Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Eşton təəssüflənir ki, Mübarək hələ də demokratiyaya keçid yolunu tutmayıb və dəyişikliklər üçün yol açmayıb, - "RİA Novosti" xəbər verir. |
Dəyişikliklər vaxtı artıq yetişib. |
Biz yaxın saatlar ərzində Misir xalqının reaksiyasını izləyəcəyik", - deyə Eşton bildirib. |
Onun sözlərinə görə, Aİ Misir hakimiyyəti ilə əlaqə saxlayaraq onları tez bir zamanda demokratiya yoluna keçid almağa çağıracaq.Almaniyanın kansler Angela Merkel Mübarəki istefa verməyə çağırdı. |
Danimarkanın xarici işlər naziri Avropa Birliyi ölkələrinə müraciət edərək Misir prezidenti Hüsni Mübarəkdən dərhal istefanı tələb etmək üçün birgə bəyanatın hazırlanmasını təklif edib. |
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə Misirdəki hadisələri diqqətlə izləyir. |
Bu dəqiqəyə, hər hansı bir vətəndaşımıza hücum edildiyi barədə məlumat yoxdur, ancaq biz hadisələri diqqətlə izləyirik". |
Ə.Davudoğlu Sarayevoda bildirib. |
Davudoğlu qeyd edib ki, türk xalqı misir xalqına qardaşlıq hissləri bəsləyir və hadisələr zamanı dünyasını dəyişmiş insanlara görə məyus olduğunu ifadə edib. |
Biz öz vətəndaşlarımıza təhlükəsiz ərazilərdə olmağı və hər hansı bir təhlükə törəyəcək ərazilərdən uzaq durmağı tövsiyə edirik. |
Hələki əlimizdə türk vətəndaşlarına hücum barədə, yaxud vətəndaşlarımızın hansısa bir aksiyada iştirak etməsiylə bağlı məlumat yoxdur. |
Biz ümid edirik ki, Misirdə baş verənlər Misir xalqının gələcəyi üçün uğurlu olacaq. |
Həmçinin, türk vətəndaşlarımızı da sakitçiliyə çağırırıq".Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Misir preidenti Hüsnü Mübarəki xalqa qulaq asmağa çağırıb. |
Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış (bu çıxış Al-Jazzera telekanalı ilə canlı yayımlanıb) edən Ərdoğan bildirib ki, xalqın gözünü, könlünü, qulağını qapadan iqtidarlar uzunömürlü ola bilməz. |
Xalqa qarşı olan heç bir iqtidar ayaqda qala bilməz. |
Biz özüçmüz üçün nə istəyiriksə, dostlarımız-qardaşlarımız üçün də bunu istəyirik". |
Ərdoğan birbaşa Mübarəkə mürciət edərək deyib: "Biz insanıq, biz faniyik. |
Hər birimiz öləcəyik və o dünyada arxada buraxdıqlarımza görə sorğu-sual edilcəyik. |
Hamımız gəldi-gedərik. |
Ən yaxşısı özümüzdən sonra xoş şeylər qoyub getməkdir. |
Hörmətlə xatırlanaq, rəhmətlə yad edilək. |
Bu dünyadan bircə kəfəndə gedəcəyik. |
Odur ki, kəfənin qədir-qiymətini bilək. |
Həm vicdanımızın, həm xalqımızın səsinə, onların xeyir-duasına və ya bəd duasına hazır olaq. |
Xalqın hayqırtısına qulaq verək. |
Ərdoğan Misirdəki etirazçılara da müraciət edib. |
Demokratioya və azadlıq hər kəsə verilən bir haqdır. |
Silahdan uzuq durun, amma mədəniyyətinizə sahib çıxın. |
Hüquqlarınız üçün mübarizə aparın. |
Layiqli mübarizə aparın. |
Misridə istər əsgər, istər polis, istərsə də adi cammatdan heç kimin xəsarət almasını istəmirik. |
İran, baş verən hadisələrdə etirazçıların istəklərinə qulaq asılması lazım olduğunu söyləyib.Fevralın 4-də Tehran cümə namazına rəhbərlik edən Əli Xamneyi Tunis və Misir olaylarından danışıb: "Tunis, Misirdə baş verən hadisələr İran xalqı üçün xüsusi məna daşıyır. |
Bu, İrandakı inqilabla başlanan islami oyanışdır. |
Tunis və Misirdə baş verən olaylar həqiqi mənada bir zəlzələdir. |
Daha doğrusu, baş verənlər İran xalqının səsinin inikasıdır".. Misirdə ən güclü islamçı qruplardan sayılan "Müsəlman qardaşlar" cəmiyyətinin rəhbəri Məhəmməd Bədi fevralın 4-də İranın dini rəhbəri ayətullah Əli Xamneyinin bəyanatına reaksiya verib. |
Media forum" saytının məlumatına görə, "Müsəlman qardaşlar"ın rəhbəri Məhəmməd Bədi buna cavab olaraq deyib: "Cənab Xamneyi bilməlidir ki, Misir inqilabı islami yox, xalq inqilabıdır. |
Çünki bu inqilabda və etiraz aksiyalarında müsəlman əhali ilə yanaşı, ölkə əhalisinin digər təbəqə və zümrələri, o cümlədən xristianlar da fəal iştirak edirlər". |
Ərəb ölkələri Səudiyyə Ərəbistanı kralı Abdulla ABŞ prezidenti Obamadan Hüsnü Mübarəki müdafiə etməsini tələb edib. |
O, ABŞ-nin Misirə yardımı kəsməsi halında ora hər il Səudiyyə büdcəsindən 1,5 milyard dollar vəsait ayıracağını da qeyd edib.Liviya Ərəb Cəmahiriyyəsinin lideri Müəmmər Qəzzafi "Əl Məsri əl Yəum"a verdiyi açıqlamasında bildirib ki, prezident Hüsni Mübarəki dəstəkləyir.Hizbullah Ümumi Başçısı Seyid Həsən Nasrullah; "Biz... |
Bu gün Camp David anlaşmasına qarşı və Misir xalqına dəstək adı altında reallaşdırılan simpoziumda bir danışma edən Seyid Həsən Nasrullah; "Bilinməlidir ki; Misir və Tunisdə inkişaf edən hadisələrdə Hizbullahın cəbhəsi, heç şübhəsiz məzlum xalqların arxasındadır. |
Ayrıca Nasrullah; "Misir və Tunisdəki qiyamlar üçün etməmiz lazım olan şərhin gecikməsindən ötəri Misir və Tunis xalqından üzr diləyərik. |
Kənar yandan Hizbullah Ümumi Başçısı Seyid Həsən Nasrullah, Misir həbsxanalarında olan Hizbullah əsgərlərinin vəziyyətinə də toxunaraq bunları söylədi; "Tək hədəfləri Qəzzədəki qardaşlarına qida və dərman köməyi üçün Misirə keçmiş igidlərin, bəzi ətraflar tərəfindən hadisələrin yaxşıca sapdırılması və böyüdülməsi üzünd... |
Sözlərinə Misirdə baş verən inqilabın gerçək bir inqilab olduğunu vurğulayaraq davam edən Nasrullah; "Xristianların və digər azlıqların da Müsəlmanların yanında bu hərəkətlənməyə qatılması, kiçik böyük, yaşlı və xüsusilə də gənclərin bu əzmli səylərinin arxasındayıq. |
Dünyanın bir çox ölkələrində də misirlilər prezident Hüsnü Mübarəkin istefasını bayram ediblər. |
Vitse- prezident Ömər Süleymanın Hüsnü Mübarəkin qərarı ilə bağlı qısa açıqlamasından dərhal sonra Livanın paytaxtı Beyrutda atəşfəşanlıq başlayıb. |
İordaniyanın paytaxtı Əmmanın mərkəzi küçələrinə də insanlar axışıb. |
Qəzzə zolağında da atəşfəşanlıq müşahidə edilib. |
Həmas" qruplaşmasının sözçüsü Sami Əbu Zühri Misir xalqının qərarını dəstəklədiklərini deyib. |
İordan çayının qərb sahilindəki Rəmallah şəhərində də yüzlərlə insan Misir bayraqlarını dalğalandırıb, bu xəbəri bayram ediblər. |
Amerika Birləşmiş Ştatların paytaxtı Vaşinqtondakı misirlilər isə Hüsnü Mübarəkə qarşı 18 günlük etirazın uğurlu nəticələrini misir səfirlyi qarşısına toplaşaraq baryam ediblər.Səudiyyə Ərəbistanı Misirdə hakimiyyətin dinc yolla dəyişməsini alqışlayır. |
Bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi məlumat yayıb. |
Agentliyin məlumatında deyilir: "Krallıq ümid edir ki, Misir ordusu ölkədə sabitliyi və təhlükəsizliyi bərpa edəcək və Misir xalqının istək və maraqlarını təmin edə biləcək hökumətin yaranması yolunda öz səylərini əsirgəməyəcək. |
Səudiyyə Krallığı ümid etdiyi bildirib ki, Misir İslam, ərəb dünyasında və beynəlxalq arenada öz aparıcı rolunu saxlayacaq. |
İsrail yaşananlardan çox narahat olmuşdur. |
Ancaq səssizliyini qorumuşdur. |
İsrail prezidenti Şimon Peres Hüsnü Mübarəkin Yaxın Şərq Sülh prosesindəki xidmətlərinin danılmaz olduğunu qeyd etmişdir. |
Baş nazir Benyamin Netanyahu isə Misirdə islamçıların hakimiyyətə gəlməsinin mümkünlüyü barəsində narahatlıqlarını bildirmişdir. |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib. |
Nazirliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda yanvar ayının sonlarından başlayaraq Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlandığı qeyd edilir. |
Qahirə, Əsvan və əl-Üqsür şəhərlərinə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. |
Misir Ərəb Respublikasında daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət etm... |
Bu gün dünya ictimaiyyətinə illərlə təlqin edilən mif - guya müsəlman ölkələrində əsas müxalifət qüvvələri radikal islamçılardır - darmadağın oldu. |
Küçələrdə etiraz edən yüz minlərlə insanlar təhsilli gənclərdir. |
Onlar demokratiya və azadlıq istəyirlər", - bəyanatda bildirilib. |
O, öz bəyanatında Misir xalqını dəstəklədiyini deyib.2011-ci ilin 25 yanvar tarixindən etibarən Misirdə başlayan kütləvi iğtişaş və etiraz aksiyalarının daha da kəskinləşməsini, insan həyatına təhlükə yaradan halların meydana çıxmasını nəzərə alaraq, Azərbaycan Prezidentinin göstərişi əsasında Misirdəki azərbaycanlılar... |
Misirdə vəziyyət tədricən stabilləşir, bununla əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış "qaynar xətt"ə müraciətlərin sayı azalmaqdadır. |
Bu barədə APA-ya səfirliyin birinci katibi Elnur İsmayılov məlumat verib. |
Onun sözlərinə görə, ölkədəki kütləvi iğtişaşlar zamanı ümumilikdə 171 azərbaycanlı Misirdən evakuasiya olunub: "İndi ölkədə vəziyyət stabilləşməyə doğru gedir, məktəblər işləyir. |
Qaynar xətt"ə müraciət edən Azərbaycan vətəndaşların sayı azalıb". |
Səfirliyin əməkdaşı Nicat Qocayevin öldürülməsi faktının təhqiqatı necə gedir" sualını cavablandıran Elnur İsmayılov bildirib ki, səfir Şahin Abdullayev bu məsələ ilə bağlı müvafiq qurumlarla daim əlaqə saxlayır, amma hələlik heç bir irəliləyiş yoxdur.Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov f... |
Misirdə vəziyyət gərgin olaraq qalır. |
Bu anlarda paytaxt Qahirədəki Təhrir meydanına Hüsnü Mübarək tərəfdarları və əleyhdarları axışırlar. |
Böyük ehtimalla bu gün hansısa ciddi hadisə baş verəcək. |
Əleyhdarlar tələb edirlər ki, bu gün Mübarək hakimiyyətdən getməlidir. |
Biz də burada prosesləri izləyirik. |
Hər an burada vəziyyət dəyişir. |
Proqnoz vermək çox çətindir. |
Yəni bilmək olmur bir saatdan sonra nə baş verəcək... Hadisələr şəhərin mərkəzində, Təhrir meydanında baş verir. |
Səfirliyin binası isə Maadi rayonunda yerləşir. |
Bu rayonda xarici vətəndaşlar yaşayırlar. |
Hazırda Misir həbsxanalarından çoxlu məhbus qaçıb. |
Mütəmadi olaraq bu rayonda yerləşən evlərə qaçqın məhbuslar basqın edir, xaricilərin evlərindən oğurluq edirlər. |
Yəni bu rayon təhlükədən uzaq deyil. |
Misir polisi səfirliyimizi mühafizə etmir, təhlükəsizliyimizi özümüz qoruyuruq. |
Buna görə də hər an bir yerdə olmağa çalışırıq. |
Burada komendant saatı var, ona əməl edirik. |
Düzdür, Misir əhalisi komendant saatına riayət etmir. |
Hamı küçədə, mitinqdədir. |
Bizim burada misirli tanışlarımız var və onlarla əlaqə saxlayırıq. |
Hazırda onlar işləmirlər. |
Misirdə bazar günü iş günüdür. |
Onlara xəbər göndərilib ki, bazar günü işə çıxsınlar. |
Böyük ehtimalla bazar günü işə başlayacaqlar.E. |
İsmayılovun sözlərinə görə, H. Mübarəkin istefası ilə əlaqədar milyonlarla adam gecəni Qahirənin Təhrir meydanında keçirib, bu hadisəni bayram edib. |
Qahirədə hazırkı vəziyyətə toxunan diplomat bildirib ki, bir müddət əvvəl kütləvi hal almış talanlar artıq səngiyib. |
Səfirlikdə yaradılmış "Qaynar xətt" isə fəaliyyətini davam etdirir. |
Lakin son 2-3 gündə "Qaynar xətt"ə müraciət olmayıb. |
Bununla belə, biz buradakı vətəndaşlarımızın vəziyyətini diqqətdə saxlamaqda davam edir, Qahirədə olan üç azərbaycanlı tələbə ilə daim əlaqə saxlayırıq", - deyə diplomat bildirib. |
Qeyd edək ki, Misirdə etiraz aksiyaları yanvarın 25-də başlanıb. |
Baş verən toqquşmalarda azı 300 nəfər həlak olub, 5 mindən çox insan yaralanıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.