması Müəmmər Qəddafinin aksiya iştirakçılarına "Ya mən, ya xaos!
xarakterli mesajı olacaq.
Neft kəmərləri və neft emalı zavodlarının partladılmasından sonra Müəmmər Qəddafi həbsxanalardakı radikal islamçı terrorçuları da azadlığa buraxmaq və bununla da ölkənin xaosa sürüklənməsini sürətləndirmək niyyətindədir.
Time" yazıb ki, hazırda Liviya prezidenti özünü kütləvi informasiya vasitələri və Qərb siyasətçiləri tərəfindən satılmış hesab edir.
Jurnala məlumat verən mənbə onu da bildirib ki, hazırda Müəmmər Qəddafi öz tayfasına və ordunun 5 minlik personalına güvənir.Liviyada Müəmmər Qəddafi əleyhdarları Tobruk şəhərinə nəzarəti tam ələ keçiriblər.
Şəhərdə Müəmmər Qəddafinin şərəfinə qoyulmuş heykəl götürülüb.
Şəhərdəki hərbi qarnizon da aksiyaçılar tərəfə keçib.
Qarnizonun rəisi, general Soliman Mahmud əl-Obeyli deyib ki, Müəmmər Qəddafi xalqın etimadını itirib və Benqazi şəhərində hakimiyyətin dinc kütləyə atəş açılması barədə əmr verdiyini eşidəndən sonra xalqın tərəfinə keçib.
General bildirib ki, Müəmmər Qəddafinin yaxın bir neçə gündə hakimiyyəti itirəcəyinə əmindir.Liviya lideri Müəmmər Qəddafinin tərəfdarları paytaxt Tripolinin Yaşıl meydanına toplaşmağa başlayıblar.
İnsanlar qaval çalaraq şəhər küçələrində avtomobillərlə gəzir, yaşıl bayraq yelləyir, Müəmmər Qəddafinin portretlərini gəzdirir, "Xalqın iqtidarı, ya da ölüm!
şüarı səsləndirirlər.
Tripolidə mağazaların çoxu bağlıdır, ancaq çörək mağazaları və yanacaqdoldurma məntəqələrinin önündə böyük növbələr var.
Bu arada Liviyanın qərbindəki Misurata şəhərinə nəzarətin Müəmmər Qəddafi əleyhdarlarının əlinə keçdiyi barədə xəbər gəlib.
Bu, hökumət əleyhdarlarının ölkənin qərbində ələ keçirdikləri ilk şəhərdir.
Liviyanın şərqində isə ordunun böyük hissəsi Müəmmər Qəddafi əleyhdarlarının tərəfinə keçib.Hazırda Liviyanın bütün dəniz və hava limanları açıqdır, ölkədə həyat tədricən normala dönür".
Liviya lideri Müəmmər Qəzzafinin böyük oğlu Seyf ül-İslam belə bəyan edib.
Tripoli aeroportu əcnəbilərlə doludur.
Onlar ölkəni tərk etməyə çalışsalar da, hələ ki buna nail ola bilmir.prezident Müammər Qəddafi paytaxt Tripolidə müqaviməti davam etdirir.
Atışmaların davam etdiyi Mısrata şəhərində nümayişçilərin bir hərbi təyyarəni yerə endirdiyi və pilotları girov götürdüyü açıqlanıb.
Benqazinin bir həftə öncə nümayişçilərin əlinə keçməsindən bəri isə şəhərdə bir çox iş yeri bağlıdır.
Şəhərdə qida problemi yaşandığı, qiymətlərin iki dəfə artdığı, nümayişçilərin ən çox 2-3 həftə müqavimət göstərə biləcəyi, sonra qıtlıq başlayacağı bildirilir.
Bununla yanaşı, Müəmmər Qəddafini devirmək istəyən nümayişçilər arasında da ziddiyyətlər yaşanır.
Benqazidə keçmiş ədliyyə nazirinin müvəqqəti hökumət qurduğunu açıqlamasından sonra bir qrup başqa nümayişçi Milli Liviya Şurasının yaradıldığını elan edib.
Hər iki tərəf də nümayişçilərin onları təmsil etdiyini bildirir.
Nümayişçilərin əlində olan Zaviyə şəhərində isə hər an Müəmmər Qəddafi tərəfdarlarının əks hücuma keçməsi təhlükəsi yaşanır.
Tripolinin 50 kilometrliyində yerləşən şəhər Müəmmər Qəddafiyə bağlı iki min nəfərlik polis və muzdlu tərəfindən mühasirədə saxlanır.
Son məlumatlara görə, Tripolinin bir hissəsi isə nümayişçilərin əlindədir.
Bu səmtlərə hökumət qüvvələrinin girməsini əngəlləmək üçün yollarda barrikadalar qurulur.
Müəmmər Qəddafi isə öz nəzarətində olan səmtlərdə xalqa pul paylayır.
Ailə başına 400 dolları almaq üçün xalq bankların qarşısında növbədə dayanır.Liviya güc strukturlarının əməkdaşları paytaxt Tripolidə hökumət əleyhinə nümayiş keçirən şəxslərə atəş açıblar.
Bu barədə Liviyanın "Qureyna" qəzeti məlumat verir.
Nümayişçilər Cümə bazar meydanına yaxınlaşdıqda mülki geyimdə olan Qəzzafinin adamları onları yaxınlaşaraq atəş açıblar.