Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011) (sənədli film) Mart hadisələri... və yaxud qara oyunlar (film, 2011) (üçseriyalı sənədli film) (Filmi izlə (1-ci seriya), Filmi izlə (2-ci seriya), Filmi izlə (3-cü seriya)) Medo Hollandiyadadır (film, 2011) (qısametrajlı sənədli film) (Filmi izlə) Mustafa Topçubaşov. |
Əsrin fonunda portret (film, 2011) (tammetrajlı sənədli film) (Filmi izlə) Şəbəkə (film, 2011) (qısametrajlı bədii film) Təmiz, natəmiz və biz (film, 2011) (cizgi filmi) (Filmi izlə) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) Top həm düşər, həm qalxar (film, 2011) (sənədli film) Üfüqü ötənlər (film, 2... |
(film, 2011) (tammetrajlı bədii film) Vəsiyyət (film, 2011) (qısametrajlı bədii film) (Filmi izlə) Yarımçıq gündəlik (film, 2011) (qısametrajlı sənədli film) (Filmi izlə) Yol (film, 2011) (qısametrajlı bədii film) (Filmi izlə) |
2011 Asiya Qış Oyunları — Qazaxıstanın Astana və Almatı şəhərlərində təşkil edilən idman yarışı. |
2011-ci ilin Yanvar ayının 20-dən Fevral ayının 6-a qədər keçirilən müsabiqələr, Asiya Qış Oyunları tarixində 7-ci yarış olmuşdur. |
Qazaxıstan, SSRİ-dən ayrıldıqdan sonra ilk dəfə bu miqyasda bir yarışa ev sahibliyi etdi. |
Ev sahibi şəhərin seçimi Yarışa ev sahibliyi edəcək ölkə, 2006-cı ilin Mart ayının 4-də Küveytdə açıqlandı. |
İştirakçı ölkələr Yarışa 26 ölkə iştirak etmişdir. |
Bəhreyn, Qətər və Sinqapur ilk dəfə iştirak edərkən, 2007-ci ildə iştirak etmiş Makao və Pakistan bu dəfə iştirak etmədi. |
Mötərizə içində verilən məlumatı, hər idman üçün medal paylanan kateqoriyaların sayını göstərir. |
İdman qurğuları Medal Cədvəli Qazaxıstan medal cədvəlinizirvədə tamamladı. |
İran ve Qırğızıstan Asiya Qış Oyunlarındaki ilk medallarını qazandılar. |
Ev sahibi ölkə Xarici Keçidlər Rəsmi saytı |
2011 Avroviziya Mahnı Müsabiqəsi (ing. |
Eurovision Song Contest 2011; fr. |
Concours Eurovision de la chanson 2011) — sayca 56-cı Avroviziya Mahnı Müsabiqəsidir. |
Lena Meyer-Landrutun ifa etdiyi "Satellite" mahnısı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2011-ci ildə Almaniya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə Almaniyanın Düsseldorf şəhərində Esprit arenada keçirilmişdir. |
Müsabiqənin yarımfinalları 2011-ci ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur. |
2011-ci ildə 13 illik fasilədən sonra İtaliya, üç illik fasilədən sonra Avstriya, iki illik fasilədən sonra San-Marino və bir illik fasilədən sonra Macarıstan Avroviziyaya geri dönmüşdür. |
Ümumilikdə 43 ölkənin iştirak etdiyi Avroviziya 2011-də Azərbaycan təmsilçiləri olan Eldar Qasımov və Nigar Camal ifa etdikləri "Running Scared" adlı mahnı ilə 221 xal toplayaraq qalib gəlmişdirlər. |
Bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulan Azərbaycanın Avroviziyada ilk qalibiyyəti idi. Yarımfinallara bölünmə səbətləri 17 yanvar 2011-ci il tarixdə Avroviziya 2011-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. |
Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən beşi; Böyük Britaniya, Fransa, İspaniya İtaliya və ev sahibi Almaniya birbaşa finalda iştirak edəcək. |
Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2011-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. |
Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). |
Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı. |
Müsabiqənin birinci yarımfinal tarixinin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin dövlət kanalı IBA bu barədə Avropa Yayım İttifaqına müraciət etmiş və ölkənin püşkatmadan kənar ikinci yarımfinalda iştirak etməsinə qərar verilmişdir. |
İştirakçı ölkələr 43 ölkənin iştirak etdiyi Avroviziya 2011 otuz səkkiz ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on doqquz ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. |
Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar. |
1-ci yarımfinal 10 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. |
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya və İspaniya səsvermədə iştirak etmişdir. |
50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır. |
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. |
2-ci yarımfinal 12 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. |
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İtaliya və ev sahibi Almaniya səsvermədə iştirak etmişdir. |
50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır. |
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. |
Finalçılar: "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.14 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. |
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Azərbaycan təmsilçiləri ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər. |
Yenidən iştirak edən müğənnilər 1-ci yarımfinal 2-ci yarımfinal Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 9-cu baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. |
Müsabiqə 3 dekabr 2011-ci il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmişdir. |
Ermənistan müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. |
Müsabiqədə 13 ölkə iştirak etmişdir. |
Bu ölkələrdən Bolqarıstan 2 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. |
Lakin 2010-cu ildə müsabiqədə iştirak edən Malta və Serbiya 2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. |
İrəvandə keçirilən 2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Candy Music" mahnısı ilə Gürcüstan təmsilçiləri "Candy" qrupu qalib gəlmişdir. |
Yenidən iştirak edən ifaçılar Rusiya:Yekaterina Ryabova (2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi) Xarici keçidlər JuniorEurovision.tv Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi |
2011 Azərbaycan etirazları — Azərbaycanda 2011-ci ilin mart ayının 11-dən başlamış aksiya və mitinqlər. |
Aksiyaçılar İlham Əliyevın istefasını və siyasi məhbusların azadlığını tələb edirlər. |
Keçirilmiş aksiyalar polis qüvvələri tərəfindən dağıdılmış və 469-dan çox aksiyaçı həbs olunmuşdur. |
Avropa Şurası, ABŞ Dövlət Departamenti, Amnesty International və digər qurumlar Azərbaycan Hakimiyyətini siyasi məhbusları azad etmək və azad toplaşmaq hüququnu təmin etməyi tələb edib Siyasi məhbuslar Potensial siyasi məhbusların siyahısı: Gənc fəallar: Cabbar Savalan (AXCP gənclər təşkilatının fəalı) AR CM-in 234.1-c... |
Belarusda 2011-ci ildə baş verən etirazlar, 1994-cü ildən bəri prezident olan indiki Belarus prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb edən nümayişçilər tərəfindən bir sıra dinc etirazlar idi. Belarus avtoritar bir dövlətdir və 2011-ci ilin mayında prezidentliyə namizəd Andrey Sannikov 2010-cu il dekabr seçkil... |
Lukaşenko, bu seçkidə təxminən 80% səslə qalib gəldiyini iddia edir. |
Lukaşenko "Avropanın son diktatoru" kimi tanınır. |
29 iyun 2011-ci ildə yüzlərlə insan Belarusun paytaxtı Minskdə Aleksandr Lukaşenkonun hakimiyyətinə etiraz olaraq toplandı. |
Bu nümayişin baş tutmasına ilham verən Belarusda başlayan ağır iqtisadi böhran idi. Əvvəlki nümayişlərdən fərqli olaraq etirazçılar bu dəfə sadəcə alqışladılar. |
Çox keçmədi ki, insanları polis avtobuslarına mindirdilər və təxminən 40 nəfər tutuldu. |
8 iyun etirazları 8 iyun tarixində ilk aksiya keçirildi. |
Gecə saat 7-də Minsk şəhərinin mərkəzi Kastruçnitskaya meydanında, 400-ə yaxın insan, şəhərlərin əsas meydanlarına İnternetdə səssiz etiraz aksiyasında iştirak etmək üçün toplaşmaq müraciətinə cavab olaraq toplandı. |
Aksiyanın əvvəlində iştirakçılar meydanın əhəmiyyətli bir hissəsini tutaraq kiçik qruplarda nizamsız şəkildə dayandılar. |
Gecə saat 7:10-da iştirakçılar kortəbii şəkildə alqışlamağa başladılar, ardınca meydanın mərkəzində etirazçı və jurnalistlərin sıx bir halqası meydana gəldi. |
Mərkəzdə dayanan insanlar mahnı oxuyur və gitara çalırdılar.Aksiyanı xüsusi təyinatlı polis alayının üzvləri, habelə mülki şəxslər izləyir. |
Xüsusi təyinatlılar izdihamdan azacıq uzaqda, xüsusi geyimli zabitlər isə dinc aksiyanın gedişatına müdaxilə etmədən daim tədbirin mərkəzində olurdular. |
Saat 7: 45-də iştirakçılar dağılışmağa başladılar. |
Meydanda cəmi bir neçə adam qaldı.Mogilyovda, Sovetlər Evinin yaxınlığındakı Lenin meydanında, çağırışa təxminən 80 nəfər toplaşdı. |
Aksiya iştirakçıları arasında gənclər üstünlük təşkil etdi. |
Bəzi aksiya iştirakçıları, bir gün əvvəl Minskdə keçirilən "Stop Petrol" aksiyasından ilham aldılar.Brestdəki Lenin meydanına təxminən 200 nəfər toplaşdı. |
Aksiya iştirakçıları şüarlar qışqırmadılar və aksiya pankart olmadan keçirdi. |
Yalnız söhbət edirdilər. |
Maşınlarla keçənlərin bəziləri iştirakçıların aksiyasına dəstək olaraq siqnal verirdi. |
Aksiyanı polis formasında olan iki nəfər, həmçinin DTK əməkdaşları müşahidə edirdi. |
Aksiya saat 18: 50-dən 19: 30-a qədər davam etdi və alqışlarla başa çatdı. |
Etirazlar və münasibət 3 İyul, Belarusun müstəqillik günündə, 3000-ə yaxın nümayişçi, Minsk şəhərinin əsas meydanında şüarlar səsləndirmək əvəzinə "alqışlarla etiraz"da iştirak etdi. |
Daha sonra xüsusi geyimli polis gəldi və bir çox etirazçını həbs etdilər. |
Lukaşenko və yerli polis bu hərəkətlərinə görə 2013 İqnobel mükafatına layiq görüldü. |
Hökumət Twitter və Facebook kimi sosial şəbəkələrin də bloklanmasına başladı. |
Etiraz edənlərin bir çoxu, etirazlardan bir neçə ay əvvəl Belarusun üzləşdiyi sürətli deqradasiyaya uğramış iqtisadiyyatdan qaynaqlanırdı. |
3 İyul 2011-ci il etirazından sonra aktivistlər polis vəhşiliyinin videoçarxlarını yaydılar. |
İyulun 29-da hökumət məclis və toplantıları qadağan etdi, onları qanunsuz etdi. |
Boks üzrə 16-cı dünya Çempionatı 2011-ci ilin sentyabrın 22-dən oktyabrın 10-dək Bakıda Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmişdir.. AIBA himayəsi altında təşkil edilən həvəskar boks üzrə dünya çempionatı ilk dəfə olaraq çox sayda iştirakçı toplayıb.Dünya çempionatlarında əvvəlki rekord 2009-ci ildə M... |
Medal cədvəli Əsas medallar İştirakçı ölkələr 127 ölkədən 685 iştirakçı. |
Digər keçidlər aiba.org/en-US/2011/2011WorldBoxingChampionships.aspx — 2011 Boks üzrə dünya çempionatının rəsmi saytı |
2011 Dünya Buzüstü Hokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü hokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Hokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak St... |
Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etdi. |
Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. |
Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. |
Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. |
Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. |
Ev sahibi şəhərin seçimi Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. |
Həmin ölkələr bunlardır: Macarıstan FinlandiyaBir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Hokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Hokkey Federasiyası nümayəndələri konqresində... |
Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi. |
Digər namizəd ölkələr, İsveç (20 bal) və Macarıstan (14 bal) idi. Slovakiyanın qazanıla bilən balların 50%-dən çoxunu aldığı üçün səsvermə ilk raundda nəticələndi. |
Səsvermənin nəticələri Finlandiya Konqresin başlamasından əvvəl səsvermədən ayrıldı. |
Rəsmi mahnı Slovakiya müğənnisi Kristina Pelakova tərəfindən yazılan Life is a Game (azərb. |
Həyat Bir Oyundur) mahnısı rəsmi olaraq 18 Martda açıqlandı. |
Goooly (Quuli) turnirin rəsmi maskotu idi. Goooly, boz rəngli bir canavardır. |
2011 BBXF Dünya Çempionatı ümumi direktoru İqor Nemetsek; "Qurdların meşələri və kəndləri xatırlatdığını və tipik Slovakiya heyvanı olduğunu" demişdir. |
Radio Expres və Slovakiya Buzüstü Hokkeyi Federasiyası tərəfindən maskotu adlandırmaq üçün ölkə səviyyəsində müsabiqə təşkil edildi. |
Müsabiqə çərçivəsində 14 mindən çox ad təklifi gəldi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.