Search is not available for this dataset
text
stringlengths
10
518k
Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qərarı ilə Liviyanın qapadılmış səmasının patrul nəzarəti üçündür.
Liviyaya qarşı əməliyyatlarda ABŞ, Böyük Britaniya, Kanada, Fransa və İtaliya iştirak edir.
Liviyadakı mövqelərə ilk zərbələri Fransa Hərbi-Hava Qüvvələrinin "Miraj" təyyarələri endirib.
Bundan başqa, Liviyanın səmasında uçuşsuz zonanın təminatı üçün Siciliyadakı aviabazada Norveç və Danimarkannın hərbi təyyarələri yerləşdirilib.
Əl Cəzirə" bildirir ki, Müəmmar Qəzzafi isə Tunisə nümayəndə heyəti yollayıb.
Qəzzafi, onun ailə üzvləri və ölkə rəhbərliyi hazırda gizli yeraltı bunkerlərdədir.
AFP bildirir ki, Liviyaya qarşı hərbi aksiyanı həyata keçirən koalisiya ölkələri bu gün səhər ölkəni hərbi-dəniz blokadasına alıblar.
Blokadanın təminatında 20 döyüş gəmisi və sualtı qayıq iştirak edir.
Təxminən 2 saatdan sonra həmin gəmilərə Fransanın aviadaşıyıcı gəmisi və 3 freqatı da qatılacaq.Milli.Az xəbər portalı "Əl Cəzirə"yə istinadən bildirir ki, beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində Liviyanın paytaxtı Tripolidə Muəmmar Qəzzafinin iqamətgahıının ərazisindəki ən iri bina dağıdılıb.
Bu bina Qəzzafiyə sadiq qüvvələrin komanda mərkəzi və qərargahı idi.
Bina Qəzzafinin fəxri qonaqları qəbul etdiyi çadırdan 50 metr aralıdadır.
Üçmərtəbəli binanın yerindən qara tüstülər qalxır.
Binanın yanına Muəmmar Qəzzafinin tərəfdarları toplanıblar.
Qəzzafinin özünün harada olduğu isə bilinmir.
AFP bildirir ki, ABŞ Silahlı Qüüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi Qəzzafinin hədəfə alınmadığını bəyan edib.
Vise-admiral Bill Qortninin sözlərinə görə, Qəzzafinin iqamətgahı və sarayı "koalisiya qüvvələrinin zərərsizləşdirməyi nəzərdə tutduğu obyektlər arasında deyil".
Dünən axşam və bu gün səhər Tripolinin bombardmanı davam edib.
Liviya Hava Hücumundan Müdafiə Qüvvələri şəhər səmasını koalisiya qüvvələrinin təyyarələrindən qorumaq üçün sürəkli atəş açıblar.
ABŞ, Britaniya, Fransa, İtaliya, Kanada və s. ölkələrdən ibarət koalisiyanın qüvvələri Qəzzafinin Benqazi şəhəri yaxınığında toplaşmış zirehli texnikasına zərbələr endirib.
Koalisiya qüvvələri Liviyanın HHM obyektlərinə artıq 124 qanadlı raket buraxıb.
Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinin sualtı qayığı da Liviyaya zərbələr endirir.
Britaniya Müdafiə Nazirliyinin rəsmimi general-mayor Con Lorimer BBC-yə bildirib ki, Aralıq dənizindəki "Trafalqar" sualtı qayığından Liviyaya "Tomahawk" qanadlı raketləri buraxılıb.
Əl Ərəbiyyə" bildirir ki, Liviyada vətəndaş müharibəsi başlayandan bəri 8 min insan həlak olub.
Ekspertlər isə beynəlxalq koalisiyanın Liviyaya hərbi müdaxilə ilə bağlı dəqiq planının olmadığını bildirir.
Şəfəq" planının üç mərhələsi müəyyənləşib.
İlkin mərhələdə əsasən hava hücumundan müdafiə obyektləri olmaqla 31 hədəf bombalanıb.
İkinci mərhələnin hədəfləri Liviyada iki hərbi-hava bazası və Qəzzafinin Tripolidəki iqamətgahıdır.
Son mərhələdə isə koalisiya qüvələri Qəzzafiyə sadiq qoşunlara zərbələr endirməyi planlaşdırır.Liviyaya qarşı əməliyyatlarda 3 "B-2" bombardmançı, 56 qırıcı-bombardmançı təyyarələrdən istifadə olunur.
Hava zərbələri F-16, F-18, "Rafale", "Tayfun", "Tornado", "Mirage 2000" təyyarələri ilə endirilir.
Kosovo və Bosniya-Hersoqovina mediasında yer alan xəbərlərə görə, Müəmmar Qəzzafini indi 1500-ə yaxın serb muzdludan ibarət xüsusi dəstə qoruyur.
Həmin serblərə general Ratko Mladiçin rəhbərlik etdiyi vurğulanır.
Kosovoda və Bosniyada insanlara divan tutmuş Mladiçin dəstələri çoxsaylı qətliamlar törədiblər.
Mladiçlə yanaşı, onun "çetnik" deyilən muzdlularının əksəriyyəti beynəlxalq axtarışdadır.Avropa ölkələri arasında BMT-nin tətbiq etdiyi uçuşa qadağa zonasının təmin olunması məqsədilə ABŞ-nin başçılığı ilə koalisiya qüvvələrinin Liviyaya hava və raket hücumları ilə bağlı fikri ayrılıqları yaranıb.
Uşuşa qadağa zonasında əməliyyatlara nəzarətin ələ alınması ilə bağlı gün Brüsseldə keçirilən müzakirələ zamanı NATO-nun 28 üzvü konsensus əldə edə bilməyib.
NATO üzvü Türkiyə bildirib ki, Ankara hərbi əməliyyatlarda iştirak etmək üçün bir sıra irəli sürüb.
Səudiyyə Ərəbistanında səfərdə olan Rəcəp Tayyib Ərdoğan deyib ki, NATO-nun əməliyyatı işöala çevrilməməlidir.
Rusiyanın Baş naziri Vladimir Putin uçuşa qadağa zonasını kəskin tənqid edib.
Rusiya prezidenti Dmitri Medvedev isə baş nazirini tənqid edərək, onun şərhlərini qəbuledilməz adlandırıb.
NATO üzvü Almaniya koalisiyada iştirak etməmək qərarını müdafiə edib.NATO artıq Liviyaya silah tədarükünə dair embarqonun əməl olunması ilə bağlı əməliyyat aparır.
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələr Komandanlığı yanında strateji planlaşdırma üzrə direktoru briqada generalı Pyer Sen-Aman bildirib.
NATO artıq əməliyyat aparır", – o, Brüsseldə jurnalistlərə deyib.
Çərşənbə axşamı NATO-nun baş katibi Anders foq Rasmusen Şimali Atlantika Alyansının BMT Təhlükəsizlik Şurasının Liviyaya silah tədarükünə dair embarqoya nəzarətlə bağlı qətnaməsinin icrasının təmin olunmasına dair qərar qəbul etməsi haqqında məlumatı verib.
NATO generalı onu da bildirib ki, "Birləşmiş müdafiəçi" kodu ilə əməliyyat aparılan zaman NATO dənizçiləri Mərkəzi Aralıq dənizindən keçəcək və göyərtələrində silah və muzdluların olması ilə bağlı şübhəli gəmiləri yoxlayacaqlar.
Sen-Aman deyib ki, ümumilikdə əməliyyat 10 freqat (Kanada, İspaniya, Böyük Britaniya, Yunanıstan, İtaliya və ABŞ-dən bir, Türkiyədən dörd), üç sualtı gəmi (İspaniya, İtaliya və Türkiyədən bir), iki köməkçi gəmi (İtaliya və Türkiyə), eləcə də bir komanda gəmisi (İtaliya) ilə həyata keçiriləcək.
Liviya lideri Müəmmar Qəzzafinin Tripolidəki iqamətgahı növbəti dəfə koalisiya qüvvələrinin bombardmanına məruz qalıb.Liviya hərbi hava qüvvələri və havadan müdafiə qoşunları müstəqil döyüş qüvvəsi kimi daha mövcud deyil.
Bunu Böyük Britaniyanın aviasiya vitse-marşalı Qreq Baquell (Greg Bagwell) bilidirib.
Onun sözlərinə görə, artıq koalisiya təyyarələri praktiki olaraq maneəsiz Liviya səmasında uça bilər.Liviyada həyata keçirdiyi hərbi əməliyyatlara komandanlığı NATO öz üzərinə götürüb.
Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib.Müttəfiqlər fəal surətdə Liviyaya quru hücumu planının üzərində işləyirlər.
Bu barədə "RİA Novosti"yə Rusiya kəşfiyyatındakı yüksək rütbəli mənbə məlumat verib.
Müxtəlif kanallardan aldığımız məlumat onu göstərir ki, NATO ölkələri Böyük Britaniya və ABŞ-nin fəal iştirakı ilə Liviya ərazisində quru əməliyyatı planının üzərində işləyirlər.
Belə görünür ki, quru əməliyyatı hava bombardmanları və raket zərbələrinin Qəzzafi rejimini süqut etməyə məcbur edə bilmədiyi təqdirdə başlayacaq", deyə mənbə bildirib.
Onun sözlərinə görə, əgər Liviyadakı hadisələr məhz bu ssenari üzrə inkişaf etsə, quru əməliyyatının aprelin sonları – mayın əvvəllərində başlanması planlaşdırılır.Müəmmar Qəzzafi ölkəsinə qarşı aparılan hərbi əməliyyatları pisləyərək Liviyaya dair Londonda keçirilmiş konfransın iştirakçılarını hərbi əməliyyatlara xita...
Liviyaya qarşı aparılan barbar və şərəf gətirməyən hücumu dayandırın, Liviyanı liviyaylıların ixtiyarına verin.
Siz hər an insan itkisini artıran, insan qırğını ilə nəticələnən əməliyyatlarla məşğulsunuz", – Qəzzafi deyib.
Daha sonra o, ölkəsinin hazırkı vəziyyətini İkinci Dünya müharibə illərində Hitlerin Londonu bombalaması ilə müqayisə edib: "Siz, Avropa və ABŞ bilmirsiniz ki, bu barbarlıqla dolu və məşum müharibə Hitlerin Avropaya işğalçılıq hücumunu və Böyük Britaniyanı bombalamsını xatırladır?!
Liviya lideri söyləyib: "Nə üçün siz "Əl-Qaidə" kimi beynəlxalq terrorçuluqla məşğul olan qruplaşmaları bombardman etmirsiniz?!
Qoyun, Liviya ilə bağlı böhranla Afrika Şurası məşğul olsun.
Liviya bu Şuranın bütün qərarlarını qəbul edir".
Maliyyə sanksiyaları ABŞ-nin Maliyyə Nazirliyi Liviya dövlətinə və ölkə başçısı Müəmmər Qəzzafiyə məxsus 30 milyard dollarlıq vəsaiti – nağd pulu və qiymətli kağızı dondurub.
Media forum" saytının məlumatına görə, nazirliyin nümayəndəsi Devid Koen deyib ki, bu, ABŞ tarixində misli görünməmiş iri həcmdə dondurmadır.
Fevralın 27-də BMT Təhlükəsizlik Şurası Qəzzafi, ailə üzvləri və yaxın silahdaşlarının ölkədən çıxmasını yasaqlayan qətnamə qəbul edib.
Sanksiyanın başqa bəndlərinə görə, Qəzzafi və qohumlarının xaricdəki bütün hesabları dondurulur, Liviyaya bütün növ silahların satışı yasaqlanır, Beynəlxalq Cinayət Məhkəməsinə dinc sakinlərin öldürülməsini araşdırmaq tapşırılır.
Avropa Birliyi də fevralın 28-də Qazzafiyə, onun ailə üzvlərinə və ətrafındakı şəxslərə sanksiyalar tətbiq edib.
Sanksiyalar Liviyaya silahın və xüsisi vasitələrin satışına embarqonu, Qəzzafi klanı təmsilçilərinin Avropa Birliyi ölkələrinə səfərinə yasağı, onların hesablarının dondurulmasını nəzərdə tutur.Müəmmar Qəzzafi rejiminin nümayişçilərə qarşı amansız davranışına etiraz olaraq, Qəzzafi, onun ailəsinin 5 üzvü də daxil olmaq...
Onların Avropa ölkələrindəki aktivlərinə isə həbs qoyulub.
Avropa Birliyi Liviyaya silah-sursat satışını da qadağan edib.NATO alyansda Liviya lideri Müəmmar Qəzzafiyə qarşı beynəlxalq hərbi kampaniyaya nəzarətlə bağlı fikir ayrılıqlarına baxmayaraq, BMT-nin Liviyaya qarşı tətbiq etdiyi silah embarqosuna əmək etməyə razı olub.
NATO-nun Baş katibi general Anders Foq Rasmussen deyib ki, Liviyaya qeyri-qanuni silah daşımaqda şübhəli bilinən gəmilərin ələ keçirilməsi məqsədilə alyansın Aralıq dənizində gəmiləri və təyyarələri fəaliyyətə keçir.
Rasmussenin sözlərinə görə, NATO üzrə müttəfiqlər BMT-nin Liviya üzərində sanksiyalaşdırığı uçuşlara qadağa zonasının təmin edilməsinə yardım etmək üçün hazırlanan planları yekunlaşdırıb.İsveç hakimiyyəti Liviya lideri Müəmmar Qəzzafiyə məxsus olduğu bildirilən 1,6 milyard dollar həcmində aktivlərin dondurulması barədə...
Lakin "Al Jazeera" telekanalının məlumatına görə, İsveçdə Qəzzafiyə bağlı daha böyük aktivlər ola bilər.
Bundan əvvəl ABŞ, Avstriya, Almaniya və digər Qərb ölkələri şəxsən Qəzzafiyə, eləcə də Liviyaya məxsus pul vəsaitlərinin dondurulması barədə qərar qəbul etdiklərini açıqlayıblar.
Bu ölkələr Liviya liderinə qarşı nəzərdə tutulan digər sanksiyaların, o cümlədən, Müəmmar Qəzzafiyə səfər qadağasının qoyulmasına başlayıblar.Avropa İttifaqının rəhbərləri Liviya məmurları və müəssisələr, o cümlədən iri neft şirkətləri haqqında yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Sanksiyaların tətbiqi barədə qərarın yaxın saatlarda qəbul olunacağı gözlənilir.
Martın 24-dən etibarən isə sözügedən sanksiyalar qüvvəyə minəcək.
Humanitar böhran BMT bildirir ki, son 10 gündə Liviyanı 75 min adam tərk etməyə məcbur olub.
Zorakılıqdan xilas olmaq məqsədilə Tunis sərhədinə üz tutan bu adamların axını humanitar böhran yaradıb.
BMT-nin Qaçqınlar üzrə Baş Komissarlığının sözçüsü Melissa Fleming deyib ki, martın 1-də daha 10-15 min nəfərin sərhədi keçməsi gözlənilir.Günlərdir davam edən vətəndaş müharibəsi üzündən ölkəni tərk etmiş qaçqınların sayı 140 minə çatıb.
Əl-Cəzirə" xəbər verir ki, onların təxminən yarısı Tunisə üz tutub.
Humanitar təşkilatlardan bildirirlər ki, ölkədən axın durmadan davam edir.
Tunis hökuməti son 2 sutkada Liviyadan bu ölkəyə 75 minədək qaçqının gəldiyini açıqlayıb.Liviyada Qəddafiyə sadiq qüvvələrlə üsyançılar arasındakı toqquşmalardan qaçaraq Tunisə keçən və ümumilikdə Misirli olan minlərlə insan səhiyyə, yaşayış yeri və yeyinti-ərzaq problemləri ilə qarşılaşıb.
İnsanlar gecələri küçələrdə yatır.
Qadın və uşaqların böyük hissəsi isə əsgərlər tərəfindən qurulan çadırlarda yerləşdirilib.
Keçid məntəqəsində gərginlik hökm sürür.
Xalq keçid məntəqəsindəki problemlərə etiraz edərkən, əsgərlər də tez-tez kütləni dağıtmaq üçün havaya atəş açır.
Məlumatlara görə martın 2-dək Liviyanı 180 min insan tərk edib.
İnsan hüquqları pozuntuları Muəmmər Qəddafiyə sadiq qüvvələr digər vətəndaşlarla bərabər 540 tələbəni oğurlayıb.
Universitet tələbələri Misratada yerləşən tələbə şəhərciyindəki yataqxanalardan oğurlanıb.
Tələbələrlə yanaşı, hökumət əleyhinə olan etirazçılar da Qəddafinin qüvvələri tərəfindən oğurlanmışdır.
Oğurlanmış insanların taleləri naməlum olaraq qalır.
Liviyanın "Əl-Rəqib" insan haqları təşkilatı insan haqlarının rejim tərəfindən pozulmasını kəskin pisləmiş və xəbərdarlıq etdib ki, Qəddafi oğurlanmış insanları ona hücum olan təqdirdə canlı sədd kimi istifadə edə bilər.Liviya lideri Müəmmar Qəzzafini dəstəkləyən ordu dinc sakinlərə qarşı zorakılıq edir, onları ələ sal...
Rejimə qarşı çıxan şəxslərə qarşı seksual zorakılıq da adət halını alıb.
Yayılmış videogörüntülərdən birində Qəzzafi hərbçilərinin əl-qolunu bağlayaraq yük maşınına doldurduğu müxalifət tərəfdarları ilə necə davrandığı açıq şəkildə görünür… Azərbaycanın Liviyadakı səfirliyi bu gün 12 soydaşımızı vətənə göndərməyə hazırlaşır.
Bu barədə APA-ya Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov məlumat verib.
Onun sözlərinə görə, ölkədə vəziyyət gərgin olaraq qalmaqdadır: "Bir çoxları ölkəni tərk etməyə çalışır, buna görə də Tripoli hava limanı gərgin iş rejimində çalışır.
Hələlik Liviyada olan Azərbaycan vətəndaşlarından baş verən hadisələrdə zərər çəkən yoxdur.
Səfirlik ölkədən çıxmaq istəyən bütün soydaşlarımızı Vətənə göndərmək üçün lazımi səylər göstərir".Qeyd edək ki, səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla Liviyada cəmi 20 Azərbaycan vətəndaşı var: "Biz vətəndaşlarımızı çıxarmaq üçün səylərimizi əsirgəmirik.
Lakin aeroportda ölkədən getmək istəyən 4-5 min nəfər toplaşıb.
Heç də bütün təyyarələrə uçuş icazəsi verilmir, hətta çarter reyslərinin hamısı həyata keçirilmir.
Liviyadakı MDB ölkələrinin səfirlikləri ilə belə razılığa gəlmişik ki, vətəndaşlarımızın Liviyadan çıxarılması prosesini birlikdə həyata keçirək.
Əgər təyyarələrin havaya qalxmasına icazə verilsə, bəlkə bu gün 12 Azərbaycan vətəndaşını ölkəmizə göndərə bildik".Azərbaycanın 10 vətəndaşı Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə Liviyadan Kiyevə evakuasiya olunub.Daha 14 Azərbaycan vətəndaşı Ukraynaya məxsus təyyarə ilə Liviyadan evakuasiya olunub.
Digər bəzi səbəblər Daxili fərqliliklər Ölkə 3 əsas vahiddən ibarətdir: Kirenaika, Triplotaniya və Fəssan.