Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayev də iğtişaşlarda aldığı güllə yarasından ölüb. |
Prezident İlham Əliyevin göstərişi ilə yanvarın 30-dan Azərbaycan vətəndaşlarının Qahirədən xüsusi təyyarələrlə evakuasiyasına başlanılıb. |
İndiyədək ümumilikdə Misirdən 171 Azərbaycan vətəndaşı çıxarılıb. |
Həmçinin bax Çörək qiyamları Ərəb ölkələrində etiraz dalğası (2010-2011) Müsəlman qardaşlar |
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır. |
Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. |
Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. |
Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. |
Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. |
Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. |
Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir.Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mü... |
Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. |
Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir. |
Hərəkatın Facebook səhifəsində 19 mindən çox davamçısı qeydiyyatdan keçib. |
Tunis və Misirdə inqilabların əsas hərəkətverici qüvvəsi Facebook və Twitter sosial şəbəkələri olmuşdu.Mərakeşdə keçirilən mitinq də 5 nəfər ölüb, 128 nəfər yaralanıb. |
Tanca, Naraş, Mərakeş, Kasablanka və Tetuan kimi böyük şəhərlərdə toplanan müxalifətçilər Kral Məhəmmədin səlahiyyətlərinin bəzilərini təhvil verməsini, korrupsiya ilə mübarzə aparılmasını, hökumətin buraxılmasını və demokratik islahatların keçirilməsini tələb ediblər. |
Ölkənin şimalındakı liman qəsəbəsi Laraşda mağazalar, bank şöbələri və dövlət qurumlarının binaları talan edilib. |
Ölkənin daxili işlər naziri Taib Şerkavuy nümayişlər zamanı 6 şəhərdə 120 nəfərin həbs edildiyini açıqlayıb. |
Hadisələrin Xronikası |
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. |
Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. |
Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. |
Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. |
Nümayişin təşkilatçıları haqda məlumat verilmir. |
Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir.Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. |
Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. |
Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. |
Şəhərə qoşun yeridilib.Omanda hökumət əleyhinə keçirilən nümayişlərdən qorxuya düşən Oman sultanı Sultan Kabus Bin Səid təcili sürətdə 50 min insana yeni iş yerinin açılması barədə əmr verib. |
(dunyabulteni) Sultanın verdiyi digər bir əmrlə hazırda dövlət qeydiyyatında işsiz olaraq düşən şəxslərə hər ay 390 dollar yardım ayrılacaq. |
Sultan həmçinin Sohar şəhərinə nümayişçilərlə danışıqlar aparılması üçün Kral Məhkəməsi Divanının başçısı Seyid Əli Bin Hamid Əl Buseydini göndərib. |
Sultan həmçinin Buseydiyə əlavə səlahiyyətlər də verib. |
Misirdə xalq hərəkatının qələbə qazanmasından bir qədər sonra Omanda da hökumət əleyhinə nümayişlər keçirilməyə başlayıb. |
Sultan isə nümayişləri yatızdırmaq üçün bu ayın ortasında əmək haqqını 43% artırıb. |
Həmçinin hökumətdə xırda dəyişiklik edib.Fevralın 28-də Omanın Salala şəhərində etiraz aksiyası başlayıb. |
Oman sultanının 6 naziri dəyişməsini və tələbələr üçün güzəştləri artırmasını kifayət saymayan aksiyaçılar geniş islahatlar tələb edir. |
Ölkədə fevralın 27-dən qarışıqlıq yaranıb. |
Siyasi islahatlar tələb edən nümayişçilərlə polis arasında baş verən toqquşmalar Sohar şəhərində 2 nəfər həlak olmasına, ən azı 5 nəfərin yaralanmasına gətirib.Omanda işsizliyin və yoxsulluğun aradan qaldırılması, siyasi islahatların aparılması tələb ilə aksiyalar keçirilir. |
Ölkənin şimalında liman şəhəri olan Soharda keçirilən aksiyanın dağıdılması üçün havaya atəş açılıb. |
Hərbçilərin açdığı atəş nəticəsində ölənlər olub. |
Ancaq ölənlərin sayı barədə dəqiq məlumat yoxdur. |
Belə ki, şahidlər 6 nəfərin öldüyünü bildirsə də, Səhiyyə Nazirliyi 1 nəfər həlak olduğunu açıqlayıb.Məsqət şəhərində isə səssiz mitinq keçirilib. |
Yüzlərlə nümayişçi istəklərini iş və islahat tələblərinin yer aldığı plakatlarla ifadə edib. |
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. |
Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. |
Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. |
İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. |
Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. |
Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. |
Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. |
Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. |
Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. |
Etiraz nümayişləri Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb. |
Gülləbaranda 5 nəfər həlak olub, onlarla insan yaralanıb. |
Öməri məscidinin yanında nümayiş keçirənlərə qarşı isə gözyaşardıcı qazdan istifadə olunub. |
Paytaxt Dəməşqdən 100 kilometr cənubda yerləşən Dəraa şəhərində prezident Bəşər Əsədə qarşı etiraz nümayişləri ötən həftənin cümə günü başlanıb. |
Nümayişçilərə qarşı polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. |
Nümayişin dağıdılması nəticəsində həmin gün 6 nəfər həlak olmuşdu. |
11 yaşlı oğlan isə gözyaşardıcı qazdan zəhərlənib ölmüşdü. |
Suriyada müxalifətçilərə qarşı güc tətbiqini ABŞ və Avropa Birliyi qətiyyətlə pisləyib.Daraa şəhərində hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları martın 21-də dövlət hakimiyyətinin əsas simvollarından sayılan keçmiş prezident, hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini dağıdıblar. |
Aksiyaçılar şəhərdə qubernatorun iqamətgahını, hakim partiyanın mənzil-qərargahını, məhkəmənin binasını yandırıblar. |
Aksiyanı yatırmaq üçün şəhərə elitar tank qoşunlarının 4-cü diviziyası göndərilib. |
Martın 22-də hökumət qüvvələrin açdığı atəş nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. |
Qeyri-rəsmi məlumatlara görə isə 20 nəfər ölüb. |
300 nəfərdən çox insan yaralanıb.Suriyada azadlıq tələbilə paytaxt Dəməşq və ölkənin cənubunda Deraa şəhərində etiraz nümayişləri keçirilib. |
Dəməşqdə cümə namazından sonra təxminən 200 adam Deraa şəhərinin sakinlərinə dəstək məqsədilə nümayiş keçirib. |
Röyters xəbər agentliyinin məlumatına görə, onlarla adam həbs edilib.2011-cil martın 26-da Suriya hökuməti Saydnaya həbsxanasında saxlanılan 260 siyasi məhbusu azad edib. |
Həbsdən buraxılanların böyük əksəriyyəti radikal dini birliklərin üzvləridir. |
Bundan əlavə, 14 kürd də azad edilib. |
Hüquq müdafiəçiləri bildirirlər ki, hökumət məhbusları ölkənin liberallaşdırılması ilə bağlı kurs çərçivəsində azad ediblər. |
Rəsmi Dəməşq ərəb ölkələrində başlayan etiraz aksiyalarının Suriyaya keçməsindən sonra bu addımı atmağa məcbur olub. |
Hökumətin güzəştlərlə bağlı vədlərinə baxmayaraq, ölkədə etiraz aksiyaları dayanmır.“Əl-Ərəbiyyə” telekanalı bildirib ki, martın 29-da Suriya hökuməti istefaya göndəriləcək. |
Müşahidəçilərin fikrincə, nazirləri istefaya göndərməklə prezident Bəşər Əsəd ölkədəki etiraz aksiyalarına son veriləcəyinə ümid edir. |
Bundan başqa, Suriyanın Ana Yasasının 8-ci maddəsi də dəyişdirilir. |
Həmin müddəada bildirilirdi ki, hakim BƏƏS partiyası dövlətin və cəmiyyətin əsas partiyasıdır. |
Ötən gün Suriya prezidenti 1963-cü ildən bəri tətbiq edilən fövqəladə rejim də ləğv edib.Suriya hökuməti istefa verib. |
“Əl-Cəzirə” telekanalı prezident Bəşər Əsədin hökumətin istefasını qəbul etdiyi barədə məlumat yayıb. |
Müharibənin güclənməsi Qərb dövlətləri və Fars körfəzindəki monarxiyalar Suriyadakı müxalifətə çoxlu miqdarda silah və pul yardımı edir. |
Müxalifətin tərəfinə keçmiş suriyalılar və xaricdən göndərilən muzdlu terrorçular Türkiyə ərazisində qurulmuş xüsusi hərbi bazalarda təlim keçdikdən sonra Suriya ərazisinə göndərilir. |
2011-ci ilin sonundan etibarən Türkiyə ərazisindən Suriyaya keçən silahlıların sayı çoxalmağa başladı. |
Onlar Suriya şəhərlərində dağıntılar törədir, əhalini pul qarşılığında girov qaçırdır, hərbi və polis məntəqələrinə hücumlar təşkil edirdilər. |
2012-ci ilin iyun ayında Suriyadakı BMT müşahidəçilər missiyasının başçısı Erve Ladsus bildirib ki, Suriyadakı hazırkı vəziyyəti vətəndaş müharibəsi adlandırmaq olar. |
2012-ci ilin dekabrın sonlarında müxalif silahlı qruplar və onlarla birlikdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin dörd pilotu Hələb şəhəri yaxınlığındakı aviabazaya hücum edərək qırıcı təyyarələri ələ keçirməyə cəhd edib. |
Lakin Suriya ordusu hücum edən terrorçuların bir çoxunu öldürüb, türkiyəli pilotlar da daxil olmaqla onların bir neçəsini həbs edib. |
Hadisələrin qısa xronikası 15 mart — Dəməşqdə hökumətdən islahatlar tələbi ilə nümayiş təşkil olunur. |
6 nəfər həbs olunub.. 18 mart — Son on ildə ən ciddi qarışıqlıq başlandı. |
Minlərlə etirazçı küçələrə çıxdılar və «Allah, Suriya, Azadlıq» və antikorrupsiya şüarları səsləndirməyə başladılar.. Deraa şəhərində nümayiş başladı, nümayiş zorla dağıdıldı, 2 nəfər öldürüldü. |
Mitinq Baniyas limanında və Xoms şəhərində də keçirildi.. Başqa məlumata görə 3 və ya 4 , yaxud 5 nəfər həlak olub. |
27 mart - hakimiyyət Latakidə 12 nəfərin öldüyü haqda məlumat verir. |
Hökumət 1963-cü ildən fövqəladə vəziyyət haqqında qanunun ləğv olunacağını elan edirlər. |
29 mart - KİV-in proqnozlarına görə Suriyada hökumət istefaya gedəcək. |
Axşam prezidentin televiziyada çıxışı gözlənilir. |
30 mart - Prezidentin parlament qarşısında çıxışı gözlənilir. |
Rejimin təhlükəsizlik qüvvələri 20 nəfəri öldürmüşlər. |
Rejimin təhlükəsizlik qüvvələri 55 nəfəri öldürmüşlər. |
Rejimin təhlükəsizlik qüvəvləri 27 nümayişçini öldürmüşlər. |
Rejimin təhlükəsizlik qüvvələri kənd sakinlərini atəşə tutmuşlar. |
Rejimin təhlükəsizlik qüvvələri 75 nəfəri öldürmüşlər. |
Rejim qoşunları 27 nəfəri öldürmüşlər. |
Rejim qoşunları 34 nəfəri öldürmüşlər. |
Rejim qoşunları 10 nəfəri öldürmüşlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.