Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sovetlər bu məlumatları çox güman ki, suriyalılara da demişdilər. |
Çünki, suriyalılar da Nasira verdiyi məlumatda bunu qeyd etmişdilər. |
Çox güman ki, Nasir də verilən bu məlumatlara inanmış və mövqeyini dəyişdirmişdir.14 mayda Misir silahlı qüvvələri ən yüksək həyəcan vəziyyətinə gətirildi və Sinay yarımadasına hərbi qüvvələr göndərilməsinə başlandı. |
Misir mətbuatı da bu tədbirlərin İsrailin Suriyaya hücum edəcəyinə dair inanılır informasiyaların alındığını yazırdılar. |
Onlar Sinaya qüvvə göndərilməsinin İsrailə siqnal olmasını bildirirdilər. |
16 mayda Misir və Suriyada fövqəladə vəziyyət elan edildi. |
Qahirə radiosu bütün silahlı qüvvələrin müharibə üçün tam hazırlıq vəziyyətinə gətirildiyini bildirərkən, Suriyada da tank və topçu birliklərinin İsrail sərhədlərindəki müdafiə mövqelərinə doğru hərəkət etdikləri açıqlanırdı. |
İordaniyada da səfərbərlik elan edildi. |
BMT Baş Katibi vəziyyəti "çox qorxulu" olaraq ifadə etmişdi. |
18 mayda Misir müharibəyə doğru ikinci və çox mühüm bir addım atdı. |
Misir hökuməti, BMT Baş Katibinə 18 may günü göndərdiyi teleqramda Misir-İsrail sərhədində olan və Misirin istəyi ilə yerləşdirilmiş BMT Sülh Gücü Qüvvələrinin dərhal geri çağırılmasını istədi. |
117 millik sərhəddə 3.393 nəfərlik BMT qüvvəsi xidmət edirdi. |
19 mayda bu qüvvələr tamamilə çıxarıldı və boşaldılan ərazilərə Misir ordusu yerləşdi. |
Misir, Suriya, İordaniyanın ardıyca İraq və Küveyt də səfərbərlik elan etdi. |
Misir Din İşləri Komitəsi din adamlarına cihad fətvası verməyi əmr etdi. |
22 mayda İsrail Baş Naziri Eşkol Knessetdə etdiyi çıxışında son günlərdə Misirin Sinayda hərbi qüvvələrini 35 mindən 80 minə çıxardığını, bu halda İsrailin də buna cavab verəcəyini bildirdi. |
Həmçinin Misirin əgər Sinayda yerləşən hərbi qüvvələrini azaldarsa, İsrailin də eyni hərəkəti edəcəyini bildirdi. |
Bu nitq ilə təxminən eyni zamanda Qafqafa hərbi bazasında etdiyi çıxışında Nasir İsrailin Qırmızı dənizə çıxışını təmin edən Tiran boğazını qapadığını elan etdi. |
Misir hökumətinin əvvəlcə də Süveyş kanalını İsrailə qapadığını nəzərə alsaq, İsrailin Qırmızı dənizə girişi mümkün olmurdu. |
Nasirin beynəlxalq su yolu sayılan Tiran boğazını qapaması İsrail başda olmaqla bütün qərb dünyasında narazılıqla qarşılandı. |
İsrail Baş Naziri Eşkol, 23 may günü Knessetdə etdiyi çıxışda Tiran boğazının qapadılmasını İsrailə qarşı hücum kimi qəbul etdiyini bildirirdi. |
Nasirin bu sərtliyinin arxasında Sovet faktorunun olduğunu düşünən İsrail zabitləri, ona eyni sərtliklə cavab verilməsini istəyirdilər, lakin hökumətin qərarına əsasən böhranın diplomatik yolla həlli üçün Xarici işlər Naziri Abba Eban qərb ölkələrinə səfərə göndərildi. |
Abba Eban Akabe körfəzində sərbəst səfər etməylə bağlı ABŞ və İngiltərənin dəstəyini almaqla yanaşı, Fransa prezidenti De Qol, Fransaya güvənmələrini və müharibəyə başlamamağı məsləhət gördü.ABŞ prezidenti Conson 23 may günü Amerikan xalqına etdiyi müraciətdə, Amerikanın Akabeyi beynəlxalq su yolu hesab etdiyini, bu su... |
Təbii ki, son cümlə ilə prezident Conson Amerikanın, İsrailin müstəqillik və ərazi bütövlüyünü sona qədər dəstəkləyəcəyini bildirmək istəyirdi. |
Sovet hökumətinin etdiyi açıqlamada isə, Sovetlər açıq-aşkar Ərəbləri dəstəklədiyini elan etdi və bütün olanlarda yalnız İsrailin məsuliyyət daşıdığını bildirdi. |
İngiltərə hökuməti Aralıq dənizi donanmasını həyəcan vəziyyətinə keçirdi. |
3-ü təyyarə daşıyan gəmi olmaqla, 50 gəmidən ibarət ABŞ donanması diplomatik danışıqlara kömək etmək məqsədilə Şərqi Aralıq dənizi hövzəsinə göndərildi. |
Digər tərəfdən, 24 mayda İordaniya hökumətinin etdiyi açıqlamada, İraq və Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin İordaniya torpaqlarına girməsinə icazə verildiyini və artıq 20 minlik Səud qoşununun İordaniyada yerləşdirildiyi bildirilirdi.Kanada və Danimarkanın səyi nəticəsində toplanan Təhlükəsizlik Şurası, böhranı... |
ABŞ, İngiltərə, Yaponiya qərar layihəsini dəstəklədiyi halda, SSRİ və Bolqarıstan buna qarşı çıxdılar, beləliklə layihə rədd edildi.Getdikcə artan gərginliyi sakitləşdirmək üçün 23–25 mayda Qahirəyə səfər edən U Thant Nasirin mövqeyini dəyişdirə bilmədi. |
26 mayda etdiyi açıqlama da, müharibənin olacağı təqdirdə məqsədinin İsraili məhv etmək olduğunu bildirdi və "bu dəfə 1956-dakı kimi olmayacaqdır" dedi.Misir Müdafiə Naziri Şəmsəddin Badran da 10 nəfərlik bir heyətlə 26–28 may günlərində Moskvanı ziyarət edərkən, Nasir də 29 may günü özünü ziyarət edən bir parlament he... |
Müharibənin başlamasına bir həftə qalmış Moskva bəzi Ərəb ölkələrinin istinad nöqtəsi olmuşdu. |
Türkiyə hökuməti 30 mayda etdiyi açıqlamada, Motro Boğazlar müqaviləsi əsasında, 10 Sovet döyüş gəmisinin boğazlardan Aralıq dənizinə keçişi üçün özünə məlumat verildiyini açıqlayırdı. |
Həmin gün Vaşinqtonda edilən açıqlamada Amerikan VI Donanmasının Yunanıstan ilə Krit adası/ arasında toplanmaqda olduğu və iki Sovet döyüş gəmisinin də amerikan donanmasını müşahidə etməkdə olduğu bildirilirdi. |
30 may günü İordaniya kralı Hüseyn də Qahirəyə gəldi və 6 saat davam edən ziyarət əsnasında Misir ilə hərbi ittifaq bağladı. |
5 il müddətinə nəzərdə tutulmuş bu ittifaqa 4 iyunda İraq da qoşuldu. |
Qahirə radiosu Kral hüseyn əleyhinə olan kampaniyasını dayandırdı. |
İngiltərədə olanları müzakirə edərkən, həm müxalifət, həm də iqtidar İsraili dəstəklədiyini elan etdi. |
Fəhlə partiyasından Xarici İşlər Naziri Corc Braun Akabe körfəzinin Misir tərəfindən qapadılmasını müharibə hərəkəti olaraq gördüyün elan etdi.İsrail Xarici İşlər Naziri Abba Ebanın səfərində, prezident Conson ona ABŞ-nin İsrailin müstəqillik və ərazi bütövlüyünü dəstəklədiyini, Nasiri qərarından çəkindirməyə qərarlı o... |
Abba Eban geri dönəndən sonra səbir məsələsi mübahisələrə səbəb oldu. |
Hərbçilər, Baş Nazir Lev Eşkol və bəzi nazirlər vaxtın Misirin lehinə işlədiyini və vaxt itirmədən müharibəyə başlanmasının lazım olduğunu bildirdilər, lakin son nəticə olaraq qərar qəbul etmək mümkün olmadı. |
31 may günü, kommunistlər xaric bütün partiyalar "divardan divara" adlı koalisyon hökumətdə birləşdi. |
Süveyş böhranının qəhrəmanı Moşe Dayan Müdafiə Naziri təyin olundu. |
Dayan vaxt itirmədən hərəkətə keçilməsinə tərəfdar idi. 3 iyunda hökumət Dayandan hərbi vəziyyət ilə bağlı məruzəyə qulaq asdıqdan sonra, ona hərəkətə keçə bilmə səlahiyyəti verdi. |
Dayan hərəkətə keçmə vaxtı kimi 5 iyunu seçmişdi. |
Milli Su Şəbəkəsi layihəsi 1964-cü ilin Ərəb-İsrail münasibətlərinə ən çox təsir edən hadisə İsrailin İordan çayının sularından istifadə edə bilməsi üçün hazırlanan Mili Su Şəbəkəsi (ing. |
National Water Carrier) layihəsidir.İordan çayının 77 faizi Ərəb torpaqlarından, 23 faizi isə İsrail torpaqlarından keçirdi. |
Su problemi yarandıqdan sonra İsrail bu çayın sularının yalnız 1/7 hissəsindən istifadə edə bilirdi. |
İordan çayından ortaq istifadə üçün əvvəllər dəfələrlə layihələr hazırlanmışdı. |
Bunlardan ən məşhuru Eyzenhauerin şəxsi köməkçisi Erik Conston tərəfindən, 1953-cü ildə ortaya atılan və xərcləri ABŞ-nin qarşılayacağı İsrail-Ərəb İordan Ortaq Layihəsi idi, lakin anlaşmazlıqlara görə bu layihəni həyata keçirmək mümkün olmadı. |
Bu layihə Təbəriyyə-Neqev su kanalı layihəsi olub, bunun 50 millik qismi boru xətti, 25 millik qismi açıq su kanalı və 5 millik qismi də torpaq altı tuneli olub, arada rezervlər və motor stansiyalarından meydana gəlməkdə idi. |
Bu layihə ilə İsrail İordan çayından ildə 400 milyon m³ su çəkəcəkdi. |
Bu miqdar Conston layihəsində İsrail üçün nəzərdə tutulmuş miqdarla eyni idi və İordan çayının 40 faizini təşkil etməkdə idi.İsrailin bu layihəsi Ərəb ölkələrində böyük narazılıqlarla qarşılandı. |
1964-cü ildəki I Ərəb Zirvəsi sonunda yayımlanan bəyanatda İsrailin bu layihəsinin Sionist bir işğalçılıq və yeni bir hücum olduğu bildirilir və bu layihənin Ərəb dövlətlərinin təhlükəsizlik və inkişafı ilə birlikdə, dünya sülhünə də bir hücum olduğu bəyan edilirdi. |
Ərəb Birliyi katibi Əbdülxaliq Hassuna tərəfindən 17 yanvarda təşkil edilən mətbuat toplantısında, Ərəb ölkələrinin də 18 ayda tamamlanmaqla və 160 milyon dollara başa gələcək Ərəb İordan layihəsini reallaşdırma qərarı aldığı açıqlandı.Bundan sonra İsrail Baş Naziri Lev Eşkol da 20 yanvar 1964-cü ildə parlamentdə etdiy... |
İsrailin bu açıqlaması ərəblər tərəfindən etirazlarla qarşılansa da və bu zaman Misirdə olan SSRİ rəhbəri Xruşşovun Misir parlamentində çıxışı zamanı bu su kanalının Ərəblərin haqlarını tapdayan imperialist bir plan olduğunu desə də, sonda heç nə dəyişmədi.5–11 sentyabr, 1964-cü ildə İkinci Ərəb Zirvəsi sonunda yayımla... |
Buna qarşılıq, qeyri-rəsmi olaraq açıqlandığına görə toplantıda Hasbani, Banyas, Dan və Yarmuk çayları mövzusunda ortaq bir layihə yaradılması məsələsində Livan, Suriya və İordaniya razılığa gələ bilməmişdilər. |
Bu dövrdə Suriyadakı BƏƏS rejimi ilə Nasirin münasibətləri yaxşı olmadığı kimi, İsrail münasibətlərində də fikir ayrılıqları var idi. İsrailin Milli Su Şəbəkəsi layihəsinə Suriya daha da sərt münasibət göstərilməsi və Şeria sularının çevrilərək İsrailə gedəcək suyun azaldılması fikrini müdafi edərkən, Nasir buna qarşı ... |
Çünki, Nasirin bu dövrdəki siyasəti İsraili müharibəyə təhrik etməmək idi. Nasir 1956-cı il müharibəsindən aldığı dərslə, yaxşıca hazırlanmadan və beynəlxalq atmosfer uyğun hala gəlmədən İsrail ilə müharibə etmək istəmirdi. |
Bu barədə ona sual verilərkən demişdi: Samu hadisəsi 13 noyabrda İsrailin etdiyi Samu hücumu bütün Orta Şərqdə gərginliyin pik həddə çatmasına səbəb oldu. |
12 noyabr, 1966-cı ildə İsrail zirehli maşını minaya toxunmuş, nəticədə 3 İsrail əsgəri ölmüşdü. |
Yola mina yerləşdirmə işinin İordaniya torpaqlarındakı Samu qəsəbəsində yerləşən Əl-Fəth tərəfindən edildiyinə inanan İsrail, İordaniya tərəfinin bildirdiyinə görə, 13 noyabrda havadan Miraj qırıcı təyyarəsi, qurudan 20 tank tərəfindən dəstəklənən bir taborluq heyətlə 4 min nəfərlik Samu qəsəbəsinə hücum etmişdir. |
BMT Baş Katibinin məruzəsinə görə, İsrail qüvvələri 135 evi, bir məktəbi və bir klinikanı yerlə bir etmişdı. |
Digər bir kənddə isə 15 ev dağıdılmışdı. |
İordaniya tərəfindən 37 hərbçi və 17 mülki şəxs öldürülmüşdü.Samu hadisəsi bütün Ərəb dünyasında böyük səs-küylə qarşılanarkən, Təhlükəsizlik Şurası İordaniya məsələsini 9 iclasda müzakirə etdi. |
24 noyabrda Nigeriya və Malinin hazırladığı və İsraili ağır şəkildə günahlandıran qərar layihəsi, 1 bitərəf (Yeni Zelandiya) və 10 lehinə səslə qəbul edildi. |
Təhlükəsizlik Şurasının 228 saylı bu qərarı İsrailin bu geniş çaplı hərbi müdaxiləsi ilə həm BMT müqaviləsini, həm də razılaşma şərtlərini pozduğunu bildirir, belə halların xoş qarşılanmayacağını elan edirdi.Samu hadisəsinin Ərəb dünyasına təsirinə gəlincə, Suriya xaric, bütün Ərəb dövlətləri İordaniyanı müdafiə etdilə... |
Suriyaya görə isə Samu hadisəsi İsrailin Suriyaya qarşı planladığı hücumdan diqqətləri başqa yerə çəkmək üçün təşkil edilmiş bir oyun idi. Digər tərəfdən Samu hadisəsi qarşısında Ərəb dünyasının İordaniya ilə birliyi çox qısa ömürlü oldu və qısa müddətə Ərəb dünyasını yenı mühafizəkar-modernist qütblərə bölünməsinə səb... |
Belə ki, hadisədə ölənlərin 19 noyabrda edilən cənazə mərasimləri, Nablusdan başlayaraq İordaniyanınn Hebron, Yericho, Cenin, Beytüllahim və Tulkarim kimi şəhərlərində fələstinlilərin izdihamlı mitinqləri ilə müşayət olundu. |
İsrail əleyhinə başlayan bu mitinqlər qısa müddətdən sonra Kral Hüseyn əleyhdarı mitinqlərə çevrildi. |
FAT ilə Kral Hüseyn yenidən qarşı-qarşıya gəldilər. |
Bu qarışıqlıq Dəməşq və Qahirə radioları tərəfindən daha da qızışdırılırdı. |
FAT lideri Şukeyri, 22 noyabrdakı çıxışında Qahirə radiosundan etdiyi çıxışında İordaniyanın İsrail ilə sərhədinin müdafiəsini FAT-a verməsini tələb edirdi. |
Kral Hüseynin buna cavabı "başımı cəllada təslim etmək üçün bir səbəb görmürəm" şəklində oldu. |
Bundan sonra Şükeyri yenə Qahirə radiosundan etdiyi çıxışında Kral Hüseyn barədə qatil, imperializmin köləsi, kafir, İslamın və ərəbliyin düşməni ifadələrini işlətdi. |
Bundan qısa müddət sonra Şukeyri Kral Hüseynin razılığı olmasa belə FAT qüvvələrinin İordaniyaya girəcəyini bildirdi.İordaniyanın Misir və Suriya tərəfindən sıxışdırılmasına cavab olaraq, ABŞ Xarici İşlər Nazirliyi 22 noyabrdakı açıqlamasında İordaniyaya 36 ədəd F-104 hərbi təyyarəsi də daxil olmaqla hərbi yardım edilə... |
Buna baxmayaraq, dekabr ayından etibarən İordaniya-Suriya münasibətləri daha da gərginləşdi və sərhəddə toqquşmalar başladı. |
Hər iki tərəfin radioları bir-birləri əleyhinə kampaniyaya başladı, lakin 1967-ci ilin yanvar ayından etibarən İsrail-Suriya sərhədində toqquşmaların artması diqqətləri o tərəfə yönəltdi. |
1967-ci ilin yanvar ayının 1, 2, 3, 6, 8, 9, 10 və 11-də Təbəriyyə gölünün şimal və cənub hissələrində İsrail və Suriya əsgərləri arasında toqquşmalar oldu. |
İsrail BMT-yə şikayət məktubu göndərdi. |
Bunun ardıyca Suriya tərəfi də şikayət etdi.Bu gərginlik getdikcə daha da artdı. |
Suriya hökuməti 10 yanvar, 1967-ci ildə etdiyi açıqlamada İsrail hücumu olacağı təqdirdə, Misir-Suriya Müdafiə Paktının qüvvəyə minəcəyini bildirərkən, Misir mətbuatı da Misirin bu paktla öhdəliyini yerinə yetirəcəyini yazırdı. |
İraq mətbuatı və Bağdad radiosu da Fələstin vətəninin qurtuluş savaşında Suriyanın yanında olmağa tam hazır olduqlarını bəyan etdilər.İsrail-Suriya sərhədlərindəki gərginliyin ciddi olduğu və razılaşma sərhədlərinin hər iki tərəfində böyük qüvvələrin toplanıldığı BMT Razılaşma Müşahidə Təşkilatı tərəfindən də təsdiq ol... |
Bundan sonra qısa müddətə də olsa, toqquşmalar bir müddətlik də olsa sakitləşdi, lakin 7 aprel, 1967-ci ildə olan İsrail-Suriya toqquşması, 1956-cı ildən bəri olan ən böyük və ciddi toqquma idi. Çünki bu toqquşmada hərbi hava qüvvələrindən istifadə olunmuşdu. |
İyun ayının ilk günlərində İsrailin qonşusu olan Ərəb ölkələrində tamamilə müharibə əhvali-ruhiyyəsi hakim idi. Həmçinin ərəblər ilk hücumun İsrailin etməsini gözləyirdilər, beləcə, İsrail yenidən işğalçı kimi təqdim ediləcəkdi. |
İsrailin qarşılaşdığı ilk məsələ ölkənin kiçik, sərhədlərinin düz ərazidə olması və bunun da strateji müdafiəyə imkan verməməsi idi. |
Bu səbəblə müdafiə deyil, hücum taktikası seçilmişdi. |
Hücumun təməl ünsürləri isə hücumun zirehli qüvvələrlə və sürətlə edilməsi, ikincisi bu hücuma hava dəstəyinin təmin edilə bilməsi üçün hava üstünlüyünün əldə tutulması idi. Hava hücumu 1967-ci il Ərəb-İsrail müharibəsi 5 iyun sabahı İsrail təyyarələrinin Misir hava limanlarına etdiyi gözlənilməz basqın ilə başladı. |
Gözlənilməz idi çünki, normalda hava hücumları gün aydınlanarkən edildiyi halda, İsrailin hava hücumu Qahirə saatı ilə səhər 08:45-də başlamışdır. |
Bunun da səbəbi Misir radarlarının bu saatlarda artıq bir basqın gözləməyərək ehtiyatsızlıq etmələrinin təsbit edilmiş olması idi.Misir İsrailin hava hücumlarını daima ya şərqdən İsrail tərəfdən, ya da Şimaldan Aralıq dənizi istiqamətindən gözləmişdir, halbuki hücum qərbdən, səhra istiqamətindən gəlmişdir. |
Bu da bu formada reallaşmışdır: Təyyarələr İsrail hava limanından qalxdıqdan sonra qərbə Aralıq dənizi istiqamətinə yönəlmişlər və sonra radio danışıqları tamamilə kəsərək dənizdən 50 metr hündürlükdə uçmuşlar. |
Bununda səbəbi 16 ədədi Sinayda olan 26 Misir radarı ilə, İordaniyanın çox qüvvətli olan Markoni 247 radar stansiyasına, Kiprdəki İngilis radarlarına və ABŞ VI Donanmasının radarlarına yaxalanmamaq idi. Təyyarələr Misirin qərbinə keçdikdən sonra, səhra tərəfə enərək, Misirə daxil olmuşlar. |
İsrail ordusunun Baş Qərərgahı bu hücumu belə planlamışdı: Bir qırıcının Süveyş kanalı üzərindəki hava limanını bombalayıb öz yerinə qayıtması bir saatdan uzun çəkməməli idi. Bir saatlıq hücum da belə planlanmışdı: 22.5 dəqiqə qalxlşdan hədəfə çatmağa qədər lazım olan vaxt, 8 dəqiqə hədəfə hücum və 20 dəqiqə geri dönmə... |
Qırıcılar hücum zamanı bütün bombalarını atacaqlarına görə yüngülləşəcəkdilər və geri dönüş vaxtı buna görə qısalacaqdı. |
Öz yerinə döndükdən onra 7.5 dəqiqə ərzində qırıcılara benzin və silah yüklənəcəkdi. |
2 dəqiqə də ehtiyatüçün saxlanılırdı. |
Bu plan hücum zamanı heç bir əskiklik olmadan tədbiq edilmişdi.Misir Baş Qərərgahının 6 iyun günü yayımladığı bəyanatda deyilridi ki, bir gün əvvəl baş vermiş hücum zamanı İsrail hücumlarını ABŞ və İngiltərə gəmilərindən qalxan qırıcılar da dəstəkləmişdir. |
Bunu əsas gətirərək, Misir ABŞ və İngiltərənin ona hücum etdiyin bildirmiş və Süveyş kanalının qapadıldığını elan etmişdi. |
Ertəsi günü Misir Xarici İşlər Nazirliyinin də bu məzmunda bəyanat verməsindən sonra ABŞ Xarici İşlər Nazirliyi bu iddianı yalan olduğunu bildirmişdir. |
Cavab olaraq isə, Misir ABŞ və İngiltərə ilə diplomatik münasibətlərin kəsildiyini bildirmişdir. |
İsrail hökuməti 8 iyundakı açıqlamasında 6 iyun günü Nasir ilə Kral Hüseyn arasındakı telefon danışığında bu yalan iddianın planlandığını, bu danışığın İsrail kəşfiyyatı tərəfindən qeydə alındığını bildirmiş və qeydə aldığı yazını yayımlamışdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.