Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu hadisə 1987-ci ildə qarşılıqlı notalarla bağlandı, lakin ABŞ Dövlət Katibi Dean Raskın və Hərbi Dəniz Əməliyyatları komandanı Tomas Moorerin də daxil olduğu bəzi tanınmış şəxslər hadisə günki siqnalların transkriptləri ilə tanışlıqdan sonra hücumun səhvən baş verdiyi fikrini rədd etdilər.
Bu şəxslərin bildirdiyinə görə, İsrail gəminin ABŞ gəmisi olduğunu bilə-bilə hücum etmişdi.
Müharibənin sonunda İsrail 8,000 km2 olan torpaqlarına 23, 622 km2 Sinay yarımadası, 0,444 km2 Qolan təpələri, 2,270 km2 Qərbi Şəria, 0,140 km2 Qəzzə keçidi olmaqla 26,475 km2 torpaq qatmışdı.
İşğal edilən bu torpaqlar İsrail sərhədləri daxilindəki 300 min Ərəbə 1 milyon daha qatmaqda idi.
Bu dövrdə İsrail əhalisinin sayı 2,3 milyon nəfər idi, belə olan halda, Ərəblər İsrail əhalisinin 63/37 nisbətini təşkil edirdi.
Bu torpaqları tutmaq İsrailə 750 milyon dollara başa gəlmişdi.
Müharibədə İsrailin canlı qüvvə itkisi 776 ilə 983 arasında göstərilir.
İsrail ordusundan yaralananların sayı isə 4517 nəfər olmuşdu.
15 İsrail əsgəri isə əsir düşmüşdü.
Misirin müharibədəki canlı qüvvə itkisi isə 9800 ilə 15000 nəfər arasında göstərilir.
4338 misirli hərbçi isə əsir düşmüşdü.
İordaniya 700 canlı qüvvə itirmiş və 2500 nəfər də yaralanmışdır.
Suriya ordusu isə 1000–2500 nəfər arasında canlı qüvvə itirmişdir.
367-591 nəfər isə əsir götürülmüşdür.
Camal Əbdül Nasirin istefası Prezident Nasir dörd gün ərzində ağır bir məğlubiyyətlə İsrail qarşısında bütün Sinay yarımadasını itirdi.
9 İyun səhəri radiodan Misir xalqına xitabında bir tərəfdən istefasını açıqlayarkən, digər tərəfdən də, məğlubiyyətin bu üç sürprizin nəticəsi olduğunu ifadə edərək, qərbliləri günahlandırdı tutdu: Düşmən şərqdən və şimaldan gözlənilərkən, qərbdən gəlmişdir.
Başqasının köməyi olmadan düşmən buna müvəffəq ola bilməzdi, Düşmən Misirdəki hərbi və mülki hava limanlarınına hücum etmiş və öz hava sahələrinin qorunmasını başqa dövlətlərin öhdəsinə buraxmışdır, İmperializm düşmənlə tam əməkdaşlıq etmiş.
Amerikan və İngilis təyyarə daşıyan gəmiləri, düşmənin döyüş qabiliyyətinin artırılmasına kömək etmək üçün, düşmən sahillərinin yaxınlığına gətirilmişdir.Bundan sonra Nasir qəhrəmancasına döyüşdüklərinə görə İordaniya və İraq ilə, "böyük Suriya xalqına " və tutduqları mövqelərinə görə isə Sudan, Küveyt, Yəmən, Livan, T...
Nasir 1964 tarixli Müvəqqəti Misir konustitusiyasının 110-cu maddəsi çərçivəsində dövlət rəhbərliyini Zəkəriya Mühittinə verdi.
Nasirin istefasından sonra bütün Misirdə Nasir lehinə mitinqlər keçirildi.
Xalq "Nasir bizi tərk etmə" şüarları səsləndirirdi.
Bundan sonra Nasir yenidən rəhbərliyə qayıtdı.
Buna qarşılıq olaraq Misir silahlı qüvvələri komandanının müavini Marşal Əbdülhəkim Amr 9 iyunda istefa verdi və onun yerinə general Mahmud Fevzi gətirildi.
Bundan sonra da iyunun 11-də quru , hava və dəniz qüvvələri komandirləri də istefa verdilər.
Mübahisələr Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altıgünlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər meydana çıxdı.
Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır.
Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar.
Önləyici vuruş və ya ədalətsiz hücum Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır.
İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı: 3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi.
BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər.
İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər.SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi.
İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi.
İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir.
Eyni zamanda Misir qırıcıları Sinaydakı hava limanlarından havaya qalxmış və İsrailə tərəf uçmuşdur.
Qəzzədəki Misir artilleriyası kissifim, Nahal-Oz və Eyn Haşeloşa adlı İsrail kəndlərini bombalamışdır.
Həqiqətdə isə bu düzgün deyildi.
ABŞ Kəşfiyyat Ofisi müəyyən etmişdi ki, ilk atəş İsrail tərəfindən atılmışdır və müharibə İsrailin Misirin quru qoşunlarını havadan müdafiəsiz buraxılması ilə nəticələnən qəfil hava hücumu ilə başlamışdır.İlk o hücum etməsinə baxmayaraq, İsrail ilk əvvəllər özünün birinci hücuma məruz qaldığını bildirirdi.
Az sonra isə, özünün ilk hücum etdiyini etiraf etdi, lakin bunun planlanan işğalı önləmək üçün etdiyini bildirdi.İsrail ilk hücum etməsini haqlı olduğunu bildirmək üçün bu arqumentləri göstərmişdi: İqtisadi boğulma.
Belə ki, İsrail öz neft ehtiyatının 90 faizini Misirin qapatdığı Tiran boğazından təmin edirdi, Müharibənin 3 cəbhədə olacağı və yüz minlərlə Ərəb ordusunun sərhədlərə yığılması, Müharibənin müddətinin uzanması zamanı İsrailin mülki əhalidən təşkil etməli olduğu ordunun ölkənin sosial və iqtisadi həyatına güclü mənfi t...
Misirin BMT-dəki daimi nümayəndəsi M. A. Əl Koni bildirmişdi: Müharibədən sonra bəzi İsrail rəsmiləri etiraf etdilər ki, onlar Misir tərəfindən hücum gözləmirdilər.
İyunda İsraildə hökumətə daxil olan Mordeçay Bentov ona verilən "ektremizm təhlükəsinin olub-olmaması" haqqında suala cavab olaraq bildirmişdi ki, "heç bir yox olma təhlükəsiz yox idi, bu yeni Ərəb torpaqları əldə etmək üçün uydurulmuş yalan idi".
ABŞ tərəfi müharibədən əvvəl İsrailə verdiyi kəşfiyyat materiallarında bildirmişdi ki, Misir ordusunun yayılması müdafiə xarakteri daşıyır və İsrailə hücuma hazırlıq hiss edilmir.
Müharibə dövründə İsrailin XİN rəhbəri olmuş Abba Eban öz xatirələrində yazırdı ki, Nasir İsrailə hücum etməyi inandırıcı deyildi: İsrailli hərb tarixçisi Martin van Krevelda görə müharibənin əsl səbəbləri hələ də bilinmir, lakin müharibədən əvvəl İsrail hərbi qüvvələrinin müharibə üçün çalışdıqları və digər tərəfi pro...
Ceyms Thuo Qathii bildirir ki, İsrailin hücumu Karolina testinə uyuşmurdu, lakin bu testə ən yaxın hücum idi.Hərhalda, İsrail öz hücumunun haqlı olmasını Misirin Tiran boğazını qapaması ilə əsaslandırırdı.
Çünki, bu boğaz 1958-ci ildəki Cenevrə konvensiyasının Dənizlər haqqında qanununa əsasən beynəlxalq su ərazisi hesab edilirdi, lakin bütün bunlara baxmayaraq, bu qanuna nə Misir, nə də onun müttəfiqləri qoşulmamışdı.
Misirin mövqeyinə görə, Tiran boğazı açıq dənizin iki beynəlxalq su ərazisi hesab edilə bilməzdi.
Çünki, Aqaba körfəzi açıq dənizin iki regionunu birləşdirən beynəlxalq su ərazisi deyil.
Buna baxmayarq, Qərbi Avropa ölkələri və BMT Misirin bu qərarı ilə razılaşmırdı.
Digər tərəfdən, Misirin mövqeyi III dünya ölkələri tərəfindən dəstəklənirdi.
Misirlilərin digər misirliləri öldürməsi iddiası Atəşkəs qüvvəyə mindikdən sonra Misirin 7 diviziyası Sinay yarımadasında İsrail qüvvələrinin əhatəsində qalmışdı.
Minlərlə misirli hərbçi və əsgər çaşqnlıq və təlaş içərisində İsrail qüvvələrini yararaq Süveyş kanalına çatmaq üçün hücuma keçdilər.
İsrailin bu qədər əsiri saxlamaq üçün təchizatı yox idi, buna görə də misirli qüvvələrin Süveyşə çatması üçün şərait yaratdılar.
Süveyş kanalına çata bilən hərbçilər kanalı üzərək Misir tərəfə keçmək niyyətində idilər, lakin hərbçilər təxminən, çayın ortasına çatanda Misir tərəfindən avtomatlardan atəş açıldı.Bəzilərinin iddiasına görə, bu əmri orduya Camal Əbdül Nasir vermişdir.
O, qorxurdu ki, bu hərbçilər Misirə daxil olarlarsa, xalq Misirin hansı formada darmadağın edilməsini başa düşə bilər.Sağ qalan şəxslər əvəvlcə Süveyş kanalının Misir tərəfində tikanlı məftillərlə əhatələnmiş düşərgələrdə saxlanıldı, daha sonra isə Qantaraya sürgün edildilər.
Məşhur Britaniya baş naziri olan Vinston Çörçilin Randalf Çörçill qeyd etmişdi ki, "geriyə — Misirə geri dönə bilən Misir əsgərləri onu özlərinə heç vaxt ev edə bilmədilər, əvəzində xalq arasında ruh düşkünlüyünə səbəb olmasınlar deyə düşərgələrdə saxlanıldılar".
İsrail Müdafiə Nazirliyinin misirli əsirləri öldürməsi iddiaları Müharibədən dərhal sonra İsrailin misirli silahsız əsirləri güllələməsi xəbərləri yayılmağa başladı.
Xeyli sayda israilli əsgər misirli əsirlərin edamının şahidi olduğunu bildirirdi.
Yediot Aharonot (azərb.
Ən Yeni Xəbərlər) qəzetinin jurnalisti Qabby Bron bildirmişdi ki, o, özü 5 misirli əsirin edamının şahidi olmuşdur.
İsrailli tarixçi, novelist Maykl Bar-Zohar demişdi ki, o, özü şahid olmuşdur ki, 3 misirli əsir israilli aşpaz tərəfindən edam edilmişdir.
İsrailli siyasətçi və tarixçi Meir Pa'il demişdir ki, dəfələrlə əsirlərin və Ərəb mülki şəxslərin edamına şahid olmuşdur.
Tarixçi Uri Milşteyn isə bildirmişdir ki, 1967-ci il müharibəsi zamanı İsrail əsgərləri dəfələrlə təslim olan Ərəb hərbçilərini öldürmüşdülər.
O, əlavə edirdi: İddia olunur ki, öldürülən misirli əsgərlərin hamısı sənədlərdə elə göstərilmişdir ki, guya onlar qaçmağa cəhd edərkən öldürülmüşdürlər.
İsrailli tarixçi və jurnalist Tom Segev "1967" adlı əsərində bu barədə yazır: 1995-ci ilin 21 sentyabrında New York Times bildirdi ki, Misir hökuməti Sinay yarımadasının Əl Ariş şəhərində çoxda dərində olmayan 2 toplu məzarlıq aşkar etmişdir.
Misir hökumətinin iddiasına görə, bu məzarlıqda İsrail tərəfindən 1967-ci il müharibəsi zamanı qanunsuz olaraq güllələnən 30–60 arası misirli əsir dəfn edilmişdir.
İsrail isə cavab olaraq, öz XİN nümayəndəsi Eli Dayanı Misirə göndərdi.
Eli Dayan bildirdi ki, onlar bu məsələni Misirlə müzakirə etməyə hazırdırlar və ölənlərin ailələrinə təzminat verə bilərlər.
Nazir həmçinin, bildirdi ki, hadisənin baş verməsindən 20 il keçdiyi üçün onların bunu edənlər haqqında araşdırma başlatma hüquqları yoxdur.
Daha sonra Misirdəki qəzetlərdən biri olan Əl Şaab İsrailin Misirdəki səfiri David Sultanın 100 misirli əsirin öldürülməsində iştirak etdiyini iddia etdi.
İsrail səfirliyi və XİN-i bu iddianı rədd etdi və bildirdi ki, David Sultanın o dövrdə orduda olduğu belə aydın deyildir.İsrail Müdafiə Nazirliyi sənədlərinin sinifləndirilməsinə əsasən bilinir ki, İsrail ordusunun Baş Qərərgahının Əməliyyatlar şöbəsi 1967-ci ilin 11 iyununda əsirlər barədə yeni əmrlər imzaladı.
Bu əmrin verilməsi o dövrki mövcud əmrlərin bir-biriləri ilə ziddiyət təşkil etdiyinə görə əsaslandırılırdı: Təslim olan hərbçilər və mülki şəxslər heç bir halda ziyan görməməlidirlər Silahlı olan və təslim olmayan hərbçilər və mülki şəxslər öldürülə bilər.İsrail mənbələrinə görə 4338 nəfər misirli hərbçi İsrail ordusu...
11 İsrail hərbçisi isə Misir ordusu tərəfindən əsir alınmışdı.
Əsirlərin dəyişdirilməsi 1968-ci ilin 23 yanvarında sonlanmışdır.
Döyüş dəstəyi Tarixçi Corc Lenczovskiyə gprə, ABŞ prezidenti Conson may ayının 23-də ABŞ rəsmilərinə İsrailə müxtəlif yollarla silah yardımı etmək üçün icazə vermişdir.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Orta Şərqə silah göndərilməsinə və satılmasına embarqo qoyulmuşdu.Stefen Qrin öz kitabında yazır ki, ABŞ müharibə zamanı İsrailə kəşfiyyat təyyarələri göndərmişdir.
Bu təyyarələrin vəzifəsi gecə vaxtı uçuş edərək Misir quru qoşunlarının hərəkətini izləmək və sabahkı hava hücumu üçün material toplamaq olmuşdur.
Müəllif buna sübut kimi isə, İsrail Hərbi Hava Qüvvələrinin mükəmməl hücumlarını göstərmişdir.ABŞ XİN rəsmisi və Orta Şərq üzrə ekspert Riçard Parker bu iddianı qəti şəkildə rədd edərək, bunu bekar bir adamn fərziyəsi adlandırmışdı.Müharibənin ikinci günü Ərəb ölkələrinin hökumət yönümlü qəzetləri yazırdılar ki, amerik...
Qahirə radiosu və rəsmi dövlət qəzeti olan Əl-Əhram isə bu iddia ilə yanaşı başqa iddialar da irəli sürürdü.
Qəzetin iddiasına görə: İsrail hərbi təyyarələri ABŞ və Britaniya təyyarədaşıyan gəmilərindən uçaraq Misirə hücum etmiş, Eyni zamanda Liviyadakı ABŞ bazası olan Vheelus bazasından ABŞ hərbi qüvvələri Misirə hücum etmiş, ABŞ casus peykləri İsrail ordusuna Misir ordusunun hərəkətini əks etdirən şəkillər göndərmişdir.Cama...
Muəmmər Qəddafi Liviyadakı bazasından ABŞ-nin Misirə hücum etməsinin yalan olmasını qəbul etdi və bunun sadəcə 1969-cu ildəki hərbi çevrilişə rəvac vermək üçün ortaya atıldığını bildirmişdi.
Həmçinin, ABŞ və Böyük Britaniya dövlətləri də rəsmi şəkildə bu iddiaları rədd etmişdilər.
Buna bənzər iddiaları Dəməşq radiosu və Əmman radioları da təkrarlayırdı.
Hətta, Misir mətbuatı yazırdı ki, guya İordaniya kralı Kral Hüseyn radarlardan Britaniya qırıcılarının Britaniya təyyarədaşıyan gəmilərindən havalanmasının şahidi olmuşdur.
Bütün bu iddialar Ərəb dövlətlərindən başqa heç bir yerdə ciddiyə alınmırdı.
ABŞ, Böyük Britaniya və İsrail bütün iddiaları rədd edirdi.
Bundan əlavə, 8 iyunda Misirin nüfuzuna xeyli ziyan vuran hadisə baş verdi.
İsrail Camal Əbdül Nasir ilə Kral Hüseyn arasında radio-telefon vasitəsilə baş tutmuş telefon danışığının səs qeydlərini mətbuatda yaydı: Müharibənin sonunda Ərəb dövlətləri acınacaqlı şəkildə məğlub oldular.
Ərəb müharibələri bu dərəcə ağır dərəcədə baş vermiş məğlubiyyətlərini ABŞ-nin İsrailə dəstək verməsi ilə əsaslandırırdılar.
1967-ci ilin 9 iyununda Camal Əbdül Nasir öz istefa məktubunda (istefası qəbul edilmədi) yazırdı: Kral Hüseyn daha sonra ABŞ dəstəyinin olduğu fikrindən imtina etdi.
30 iyun 1967-ci ildə Nyu-Yorkdakı çıxışında o bildirdi ki, hal-hazırda o əmindir ki, nə ABŞ, nə də Britaniya təyyarəsi müharibədə iştirak etməmişdir.Sentyabr ayında The New York Times məlumat yaydı ki, Nasir Ərəb ölkələri zirvəsində iddialarının real olmadığını bildirmişdir.
Bütün bunlara baxmayaraq, Ərəblərin müharibədə təkcə İsrailə qarşı yox, həm ABŞ-yə, həm də Britaniyaya qarşı döyüşməsi fikri bütün Ərəb dünyasına hakim oldu.
Böyük Britaniyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki nümayəndəsinin bildirdiyi kimi Misirlə hər hansı müharibə Yəmən müharibəsi kimi nəticələnəcəkdi: Müharibə bitəndən sonra da Misir hökuməti və onun mətbuat orqanları bu iddiaları müdafiə etməyə davam edirdi.
Əl-Əhram da daxil olmaqla, Misirin bütün böyük qəzetləri gündəlik bu barədə məqalələr yazırdılar.
Məhəmməd Heykal da Qahirə radiosunda bu iddiaları müdafiə etməyə başladı.
Onun bildirdiyinə görə, Suriya və Misirə qarşı gizli ABŞ-İsrail müqaviləsi vardır.İsrailli tarixçi Elie Podeh yazır: ABŞ-İsrail tarixçisi Maykl Oren bildirir ki, Ərəb liderlərinin müharibəyə ABŞ və Britaniyanın birbaşa daxil olması iddiasını belə səylə müdafiə etməsinin əsas səbəbi Sovet İttifaqının dəstəyini təmin etm...
Digər səbəb kimi isə, Ərəb dövlətlərinin İsrailə biabırcasına məğlub olmasından sonra xalqda yarana biləcək nifrəti özlərindən uzaq tutma istəyi olaraq göstərir.
Çünki, ABŞ və Britaniyaya qarşı məğlub olduqlarını düşünən xalq öz liderlərini başa düşə bilərdi.
Bu iddialardan sonra neft istehsalçısı olan Ərəb dövlətləri ABŞ və Britaniyaya neft ixracına embarqo tədbiq etdi.
Bunun nəticəsində də, neftin qiyməti dünyada görünməmiş dərəcədə qalxdı.
6 ərəb ölkəsi ABŞ ilə diplomatik münasibətləri kəsdi, Livan ABŞ-dəki səfirini geri çağırdı.