Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ordu həftələrdir nümayişçilərin çadırlarda gecələdiyi ərazini mühasirəyə alıb. |
Şahidlər Taiz şəhərində atışma səslərinin eşidildiyini bildirir.Yəməndə polisin prezident Ali Abdulla Salehin hakimiyyətdən getməsini tələb edən aksiya iştirakçılarına atəş açması və gözyaşardıcı qazlardan istifadə etməsi nəticəsində 14 nəfər yaralanıb.Yəmən hərbçiləri paytaxt Səna şəhərində prezident Ali Abdullah Sali... |
Hərbçilər cümə namazından sonra paytaxtın mərkəzi meydanına gedərək aksiya keçirmək istəyən insanların qarşısını almaq üçün atəş açıblar. |
Ən azı 30 nəfər ölüb, 100 nəfər yaralanıb.Yəməndə prezident Əli Abdalla Salehə sadiq Milli Qvardiya hissələri müxalifətin tərəfinə keçmiş hərbi hissələrlə döyüşləri davam etdirir. |
Martın 24-ü ölkənin şərqindəki Hadramaut vilayətindəki Mukalla şəhərində qanlı toqquşmalar olub. |
Döyüşlərdə bir polkovnik həlak olub. |
Müxalifətçilər prezidentin təcili istefasını tələb edirlər. |
Əli Abdalla Saleh 1978-ci ildə Şimali Yəmənin prezidenti olub. |
1990-cu ildə Şimal və Cənubi Yəmənin birləşməsindən sonra isə o, yeni yaranmış Yəmən Respublikasına başçılıq edib. |
Həmçinin bax Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011) |
İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. |
Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. |
Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. |
İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər.İordaniya kralı Abdulla ölkədə ümumi narazılıq fonunda xalqın hökumətdə rolunun artırılmasına imkan vermək üçün ən tez zamanda əsl siyasi islahatlar keçirilməsinə çağırıb. |
Kral Abdulla hökumət rəsmiləri, hakimlər və qanunvericilərə deyib ki, o, korrupsiyaya qarşı mübarizə səylərinin artırılmasını istəyir. |
İordaniyada yanvar ayından siyasi və iqtisadi dəyişikliklərin edilməsi məqsədilə nümayişlər keçirilir.İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. |
Bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. |
Amerikanın səsinin Əmmandakı müxbirinin bildirdiyinə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib. |
Etirazçılar minlərlə polis tərəfindən mühasirəyə alınıb. |
Aksiya iştirakçıları kral Abdullanın təyin etdiyi keçmiş və bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan baş nazirləri pisləyib. |
Onlar yüksək ərzaq qiymətləri , vergi və nepotizmə etirazlarını bildirib.İordaniya polisi suvuran maşınlardan istifadə edərək bir-birini daşa basan hökumət loyalistlərini və islahatpərəst nümayilşçiləri dağıdıb. |
Kral Abdullahın bir neçə yüz tərəfdarı daha böyük izdihama hücum çəkərək onları daşa basdıqdan sonra paytaxt Əmmanda toqquşma baş verib. |
Fransa Xəbər Agentliyi təhlükəsizlik rəsmisinə istinadən 100-dən çox adamın xəsarət aldığını bildirib. |
Dünən bir neçə yüz nümayişçi oturaq aksiyaya başlayaraq parlamentin buraxılmasını və baş nazir Maruf əl Baxitin istefasını tələb ediblər. |
Fəallar özlərini "24 Mart Gəncliyi" qrupu adlandırır. |
Onların aksiyası bu günədək davam etdikdən sonra Kral Abdullahın tərəfdarları toplaşaraq hökumətə dəstəklərini ifadə ediblər. |
Müxalifət koalisiyası hər cümə günü aksiyalar keçirərək ölkədə siyasi və iqtisadi islahatlar tələb edir. |
İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.Nazir Mustafa Məhəmməd Nəccara müraciətdə deyilir: "Möhtərəm daxili işlər naziri cənab... |
Bölgədəki xalq hərəkatlarına, o sıradan da hakim istibdada qarşı qiyama başlamış Misir və Tunis xalqlarına dəstək vermək üçün ölkə konstitusiyasının toplantıların keçirilməsinin azad olması ilə bağlı 27-ci bəndini nəzərə alaraq fevralın 14-ü İmam Hüseyn meydanından Azadlıq meydanı istiqamətində xalq yürüşünün keçirilmə... |
Veb səhifədə deyilir ki, Kərrubinin evinin qarşısında dayana təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin evdən çıxmasına icazə verməyib. |
Dünən İranın baş prokuroru bildirib ki, Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin bazar ertəsi nümayiş keçirmək üçün etdikləri müraciət istədiyi iranlılar arasında parçalanma yaratmaq məqsədi güdür.İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") üzvü, Tehranın "Məhəmməd Rəsulullah" ordusunun komandanı Hüseyn... |
Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər. |
Media forum" saytının məlumatına görə, müxalifət rəhbərlərini "cənazə" adlandıran Hüseyn Həmədani onları casusluqda günahlandırıb: "Fitnəçilər cənazədən başqa bir şey deyillər. |
Biz onların hər hansı bir hərəkətini yerindəcə şiddətlə əzəcəyik. |
Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq".İranın müxtəlif şəhərlərində minlərlə insan küçə və meydanlara çıxaraq "25 bəhmən hərəkatı" adlı etiraz nümayişlərinə başlayıblar. |
İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi iranlıları bazar ertəsi küçələrə çıxaraq nümayiş keçirməyə çağırmışdılar.Hazırda İran paytaxtı Tehran küçələrində həddən ziyadə polis və xüsusi təyinatlı birləşmələrəin əməkdaşları var. |
Motosikletlərdə hərəkət edən polis əməkdaşları və "Bəsic" korpusunun mənsubları müxalifətçilərin küçələrə yığışmasına yol verməməyə çalışırlar. |
İndi Azadi və Enqelab küçələri ilə yüzlərlə insan hərəkət edir. |
Onların qarşısını polislər kəsməyə çalışırlar. |
Hələlik heç bir toqquşma yoxdur. |
Tələbimiz İranda azadlıq və demokratiyadır", - İran müxalifətinin saytlarından olan "Kaleme.com" bildirir. |
İsfəhanda da kütləvi etiraz aksiyaları başlanıb. |
İran müxalifətinin liderləri Mirhüseyn Musəvi, onun xanımı Rəhnavərd və Mehdi Kərrubi evlərindədir. |
Onlar ev dustağı edilib, evləri də polislərin mühasirəsindədir. |
Mirhüseyn Musəvi Mirhüseyn Musəvinin hüquq müşaviri Ərdəşir Əmirərcümənd BBC-yə verdiyi açıqlamasında bildirib ki, hazırda İranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gülü də etiraz aksiyalarına qatılaraq müxalifətçilərə dəstək verməyə dəvət ediblər. |
Tehrandakı "Şəhre Recai" həbsxanasında məhbuslar da müxalifətçilərə dəstək aksiyası qismində aclığa başlayıblar. |
Tehrandakı Sadeqe küçəsi ilə hərəkət edən müxalifətçilər isə "Rədd olsun diktator! |
Facebook" sosial şəbəkəsindəki "25 bəhmən" qrupuna qoşulmuş 57 mindən artıq iranlı aksiyalarını təşkilatlanmış şəkildə həyata keçirmək üçün internetdən istifadə etməyə çalışırlar. |
Tehranın mərkəzi küçələrindən birində qaldırıcı krana dırmaşan gənc ötən prezident seçkilərindən sonrakı etiraz aksiyaları zamanı polislə toqquşmalarda həlak olmuş iki müxalifətçinin portretini kranın qülləsindən asıb.İran parlamentinin deputatları iki gündür ölkədə baş qaldırmış nümayişlərə görə, müxalifət liderlərini... |
Parlamentin bu gün səhər təşkil olunmuş iclası kifayət qədər coşğulu keçib. |
Spiker Əli Laricaninin çıxışı bir neçə dəfə deputatların "Musəviyə ölüm! |
şüarları ilə yarımçıq kəsilib. |
Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi faktiki olaraq, ev dustağıdırlar. |
Polis onların evini mühasirəyə alaraq, liderlərin evdən çıxmasına və nümayişlərə qatılmasına imkan vermir.İran müxalifətinin lideri Mirhüseyn Musəvi xalqa müraciət edib. |
O, tərəfdarlarının fevralın 14-dəki antihökumət nümayişinin yüksək səviyyədə keçdiyini söyləyib. |
Sizin iki tərəfdən qorxutmağa çalışırlar: həm vəzifə və varidata göz qoymuş avtoritar rejim, həm də öz məqsədlərinə çatmağa çalışan xarici qüvvələr tərəfindən. |
Onların hər ikisi hərəkatı ABŞ və İsraillə əlaqələndirməyə çalışır", - deyə Musəvi bildirib: "Amma "Yaşıl hərəkat" həmişə müstəqil olub, azadlıq və ədalətin bərpası üçün dinc yolla mübarizə aparıb. |
İtaətli xidmətçiniz kimi, sizi güc və iradə nümayiş etdirdiyinizə görə təbrik edirəm".İranda hazırkı hakimiyyətin tərəfdarları ilə əleyhdarları arasında toqquşma başlayıb. |
Toqquşma bu günlərdə keçirilən mitinq zamanı həlak olmuş müxalifət tərəfdarı Sani Salehin dəfn mərasimində baş verib. |
Dəfnə toplaşmış tələbələrlə hakimiyyət tərəfdarları arasında toqquşma bu dəqiqələrdə davam edir.Qeyd edək ki, müxalifət mərhumun İran polisi tərəfindən qətlə yetirildiyini bildirir.Fevralın 28-i gecə saatlarında paytaxt Tehranda və İranın bir sıra digər şəhərlərində bəzi evlərin damlarında şüar aksiyası keçirilib. |
Bu aksiyada martın 1-nə nəzərdə tutulmuş kütləvi aksiyaya çağırış səsləndirilib. |
Martın 1-də müxalifət liderləri Mirhüsen Musəvinin və Mehdi Kərrubinin həbsinə etiraz bildirmək məqsədilə geniş aksiya keçirilməsi nəzərdə tutulur. |
Damlara çıxan İran vətəndaşları Musəvi və Kərrubinin lehinə, hakimiyyətin əleyhinə şüarlar səsləndiriblər. |
Şüar aksiyasının bir saatdan çox sürdüyü bildirilir. |
Şüar aksiyasının Tehranın Qərb şəhərciyində, Səadətabad, Punək, Vənək, Baği-Firdos, Seyid Xəndan məhəllələrində, Afrika, Səttarxan, Sohrəvərdi, Yusifabad, Niyavəran, Zəfəraniyyə, Qolhək, Kargər, Mahmudiyyə, Təvanir, Gişa, Təcriş, Taliqani, Apadana küçələrində, eləcə də Vəliəsr, Sadiqiyyə, Fatimi meydanlarında çox qızğı... |
Musəviyə yaxın olan Kalame saytının (kaleme.com) məlumatına əsasən, polis aksiyaları dağırtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və aksiyaçıları dubinka ilə dağırdıb. |
Hələlik İranın rəsmi mediaları aksiyalara münasibət bildirməyib. |
Tehranın Enqelab xiyabanında güllə səsi eşidilib, lakin, kimsənin yaralanması barədə məlumat yoxdur.Bu gün İranda müxalifət tərəfdarları liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin həbsinə etiraz əlaməti olaraq küçələrə axışıblar. |
Paytaxt Tehranda və bir neçə bölgədə keçirilən kütləvi aksiyalara güc strukturları müdaxilə ediblər. |
Tehranda 200 nəfər saxlanılıb. |
İsfahan şəhərində keçirilən aksiyaya müdaxilə də sərt olub və 40 nəfər saxlanılıb. |
2011-ci il İraq iğtişaşları Tunis və Misir inqilablarının ardınca baş verdi. |
Onlar ən az 45 nəfərin ölümü, hansı ki, ən 29-u 25 fevral 2011-ci ildə ölmüşdü, ilə nəticələndi. |
25 fevral "Qəzəb Günü" kimi yadda qalmışdı. |
Mart ayında Bəhreynə Səudiyyənin müdaxiləsinə qarşı bir neçə etiraz baş tutdu. |
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. |
Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol! |
şüarları səsləndirirlər. |
Polis indiyə qədər 20 nəfəri saxlayıb. |
France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. |
Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar.Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və... |
Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. |
Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. |
Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. |
Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər. |
Əlcəzair hökuməti müxalifətin nümayişinin qarşısını almaq üçün küçəyə 30 min polis çıxarmışdı. |
Polislər meydana daxil olan nümayişçilərin şəhərin içərisi ilə yürüş keçirməsinin qarşısını alıblar.Əlcəzairdə isə 30 ildən çoxdur hakimiyyətdə olan Əbdüləziz Buteflikanın istefasını tələb edən nümayişçilər polisin müqavimətini qıraraq paytaxtın mərkəzi meydanını tutub. |
Polis şəhərin mərkəzi meydanına gedən yolları bağlasa da, bir qrup aksiyaçı səddi yararaq meydana girib. |
Əlcəzair müxalifəti ölkədə islahatlar aparılmasını tələb edir. |
Hakimiyyət 19 ildir ki, ölkədə tətbiq olunmuş fövqəladə vəziyyət rejiminin ayın sonunda ləğv ediləcəyini vəd verib.Əlcəzair hökuməti ölkədə 19 ildir ki, davam edən fövqəladə vəziyyət rejimini ləğv edib. |
Qeyd edək ki, yanvarın sonlarından başlayaraq müxalif "Mədəniyyət və Demokratiya Uğrunda Yığıncaq" Partiyası tərəfindən paytaxt Əlcəzairdə kütləvi aksiyalar təşkil olunmağa başlanılıb. |
Aksiya iştirakçıları 1992-ci il fevralın 9-dan prezidentin əmri ilə tətbiq olunan və 1993-cü il fevralın 6-da parlament tərəfindən müddəti uzadılan fövqəladə vəziyyət rejiminin ləğv edilməsini, aksiya iştirakçılarının azadlığa buraxılmasını, bahalıq və işsizlik probleminin həllini tapmasın, kütləvi informasiya vasitələ... |
Fevralın əvvəlində prezident Əbdüləziz Buteflika bəyan edib ki, Əlcəzair hakimiyyəti yaxın vaxtlarda fövqəladə vəziyyət rejimini ləğv edəcək, paytaxt istisna olmaqla, ölkənin bütün ərazisində mitinq və yürüşlərin keçirilməsinə icazə verəcək. |
O, dövlət televiziya və radio kanallarında bütün siyasi partiyalara efir vaxtı ayrılacağını da bildirib. |
Qənd və yağın qiymətinin 41 faiz aşağı salınacağı da verilən vədlər sırasındadır. |
Müstəqillik (film, 2011) (sənədli serial) 20 müstəqil il (film, 2011) (qısametrajlı sənədli film) 21-ci əsrin güclü lideri-Azərbaycanın həqiqi müstəqilliyi (film, 2011) (sənədli serial) 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film) 50 (film, 2011) (qısametrajlı sənədli film) Aktrisa (film, 2011) (tammetraj... |
Dəqiq, vicdanlı, qərəzsiz! |
(film, 2011) (qısametrajlı sənədli film) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Avroviziyanın Azərbaycan ulduzları (film, 2011) (qısametrajlı sənədli film) Azərbaycanda Qurban bayramı (film, 2011) (qısametrajlı sənədli film) Baharın sorağında (film, 2011) (tammetrajlı bədii film) Bəşəriyyətin beşiyi (film, 20... |
Fuad Səmədov (film, 2011) (qısametrajlı sənədli film) (Filmi izlə) Xəzərdən Dunaya (film, 2011) (qısametrajlı sənədli film) (Filmi izlə) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) İlbizin evi (film, 2011) (cizgi filmi) (Filmi izlə) Kaman (film, 2011) (qısametrajlı sənədli film) (Filmi izlə) Qala (film, 2011) (q... |
Özüm və zaman haqqında. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.