Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Daha geniş müstəvidə isə, bu müharibə Orta Şərqdə anti-amerikan solçu hərəkatların, dini-funtamentalist qruplaşmaların fəallaşmasına və son nəticədə terrorizmin yüksəlməsinə səbəb oldu. |
Anti-amerikan əhvali-ruhiyyə tədricən Ərəb dövlətlərini aşaraq İranda, Pakistanda və ümumən III dünya ölkələrində əsasən xalq arasında hakim rol oynamağa başladı. |
Bu da həmin dövlətlərin BMT-də anti-amerika siyasəti izləmələrinə səbəb oldu.Britaniyalı mütəxəsislərin firincə "Ərəblər məğlubiyyətin səbəbi ola biləcək bütün versiyaları rədd edirdilər, onlar inanmırdılar ki, İsrail onları kənardan yardım olmadan uda bilər". |
Qeyri-döyüş dəstəyi 1993-cü ildə Conson Prezident Kitabxanasına şifahi arxiv müsahibəsi verən və müharibə zamanı ABŞ-nin Müdafiə Naziri olmuş Robert MakNamara bildirmişdi: Sovetlər bunu öyrəndikdən sonra Sovet İttifaqının rəhbərlərindən olan Kosigin Kremldən qırmızı xətlə ABŞ-la əlaqə yaratmış, ABŞ-nin hər hansısa hücu... |
Sovet İttifaqı öz Ərəb müttəfiqlərini dəstəkləyirdi. |
1967-ci ilin may ayında Sovet İttifaqı Şərqi Aralıq dənizi hövzəsinə öz hərbi dəniz donanmasını göndərməyə başladı. |
Onun donanması ABŞ və Britaniya donanmasını izləyirdi. |
Buradakı Sovet donanması ABŞ donanması ilə döyüşməyə tam qadir vəziyyətdə idi. Sovetlərin məqsədi isə müharibəyə ABŞ-nin və ya digər Qərb dövlətinin birbaşa müdaxiləsinin qarşısını almaq idi. 1983-cü ildə Boston Globeyə verdiyi müsahibədə o dövrki ABŞ Müdafiə naziri Maknamara demişdi ki, "biz müharibəyə olduqca yaxın i... |
Sonrakı hadisələr və təsirləri Qaçqınlar məsələsi 1967-ci il Ərəb-İsrail müharibəsi qaçqınlar probleminə də yeni ünsürlər gətirdi. |
Bilindiyi kimi, Fələstin qaçqınları məsələsinin başlanğıcı 1948–1949-cu illərdəki birinci Ərəb-İsrail müharibəsi olmuşdur. |
BMT 1948-ci ilin sonlarından qaçqınlara yardım problemini müzakirə edərək, BMT Qaçqınlara Yardım Təşkilatını qurmuşdu. |
}Bu tarixdən etibarən bu təşkilat Fələstin qaçqınlarına kömək etməkdə idi. SSRİ və sosialist ölkələr qaçqınlar məsələsinin yaranmasında qərbliləri günahkar bilmələrinə görə, heç bir zaman yardımlara qatılmamışlar və yardımın yükü başqa ABŞ olmaqla digər ölkələrin üzərinə düşmüşdü. |
Məsələn, 32 ölkənin 1967-ci il üçün yardım fondu 30.1 milyon dollar olmuşdu. |
Bunun 22.2 milyon dolları ABŞ tərəfindən verilmişdi. |
Digər tərəfdən BMT-nin məruzəsinə görə, 1965-ci il sonunda qaçqınların sayı ölkələrə görə belə idi: İordaniya 697.658, Qəzzə 301.879, Livan 162.499 və Suriya 138.081, ümumilikdə isə 1.300.117 nəfər idi.Təhlükəsizlik Şurasının 14 iyun, 1967-ci ildə, işğal edimiş torpaqlarda mülki əhaliyə insani münasibət bəslənməsinə və... |
Xüsusi nümayəndə Nils G. Qussingin avqust ayında verdiyi məruzəyə görə Qərbi Şərianın 430.000-i əsasən Fələstin qaçqını olan 1.1 milyon nəfər əhalisindən 200.000-i Şəria çayının şərqinə köç etmişdi. |
Suriyaya görə 110.000, İsrailə görə də 85.000 nəfər İsrail işğalına girən torpaqlardan Suriyaya köç etmişdi. |
Sinay və Qəzzədən kanalın digər tərəfinə köç edənlərin sayı isə 35.000-ə qədər idi. Həmçinin xüsusi nümayəndə mülki əhaliyə qarşı İsrail tərəfindən pis rəftar edilmədiyini yazırdı.BMt Qaçqınlara Yardım Təşkilatının rəhbəri Baş Katibə verdiyi hesabatda Altı Gün Müharibəsində qaçqınların sayında 350.000–400.000 nəfərlik ... |
Bu hesabat BMT-nin 19 sentyabr, 1967-ci ildə başlayan iclasında müzakirə olundu və bilavasitə BMT-nin qaçqınların vətənlərinə dönmələrini özündə ehtiva edən, 11 dekabr, 1948-ci il tarixli, 194 saylı qərarının hələ də reallaşdırılmaması müzakirələrə səbəb oldu. |
Nəticədə, BMT 19 dekabr 1967-ci ildə 3 bitərəfə qarşı 98 səslə aldığı, 2341 A saylı qərarında 1948-ci il tarixli 194 saylı qərarın tədbiq edilməmiş olmasından yaranan təəssüf hissini bildirərək, bütün üzvləri bu qərarın tədbiqinə və Qaçqınlar Təşkilatına kömək etməyə dəvət etdi. |
Qüds məsələsi BMT, 4 iyulda Pakistan tərəfindən təklif edilib, Türkiyə, Mali və İran tərəfindən də dəstəklənən qətnamə layihəsini, 20 bitərəfə qarşı (ABŞ da bitərəf qalmışdır) 99 səslə 2253 saylı qətnamə kimi qəbul etmişdir. |
Qətnamədə İsrailin Qüds barədə aldığı qərarlardan yaranan narahatlıq bildirilir və bu qərarların qeyri-qanuni sayıldığı vurğulanaraq, İsraildən bu qərarlari geri alması istənirdi. |
Bu qərardan sonra İsrail XİN rəhbəri Abba Eban, 10 iyulda Baş Katibə göndərdiyi məktubda Qüdsün 7 iyunda İsrailin əlinə keçməsi ilə birlikdə, bütün dinlərin ibadətinə açıldığını, sözü gedən 5727–1967 saylı "Müqəddəs Yerlərin Qorunması" qanununun müqəddəs yerləri hər cür hücumdan və ziyarət azadlığının tapdanmasından qo... |
Bu layihənin 2 gün davam edən müzakirələrində ABŞ yenə də bitərəf qaldı. |
ABŞ-nin BMT-dəki nümayəndəsi Qoldberq bitərəfliyin səbəbini belə izah edirdi: Səsvermədən sonra qərar layihəsi qəbul edildi. |
Qərar İsrailin hərəkətlərini qınayaraq, ondan Qüdsün statusunu dəyişdirəcək tədbirlərə yol verməməsini tələb edirdi. |
Qüdsdəki Ərəblərin vəziyyəti ilə bağlı araşdırmalar etmək üçün İsveçrəli diplomat Ernestp Talman, Baş Katib U Thantın şəxsi nümayəndəsi təyin edildi. |
Onun hesabatına görə Qərbi Qüdsün əhalisi 200.000 olub, hamısı yəhudilərdən ibarətdir. |
Buna qarşılıq Şərqi Qüdsün əhalisi qarışıq olub, 81 faizi müsəlman, 8.1 faizi katolik, 6.5 faizi ortodoks, 2.4 faizi erməni və 2 faizi digərləri idi. |
Bununla belə, İsrailə görə Şərqi Qüdsün Qərbi Qüdslə bütünlənməsinə heçnə mane ola bilməzdi və bu məsələdə İsrail heç kimlə kompromisə getməyəcəkdi. |
Qüdsdə yaşayan Ərəblər isə İsraildən narazı idilər. |
Bunun əsas səbəbi Yüksək İslam Konqresinin qərarlarına İsrail hökumət dairələrinin məhəl qoymaması, məktəblərdə İsrail təhsil proqramlarının tədbiq edilməsi və s. idi. Katoliklərə gəlincə, Talmanın hesabatına görə, Papalıq Qüdsün və ətrafının qorunmasından qarantiyasını ancaq şəhərin ayrı bir varlıq, yəni korpus separa... |
Bu məsələdə də İsrail dövlət ilə danışıqlara başlamışdı. |
Bu zaman İsrail XİN rəhbəri Abba Eban BMT Baş Katibinə göndərdiyi məktubda Qüdsdə sükunətlə və asayişlə, bütün dinlərin sərbəst ibadəti üçün lazimi şərtlər təmin edilmədikcə beynəlxalq nizamlama düşünülməyəcəyini, İsrailin bu şərtləri təmin etməyə çalışdığını, bu zaman görülən tədbirlərin son həllə təsir etməyəcəyini b... |
1978-ci ildə İsrail Qüdsü rəsmi olaraq paytaxtı elan etdi. |
1980-ci ildə Şərqi Qüdsün Qərbi Qüdsə birləşdirildiyinin elanı ilə, rəsmi olaraq Şərqi Qüdsü də öz hakimiyyəti altına almış oldu. |
Ərəb dövlətlərinin münasibəti Müharibəyə ilk reaksiya təbii olaraq Ərəb ölkələrindən gəldi. |
Müharibə başlamazdan bir gün əvvəl, yəni 4 iyun 1967-ci ildə İraq, Səudiyyə Ərəbistanı, Liviya, Əlcəzair, Küveyt, Bəhreyn, Qətər, Əbu Dabi (bu son üçü qeyd etdiyimiz illərdə İngiltərənin himayəsində olan əmirlikləridi) və Misir nümayəndələri Bağdadda toplanaraq, 5 İyun tarixli qərara əsasən hər hansı bir Ərəb dövlətinə... |
İyunun 6-sı Misirin İsrailin hava basqınına Amerika və İngiltərənin kömək etdiyini iddia etməsi ilə bu iki ölkəyə neft embarqosu tətbiqi qərara alındı. |
Küveyt, Bəhreyn, Qətər, Əbu-Dabi və Səudiyyə Ərəbistanı Amerika və İngiltərəyə neft ixracını dayandırdı. |
Əlcəzair, Misir, Sudan, Suriya, Yəmən, Tunis ABŞ və Birləşmiş Krallıq ilə olan diplomatik münasibətlərini kəsdilər. |
İraq və Livan isə Amerikan və İngilis səfirlərinin 48 saat içində ölkəni tərk etmələrini tələb etdi. |
Liviya hökuməti o cümlədən Amerika və İngiltərədən Liviyadaki hərbi bazalarını ləğv etmələrini və bütün qüvvələrini geri çəkmələrini istədi. |
Bütün Ərəb paytaxtlarında ABŞ və Böyük Britaniyaya qarşı geniş nümayişlər təşkil edildi. |
Lakin ölkələrin reaksiyası daha da alovlanmadan müharibə Ərəb dünyası üçün böyük bir fəlakətlə nəticələndi. |
İndi Ərəblər üçün məsələ artıq İsrail dövlətinin ləğvi deyil, bu müharibənin nəticələrinin aradan qaldırılması idi. Başqa sözlə, Ərəb ölkələrinin, xüsusilə də Misir, Suriya və İordaniyanın İsrail siyasətinin təməlini 1967-ci il müharibəsində itirilmiş torpaqların geri alınması və ya İsrailin işğal etdiyi Ərəb torpaqlar... |
Bu baxımdan, 1967-ci il müharibəsi Ərəb-İsrail məsələsində və ya Fələstin məsələsində yeni bir mərhələ açdı, ümumi bir proses olaraq, bir dönüş nöqtəsi yaratdı.Beləcə, İsrail 1967 il müharibəsində ələ keçirdiyi torpaqlarını geri verməyəcəyini açıqlamış oldu. |
İyunun 20-də Şarm-əl Şeyxdəki çıxışında Baş nazir Eşkol, Nasir, Kral Hüseyn və digər Ərəb liderləri ilə harada və nə olursa olsun, sülh danışqları ilə bağlı görüşməyə hazır olduğunu söyləyərək vəziyyətə aydınlıq gətirdi. |
Yəni, İsrailin bundan sonrakı siyasəti əlində tutduğu torpaqlardan istifadə edərək, Ərəb ölkələrini ikitərəfli danışıqlara məcbur etmək idi. |
Bu isə Ərəb ölkələrinin İsraili tanıması demək idi ki, ərəb dövlətləri də buna yanaşması o dövr üçün xeyli çətin görünürdü. |
Məğlubiyyətdən sonra, 10–17 iyul tarixlərində Qahirədə Ərəb dövlətlərinin görüşü keçirildi. |
Bu zirvədə Nasir, İraq prezidenti Əbdürrahman Arif, Suriya prezidenti Atassi, Əlcəzair prezidenti Bumedyen və Sudan prezidenti İsmail əl-Əzhər iştirak etdi. |
Bəyanatlara görə, prezidentlər İsrail təcavüzünün nəticələrinin aradan qaldırılması və qeyri-ərəb ölkələrinin gələcəyi ilə bağlı məsələləri müzakirə etdilər. |
Burada İsraili dəstəkləyən qərb dövlətləri nəzərdə tutulurdu. |
Bundan başqa, ölkə başçıları bütün bu mövzuların xarici işlər nazirləri ilə Xartumda toplanaraq müzakirə edilməsinə qərar verdilər. |
Xarici işlər nazirləri 1–6 avqust günlərində Sudanın paytaxtı Xartumda toplandılar. |
Görüşdə İsraillə hər hansı bir sülhün imzalanması fikri rədd edildi. |
O cümlədən Amerikanın İsrailə dəstək verməsi, Birləşmiş Krallıq və Almaniya Federativ Respublikasının İsrailə qarşı göstərdiyi səmimi münasibət də şiddətlə tənqid olundu. |
Suriya, İraq və Əlcəzairin Amerika, Böyük Britaniya və Qərbi Almaniyaya qarşı neft embarqolarının tətbiq edilməsi ideyası Tunis, Səudiyyə Ərəbistanı və Liviya kimi mötədillərin müxalifətilə qarşılaşdı. |
Digər tərəfdən Tunis, Ərəb ölkələrinin qılıncların əvəzinə effektiv təbliğat və diplomatiyaya üstünlük verməsinin daha məqsədəuyğun olduğunu bildirdi. |
İsrail dövlətinin ləğv edilməsinindən heç bir söz deyilmirdi. |
Bu, Ərəb ölkələrinin İsrail həqiqətini qəbul etməyə başladıqlarının bir əlaməti idi.XİN rəhbərlərinin bu iclasında, İsrail tərəfdarı qərb ölkələrinə neft embarqosu tədbiqi məsələsini müzakirə etmək üçün, Ərəb iqtisadiyyat və maliyyə nazirlərinin Bağdadda görüşmələrinə qərar verilmişdi. |
Bu görüş 15–20 avqust tarixlərində keçirilmişdir. |
Yığıncağın sonunda nəşr olunan məlumatda, neft ambarqosundan bəhs olunmadı. |
Çünki İraqın hazırladığı və bütün ölkələrə 3 ay müddətlə neft satılmaması, üç ay sonra isə ancaq dost ölkələrə neft verilməsi məzmunlu plan, Suriya və Əlcəzair tərəfindən hərarətlə dəstəklənsə də, Səudiyyə Ərəbistanı, Küveyt və Liviya embarqonun Ərəb ölkələrinin iqtisadiyyatlarına çox zərər verəcəyini səbəb göstərərək ... |
Dövlətlər arasındakı bu fikir ayrılığı avqustun 26-dan 27-dək Xartumda toplanan xarici işlər nazirlərinin toplantı gündəliyindən neft embarqosunun çıxarılması ilə nəticələndi . |
Beləliklə neftin silah kimi istifadə edilməsi ehtimalı aradan qalxdı.Ərəb zirvəsi, 29 avqust-3 sentyabr, 1967 tarixləri arasında Xartumda keçirildi. |
Toplantıya 13 ölkənin qatılması nəzərdə tutulmuşdu, lakin 8 dövlət başçısı iştirak etdi. |
Mərakeş, Liviya, Tunis, Suriya və Əlcəzair dövlət başçıları isə zirvə görüşünə gəlmədilər. |
Liviya krali İdris es-Sunusi ilə Tunis prezidenti Burqiba xəstə olduqları üçün, radikallıq tərəfdarı Suriya və Əlcəzair dövlət başçıları, mötədillərin əksəriyyəti qarşısında bir şey əldə edə bilməyəcəkləri üçün zirvədə iştirak etmirdilər. |
Xartum Zirvəsi bu qərarlar qəbul etdi:• Ərəb ölkələri arasında hərbi əməkdaşlığın təmin edilməsi və mümkün hücuma qarşı səylərin gücləndirilməsi üçün zəruri tədbirlər görüləcək. |
• Ərəb torpaqlarındakı hərbi bazalar ləğv ediləcəkdir. |
Burada xüsusilə Liviya ilə Səudiyyə Ərəbistandaki Amerikan bazaları nəzərdə tutulurdu.• Səudiyyə Ərəbistanı, Küveyt və Liviya müharibənin iqtisadi zərərini kompensasiya etmək üçün Misir və İordaniyaya 135 milyon dollar yardım etməli idi. |
Bu məbləğin 55 milyon sterlinqini Küveyt, 50 milyonunu Səudiyyə Ərəbistanı və 30 milyonunu isə Liviya təmin edəcəkdi. |
Yenə bu pulun 95 milyon sterlinqi Misirə, 40 milyon sterlinqi isə İordaniyaya çatacaqdı. |
• Zirvə İsrail barədə bu üç əsas qərarı qəbul etdi: İsraili tanımaq, İsrail ilə müzakirələrə girmək, İsrail ilə sülh bağlamaq qadağandır. |
Xüsusən, bu üçüncü maddədə qəbul edilmiş üç prinsip, uzun illər ərəblərin İsrail siyasətinin üç əsas elementi olacaqdır. |
İsrailin münasibəti Altıgün müharibəsi Ərəb-İsrail münaqişəsində yeni mərhələ açmış oldu. |
Bu müharibəyə qədər İsraili coğrafiyadan tamamilə qovmaq üçün mübarizə aparan Ərəblər bu müharibədən sonra artıq mübarizələrinin qayəsini dəyişdirməyə məcbur oldular. |
Belə ki, onlar açıq formada qəbul etməsələr də, regionda İsrailin varlığını qəbul etdilər və mübarizələrini yalnız İsrail tərəfindən işğal edilmiş torpaqların geri qaytarılması üçün aparmağa başladılar. |
İsrail isə müharibədən sonra mövqelərini xeyli gücləndirdi.İsrail də yeni bir siyasət tətbiq etməyə başladı. |
İsrail Baş naziri Levi Eşkol, 12 iyun 1967-ci ildə İsrail parlamentində bütün dünya millətlərinə olan xitabında bunları dedi: Xartum zirvəsinin qərarları İsrail dövlətini qane etmədi , İsrail baş naziri Eşkol 3 sentyabrda verdiyi müsahibəsində bu qərarları saymazlıq qəbul edir və bildirirdi : İsrail hökuməti qərara ald... |
Müharibədən qalib çıxan İsrailin xarici siyasəti konkret olaraq işğal etdiyi torpaqları özündə saxlamaq üzərinə köklənmişdi. |
Beynəlxalq ictimaiyyətin qınağından qorunmaq üçün isə hər hansı Ərəb dövləti ilə birbaşa danışıqlara razı olduğunu bildirirdi, lakin İsrail bilirdi ki, Ərəb dövlətlərinin onunla birbaşa danışıqlara girməsi çox çətin məsələdir, çünki bu İsrailin həmin dövlət tərəfindən tanınması demək olardı. |
BMT çərçivəsində münaqişəni nizama salmaq üçün görülən tədbirlər də öz faydasını vermirdi. |
Hazırlanan layihələr gah Ərəb bloku və onların himayəçisi SSRİ, gah da ABŞ tərəfindən bloklanırdı. |
Qalıcı sülh yaradma cəhdləri Müharibə dövründə Təhlükəsizlik Şurası 5 iyunda, həm İsrailin, həm də Misirin müraciətinə görə toplandı. |
Təhlükəsizlik Şurası rəhbərinin iclasda dediyinə görə, İsrail nümayəndəsi, Nyu-York saatı ilə 03:10-da ona zəng edərək Misir ordusunun İsrailə hücuma keçdiyini bildirmişdir, halbuki bu vaxt İsrail Misirə hücum etmişdi.İsraillilərin zəngindən sonra Misir nümayəndəsi də zəng edərək, eyni sözləri demişdir. |
Bununla da, BMT Təhlükəsizlik Şurasında çox mübahisəli dövr başlanmış oldu. |
SSRİ ilə Təhlükəsizlik Şurası üzvü Bolqarıstan İsrailin dərhal razılaşdırılmış sərhədlərə geri çəkilməsini və Fransa, Kanada, Danimarka kimi qərblilər də dərhal atəşkəsi müdafiə edərkən, İraq və Mərakəş İsrailin məsuliyyət daşıdığını bildirən qərarın qəbul edilməsində israr etdilər. |
Suriya isə ABŞ və İngiltərənin İsrail ilə ittifaqda olduğunu irəli sürərək, Əlcəzair, İraq və Misir ilə birlikdə ABŞ ilə diplomatik münasibətlərini kəsdi. |
ABŞ isə atəşkəsin təmin olunmasında SSRİ-nin dəstəyini əldə etmək istədi və Kuba böhranından sonra qurulan qırmızı telfon ilə ilk dəfə Kremlə zəng edərək, ABŞ-nin bu müharibəyə qatılmayacağını, tez müddətdə atəşkəs imzalanması tərəfdarı olduğunu bildirdi, lakin Sovetlərin cavabı başqa cür oldu. |
Sovetləri narahat edən, uzun müdətdir təlim keçdiyi, silahlandırdığı Suriyanın paytaxtı Dəməşqin İsrail tərəfindən işğal edilmə təhlükəsi idi. |
Buna görə də ABŞ-yə İsrailə təzyiq edərək, bundan yayındırmasını istədi, əks təqdirdə bunu özünün edəcəyini bildirdi. |
ABŞ İsraillə bu barədə müzakirələr apararkən, mümkün görünən Sovet müdaxiləsinin qarşısını almaq üçün VI Donanmanı da Suriya sahillərinə göndərdi. |
ABŞ prezidenti bu barədə daha sonralar, "bu da mənim Kuba böhranım idi" demişdi.Belə bir şəraitdə BMT Təhlükəsizlik Şurası 6 iyunda tərəfləri dərhal döyüşləri dayandırmağa çağıran qərar qəbul etdi. |
Bu qərar İordaniya tərəfindən qəbul edildi, lakin İordaniya ordusunun Misir Baş Komandanlığına tabe olmasna görə, qərarın qüvvəyə minməsinin Misir tərəfinə bağlı olduğunu bildirdi. |
Qısası, atəşkəs qərarı qüvvəyə minmədi. |
7 iyunda İordaniya, 8 iyunda Misir Təhlükəsizlik Şurasının atəşkəs qərarlarını qəbul etdiklərini elan etdilər. |
Suriya tərəfi isə, BMT-nin 233 və 234 saylı qərarlarının İsrail tərəfindən də qəbul edilməsi şərtilə qəbul etdi, lakin İsrail Suriya torpaqlarında hərbi aktivliyini hələ də saxlamaqda idi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.