Search is not available for this dataset
text
stringlengths
10
518k
Daha sonra Misir bu bəyanatlarını geri çəkmiş və İsrailin tək hərəkət etdiyini boynuna almışdır.Hücum nəticəsində Misir 16 mühüm hava limanından və hərbi hava qüvvələri bazasından 10-u bombardman edilmişdir.
280 Misir hərbi təyyarəsi elə yerdəcə, havalanabilən 20 təyyarə isə havada vurularaq, düşürülmüşdür.
Həmin taktika ilə 50 Suriya təyyarəsi və 20 İordaniya təyyarəsi vurulmuşdur.
Bütün bunları edərkən İsrail sadəcə 19 təyyarə itirmişdir.Beləliklə elə müharibənin ilk günündəcə Ərəb dövlətlərinin hərbi hava qüvvələri tamamilə məhv edilmiş, havada mütləq üstünlük qazanan İsrail dövləti bu üstünlük sayəsində quruda da üstün ola bilmişdir.
Sinay və Qəzzə cəbhəsi Sinay cəbhəsində Misir qüvvələri bu yarımadanın topoqrafiyasına görə yayılmışdı.
Sinayda İsrail sərhədləri ilə Süveyş kanalı arasında 3 əsas yol var idi.
Bunlar: Ən şimalda, köhnə Fələstin sərhədindəki Refahı, Aralıq dənizi sahilindəki əl-Ariş vasitəsilə Süveyş kanalının şimalında və şərq sahilində olan Kantaraya bağlayan yol, Bu yolun cənubunda, ortada, İsrail torpaqları içindəki Nitzanadan başlayıb, Əbu Agheila, Cebel Libni, Bir Hama və Bir Qafqafadan keçib, kanalın ş...
İsrail isə atəşkəs üçün beynəlxalq təzyiqin tez müddətə gələcəyini bildiyindən, hücum planlarını sürət ünsürünə dayandırmışlar və Sinayın üç əsas yolunu ələ keçirməyi planlamışlar.
İsrail hücumu 5 iyunun səhəri, Qəzzə keçidinin cənubundakı Xan Yunisə hücumla başladı.
Xan Yunis ələ keçirildikdən sonra cəbhə komandanı General Tal qüvvələrinin bir qismini Qəzzəyə göndərərkən, bir qismini də Refah üzərinə göndərdi.
Qəzzə döyüşləri çox çətin keçdi.
Qəzzə ancaq 6 iyun, çox şiddətli küçə və tank müharibələrindən sonra İsrail qüvvələrinin əlinə keçdi.
Refah döyüşləri də çox şiddətli keçdi.
Misir qüvvələri Refahda çox güclü müqavimət göstərdi, lakin 5 iyunda, gecə vaxtı şəhər tutuldu.
Misir cəbhəsinin şimal hissəsi 5 iyunda demək olar ki, çökdürüldü.
20 mil cənubda isə bir başqa İsrail qüvvəsi də Bir Lahfanı ələ keçirmək üçün hərəkətə başladı.
Çünki Bir Lafhan, el-Arişe, Əbu Agheliaya gedən yolların qovşaq nöqtəsi idi. Güclü müqavimətə baxmayaraq, 6 iyunda şəhər tutuldu.
Daha cənubda isə General Şaron komandanlığındakı İsrail qüvvələri 5 iyun səhəri Nitzanadan hərəkətlə Abu Agheliaya yönəldi.
20 saat davam edən toqquşmalardan sonra, şəhər İsrail ordusu tərəfindən tutuldu.
Bununla da Misir müdafiəsini demək olar ki, dağıldı.Sinay cəbhəsində, şimaldakı General Tal qüvvələrinin bir hissəsi Qəzzəni nəzarət altına alarkən, General Tal əsas qüvvələrini ikiyə ayırdı.
Birinci kalon Aralıq dənizi sahili boyunca irəliləməyə davam edərək, əl-Arişi aldıqdan sonra, Süveyş kanalı sahilindəki Kantaraya doğru irəliləməyə başladı.
Bu qüvvələr bir gündə Kantara yolunun yarısını keçdilər.
General Tal qüvvələrinin böyük bir qismi Bir Lafhana dönərək, digər İsrail qüvvələri ilə birləşdi və buranı aldı.
Sonra da cənuba, Cəbəl Libniyə yönəldi.
General Şaron qüvvətləri də 6 iyunda Əbu Aghelianı aldıqdan sonra, daha cənubda Kusseimaya yönələrək Misir mövqelərinə hücuma keçdi.
Bütün bu döyüşlər güclü hava dəstəyi ilə edilmişdir.Sinaydakı İsrail qüvvələri 7 iyunda da irəliləməyə sürətlə davam etmişdilər.
General Yaffe komandanlığındakı qüvvələr 7 iyun günü Cəbəl Libnini aldıqdan sonra, Misir müdafiəsinin ikinci xəttinin son qüvvətli mərkəzi olan Bir Hassanaya yönəldilər, lakin misirlilərin buranı əvvəlcədən boşaltmış olduqlarına görə bura asanlıqla ələ keçirildi.
Cəbəl Libni və Bir Hassananı ələ keçirən İsrail qüvvələri 7 iyun günü ikiyə ayrılaraq qərb istiqamətində, biri Bir Qafqafa, digəri də Mitla keçidinə doğru irəliləməyə başladı.
Bu keçidlər Misir müdafiəsinin üçüncü xəttini təşkil edirdi.
General Talın qüvvələri 18 saatlıq bir yürüyüşlə və yolda da Bir Hamanı ələ keçirərək, Bir Qafqafaya çatdılar.
6 saatlıq döyüşdən sonra Qafqafa ələ keçirildi.General Yaffe komandanlığındakı ikinci qism qüvvələr də Bir Thamadanı aldıqdan sonra Gidi və Mitla keçidlərinə çatdılar.
Mitla keçidi Süveyş kanalına 30 mil uzaqlıqda idi. 15 mil uzunluğundakı Gidi keçidi 7 iyunda ələ keçirildi.
7 iyunun sonlarına doğru, artıq demək olar ki, İsrail qüvvələri 3 əsas yola da tam nəzarət edirdilər.
Kuntilladan hərəkət edən bir başqa İsrail ordusu isə Şarm-əl Şeyxə irəliləyərək, paraşütçü hissələrin köməkliyi ilə şəhəri tutudular.
Beləcə Tiran boğazı rahatlıqla İsrailin nəzarətinə keçmiş oldu.Sinay cəbhəsinin 8 iyun günü ən mühüm döyüşü Misir generalı Şazlı ilə General Şaron arasında Naxlda baş verdi.
Misir qüvvələri əsasən Gidi və Mitla keçidlərinə yığıldığı üçün və Gidi keçidi ələ keçirildikdən sonra ən mühüm nöqtə Mitla keçidi olduğundan Kusseimadakı Şaron qüvvələrinin Mitla keçidinə gəlməsi istəndi, lakin arada olan Naxlda General Şazlı komandanlığında mühüm Misir ordusu var idi. Döyüş 8 iyun günü 10:00-da başla...
Nəticədə Naxl İsrail qüvvələri tərəfindən işğal edildi, Misir ordusu 50 tank, iki topçu alayı, 300 texnika və 1000 nəfər canlı qüvvə itirdi.Naxldan sonra Şaron Mitla keçidində General Yaffenin qüvvələri ilə birləşdi.
8 iyun günü Mitla keçidinə doğru hərəkət edildiyi zaman keçidin 30 Misir tankı tərəfindən qapadıldığı göründü.
3 saatlıq döyüşdən sonra Mitla keçidi də İsrail ordusu tərəfindən tutuldu.
Şimaldakı İsrail qüvvələrinin də Kantaraya çatdığı da nəzərə alınardısa, Süveyş kanalına gedən bütün yollar və keçidlər İsrail qüvvələrinə açılması demək idi. Demək olar ki, bütün Sinay yarımadası İsrailin əlində idi. Artıq Misirin edəcəyi bir şey demək olar ki, qalmamışdı.
Buna görə də, Misir BMT-yə müraciət edərək İsrailin də qəbul edəcəyi halda, atəşkəsə razı olduğunu bildirdi.
8 iyun axşamı Sinay cəbhəsində atəşkəs qüvvəyə mindi.
Misir prezidenti Camal Əbdül Nasirin 23 noyabr 1967-ci ildə etdiyi çıxışa görə, Misir ordusu Sinayda silah və təchizatının 80 faizini itirmişdir ki, bunun da 1/3 hissəsi istifadəyə yararlı halda İsrailin əlinə keçmişdir.
Sinayda 10000 əsgər və 1500 zabit olmuş, 5000 əsgər və 500 zabit də əsir düşmüşdür.İsrail tərəfində isə 275 əsgər və zabit ölmüş, 800 nəfər də yaralanmışdır.
İsrail 61 tank itkisi vermişdi.
İordan çayının qərb cəbhəsi İordaniya cəbhəsində isə İsrail 5 iyun günü İordaniyaya xəbər göndərib, onların torpaqlarında gözü olmadığını bildirdi.
İordaniyanın bitərəf qalacağı təqdirdə, ona heç bir ziyan verilməyəcəyini bildirdi, lakin Kral Hüseyn bunu rədd edərək, İsrail yaşayış məskənlərini top atəşinə tutdu.Kral Hüseynin özünün daha sonra dediyinə görə, İsrail təyyaarələrinin Misir hücumuna aid xəbərlərə İsrail hökuməti qarartma tədbiq etdiyindən, Misir Baş K...
Bundan başqa, İordaniya radarları Misir hücumundan geri dönən İsrail təyyarələrini müəyyən etdikdə, Misir Baş Komandanlığının danışdığımız mesajı sayəsində, bunların İsrailə hücum edən Misir təyyarələri olduğu düşünülmüşdür.
5 iyun boyunca İsrail-İordaniya toqquşmaları Qüdsdə davam etmişdir.
İordaniya cəbhəsində isə Qüds döyüşləri 6 iyun boyunca da davam etdi.
Yalnız bu arada Qüdsün şimalındakı Latrun və Ramallahı ələ keçirərək, şimala, Qərbi Şerianın mərkəzinə doğru irəliləməyə başladılar.
İsrail Şimal Komandanlığına aid qüvvələr də şərq istiqamətində hərəkətə keçərək Tulkarim, Kalkilya ilə Cenini aldılar və Nablusa yönəldilər.
Cenin döyüşlərində İsrail qüvvələri İordaniya qüvvələri qarşısında çox pis vəziyyətə düşsə də, güclü hava bombardımanından sonra yenidən üstünlüyü ələ aldılar.
İordaniya cəbhəsində isə şiddətli toqquşmalardan sonra İsrail qüvvələri 7 iyun günü Şərqi Qüdsü almağa nail oldu.
Beləcə Qüds tamamilə İsrailin nəzarətinə keçdi.
İki min ildən sonra yəhudilər yenidən Qüdsə sahib oldular.Nablus uğrunda çox şiddətli döyüşlər oldu.
İordaniya qüvvələri Nablusu verməmək üçün çox qüvvətli müqavimət göstərdilər.
Ancaq İsrail hava qüvvələrinin işə qarışmasından sonra İordaniya ordusu Nablusu boşaltdı.
Beləcə Qüdsün ardıyca bütün Qərbi Şəria da İsrailin əlinə keçdi.
Bundan sonra İordaniya BMT-nin atəşkəs çağırışını qəbul etdi və 7 iyun axşamı, saat 20:00-dan etibarən İordaniya cəbhəsində atəşkəs qüvvəyə mindi.
Üç günlük müharibədə İordaniya 700-ə yaxın itki verdi.
Qolan (Suriya) cəbhəsi İsrailın planlarında əsas yer Sinaya verildiyindən və İordaniya cəbhəsi ikinci olduğundan, 5 iyun günü Suriyaya qarşı heç bir tədbir görülməmişdir.
Beləliklə Qolan təpələrinə yerləşdirilmiş olan Suriya topları da sərhəddəki İsrail məskənlərinə atəş açmaqdan başqa heçnə etməmişdir.40 millik Suriya sərhədində isə, 6 iyun günü çox da fəaliyyət olmadı.
Suriya qüvvələri bəzi yəhudi yaşayış nöqtələrinə kiçik qüvvələr və az miqdarda tankarla hücum etdilər, lakin yəhudi könüllü milisləri tərəfindən geri çəkilməyə məcbur edildilər.
7 iyunda da Suriya cəbhəsində böyük dəyişiklik baş verməmişdi.
Suriya hələ də topçu atəşləri edirdi.
Yalnız Dəməşq radiosu yalandan İngilis təyyarələrinin Suriya mövqelərini bombaladığını, buna baxmayaraq Suriya ordusunun İsrailin şimalındakı Huleh yaylağını nəzarəti altına aldıqdan sonra, Safad və Nazarethə doğru irəliləməkdə olduğunu bildirirdi.Suriya cəbhəsində topçu atışı 8 iyun günü də davam edirdi.
Misirin atəşkəs istəməsi Suriya tərəfindən gözlənilmirdi.
Buna cavab olaraq, Dəməşq radiosu etdiyi yayımda Suriyanın İsrail ortadan qaldırılana qədər mübarizəsini davam etdirəcəyini bildirdi.İsrail hava qüvvələri isə ertəsi günü Suriya cəbhəsində hücuma hazırlıq üçün seçilmiş yerləri güclü bombardman etdi.
Bununla o həm də Suriyanın hər hansı atəşkəs cəhdinə də mane olmaq istəyirdi.
9 iyunda artıq Misir və İordaniya atəşkəsi qəbul etmişdi.
Artıq indi İsrail hərbi hava qüvvələri və quru qüvvələri tam gücü ilə Suriya cəbhəsinə yüklənə bilərdi, lakin Suriya hələki quru aktiv quru əməliyyatlarına qatılmadığı üçün öz gücünü saxlamışdı.
İsrail qüvvələri isə xeyli yorğun idi.
Buna görə də, İsrail hücumu çox güclü, həm də sürətli olmalı idi. Həmçinin, İsrail Suriya ilə müharibənin uzanacağı halda SSRİ-nin öz müttəfiqinə yardım edəcəyindən qorxurdu.İsrail ordusu Suriya cəbhəsinin şimal qismində 9 iyun sabahı 07:00-dan etibarən 5 kalon halında hücuma keçdilər.
Hücum Suriyanın atəşkəsi qəbul etməsindən 4 saat sonra baş vermişdi.
İsrail hücumunda əsasən zirehli texnika və hava qüvvələri iştirak edirdi.
Döyüşlər şiddətli keçirdi.
Suriyalılar topçu mövqelərini xüsusilə möhkəmləndirmişdi.
Döyüşlərin ən şiddətlisi Suriyanın ən güclü 13 mövqeyindən biri olan və Kuneitraya 3 mil məsafədəki Zaura ilə Tel Fakfərdə oldu.
Zaura günortadan sonra, 3 saatlıq döyüşün sonunda israillilər tərəfindən tutuldu.
Tel Fakhər isə 7 saatlıq vuruşmadan sonra İsrail ordusu tərəfindən tutuldu.
Artıq 9 iyun axşamı Suriya cəbhəsində bir çox boşluqlar açılmışdı.
10 iyun günü İsrail ordusu sabah tezdən etibarən və bilbaşa Kuneitra istiqamətində hücumlara davam etdilər.
Hələ də bilinməyən səbəbdən Dəməşq radiosu sabah 08:45-də Kuneitranın işğal edildiyini elan etdi, halbuki İsrail ordusu Kuneitradan bir xeyli aralı idi.
Bunu eşidən Kuneitradakı Suriya ordusu hissələri Dəməşqdən yardım gəlməyəcəyini düşünərək şəhəri boşaltdılar.
Beləliklə də, İsrail ordusu heç bir güllə atmadan şəhəri tuta bildi.
Dəməşq şəhərinə 40 mil məsafədə olan Kuneitranın tutulması ilə İsrail Suriya torpaqlarının 12 mil içinə girmiş və bütün Qolan təpələrini işğal etmiş olurdu.
Qolan təpələrindəki Suriya topçuları 1956-cı ildən etibarən İsrail şəhərlərini topa tuturdu.
Artıq bu təklükə aradan qaldırılmışdı.
İsrailin onun tələblərinə baxmayaraq, Suriyanın torpaqlarını işğal etməsi SSRİ-nin İsraillə bütün münasibətləri kəsməsi ilə nəticələndi.
Beləliklə, 10 iyun günü saat 16:30-da Suriya cəbhəsində də Altıgünlük müharibə sonlandı.
Suriyanın rəsmi açıqlamasına görə, iki günlük müharibəödə Suriyanın itkisi 145 ölü və 1645 yaralı idi, lakin daha sonra Dəməşqdən verilən məlumatlr ölü sayının 2500, yaralı sayının isə 5000 nəfər olduğunu göstərmişdir.
İsrailin əlində 591 Suriyalı əsir var idi ki, bu əsirlər iki əsir İsrail pilotu ilə dəyişdirilmişdi.
Bundan əlavə İsrail 80 Suriya tankını dağıtmış, 40 tankı da əsir almışdı.
Suriyanın 18 topçu taborundan 15-i darmadağın edilmişdi.
İsrailin itkisi isə 15 ölü və 306 yaralı idi. USS Liberty hadisəsi 8 iyun 1967-ci ildə ABŞ Hərbi Donanmasına məxsus elektronik kəşfiyyat gəmisi USS Liberty Ariş şəhərindən 24 km şimalda (Misir sularından az aralıda) İsrail qırıcı təyyarələri və torpedo gəmiləri tərəfindən təxminən 75 dəqiqə boyunca hücuma məruz qaldı.
Gəmi demək olar ki, batırıldı.
Hadisə nəticəsində 34 dənizçi öldü, 171 nəfər isə yaralandı.Hadisədən dərhal sonra İsrail tərəfi hadisənin səhvən baş verdiyini, USS Liberty gəmisinin Misirin Əl-Quseyr gəmisi ilə səhv salındığını bildirdi.
Səhvə görə İsrail tərəfindən hadisə qurbanlarına və onların ailələrinə təzminat verildi.
ABŞ-yə isə gəminin istifadəyə yararsız hala gətirildiyinə görə kompensensiya verildi.ABŞ tərəfindən aparılan araşdırmadan sonra İsrailin verdiyi izahat qəbul edildi və hadisənin səhvən baş verdiyi elan edildi.