Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
1 yanvar 2011-ci ildə İsgəndəriyyədə kilsəyə təşkil edilən bombalı hücum və ardından Qahirə küçələrində baş verən Xristian-Müsəlman qarşıdurması Misirdə çox böyük narahatlıq törətmişdi.. Hərəkatın aprıcı qüvvələri Əl-Ğad Partiyası 2004-cü ildə Misir rəhbərliyi tərəfindən rəsmi qeydiyyata alınsa da, təşkilatın lideri Əy... |
Partiya ölkədə konstitusiya dəyişikliyi tələbini irəli sürür. |
2005-ci ildəki parlament seçkilərində partiya rəsmi rəqəmlərə görə, 7 faiz səs qazanıb. |
Ancaq bir qədər sonra partiyadan bir qrup ayrılaraq "Sabah" adlı yeni partiya yaradıb. |
Sabah"ın hökumətin partiyası olduğu iddia edilir. |
Kifayə hərəkatı Misirin xristian qibti tayfalarının nümayəndəsi Corc İshaq tərəfindən yaradılıb. |
Kifayə əsas hədəfinin Mübarəkin istefaya göndərilməsi və hakimiyyətin atadan oğula keçməsinin qarşısını almaq olduğunu elan edib. |
Misirin əsas siyasi təşkilatlarından biridir, 1919-cu ildə yaradılıb. |
Partiya 1953-cü ildə o zamankı dövlət başçısı Camal Əbdülnasir tərəfindən bağlansa da, 1983-cü ildə yenidən bərpa olunub. |
hazırda Vəfdin Misir parlamentində 6 deputatı var. |
Sağçı partiya hesab olunan Vəfdin liderlərindən olan Numan Goma Misirdə fövqəladə vəziyyətin ləğv olunması, siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. |
Eyni zamanda ingilislərə qarşı sərt münasibəti və İranla dostluq (1981-ci ildən sonra İranla Misir arasında münasibətlər düşmənçilik səviyyəsindədir) əlaqələrinin qurulmasının tərəfdarıdır. |
Misirin ən böyük və güclü müxalif islamçı hərəkatıdır, XX əsrin əvvəllərində müsəlman dünyasında başlayan müstəmləkə əleyhinə islamçı müqavimət hərəkatı dalğasında yaranıb. |
Qısa zamanda böyük sayda tərəfdarlar toplayan və demək olar ki, dünyanın bütün ölkələrinə yayılan, xüsusən də ərəb ölkələrində təşkilatlanan "qardaşlar" Misirdə hər zaman ağır basqılarla üzləşib, hərəkatın liderləri, xüsusən də Camal Əbdül Nasir və Ənvər Sadat zamanında həbsxanalara salınıb, bir çoxları öldürülüb. |
Bundan sonra təşkilat daxilində parçalanma yaranıb, hərəkat radikallar və nisbətən mötədil xəttə bölünüblər. |
Təşkilatın fəaliyyəti rəsmən qadağan olunsa da, üzvləri müstəqil olaraq Misir parlamentində təmsil olunublar. |
2005-ci il seçkilərində Misir parlamentinə 80-ə yaxın "ixvançı" deputat düşmüşdü. |
Milli Dəyişiklik Cəmiyyəti Misir müxalifətinin hazırkı lideri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq direktoru Məhəmməd Əl-Baradei tərəfindən yaradılıb. |
2009-cu ildə BAEA direktoru vəzifəsindən gedən əl-Baradei Misirdə siyasi fəaliyyətə başlayacağını bəyan etdi. |
Az bir vaxtda Misirin tanınmış jurnalistləri, yazıçılar, siyasətçilər, sənətçilər və başqa tanınmış şəxslər əl-Baradeinin yaratdığı hərəkata qoşuldular. |
Qeyd edək ki, hələ iki il əvvəl əl-Baradey Misirdə həm parlament (2010-cu ildə keçirildi), həm də prezident (bu il keçirilməsi planlaşdırılır) seçkilərində iştirak edəcəyini bəyan etdi. |
Ancaq əsas şərt kimi, ölkənin seçki qanunvericiliyinin dəyişməsini tələb edirdi. |
Liberal Partiyası Misirin əsas dünyəvi siyasi partiyalarındandır. |
Daha əvvəl sağ yönümlü olsa da, Liberal Partiya indi daha çox mərkəzçi xətti müdafiə edir. |
6 aprel" Hərəkatı 2008-ci il aprelin 6-da misirli gənc fəallar tərəfindən yaradılıb. |
Hərəkat bütün siyasi qüvvələrlə yaxın münasibət saxlayır. |
Eyni zamanda hərəkatda müxtəlif siyasi baxışların daşıyıcıları, eləcə də neytral gənclər var. |
Yanvarın 17-də Qahirə şəhərində Parlament binası qarşısında bir vətəndaş özünü yandırmağa cəhd göstərmişdir. |
Ağır yaralanan vətəndaşın həyatı xilas olunmuşdur.. Sonrakı gün bir nəfər Qahirədə hökumət binası qarşısında, 25 yaşlı işsiz bir nəfər isə İsgəndəriyyədə özünü yandırmağa cəhd etmişdir. |
Hər iki şəxs xəstəxanaya çatdırılmışlar və həyatları xilas olunmuşdur. |
Xronologiya 25 yanvar - Qəzəb günü Yanvarın 25-də Misirin paytaxtı Qahirədə və digər şəhərlərdə ilk nümayişlər baş verdi. |
Aksiya iştirakçıları ölkədə iqtisadi və siyasi islahatlar tələb edirdilər. |
Qahirədə nümayişə çıxanlar Təhrir Meydanına, Ali Məhkəmənin qarşısına toplaşıb, "Əsas çıxış yolu Tunisin yoludur! |
yazılan şüarlar tutmuşdular. |
Onların bir qismi Daxili İşlər Nazirliyinin binası qarşısında da toplaşmağa cəhd etsələr də, polis bu istiqamətdə yolları bağlamışdı. |
Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardan qazdan və su şırnaqlarından istifadə etsə də, məqsədlərinə nail ola bilmədi.. Həmin gün aksiyalarda bir polis əməkdaşı da həlak oldu.. Hakimiyyət orqanları kütləvi aksiyaların keçirilməsinə qadağa qoysa da, nümayişlər Qahirə, İsgəndəriyyə və Süveyş şəhərlərində dav... |
Müxtəlif məlumatlara görə, nümayişlərdə on minlərlə insan iştirak etdi. |
Etirazçılar Facebook və Tvitterdən koordinasiya mərkəzi kimi istifadə etdiklərindən, hakimiyyət orqanları Tvitteri, az sonra isə Facebooku bağldı.. Aksiyalar zamanı 70 nəfər xəsarət almışdır. |
Misir prezidentinin oğlu Camal Mübarəkin Londona qaçması barəsində xəbər yayılsa da,, Misirdəki ABŞ səfirliyi məlumatı təkzib etdi.. Misir fond birjası yaranmış gərgin vəziyyətlə əlaqədar işini dayandırdı. |
Aksiyalarda həbs olunanların ümumi sayının min nəfərdən artıq olması barəsində məlumat yayıldı. |
28 yanvar - Qəzəb cüməsi Yanvarın 28-də Misir prezidenti Hüsnü Mübarək televiziya ilə xalqa müraciət etdi. |
O həmişə ölkə əhalisinin əsas təbəqəsinin - yoxsul insanların tərəfində olduğunu bəyan etdi: "Biz işsizilklə mübarizəni davam etdirəcəyik. |
Biz hazırkı vəziyyətin - talançılıq və yanğın törədilməsinin öhdəsindən gələcəyik. |
Mən misirliləri ölkənin ümumi maraqlarına xidmət etməyə, hökumət binalarını yandırmamağa çağırıram". |
Misir prezidenti həmvətənlərini əmin edib ki, iqtisadi və siyasi islahatları davam etdirəcək. |
Bu Misirə qarşı sövdələşmədir", - deyən Hüsnü Mübarək insan tələfatına kədərləndiyini bildirdi. |
Hüsnü Mübarək hökuməti istefaya göndərdiyini elan etdi.. Keçmiş mülki aviasiya naziri Əhməd Şəfəqi ölkənin baş naziri təyin edilib. |
Bütün bunlara baxmayaraq, aksiyalar bir sıra şəhərlərdə davam etdirildi. |
Nümayişlər zamanı xəsarət alanların sayının 870 nəfərə çatdı. |
Misirin əsas müxalif fiqurlarından biri Məhəmməd Əl-Baradei nümayişə qoşulmaq üçün Misirə qayıtdı. |
O, cümə günü kütləvi etirazlarda iştirak etmək və daha yaxşı güzaran üçün xalqın tələblərinə dəstək vermək üçün gəldiyini dedi: "Mən gəlmişəm ki, onlarla birgə olum. |
Mən həmişə demişəm ki, məni bu dəyişikliyin simvolu kimi görmək istəsələr, məqbuldur, lakin dəyişiklik onlar bir araya gəlməyincə, baş verməyəcək. |
Onlar indi bir araya gəliblər və mən də siyasi və mənəvi dəstək vermək üçün onlarla birlikdə olmağa borcluyam. |
Onların adından danışmağa və onlarla birlikdə olmağa hazıram. |
Mən bunu elə etmək istəyirəm ki, keçid yumşaq olsun".Bəzi polislərin nümayişçilərin tərəfinə keçməsi xəbərləri yayıldı.. Qahirə şəhərində ordu birləşmələrinin artırılması haqqında xəbər verildi.. Həmçinin internet tam bağlandı. |
Ölkə prezidentinin, hökumət qurumlarının saytları da bağlandı. |
Bundan əvvəl Misirdə Facebook sosial şəbəkəsinin və Tvitter xidmətinin fəaliyyəti də dayanmışdı.. Ölkədəki etiraz aksiyalarından təşvişə düşən Misir prezidenti Hüsnü Mübarək oğlanlarını Londona göndərdi. |
Lakin Misirin dövlət televiziyası təkidlə məlumatı təkzib etdi.. Qahirənin (Misir) mərkəzi meydanı sayılan Təhrir meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası davam edirdi. |
Meydanda azı 50 min nümayişçinin toplaşması barədə məlumat verildi. |
Hərbçilərlə nümayişçilər arasında hər hansı qarşıdurma baş tutmadı. |
Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-dən Qahirəyə qayıtdı. |
Artıq ordunun son hadisələrlə bağlı mövqeyinin aydın olduğu və xalqa qarşı silah işlətməyəcəyi bildirildi. |
Bu xüsusda hərbi komandanlıq və Prezident Administrasiyası arasında ciddi gərginlik yarandığı məlum oldu. |
İğtişaşlar nəticəsində ölənlərin sayı 100 nəfərə çatdı. |
Qahirədə min nəfərə yaxın nümayişçi Hüsnü Mübarək rejiminin simvolu sayılan və xalq tərəfindən "işgəncə evi" adlandırılan Daxili İşlər Nazirliyinin binasına hücum etməyə cəhd etdi. |
Məhəmməd əl-Baradei də Hüsnü Mübarəki istefa verməyə və hakimiyyətin təhvil verilməsi üzrə planı razılaşdırmağa çağırdı. |
O, "əl-Cəzirə" telekanalına telefonla müsahibəsində bildirib ki, yalnız prezidentin istefası ölkədəki iğtişaşlara son qoya bilər: "Mübarəkin sistemi Misir xalqının siyasi, iqtisadi və sosial tələblərinə cavab verə bilmədi. |
Biz azadlıq, demokratiya və sosial ədalətə əsaslanan yeni Misir qurmaq istəyirik". |
Qahirədə baş verən iğtişaşlar zamanı Misirin baş arxeoloqu Zahi Xəvasın bildirdiyinə görə qarətçilər Misir Muzeyindəki iki mumiyanı məhv edib. |
Qarətçilər muzeyin kassasını da soyublar. |
İğtişaşlarla əlaqədar ordu təhlükəsizlik məqsədilə turistlərin Misir piramidalarına girişinə də qadağa qoydu.. Səhər saatlarında Misirdə Əl-Cəzirə telekanalının yayımı Misir hökuməti tərəfindən dayandırıldı. |
Bu haqda Əl-Cəzirə telekanalı məlumat verdi. |
Telekanalın verdiyi məlumata görə, telekanalının bütün əməkdaşlarının qeydiyyatı ləğv edildi.Misir müxalifət lideri, Məhəmməd Əl-Baradei həbs edilərək ev dustağı edildi.. Hüsnü Mübarək Misir kəşfiyyatının rəhbəri Ömər Süleymanı ölkənin vitse-prezidenti təyin edib. |
Misirdə vitse-prezident vəzifəsi 1981-ci ildə Misir prezidenti Ənvər Sadatın öldürülməsindən sonra onun yerinə keçən Hüsnü Mübarək hakimiyyətə gələndən 30 ildir ki, boş qalmışdı.Beni-Sueyf şəhərində nümayişçilərlə polislər arasındakı toqquşmada on iki nəfər həlak oldu. |
Yanvarın 30-u Misirdə mövcud olan fövqəladə vəziyyət Qahirə, İsgəndəriyyə və Süveyş şəhərlərində uzadıldı. |
Daha əvvəl yanvarın 28-i və 29-u axşam saat 6 və 4 olan komendant saatının vaxtı 15:00-dak artırıldı. |
Həmin gün Prezident Mübarək ordu rəhbərliyi ilə görüşlər keçirdi. |
Misirdə çıxan Əş-Şuruk qəzetinin məlumatına görə Vitse-prezident Ömər Süleyman Hüsnü Mübarəkə hakimiyyətdən əl çəkməyi məsləhət gördüyünü yazdı. |
Misir prezidenti Hüsnü Mübarək ölkə paytaxtında əhalinin etiraz aksiyalarının güclənməsi fonunda bu şəhəri tərk edib və nisbətən sabitliyin müşahidə edildiyi Şarm əl-Şeyxə gəlib. |
O, burada özünə məxsus bir hotelə sığınıb. |
Eyni zamanda bu səhərdən etibarən Şarm əl-Şeyxə ordu yeridilib.Misir prezidenti Hüsnü Mübarək bazar günü yeni hökumətə ölkədə sakitlik və sabitliyin yaradılması, işsizliklə mübarizə aparılması və yeni iş yerlərinin yaradılması ilə bağlı tapşırıq verib. |
Bu haqda Misirin milli televiziyası xəbər verib. |
Misir lideri həmçinin korrupsiya ilə daha fəal mübarizə aparmaq əmri verib. |
Keçən həftənin cümə günü Mübarək ardı-arası kəsilməyən xalq narahatçılıqları fonunda hakimiyyəti istefaya gödərib. |
O, yeni nazirlər kabinetinin yaradılmasını keçmiş mülki aviasiya naziri Əhməd Şafiqə tapşırıb.Qahirə həbsxanasında baş vermiş iğtişaşlar nəticəsində onlarla insan həlak olub. |
Minə yaxın məhbus isə qaçmağa müvəffəq olub.. Həmçinin Misirdə əl-Cəzirə kanalının yayımı dayandırılıb. |
1 fevral - Miyonların yürüşü Misir hakimiyyəti bütün sərnişin qatarlarının hərəkətinə müvəqqəti qadağa qoydu. |
Milli aviasiya xidməti "EgyptAir" isə komendant saatının qüvvədə olduğu müddət üçün bütün daxili və xarici reyslərini təxirə saldı. |
Saat 15:00-dan 8:00-dək heç bir uçuş olmadı.Misir ordusu nümayişçilərə qarşı gücdən istifadə etməyəcək. |
Bu barədə ölkənin güc strukrutlarının rəsmi məlumatında bildirilir. |
Yayılan bəyanatda "Sülh şəraitində söz azadlığına hamı üçün təminat verilir", deyə qeyd olunub. |
Qeyd edək ki, əvvəl Misirin Müdafiə Nazirliyinin nümayəndəsi prezident Hüsnü Mübarəkin istefası tələbi ilə çıxış edən nümayişçilərə qarşı gücdən istifadə ediləcəyini bildirmişdi.Hüsnü Mübarək yeni formalaşdırdığı hökumət üzvlərinə müxalifətlə danışıqlara başlamağı tapşırıb. |
Misir prezidenti Hüsnü Mübarək öz müavini Ömər Süleymanı müxalifətlə dərhal danışıqlar aparmaq üçün nümayəndə təyin edib. |
Prezident mənə bütün probelmlərlə bağlı dialoqun başlanması üçün siyasi qüvvələrlə danışıq aparmağı tapşırıb", deyə vitse-prezident televiziya ilə xalqa müraciət etdi. |
Danışıqlar müxalifətin məhdud müddət ərzində konstitusion islahatların keçirilməsi ilə bağlı əsas tələblərini əhatə edəcək. |
Bundan başqa, birinci dərəcəli məsələlər arasında işsizlik, yoxsulluq və korrupsiya ilə mübarizə müzakirə ediləcək. |
Müxalifətin hakimiyyətlə dialoqa razı olub-olmayacağı isə bəlli deyil. |
Müxalifət bəyan edib ki, Ömər Süleymanın təkoifinə bu gün aydın cavab veriləcək. |
Xatırladaq ki, Misir müxalifəti əlahini ümumxalq tətilinə və "milyonların etiraz marşı"na çağırdı. |
Bu müraciət Qahirənin əsgərlər və zirehli texnika ilə əhatə olunan mərkəzi Təhrir meydanında səsləndi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.