Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hakimiyyətdən artıq getmək istəyirəm. |
Oğlum Camal Mübarəki də xələfim olaraq, hakimiyyətə gətirmək niyyətim yoxdur və o, bu ilin sentyabrında keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. |
Ancaq indiki məqamda istefa versəm, radikal Müsəlman Qardaşları Hərəkatı hakimiyyətə gələ bilər". |
Hüsnü Mübarək Təhrir meydanında baş verən qanlı toqquşmanın onun tərəfdarları tərəfindən törədildiyi barədə ittihamlarla da razılaşmayıb: "Qan tökülməsinin səbəbkarı Müsəlman Qardaşları Hərəkatıdır". |
Misirin vitse-prezidenti Ömər Süleyman da bu günə qədər dost saydıqları ölkələrdən gələn açıqlamaların qəribə olduğunu söyləyib: "Bizim işlərimizə burunlarını soxurlar. |
Biz belə müdaxilələrə icazə verməyəcəyik". |
O, Müsəlman Qardaşları Hərəkatını dialoqa dəvət etdiklərini, ancaq onların buna rədd cavabı verdiyini də vurğulayıb. |
Bu arada bölgə ölkələrinin, ABŞ başda olmaqla, Qərb dövlətlərinin istefaya çağırdığı Hüsnü Mübarəkə İsraildən sonra ikinci sürpriz dəstək Fələstin Muxtariyyətindən gəlib. |
Ramallah şəhərində əleyhdarlarının aksiyası dağıdılsa da, onun tərəfdarlarının yürüş keçirməsinə icazə verilib.Hüsnü Mübarəkə qarşı etirazlarda mühüm rol oynamış Müsəlman qardaşlar təşkilatı Misirdə baş tutacaq prezident seçkilərində iştirak etməkdən imtina etmişlər. |
Onlar həmçinin hakimiyyətlə danışıqlarda iştirak etməyəcəklərini də bildirmişlər. |
Verilən xəbərlərə görə prezident Hüsnü Mübarəkin oğlu Camal Mübarək də prezidentliyə namziəd olmayacaq.Qahirənin mərkəzindəki Təhrir meydanına bütün giriş yollarını tanklar və zirehli texnika kəsib. |
Buna rəğmən, prezident Hüsni Mübarəkin istefasını tələb edənlərlə yanaşı, dövlət başçısını dəstəkləyən on minlərlə misirli meydana axışır. |
Əl Cəzirə"nin məlumatına görə, Qahirə küçələrində silahlı gənc banditlər cövlan edir. |
Onlar dəyənək, bıçaq və hətta qılınclarla silahlanaraq yolları kəsir, maşın sahiblərindən pul alırlar. |
Əl Məsri əl Yəum" qəzeti bildirir ki, sabiq DİN başçısı və onun üç müavini ev dustaqlarıdır. |
Onlara qarşı istintaq aparılır. |
Misirin Daxili İşlər Nazirliyi polisin işə qayıtdığını bəyan etsə də, asayiş keşikçilərinin işi gözə dəymir. |
Fevralın 5-də gecəyarısı Misirin vitse prezidenti Ömər Süleymana qarşı sui-qəsd edildiyi barədə xəbər yayılmışdır. |
Xəbərə əsasən, o, zərər çəkməsə də, iki mühafizəçisi həlak olub. |
Misir prezidenti Hüsnü Mübarəkin oğlu Camal Mübarək hakim Milli Demokrat Partiyasının sədrliyindən istefa verdi. |
Hakim partiyaya yeni seçilən Baş katib Hossam Badravi partiyada liberal qanadın təmsilçisi sayıldı. |
Müsəlman Qardaşları təşkilatı hakimiyyətlə danışıqlara getməyə razılıq vermişdir. |
Bu Misirdə fəaliyyəti qadağan olunmuş təşkilatın hökumətlə ilk danışıqlarıdır. |
Danışıqlarda hakimiyyəti vitse-prezident Ömər Süleyman təmsil etmişdir. |
Misirdə nümayişlərin davam etdiyi bir vaxtda qadağan olunmuş Müsəlman qardaşlar təşkilatı elan edib ki, hökumətlə danışıqlar prosesinə qoşulmağa hazır olsa da, yalnız bir məsələni müzakirə edəcək. |
Bu da prezident Mübarəkin necə və nə vaxt kreslosunu tərk edəcəyi məsələsidir. |
Ekspertlər qeyd edirlər ki, təşkilat danışıqlara razılıq verməklə çox böyük bir sövdələşməyə girir. |
Onları artıq indidən son iki nümayişə başçılıq etməkdə astagəl olmaqda günahlandırırlar. |
Digər müxalifət partiyaları elan ediblər ki, Hüsnü Mübarək getmədən heç bir danışıqlara girməyəcəklər. |
Hökumətin vəzifəliləri iddia edirlər ki, azad və ədalətli seçkilər üçün keçid tədbirləri yalnız prezident Mübarəkin nəzarəti altında mümkündür. |
İdeyalardan biri prezidenti bir növ kənara itələyib, lakin hakimiyyətini formal olaraq saxlamaqdır. |
ABŞ-nin elçisi Frank Uizner demişdi ki, prezident Mübarək hələlik vəzifəsində qala bilər. |
Misirlilərin bir hissəsi bu gün iş yerlərinə qayıtdı. |
Banklar işlərini bərpa etdi. |
Misirin yeni maliyyə naziri Samir Radvanın bildirdiyinə görə büdcədən maaş alan işçilərin və pensiyaların məbləği 15% artırıldı. |
Bunun üçün 960 milyon ABŞ dolları həcmində vəsait ayrıldı. |
Misirdə iqtidarla müxalifət arasında baş tutan danışıqlar zamanı konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. |
Hökumət sözçüsü Maqdi Radi bildirib ki, gələn ayın ilk həftəsinə kimi konstitusiyaya lazımi dəyişikliklərin edilməsi üçün komitə yaradılacaq. |
Komitə məhkəmə hakimiyyəti və bəzi siyasətçiləri əhatə edəcək. |
Konstitusiyaya ediləcək dəyişiklikləri hazırlayan komitə əvvəlcə prezident seçkisinə daha çox namizədin iştirakına zəmin yaradacaq, bundan əlavə prezidentin neçə dəfə seçilə biləcəyini müəyən edən dəyişikliklər üzərində işləyəcək. |
Komitə bu və ya digər dəyişikliklərlə bağlı işlərini mart ayının ilk həftəsinə qədər yekunlaşdıracaq. |
Bundan əlavə, iqtidar mətbuat azadlığını məhdudlaşdırmamağı, SMS vasitəsilə mesajlaşmağa mane olmamağa, internetə məhdudiyyətlər qoymamağa razılıq verib. |
Hər iki tərəf hökumətin siyasi məhkumların şikayəti və tələblərini dəyərləndirəcək blok yaradılması sahəsində də razılıq əldə edib. |
Razılığa görə, nümayişlər başlayandan bəri saxlanılanlar sərbəst buraxılacaq. |
Hökumət korrupsiya ilə mübarizə, onun arxasındakıların müəyyən edilməsi üçün iş aparacaq. |
Vitse-prezident Ömər Süleyman prezident Hüsnü Mübarəkin səlahiyətlərini icra etmək barədə müxalifətin təklifini rədd edib. |
Ancaq görüşün nəticələri Müsəlman qardaşlarını razı salmayıb. |
Təşkilatın rəsmilərindən olan Abdülmanem Abdülfatuh görüşdən sonra verdiyi açıqlamada müsbət fikirlərin olduğunu, ancaq bunların köklü dəyişikliklər olmadığını bildirib. |
Abdülfatuh Hüsnü Mübarəkin prezidentlik qərarnaməsi yayaraq konstitusiyanın 76 və 77-ci maddələrinin dəyişdirilməsini, parlamenti buraxmasını, bütün siyasi məhbusları azad etməsini və fövqəladə vəziyyəti aradan qaldırmasını tələb etdiklərini bildirib. |
Kontitusiyanın adıçəkilən maddələri prezident seçkisi ilə bağlıdır. |
Bu maddələr Mübarəkin lideri olduğu iqtidar partiyasının növbəti prezidentin kim olacağını təyin etməsinə imkan verir, seçilən şəxsin növbəti seçkidə yenidən namizəd olmasına heç bir məhdudiyyət qoymur. |
Muxalifət liderlərindən olan Məhəmməd Əl Baradeinin təmsilçisi Mustafa Naqqar toplantının müsbət hal olduğunu, ancaq bunun sadəcə bir başlanğıc olduğunu deyibTəhrir meydanında iki nəfər etirazçının toyu baş tutdu. |
Misir prezidenti Hüsnü Mübarək Qahirənin Təhrir meydanında nümayişçilərin arasında baş vermiş və 11 nəfərin ölümü ilə nəticələnmiş qarşıdurmanın araşdırılması üçün müstəqil komissiya yaratmağı tapşırıb. |
Prezidentin sözlərinə görə, komissiya "tamamilə müstəqil olmalı və Misir cəmiyyətində ləyaqət və vicdanları ilə tanınan şəxslərdən təşkil olunmalıdır". |
O komissiyanı "nümayişçilərə qarşı yol verilmiş yolverilməz qanun pozuntularını araşdırmağa" çağırıb.Misirdə hakimiyyət və müxalifət arasında dialoqun başlandığına dair xəbər yayıldı. |
Google şirkətinin Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim azadlığa çıxdıqdan sonra Misirdə baş verən etiraz aksiyalarına yardım göstərdiyini etiraf etdi. |
O, yanvarın sonunda həbs edildi və on iki gün həbsdə qaldıqdan sonra azadlığa buraxıldı. |
Biz öz ölkəmizin azadlığını istəyirik. |
Amma xahiş edirəm məni qəhrəmana çevirməyin. |
Qəhrəmanlar meydandakılardır, mən isə 12 gün hədsdə yatmışam. |
Biz ölkəmiz dəyişməyincə buranı tərk etməyəcəyik. |
Misir prezidenti Hüsnü Mübarəkin müəyyən zaman çərçivəsində hakimiyyətin sülh yolu ilə ötürülməsinin dəqiq qrafikinin hazırlanması barədə sərəncam verdiyi barədə vitse-prezident Ömər Süleyman bəyan etdi. |
Ömər Süleyman prezidentin istefasını tələb edən aksiyaçıların da təqib olunmayacağını bildirib: "Prezident milli konsensusu alqışlayır və böhranı aradan qaldırmaq üçün hazırda bizim düzgün yolla getdiyimizi təsdiqləyir".lakin, əsas müxalifət təşkilatı olanMüsəlman qardaşlar təşkilatının rəsmisi Əssam əl-Ərian prezident... |
Onun sözlərinə görə, təşkilat hakimiyyətlə heç bir kompromisə getmək niyyətində deyil. |
O, həmçinin Mübarəkin istefa edəcəyi halda Misirdə təkbaşına hakimiyyətə gələcəyini deyil, geniş parlament koalisiyası tərkibində hərəkət edəcəyini qeyd etdi. |
Biz dinc təşkilatıq, konstitutsiya və qanunlar çərçivəsində hərəkət edirik"Fevralın 8-də Misirdə kütləvi etirazlar davam edib. |
Yüz minlərlə insan Qahirənin "Təhrir" meydanına toplaşaraq prezident Mübarəkin istefasını tələb ediblər. |
Bundan başqa bir qrup etirazçı meydandakı kütlədən ayrılaraq parlament binasının qarşısına yollanıb. |
Onlar narazıdırlar ki, Təhrir meydanında iki həftədən çox tələblərini səsləndirsələr də, hökumətdən kimsə gəlib onların dərdini dinləmir. |
Amma həmin qrup parlamentin binasına hücum etmək niyyəti nümayiş etdirmir. |
Onlar dinc şəkildə binanın qarşısında dayanıblar. |
Kütləvi etirazlar Misirin ikinci böyük şəhəri – İsgəndəriyyədə də təşkil edilib. |
Etirazçılar prezident istefa verməyincə evlərinə dağılışmayacaqlarını deyirlər.Baxmayaraq ki, hökumət kütləvi aksiyaların dayandırılmasına çağırır və bir-birinin ardınca etirazçılara güzəştlər edir. |
Fevralın 8-də prezident Mübarək özünün islahatlar üçün "yol xəritəsi"ni açıqlayıb. |
Bu plan üç komitənin yaradılmasını nəzərdə tutur. |
Bu komitələrdən biri Konstitusiyaya hansı dəyişikliklərin edilməsinin zəruriliyini araşdıracaq. |
Digər komitə kütləvi etirazlar zamanı aksiyaçılara qarşı güc tətbiqinin nəticələrini, ölümləri araşdıracaq. |
Üçüncü komitə isə siyasi dialoqa mümkün qədər çox partiyanı cəlb etməyə çalışacaq. |
Bundan başqa hökumət əhalinin dolanışığını yaxşılaşdırmaq niyyətində olduğunu göstərmək istəyir. |
Fevralın 8-də Misir hökuməti bəyan edib ki, dövlət sektorunda işləyənlərin maaşlarını, eləcə də pensiyaları 15 faiz qaldırır. |
Misir həbsxanalarından 30-dan çox siyasi məhbus buraxılıb. |
Onların son aksiyalar zamanı tutulan yox, Mübarək hakimiyyətinin uzun müddətdir həbsxanada saxladığı şəxslər olduğu deyilir.Misirin paytaxtı Qahirədə daha bir kütləvi aksiya keçirilib. |
Fevralın 8-də Təhrir meydanına toplaşan yüz minlərlə aksiyaçı prezident Hüsnü Mübarəkin istefasını tələb edib. |
Prezident Hüsnü Mübarək fevralın 8-də konstitusiya islahatları aparacaq komissiya formalaşdırdı. |
Konstitusiyada əsas islahatların prezidentin səlahiyyət müddətinin 6 ildən 4 ilə endirilməsi və iki dəfədən artıq dalbadal seçilməyin yasaqlanması olacağı bildirilir. |
Misir hökuməti isə 34 siyasi məhbusun azadlığa buraxıldığını açıqlayıb. |
Human Rayts Votç" beynəlxalq insan hüquqları təşkilatının 7 fevral hesabatına görə, yanvarın 25-dən başlayan xalq hərəkatında ən azı 297 nəfər həlak olub. |
Ancaq etirazçılar başlıca tələblərinə - 1981-ci ildən ölkəni idarə edən prezidentin istefasına nail ola bilmirlər. |
Səlahiyyət müddəti 2011-ci ilin sentyabr ayında bitən Hüsnü Mübarək vaxtından əvvəl getməkdən imtina edir. |
Port-Səid şəhərində icra hakimiyyətinin binası yandırıldı. |
Bir neçə min insan hücum çəkərək binaya daş və butulkalarda yandırıcı maddələr atıb. |
İnsanlar 3 min nəfərin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı şəhər administrasiyasına müraciətinin zibil qutularına atılmasından xəbər tutandan sonra küçələrə çıxmışlar. |
Paytaxt Qahirədən cənub-qərbdə yerləşən El-Vadi əl-Qadid əyalətinin inzibati mərkəzi El-Xarqa şəhərində 60-dan çox insan polislə qarşıdurmada xəsarət alıb. |
Əyalət sakinləri yerli əhali ilə mehriban münasibət saxlamayan polis rəisinin şəhərə qayıtmasından sonra küçələrə çıxıblar. |
Polislə qarşıdurmalarda 1 nəfər ölüb, onlarla insan xəsarət alıb. |
Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz, təzyiqli su və döyüş güllələrindən istifadə edib.Qahirənin Təhrir meydanında da minlərlə insanın iştirak etdiyi aksiya davam edir. |
Cümə günü günorta namazından sonra böyük kütləvi aksiyanın keçirildi.Müsəlman qardaşlar Mübarəkə istefa verməsi üçün ultimatum verdi. |
Təşkilatın rəsmisi Hissəm Əl-Aryan prezident Hüsnü Mübarəkə istefa verməsi üçün 1 həftə şans verdiklərini bildirdi. |
Əl-Aryam deyib ki, Mübarəklə bərabər hökumət də tam formada istefa verməlidir. |
O, çıxışı zamanı, həmçinin Hüsnü Mübarəkin şərəfli bir şəkildə getməsini istədiklərini bildirmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.