Search is not available for this dataset
text
stringlengths
10
518k
Benqaziyə hücumun başladığını nəzərə çatdıran Müəmmər Qəddafi bu şəhərdəki silahlıların əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin tərəfdarı olduğunu vurğulayıb: "Onlar sadəcə hücum etməyi və öldürməyi düşünürlər.
Xalq onlardan qorxur və mənim xilas etməyimi istəyir.
Üsyançıların heç bir ümidi yoxdur.
Ya qaçacaq, ya da təslim olacaqlar.
Qiyamçıların qurduğu Şuranın heç bir əhəmiyyəti yoxdur, "əl-Qaidə" onlardan istifadə edir.
Bəzi hərbçilər də onlarla birgə idilər və bizə heç bir alternativləri olmadıqlarını açıqladılar.
O hərbçilər ya qaçacaq, ya da boğazları kəsiləcəkdi.
Ona görə də qiyamçıların yanında yer almaq məcburiyyətində qalıblar.
Silahlarını endirərlərsə, onlar əvf ediləcəklər".
Liviya lideri onu da deyib ki, əgər Qərb dövlətləri onlara qarşı İraqdakı kimi davranarlarsa, bu gün savaşdıqları "əl-Qaidə" ilə ittifaqa daxil olar və cihad elan edər.Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələr paytaxt Tripolidən 200 kilometr şərqdə yerləşən Misrata şəhərinə daxil olub.
Ölkənin üçüncü böyük şəhərinin bütün kommunikasiyası sıradan çıxarılıb.
Hücum saat 06:00 radələrində şəhərin güclü artilleriya atəşinə tutulmasından sonra başlayıb.
Şəhərə tanklarla 3 istiqamətdən hücum olub.
Müşahidələr Müəmmər Qəddafiyə sadiq qüvvələrin yaxın günlərdə müxalifətin əsas qalası olan Benqazi şəhərini də ələ keçirməsini qaçılmaz sayırlar.Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ordunun qiyamçıların mərkəzi sayılan Benqazi şəhərinə yaxınlaşdığını söyləyib.
Seyf əl-İslam deyib ki, 48 saatdan sonra hər şey sona çatacaq, qiyamçıların işi bitəcək.
Liviya səmasında uçuşlara qadağa qoyulması barədə mümkün qərara gəlincə, Seyf əl-İslam qeyd edib ki, bununla bağlı istənilən qərar gecikib, çünki artıq hərbi əməliyyatlar başa çatır.
Bu arada Liviyada müxalifət də özünü itirib.
Qiyamçıların liderlərindən biri bildirib ki, Qərb köməkdən imtina etməklə onları satdı.
Xatırladaq ki, martın 15-də qiyamçılar ciddi məğlubiyyətə uğrayıblar.
Onlar yalnız neft mərkəzi sayılan Marsa əl-Breqanı deyil, 100 min əhalisi olan Adcabiya şəhərinə də nəzarəti itiriblər.
Qiyamçılar son güllələrinə qədər döyüşəcəklərini bəyan etsələr də, Adcabiyanı almaq üçün Müəmmər Qəddafiyə sadiq qüvvələrə bir neçə saat yetərli olub.
Bu şəhərin alınması hökumət qüvvələri üçün Benqazi və Tobruk şəhərlərinə yolu açıb.
Hazırda Müəmmər Qəddafiyə sadiq qüvvələr Misrata şəhəri uğrunda döyüşlər aparır.
Diqqət çəkən digər məqam odur ki, bu şəhərlərdə xalq kütlələri hökumət qüvvələrini alqışlarla və bayraqlarla qarşılayır.Liviya lideri Müammar Qəzzafiyə bağlı qüvvələrin zirehli birliklərlə hava və dəniz qüvvələrinin dəstəyi ilə bəzi şəhərləri ələ keçirməsi müxalifəti çətin vəziyyətə salıb.
Qəzzaafiyə bağlı qüvvələrin Zuvaraya yönəlik hava hücumunda dörd nəfərin öldüyü bildirilir.
Təhlükəsizlik qüvvələri irəliləməyə davam edərkən müxalifətin qalası olan Binqazi şəhərində həyəcan siqnalı verilib.
Qəzzafiyə bağlı qüvvələr xüsusilə Binqazinin qarşısında önəmli strateji nöqtə olan Əjdəbiyə şəhərini havadan bombardman edir.
Əjdəbiyyə təslim olacağı təqdirdə Qəzzafiyə bağlı qüvvələrin Binqaziyə girməsinin an məsələsi olduğu bildirilir.
Liviya Milli Şurasının sözçüsü Abdulcəlil Qərbə üz tutaraq "Liviya hava sahəsi uçuşa yasaq bölgə elan edilməzsə və Suriyadan silah gətirdiyi iddia edilən Qəzzafi gəmiləri yoxlamadan keçirilməzsə, Liviyada böyük bir fəlakət yaşanacaq" deyib.
İngiltərə xarici işlər naziri Uilyan Hague isə Qəzzafinin ölkəyə nəzarəti ələ keçirməsinin liviyalılar üçün kabus olacağını deyib.
Rusiya isə Qəzzafi və ailəsinin bu ölkənin torpaqlarına girməsini qadağan edib.Liviyada müxalifətin son və əsas qalası olan Benqazidə yaşayan 2 əsas tayfa prezident Müəmmər Qəddafini dəstəkləyir.
Liviya Dövlət Televiziyasının yaydığı informasiyada qeyd olunur ki, Tarxulla və Varfalla tayfalarının təmsilçiləri telekanala zəng açaraq Müəmmər Qəddafini dəstəklədiklərini bəyan ediblər.
Hökumət qüvvələri isə Benqazi istiqamətində irəliləməkdə davam edir.hökumət qüvvələri Benqazinin girişinə çatıb.
Müxalifət isə "lazımi səviyyədə silahlandıqlarını və şəhərin müdafiəsi üçün ölümə hazır olduqlarını" bəyan edib.
Artıq Benqazi aeroportunu bombalayan 2 qırıcı qiyamçılar tərəfindən vurulub.
Hər iki pilot həlak olub.
Beynəlxalq Qırmızı Xaç Komitəsi Benqazidəki heyətini oradan çıxarıb.
Qurum döyüşlər zamanı əməkdaşlarının həlak olacağından ehtiyatlanır.
Gecədən səhərədək Acdabiya şəhəri uğrunda getmiş döyüşlərdə isə ən azı 30 nəfər həlak olub, 100-dək müxalifət tərəfdarı yaralanıb.
Liviya aviasiyası Benqazi aeroportunu bombalamağa başlayıb.
Qeyd edək ki, aeroport şəhərin 10 kilometrliyində yerləşir.
Bundan əvvəl şəhər sakinləri əməliyyata başlanacağı haqda xəbərdar olunub və onlardan şəhəri tərk etmələri istənilib.
Lakin müxalifəti dəstəkləyən əhali Benqazidən çıxmaqdan imtina edib.
Bunun ardınca aviasiya aeroporta zərbələr endirməyə başlayıb.
Liviya lideri Müəmmar Qəzzafi bu gün Misrat şəhərinin qiyamçıların əlindən alınması üçün həlledici döyüşün olacağını bəyan edib.
Milli.Az xəbər portalının "RBK"ya istinadən verdiyi məlumata görə, o, ölkənin qərbində nümayişçilərin nəzarətində qalmış yeganə şəhər olan Misratın ələ keçirilməsindən sonra Benqazi uğrunda əməliyyata başlanacağını söyləyib.Qəzzafi hədəfin rəqiblərin tərksilah edilməsi olduğunu bildirib.
Biz güc tətbiq etsəydik, bütün ölkə ərazisinə nəzarəti bircə günə ələ ala bilərdik", – deyə Qəzzafi qeyd edib: "Məqsədimiz silahlı qruplaşmaları tədricən tərksilah etməkdir".Liviya lideri Müəmmar Qəzzafini dəstəkləyən ordu müxalifətin nəzarətində olan Benqazini ələ keçirmək üçün əməliyyata başlayıb.
Qəzzafini dəstəkləyən qüvvələr Benqaziyə 3 tərəfdən hücuma keçib.
Şahidlər bildirir ki, qiyamçılar şəhərdə yaratdıqları müvəqqəti hökumətin binasına gedən yola beton maneələr yığır.
Toqquşmalarda artıq 9 nəfərin həlak olduğu bildirilir.Ordu şəhərin qərbinə bitişik qəsəbəyə girib.
Reuters" isə qiyamçıların Benqazi üzərində hökumət qüvvələrinə məxsus 1 hərbi vertolyotu vurduğunu yazır.
Benqazinin mərkəzinin artilleriya atəşinə tutulduğu bildirilir.Liviya lideri Müəmmar Qəzzafinin qüvvələri üsyançıların Tunis sərhədi yaxınlığında tutduğu Zintan şəhərini hücum etməklə ələ keçirməyə çalışırlar.
Şəhər ağır silahlardan atəşə tutulub.
Ötən günlər ərzində Qəzzaafi rejimi iki dəfə atəşkəs haqqında elan edib, lakin hər dəfə polkovnikə sadiq qoşunlar müvəqqəti barışığı pozublar.Liviya müxalifəti bildirib ki, onlar ölkənin şərqə yerləşən Marsa el-Breqa şəhərini ələ keçiriblər.
Üsyançılar geri çəkilən Liviya lideri Müəmmar Qəddafinin qüvvələrini izləyirlər.
İki həftə əvvəl, Qəddafi qoşunları üsyançıların mühüm neft limanı olan Marsa el-Breqadan çıxarmışdılar.Müəmmər Qəddafinin rəhbərlik etdiyi Liviya hökuməti Afrika Birliyinin ötən gün Efiopiyanın paytaxtı Ədis-Əbəbə şəhərində keçirilən iclasında belə bir təkliflə çıxış edib.
İclasa qatılan Liviya heyətinin üzvü, keçmiş baş nazir Abdulati Əl-Übeydi Qəddafi hökumətinin böhranın həlli üçün Afrika Birliyinin təklif etdiyi "yol xəritəsi"ni həyata keçirməyə hazır olduğunu ifadə edib.
O, həmçinin Afrika Birliyini demokratik seçkilərin keçirilməsi üçün keçid dövrünün müəyyənləşdirilməsinə yardımçı olmağa çağırıb.Liviyada üsyançılar Ras-Lanuf limanı və neft terminalını ələ keçirərək Müəmmar Qəzzafiyə sadiq qoşunları oradan vurub çıxarıblar.Üsyançılar uzun sürən döyüşlərdən sonra Əcabiyyə şəhəri və Bre...
Onların dediklərinə görə, həmin şəhərlər müxalitfətin tam nəzarətindədir.
Qəzzafiyə sadiq qüvvələr Liviya liderinin doğulduğu şəhər olan Sirtə tərəf geri çəkilib.Liviyadakı müxalifət qüvvələri ölkə lideri Müəmmar Qəzzafinin doğma şəhəri Sirti ələ keçiriblər.
Beynəlxalq koalisiya qüvvələri Sirt şəhərinə aviazərbələr endiribdlər.
Qəzzafiyə sadiq qoşunların hava hücumundan müdafiə qüvvələri cavab atəşi açmayıblar.Liviyada üsyançılar Müəmmər Qəzzafiyə sadiq ordunun neftlə zəngin liman şəhəri Ras-Lanufa yaxınlaşdıqca oranı tərk etməli oldublar.
Hökumətpərəst qüvvələrin üsyançılara qarşı raket və qumbaralardan istifadə edərək, ağır zərbələr endirdikləri və çox sayda üsyançının maşınlarda ölkənin şərqinə doğru qaçdıqları deyilir.
Qəzzafi ordusu tank və artilleriyanın köməyi ilə sürətlə qərbə doğru irəliləyən qiyamçıların hücumunu dayandırmağa nail oldu.
Geri çəkilən müxalifət döyüşçüləri müttəfiqlərdən havadan dəstək istəyiblər.
Loyalist qüvvələr həmçinin ölkənin qərbində sonuncu müxalifət dayağı olan Misratanı mühasirədə saxlamaqda davam edirlər.
Müxalifətçilər hökumət qüvvələrinin şəhər mərkəzində mülki vətəndaşlara arabir atəş açdıqlarını xəbər verir.Liviya lideri Müəmmar Qəzzafiyə loyal qüvvələr qiyamçıların nəzarətində olan Misurat şəhərini bombardman edir.
şəhər səhər saatlarından başlayaraq artilleriya atəşinə tutulur və bombardman hazırda da davam edir.
Lakin ordu şəhərə girə bilmir.
Qiyamçılar Misuratın bombalanması nəticəsində 20 dinc sakinin öldüyünü bildirir.Liviyada dövlət lideri Müəmmar Qəzzafiyə sadiq qoşunlar əks-hücuma keçiblər.
Onlar Aralıq dənizinin sahilindəki strateji önəmə malik Ras Lanuf şəhərini və neft terminalını ələ keçirəndən sonra Bin Cavad və Breqa şəhərlərini də üsyançılardan alıblar.
Bununla belə, "Reuters" bildirir ki, Ras Lanuf və Breqa şəhərlərində üsyançılarla hökumət qoşunları arasında döyüşlər davam edir.
Ölkə müxalifətini birləşdirən Milli Şura isə bəyan edib ki, Müəmmar Qəzzafi hakimiyyətinin "cəmi bir neçə gün ömrü qalıb".
Müvəqqəti hökumətin qurulması Liviyanın "Kurina" qəzetinin internet-versiyasının məlumatına görə Liviyanın keçmiş ədliyyə naziri Mustafa Mohammad Abdel Cəlil Benqazidə alternativ müvəqqəti hökumət qurulmasına başlaması barəsində məlumar verib.
Cəlil ədliyyə naziri postundan fevralın 21-də istefa verərək Müəmmar Qəzzafi tərəfindən etiraz iştirakçılarına qəddar reaksiya verməsinə etiraz etmişdi.
Abdel Cəlil xarici köməyə də ümid etdiyini bildirir.
Liviyanın ABŞ-dəki səfiri Əli Audcili artıq müvəqqəti hökuməti dəstəklədiyini elan edib.
O bir müddət əvvəl Qəzzafi rejimi ilə bütün əlaqələri kəsdiyini elan etmişdi.
Beynəlxalq münasibət İttifaqın Xarici İşlər Nazirləri görüşü ilə bağlı Finlandiyanın baş diplomatı açıqlama verib.
Alexander Stubb deyib ki, Liviya olayları İttifaqın ardıcıl siyasətə malik olmadığını nümayiş etdirib: "Dünya boyu və xüsusilə də qərbdə bu olayların yenidən dəyərləndirilməsi baş verir.
Biz burada maraqlar və dəyərlər arasında balans müəyyən etməyə çalışırıq.
Şimali afrika olayları neft, maliyyə və eyni zamanda qeyri qanuni qaçqınların qəfil axını ilə bağlıdır.
Eyni zamanda biz demokratiya, azadlıqlar və insan haqları haqqında danışırıq.
Bu mənada olayların geniş dəyərləndirilməsi aparılır" Fevralın 23-də Liviya iğtişaşları ilə bağlı ilk dəfə şərh verən Obama deyib ki, Liviya hakimiyyəti Müəmmər Qəddafi rejimi əleyhinə etiraz edənlərə qarşı zorakılıq işlədilməsinə görə məsuliyyət daşımalıdır.
Barak Obama deyib ki, onlar beynəlxalq qurumlarla birlikdə Liviya böhranına qarşı ümumi cavab yolunu axtarmağı planlaşdırıblar.
ABŞ prezidenti göstəriş verib ki, onun milli təhlükəsizlik komandası Liviyada seçkilər üzrə təkliflər hazırlasın.
Həmin gün Avropa Birliyinin rəsmiləri də Qəddafi rejiminə mümkün cavab tədbirləri kimi sanksiyalar təklif ediblər.ABŞ "Liviya ilə diplomatik əlaqələri kəsməyib".
Bu barədə dövlət katibinin köməkçisinin müavini Canet Sanderson bəyan edib.Birləşmiş Ştatlar Liviya lideri Müəmmər Qəddafinin öz xalqının inamını itirdiyini hesab edirlər və Liviya hökumətinə qarşı sanksiyalar paketi hazırlayırlar.
Bu barədə Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib.
Belə görünür ki, Qəddafi xalqının etimadını itirib.
O vətəndaşlara qarşı zorakılıq tətbiq olunmasına sakit baxır, liviyalıların nəzərində onun hakimiyyətinin qanuniliyi sıfıra enib", deyə Karni bildirib.ABŞ prezidenti Barak Obama Liviya lideri Müəmmər Qəddafiyə, onun ailə üzvləri və hökumətinə qarşı birtərəfli qaydada maliyyə sanksiyalarının tətbiq olunması barədə fərma...
Mən ABŞ prezidenti Barak Obama hesab edirəm ki, polkovnik Müəmmər Qəddafi, onun hökuməti və ən yaxın silahdaşları silahdan, muzdlu əsgərlərdən və əsassız zorakılıqdan istifadə edərək Liviya xalqına qarşı yolverilməz addımlar atıblar.
Mən həmçinin hesab edirəm ki, Qəddafi, onun ailəsinin, hökumətinin üzvləri və ən yaxın silahdaşları Liviyanın dövlət əmlakı qorunmasa, onu ələ keçirə bilərlər", deyə prezidentin əmrində bildirilir.
Fərmana əsasən, Qəddafi, onun hökuməti və dörd qohumunun bütün əmlakı və bank hesabları dondurulur, Liviya hökuməti ilə bütün bank əməliyyatlarına qadağa qoyulur.
Bundan əlavə, ABŞ dövlət katibi Liviyaya müdafiə sənayesi mallarının idxalına və bu ölkəyə müdafiə sahəsində xidmət göstərməyə icazə verən bütün mövcud lisenziyaları dondurur", deyə Obamanın əmrində vurğulanır.ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində dinc əhaliyə qarşı ...
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Obama və Ərdoğan Liviya hökumətinin öz xalqına qarşı zorakılığa əl atması faktını pisləyiblər və belə vəziyyəti dözülməz adlandırıblar.
Onlar Liviyadakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək və Liviya hökumətini məsuliyyətə cəlb etmək üçün ABŞ və Türkiyənin əlində olan imkanları müzakirə ediblər.
Söhbətdə həmçinin Liviya xalqına humanitar yardım göstərilməsinin vacibliyi qeyd olunub", deyə məlumatda vurğulanır.
BMT baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasını Liviyada zorakılığına son qoymaq üçün konkret tədbirlər görməyə çağırıb.